MASALLIDA SOSİAL PROBLEMLƏR
UĞURLA HƏLL OLUNUR
Masallı iri kənd təsərrüfatı rayonudur. Əhalisi 210 min nəfərdən
çoxdur. Rayonun iqtisadiyyatının əsasını əkinçilik
və heyvandarlıq təşkil edir. Yerli əhalinin 95
faizinin dolanışığı torpaqla bağlıdır. Aqrar
sahəni inkişaf etdirmək, məhsul bolluğu yaratmaq
üçün ardıcıl tədbirlər
görülür. Torpaq mülkiyyətçiləri əkin
strukturuna yenidən baxır, ənənəvi sahələrlə
yanaşı təbii iqlim şəraitinə uyğun daha gəlirli
bitkilərin əkilməsinə diqqət artırılır.
Son illər
rayonda müasir istixanalar salınır, yerli tələbata
uyğun məhsul becərilir. Keçən il 2 hektar ərazidə
tikilmiş istixana təsərrüfatı genişləndirilərək
11 hektara çatdırılmışdır. Bu, qış
mövsümündə hər hektardan 500 min manat ümumi gəlir
əldə etməyə imkan verir.
Çayçılığın,
tərəvəzçiliyin, heyvandarlığın
inkişaf etdirilməsi, yeni anbar kompleksinin tikintisi nəticəsində
aqrar sahədə dönüş yaranmış, kənd əməkçilərinin
məşğulluğu təmin olunmuşdur.
Qeyri–neft
sektorunun inkişafına göstərilən dövlət
qayğısı sayəsində rayonda yeni sosial və
infrastruktur layihələr həyata keçirilir. Aparılan
işlərə bütün maliyyə mənbələri
hesabına 300 milyon manat vəsait yönəldilmişdir.
Masallı
şəhərinin su–kanalizasiya sistemi əsaslı şəkildə
yenidən qurulur, kəndlərə su, qaz xətləri
çəkilir, yollar təmir olunur.
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
ayrılmış vəsait hesabına 69 min nəfərdən
çox əhalinin istifadə etdiyi Ərkivan–Boradigah–Rüdəkəran
avtomobil yolu əsaslı şəkildə yenidən
qurulmuşdur. Daha 31 kəndi rayon mərkəzi ilə birləşdirən
yolun çəkilişinə hazırlıq
görülür.
Son illər
rayonda 32 yeni məktəb binası tikilib istifadəyə
verilmiş, 5 məktəb, 2 uşaq bağçası əsaslı
təmir edilmiş, əlil və şəhid ailələri
üçün 76 mənzilli 3 yaşayış binası
inşa olunmuşdur.
Masallı
Rayon İcra Hakimiyyətinin başçısı Rafil
Hüseynov şəhər, qəsəbə və kəndlərə
yerli əhali ilə müntəzəm görüşərək
vəziyyətlə yerindəcə tanış olur, mövcud
problemlər birgə müzakirə edilir. Əhalinin irəli
sürdüyü təkliflər diqqətlə
araşdırılır və həlli üçün müvafiq
tədbirlər görülür.
Masallının
şəhər, qəsəbə və kənd inzibati ərazi
dairəsi nümayəndəliklərinin hesabat
yığıncaqlarında ötən il
görülümüş işlər geniş təhlil
olunmuş, qarşıdakı dövr üçün yeni vəzifələr
müəyyənləşdirilmişdir.
Masallı
şəhər inzibati ərazi dairəsinin nümayəndəsi
Kamal Mazanov hesabat yığıncağında məruzə edərək
ötən il şəhərdə aparılmış
abadlıq, tikinti və quruculuq işləri barədə məlumat
vermişdir.
Bildirmişdir
ki, şəhərin Heydər Əliyev prospekti əsaslı
şəkildə yenidən qurulmuş, Talışxanov
prospektində, akademik Zərifə Əliyeva, Füzuli və
I Dadva küçələrində genişləndirmə
işləri aparılmış, yeni hasarlar çəkilmiş,
Qarabağ küçəsində səkilər müasir
üslubda qurulmuş, işıqlandırma sistemi
quraşdırılmışdır. Gənclər mərkəzi,
rayon mədəniyyət evi, şəhər 3 saylı
uşaq bağçası əsaslı təmir edilərək
istifadəyə verilmişdir.
Şəhərin
Bayraq meydanında xatirə kompleksi ucaldılmışdır.
Heydər Əliyev mərkəzinin, Yeni Azərbaycan
Partiyası Masallı rayon təşkilatı
üçün inzibati binanın tikintisində işlər
davam etdirilir.
Ötən
ilin iyun ayından başlayaraq şəhərə içməli
su və kanalizasiya xətləri çəkilir. Şəhərin
ayrı–ayrı küçələrində işlər
başa çatdırılmışdır.
Masallı
şəhərində 6 tam orta məktəb, lisey və 4
uşaq bağçası fəaliyyət göstərir. Gənc
nəslin təhsilinə, vətənpərvərlik tərbiyəsinə
xüsusi diqqət göstərilir. Təhsil ocaqlarında
keçirilən tədbirlərə ziyalılar,
ağsaqqallar, din xadimləri dəvət olunur, gəncliyi
düşündürən mövzularda söhbətlər
aparılır.
2012–ci ildə
Masallı şəhəri Azərbaycanın Folklor Paytaxtı
elan olunmuşdur. Folklor ili çərçivəsində
Masallı şəhərində Beynəlxalq folklor
fetivalı, digər rəngarəng tədbirlər
keçirilmişdir.
“İdman
ili” çərçivəsində Masallı bir sıra
mötəbər yarışlara ev sahibliyi etmiş, rayonun
idmançıları yüksək nailiyyətlər
qazanmışlar. Şəhərdə boks və taekvando mərkəzlərinin
tikintisində son tamamlanma işləri görülür.
Masallı
şəhərində yüksək keyfiyyətli məhsulları
ilə respublikamızdan kənarda da tanınan “EMBAOOD” mebel
fabriki, “Nur–M” konserv, “Fəxrəddin–K” kərpic zavodları və
digər istesal sahələri fəaliyyət göstərir.
Regionların
sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində
Masallı şəhərində 1,2 min tonluq soyuducu anbar və
istixana kompleksləri tikilmişdir.
Hesabat
yığıncağında ziyalılardan Ələşrəf
Niftiyev, Namiq Zeynallı, ağsaqqallardan Rafiq Bağırov, Gənci
Bağışov, şəhər 1 saylı tam orta məktəbin
direktoru Mirqabil Hüseynov, mərkəzi xəstəxananın
baş həkimi Cəlil Nəzərov və başqaları
çıxış edərək masallılıların
dövlətimizin başçısı cənab İlham Əliyevin
uğurlu daxili və xarici siyasətini dəstəklədiklərini,
Masallı şəhərinin inkişafına, müstəqil
Azərbaycanın daha da çiçəklənməsinə
öz layiqli töhfələrini verəcəklərini
bildirmişlər.
Yığıncaqda
Azərbaycan Prezidenti Administrasiyasının məsul
işçisi Vəfadar Bağırov çıxış
etmiş, ümummilli liderin siyasi kursunun möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini, bütün sahələrdə
yüksək nailiyyətlərin əldə olunduğunu diqqətə
çatdırmış, rayonun icra orqanları
qarşısında duran vəzifələrdən
danışmışdır.
Masallı
Rayon İcra Hakimiyyətinin başçısı Rafil
Hüseynov yığıncaq iştirakçıları
qarşısında çıxış edərək
aparılmış genişmiqyaslı tikinti, quruculuq işlərindən
söhbət açmış, qarşıda mühüm vəzifələrin
durduğunu, həmin vəzifələrin icrası
üçün bütün qüvvələrin səfərbər
ediləcəyini, Masallının yeni uğurlara imza
atacağını bildirmişdir.
Boradigah qəsəbə
inzibati ərazi dairəsi Boradigah qəsəbəsini, Mollaoba
və Babaser kəndlərini birləşdirir. Ərazidə əhalini
narahat edən sosial problemlərin həlli sürətləndirilmişdir.
Boradigah
çayında qazma işləri aparılmış, Babaser kəndi
ərazisində suötürücü kanallar təmizlənmişdir.
Qəsəbə
inzibati ərazi dairəsinin nümayəndəsi Nəcməddin
Quliyev hesabat məruzəsində bildirmişdir ki, qəsəbədə
3 tam orta məktəb, xəstəxana fəaliyyət göstərir.
Ərazi nümyəndəliyi tərəfindən tədrisin
keyfiyyətinə, şagirdlərin dərsə davamiyyətinə
nəzarət olunur.
Ötən
dərs ilində məzunlardan 22 nəfər ali məktəblərə,
18 nəfər isə orta ixtisas məktəblərinə qəbul
olunmuşdur. Boradigah qəsəbə 1 saylı tam orta məktəbin
nailiyyətləri daha sevindiricidir. Məktəin 12 nəfər
məzunu ali məktəb tələbəsi adını
qazanmışdır.
Qəsəbə
xəstəxanası 32 yaşayış məntəqəsinin
əhalisinə xidmət göstərir. Xəstəxanada
müasir tibbi avadanlıqlar quraşdırılmış, xəstələrin
müalicəsi üçün lazımi şərait
yaradılmışdır.
Boradigah qəsəbəsində
Şəhidlər abidə kompleksi yenidən qurulmuş, iki
istirahət mərkəzinin tikintisinə
başlanılmışdır. Boradigah–Qumbaşı yolu
boyunca küknar ağacları əkilmiş,
yaşıllıqlar salınmışdır.
Mollaoba və
Babaser kəndlərində küçələrə asfalt
döşənmiş, işıq dirəkləri, qaz, su,
kanalizasiya xətləri dəyişdirilmişdir.
Artıq iki ildir ki, qəsəbədə sərbəst güləş üzrə idman klubu fəaliyyət göstərir. Hazırda qəsəbədə müasir üslubda idman məktəbi inşa olunur.
Ərazidə müəyyən problemlər də mövcuddur. Təzə salınmış yaşayış massivində əhalinin içməli su ilə təhcizatı öz həllini gözləyir. Qəsəbə xəstəxanasının, 2 saylı tam orta məktəbin əsaslı təmirə ehtiyacı vardır.
Ərkivan qəsəbəsi rayonun iri yaşayış məntəqələrindən sayılır. Ərazidə 16 min nəfərdən çox əhali yaşayır.
Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Sadiq Cahangirov hesabat məruzəsində ərazidə sahibkarlığın inkişafına xüsusi diqqət yetirildiyini, 2 kərpic zavodunun, 70–ə yaxın ticarət, istehsal sahələrinin fəaliyyət göstərdiyini bildirmişdir. Qəsəbədə dulusçuluq, xarratlıq və digər qədim sənət növləri ilə məşğul olanlar üçün lazımi şəraitin yaradıldığı qeyd olunmuşdur.
Ötən il Ərkivan qəsəbəsində xeyli tikinti, abadlıq işləri görülmüşdür. Qəsəbədaxili küçələrdə 5482 kvadrat metr əraziyə asfalt döşənmiş, 1,5 kilometr uzunluğunda yol cari təmir olunmuşdur. Şəhidlər parkındakı abidə əsaslı təmir olunmuş, burada veteranlar üçün çay evi tikilib istifadəyə verilmişdir.
Qəsəbə təbii qazla təchiz edilmişdir. Bəzi məhəllələrdə qaz təchizatını yaxşılaşdırmaq üçün yeni layihə həyata keçirilir.
Cari ildə 1 və 3 saylı tam orta məktəblərin, mədəniyyət evinin əsaslı təmiri, güləş idman mərkəzinin tikilməsi, qəsəbədaxili yolların təmiri və küçələrin işıqlandırılması nəzərdə tutulmuşdur.
Rayonun 36 inzibati ərazi dairəsi üzrə
nümayəndəliklərin hesabat
yığıncaqlarında görülmüş işlərlə
əlaqədar işgüzar müzakirələr
aparılmış, yerlərdə yeni iş yerlərinin
yaradılmasının, sosial problemlərin həllinin sürətləndirilməsinin,
insan amilinə diqqətin artırılmasının vacibliyi
qeyd olunmuşdur.
Əlisəfa Həsənov
Respublika.- 2013.- 23 fevral.- S. 6.