Geoməkan məlumatlarının idarə olunması

 

FotoTarixi bir faktdır ki, Azərbaycan diplomatiyasının uğurları sayəsində ölkəmiz hazırda əməkdaşlıqda arzuolunan ayrı–ayrı məsələlərdə movqeyi öyrənilən çox önəmli ölkələrdən biridir. Təbii ki, bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyevin qiymətli əlavələrlə zənginiəşdirdiyi daxili və xarici siyasətin inkişaf strategiyasının möhtəşəm təntənəsinin daha bir real təzahürüdür.

Ölkəmizin iqtisadi yüksəlişi bir qayda olaraq dünyanın inkişaf etmiş ölkəiərinin daim diqqət mərkəzindədir. 1 noyabr 2012–ci il tarixində də Tailand Krallığında keçirilmiş BMT–nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT–nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilməsi də məhz həmin uğurlara söykənir desək, səhv etmiş olmarıq.

BMT–nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə təşəbbüsünə uyğun Doha şəhərində (Qətər) 4–6 fevral 2013–cü il tarixdə müvafiq dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli ikinci Forum keçirilmişdir. Həmin Forumda Azərbaycan Respublikasını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti təmsil etmişdir.

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkəmizdə coğrafi informasiyanın idarə olunması sahəsinə məsul dövlət orqanı kimi müəyyənləşdirilmiş və son zamanlar öz fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməklə yanaşı coğrafi informasiyanın idarə olunması, o cümlədən geoməkan informasiyası ilə bağlı da mühum nailiyyətlər əldə etmişdir.

Geoməkan informasiyası —ərazi və Yer səthində, Yerin səthaltı qatında, Yer atmosferinin səthüstü qatında və yerətrafı fəzada mövcud olan obyektlər barədə müxtəlif fəaliyyət sahəsində istifadəsi zəruri olan verilənlər toplusudur. Sadələşdirilmiş baxışda bu anlayışa xəritədə tapıla bilən əsas topoqrafik informasiyanı aid etmək olar. Lakin həqiqətdə bu anlayışa həmçinin torpaqlardan istifadə, əhalinin sıxlığı və s. bu kimi informasiyaları nümayiş etdirən mürəkkəb təbəqələrdə birləşdirilmiş məkana bağlı müxtəlif məlumat çoxluqları da aiddir.

Müasir dövrdə geoməkan informasiyasının istifadəsinə imkan yaradan texnika və texnologiyalar surətlə inkişaf edir və bu tip informasiyanın tətbiqləri həddən artıq çoxalır.

Dövlət tərəfindən hazırlanmış topoqrafik verilənlər həm dövlət, həm də qeyri–dövlət təşkilatları tərəfindən istifadə olunan çoxlu sayda məkana bağlı verilənlər toplusu üçün baza təbəqəsi rolunu oynayır. Müxtəlif ölkələrin hökumətləri tərəfindən geoməkan informasiyanın toplanmasına böyük vəsaitlərin sərf olunmasına baxmayaraq, bu gün həmin informasiyaların tam potensialınından istifadə etmək adətən çətin olur. Bunun konkret halda bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Məsələn, müxtəlif dövlət orqanları tərəfindən eyni əraziyə aid ayrı–ayrılıqda toplanmış informasiya hissələrinə vahid yönləndirmə bir çox hallarda həmin ərazinin müxtəlif yollarla təsvir olunması ucbatından qeyri–mümkün olur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi olaraq “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya Geomatika” Standartlaşdırma üzrə Texniki Komitə tərəfindən dünyada hamılıqla qəbul olunmuş İSO, OGC standartlarının yerli şəraitə lokalizasiyası və tətbiqi, Milli Məkan Məlumatları İnfrastrukturu Konsepsiyasının təbliği Vahid Elektron Kartoqrafik Əsasın təqdim olunması, mövcud CİS–lərin unifikasiyası üzrə “Dəyirmi masa”nın fəaliyyəti ilə bu qəbildən olan çətinliklərin aradan qaldırılması istiqamətində bir çox insanlar və təşkilatlar tərəfindən bir çox tətbiqlər üçün istifadə oluna bilən vahid verilənlər bazasının yaradılması məqsədilə geoməkan informasiyanın toplanması, idarəolunması və istifadəsinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra təşəbbüslərlə çıxış etmişik.

Son illərdə dünyada, o cümlədən Azərbaycanda təbii fəlakətlərin baş verməsində surətli artım nəzərə çarpmaqdadır. Bunlara misal olaraq. Haitidə və Yaponiyada olan zəlzələləri, Katrina və son günlərdə baş verən Sendi qasırğalarını, o cumlədən ölkəmizə ziyan vurmuş Kür çayının daşmasını və Zaqatla–Balakən zonasındakı zəlzələni, həmçinin bir sıra ərazilərdəki torpaq sürüşmələrini göstərmək olar. Bu təbii fəlakətlərin nəticəsi olaraq minlərlə insan təhlükə ilə üzləşir, öz yasayış yerini və bəzən də həyatını itirir. Ölkələrin iqtisadiyyatına külli miqdarda ziyan dəyir.

Odur ki, BMT və digər əlaqədar agentliklər geoməkan məlumatlardan istifadə etməklə bu kimi təbii fəlakətlər haqqıda məlumat verə biləcək proqramlar hazırlamışlar. 2010–cu il Haiti zəlzələsi zamanı coğrafı informasiya sistemlərindən həm vəziyyətin öyrənilməsi, həm də əməliyytatlann aparılmasında geniş istifadə olunmuşdur. Dağıntılarla əlaqədar yaxşı strukturlanmış geoməkan informasiyası yardımın çatdırılması ilə yanaşı bərpa işləri üçün effektiv strategiyanın hazırlanmasının da əsasıdır.

Yaxın dövrlərə qədər qlobal çağırışlarla əlaqədar geoməkan informasiyasının istənilən toplanması və yaradılması ayrı–ayrı dövlətlər, müvafiq təşkilatlar və yaxud BMT–nin bölmələri tərəfindən həyata keçirilirdi. Belə olduqda yuxarıda qeyd olunan proseslər böyük zaman, maliyyə və səy tələb edirdi. Bununla yanaşı, toplanmış geoməkan informasiyası ondan yaxşı və effektiv istafadə üçün hətta milli səviyyədə belə ziddiyyətli və qeyri–adekvat olurdu. Bütövlükdə dünyaya baxdıqda bir sıra millətlər artıq coğrafı informasiya institutların və qanunvericilik çərçivələrini artıq təsis etmişlər.

Geoməkan informasiyasının qlobal paylaşımı üçün mövcud olan səylərin müəyyən məhdudiyyətləri vardır. Millətlər arasında geoməkan informasiyanın yaradılmasında və toplanmış bu informasiyanın paylaşımında texnologiya, “Kow–how”, metodlar kimi həmçinin müxtəlif strategiyalar da zəruridir. Bütün bunlar üçün müxtəlif beynəlxalq təşkilatlar, institutlar, şirkətlər və mütəxəssislər mövcuddur. Öz funksiyalarını layiqincə həyata keçirmək üçün onlar hamısı geoməkan informasiyasının paylaşımı üçün qlobal mexanizmin yaradılmasına səy göstərməlidirlər. Buna uğurlu nümunə kimi geoməkan informasiyası sahəsində standartlaşma üçün mövcud İSO və OGC standartlarını göstərmək olar. Bunula belə fərdi təşkilata köklənmiş müstəsna fəaliyyət kifayət qədər effektiv ola bilməz.

BMT kartoqrafik, statistik, həmçinin məkan məlumatlarının lokallaşdırılmış geoməkan verilənləri, tətbiqləri və xidmətlərdən daha geniş istifadə üçün inteqrasiyasının əhəmiyyətini, Birləşmiş Millətlər Təşkilatının kartoqrafiya, coğrafi adlar və geoməkan informasiyası sahəsində, o cümlədən konfransların təşkili, ekspertlərin müşavirələri, texniki məqalələrin nəşri, tədris kurslarının təşkili və əməkdaşlıq əsasında layihələrin həyata keçirilməsi ilə beynəlxalq əməkdaşlığa yardımçı olduğunu, qlobal geoməkan informasiyası sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə konkret tədbirlərin görülməsinin müstəsna əhəmiyyətini nəzərə alaraq müvafiq səlahiyyətlərə malik olan qlobal geoməkan informasiyasının idarəolunması üzrə Ekspertlər komitəsinin yaradılması barədə qərar gəbul etmişdir. BMT–nin qlobal geoməkan informasiyasının idarəolunması üzrə təşəbbüsünün (UN–GGİM) məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal cağırışlara yönəlik istifadəni təşmiq etməkdir. O üzv ölkələr arasında və üzv ölkələrlə bevnəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. UN–GGİM iki paralel strukturdan – 2011–ci ildə BMT–nin ECOSOC (BMT–nin İqtisadi və Sosial Şurası) vasitəsilə yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011–ci ilin oktyabrında Koreyanın Seul şəhərində ikinci iclası isə 2012–ci ilin avqust ayında ABŞ–ın Nyu–York şəhərində keçirilmişdir) və yüksək səviyyəli forumdan ibarətdir. BMT–nin rəsmi Ekspertlər Komitəsi UN–GGİM üçün ekspertlərin qlobal məsləhətləşməsi mexanizmini təmin edir və Yüksək Səviyyəli Forumun gündəliyini hazırlayır. Yüksək Səviyyəli Forum (ilk iclası 2011–ci ilin oktyabrında Koreyanın Seul şəhərində keçirilmiş və “Seul Deklarasiyası” qəbul olunmuşdur)qərar gəbul edənləri qlobal geoməkan informasiyasının idarəolunmasının əhəmiyyəti barədə məlumatlandırır və forumun məsləhətləşmələrinin nəticələrini hər bir milli siyasətdə əks etdirilməsini təmin edir.

Digər qlobal mexanizm kimi Braziliyanın Rio de Janeyro şəhərində ötən ilin iyununda keçirilmiş BMT–nin Dayanıqlı inkişaf üzrə Konfransını (Rio+20) qeyd etmək lazımdır. Həmin Konfrans üçün Ekspertlər Şurasınm sorğusuna əsasən Dayanıqlı İnkişafın monitorinqi: Geoməkan İnformasiyasının Rio+20 prosesinə töhfəsi” adlı məqalə hazırlanmışdır. Konfransın nəticəsi olaraq qəbul olunmuş “Biz istədiyimiz gələcək” adlı sənəd qəbul olunmuşdur. Həmin sənəddə bir neçə yerdə geoməkan informasiyasının idarə olunmasının əhəmiyyəti xüsusilə vurğulanmışdır.

Forumun Birləşmiş Krallığın xidmət rəhbəri Vanessa Lourensin moderatorluğu ilə keçirilən 4 fevral tarixli Nazirlər seqmentində ABŞ, Belçika, Fici, Bəhreyn, Qətər, Nigeriya, Burkina Fasonu təmsil edən nazirlər və xidmət rəhbərləri ilə yanaşı, mən də çıxış etdim. Ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş torpaq islahatından, xarici və daxili sahibkarlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə Forum iştirakçılarını məlumatlandırdım. Prezident cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının başlıca amallarını diqqətə çatdıraraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri olaraq geoməkan məlumatlarının idarəolunmasını xüsusilə vurğuladım və bu istiqamətdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə müfəssəl məlumat verdim. Tədbirdə bir çox ölkərlərin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən coğrafi informasiyaların idarə olunması sahəsində görülmüş işlər məmnunluqla qarşılanmış, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi qeyd olunmuşdur.

Bu sırada BMT–nin Regional Cartoqrafik Konfranslarını xüsusilə qeyd etmək olar. Bu Konfranslar Asiya və Sakit okean regionu üçün üç ildə bir dəfə, Amerika üçün isə dörd ildə bir dəfə keçirilir və həmin regionda milli xəritəçəkmə və geodeziya qurumları, həmçinin geoməkan informasiyası sahəsində fəaliyyət göstərən beynəlxalq elmi təşkilatlar arasında informasiya mübadiləsi üçün mühüm regional mexanizmlərdir. Bu konfranslar arası dövrdə fəaliyyətin tənzimlənməsi üçün müvafiq daimi komissiyalar yaradılır.

Asiya və Sakit okean hövzəsi regionu üçün CİS İnfrastrukturuna dair Daimi Komitə (PCGİAP) 1995–ci ildə yaradılmış və onun üzərinə işçi qrupların təsis olunması və onların illik plenar iclasları və yarımillik icraçı şuranın iclasları vasitəsilə idarə olunması ilə regional məkan məlumatları infrastrukturunun inkişafı üzrə layihələrin həyata keşirilməsi öhdəliyi qoyulmuşdur.

Amerika regionunu təmsil edən Amerika üçün Geoməkan Məlumatları İnfrastrukturu üzrə Daimi Komissiya (PC–İDEA) geoməkan informasiyasının istifadəsindən irəli gələn iqtisadi, sosial və digər dəyərlərdən maksimum dərəcədə yararlanmaq məqsədilə təsis olunmuşdur. Şura ilə birlikdə fəaliyyət göstərən Planlaşdırma üzrə İşçi Qrup vasitəsilə Komitə aşağıdakı yeddi mövzunu əhatə edən 2009–2013–cü il üçün iş planını qəbul etmişdir: institusional bacarığın yaradılması; standartlar və texniki spesifikasiyalar; Məkan Məlumatları İnfrastrukturunun (MMİ) yaradılması üçün ən yaxsı təcrübələr və iş planları; Milli Geoməkan İnformasiyası orqanlarında yeniliklər; region üçün Məkan Məlumatları İnfrastrukturu ilə əlaqədar biliklərin toplanması (MMİ üzrə observatoriya); MMİ–nin Amerikada yaradılmasının vəziyyətinin qiymətləndirilməsi və MMİ ilə əlaqədar diskussiyaların texnoloji əsasların Bu yeddi mövzudan əlavə, Komitə həmçinin MMİ–yə yönəlik fəlakətlərin və risklərin qarşısının alınması üçün preventiv tədbirlərlə baglı iclaslar da keçirir.

EuroGeographics təşkilatı üzvlük Assosiasiyası və Avropa milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı qurumlarının səsi olaraq Avropa üçün Rəqəmsal Gündəlik İNSPİRE direktivi, Avropa Məkan Quruluşu və s. bu kimi müvafiq qanunvericilik və təşəbbüslərlə milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı qurumlarını dəstəkləyir. Hazırda ölkə Prezidentinin razılığı əsasında Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi vasitəsilə EuroGeographics təşkilatında üzvlüyünün təmin olunması ilə əlaqədar işlər yekun fazaya daxil olmuşdur.

Afrika regionu üçün də analoji məqsədlə yaradılmış beynəlxalq təşkilatlar mövcuddur. Müstəqil Dövlətlər Birliyi ölkələri üçün bu qəbildən olan koordinasiya məsələləri geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən zondlanması üzrə MDB–nin Dövlətlərarası Şurasının iclaslarında müzakirə olunur. Qeyd etmək lazımdır ki, Şuranın növbəti XXXIV sessiyası 2012–ci ilin 22–23 noyabr tarixlərində Bakıda keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2001–ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”yə əsasən komitə geoməkan məlumatlarının idarəolunması sahəsində əsas mərkəzi icra hakimiyyəti orqanıdır. Ona verilmiş səlahiyyətlər çərçivəsində, öz vəzifə və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar komitə geoməkan məlumatlarının idarəolunması sahəsində 2012–ci ildə bir sıra əhəmiyyətli işlər görmüş və nailiyyətlər əldə etmişdir.

Ötən ilin oktyabr ayının 5–də Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2–ci versiyası istifadəyə verilmişdir. Artıq bütün dünya üzrə istifadəçilərin Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılmışdır. Nəqliyyat, torpaq örtüyü və sosial yönümlü məkansal məlumatları özündə ehtiva edən 5–dən artıq elektron təbəqəli bu qlobal coğrafi informasiya sisteminin bundan sonra da təkmilləşdirilməsi gözlənilir. Biz həmçinin təqdim etdiyimiz məkansal məlumatlardan istifadə dinamikası və məqsədləri baradə müfəssəl statistik məlumatlar da əldə edirik.

Bu illər ərzində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılmış işlər nəticəsində olduqca böyük həcmdə aktual coğrafi informasiya toplanmışdır. Bu gün bizim qarşımızda duran ən mühüm məsələlərdən biri toplanmış məkansal məlumatların düzgün strukturlaşdırılmasının, ondan istifadənin sadələşdirilməsi və paylaşmasının yeni formalarının işlənib hazırlanmasıdır. Bununla əlaqədar Komitənin beynəlxalq qurum və təşkilatlarla əlaqələri durmadan genişlənir.

BMT–nin təşəbbüşü ilə 29 oktyabr – 1 noyabr tarixlərində keçirilən 50–yə yaxın ölkəni əhatə edən Asiya və Sakit Okean regionu üçün Beynəlxalq Kartoqrafik Konfransın gedişində də geoməkan informasiyasının idarəolunması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur. Yuxarıda qeyd etdiyimiz PCGİAP təşkilatının əvəzinə BMT–nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Asiya və Sakit okean Regional Komitəsi təsis olunmuşdur. Komitənin ilk plenar iclasında Çin Xalq Respublikası və Yaponiya tərəfindən mənim namizədliyim Regional Komitənin İcra Şurasına irəli sürülmüş və mən Şuranın on bir üzvündən biri seçilmişəm.

Aşağıda qeyd olunan üç mühüm məsələ geoməkan informasiyasının idarəolunması üçün gündəmdə duran başlıca problemləri özündə əks etdirir: qlobal geodeziya istinad çərçivələrinin vacibliyi; fəlakətlərin idərolunması üçün verilənlərin paylaşılması və inteqrasiyası; iqtisadi inkişaf üçün məkana bağlı informasiyanın idarə olunması. Bunların hər biri milli, regional, həmçinin qlobal səviyyədə dayanıqlı inkişaf çağırışlarına ünvanlanmış mühüm mövzulardır.

Dayanıqlı inkişaf üçün geodeziya istinad çərçivəsi

Bu mövzu Asiya və Sakit okean hövzəsi üçün olduqca münasibdir. UN–GGİM Ekspertlər Komitəsinin ikinci iclasında qlobal geodeziya istinad şəbəkəsinin əhəmiyyəti barədə PCGİAP tərəfmdən onun Geodeziya İşçi Qrupu vasitəsilə əhəmiyyətli və dəyərli müzakirələr başlanmışdır. “Mövqe” geoməkan informasiyasının idarə olunmasında ən fundamental konsepsiya olmasına rəğmən bu mövqeyin əldə olunması üçün hansı prinsip və metodların tələb olunduğu aydın deyil. Milli, regional və qlobal sərhədlər daxilində və onlardan kənarda mövqeləndirmənin dəqiqliyinin təyinində nəzərə çarpacaq fərqlilik meydana çıxır, mövqeləndirmə beynəlxalq əməkdaşlıq, qlobal geodeziya infrastrukturundan birgə istifadə vasitəsilə genişləndirilə və gücləndirilə bılən bir qlobal bacarıq toplanmış verilənlərə açıq əlçatanlıqdır.

Fəlakətlərin idarəolunması üçün verilənlərin paylaşılması və inteqrasiyası

Rio+20–nin yekun sənədi hökümətləri və təşkilatları mövcud şərtiər və imkanlar daxilində şəhərlərin və icmaların fəlakətlərə dözümlülüyünü artırmaqla fəlakət risklərinin azaldılmasını təmin etməyə sövq edir. Məxsusən sənəd təhlükə və risklərin hərtərəfli qiymətləndirilməsinin, bilik və etibarlı geoməkan informasiyası daxil olmaqla informasiya paylaşımının əhəmiyyətini tanıyır. Baxmayaraq ki bu mövzu Asiya və Sakit okean regionunda yaxşı başa düşülür, bu direktiv geoməkan informasiyasının təhlükə və risklərin idarəolunması və azaldılmasının bütün mərhələlərində həyati vacib rol oynadığını müəyyənləşdirir.

İqtisadi inkişaf üçün məkana bağlı informasiyanın idarə olunması

Yuxarıda qeyd etdiyimiz bütün qlobal çağırışlardan milli rəhbərlər üçün daha vacib olanı onların xalqlarının təhlükəsizliyini və çiçəklənməsini təmin etmək üçün milli iqtisadiyyatlarının inkişaf etdirilməsidir. Mən əminəm ki, geoməkan informasiyasını iqtisadi inkişafa şərait yaradan amil kimi dəyərləndirilməsi ilə bütün mütəxəssislər razılaşar. İnformasiya texnologiyalarında, tətbiqlərdə, veb əsaslı servislərdə, mobil texnologiyalarda, açıq məlumatlar təşəbbüslərində, “bulud” texnologiyalarında əldə olunmuş nailiyyətlərin köməyilə inkişaf etmiş və inkişafda olan iqtisadiyyatlar geoməkan informasiyasına və məkan əsaslı servislərə yatırılmış investisiyaların yüksələn geri dönmə dövrünü yaşayırlar. Bu inkişafı qlobal olaraq dəstəkləmək bizim üçün zamanın tələbidir. Tətbiqlərin imkanlarının genişləndirilməsi, məkan servislərinə yeni dəyərin gətirilməsi və nəticə etibarilə iqtisadi inkişaf baxımından artan dəqiqlikli geoistinad verilənlərə malik olmaq zəruridir.

Lakin biz həmçinin meydana çıxan bu məkan əsaslı verilənlərin inteqrasiyası, paylaşımı, əlçatanlığı və yayımını dəstəkləmək üçün tələb olunan siyasəti, qanunvericiliyi və qanun çərçıvələrini müəyyənləşdirməliyik. Bu milli geoməkan informasiyası qurumlarının roludur. Əminəm ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də özünün bütün potensialından istifadə edərək, bu çətin məsələnin öhdəsindən uğurla gələcək.

 

 

Qərib Məmmədov,

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin sədri, akademik.

 

Respublika.- 2013.- 22 fevral.- S. 3.