SAMUX: ÖTƏN
İLİN YEKUNLARI GƏLƏCƏK BÖYÜK
PERSPEKTİVLƏRİN MÖHKƏM TƏMƏLİNƏ
ÇEVRİLƏCƏKDİR
Samux rayonu ötən
ili içtimai–siyasi və mədəni həyatın bir
çox sahələrində böyük uğurlarla yola
salmışdır. Rayonun kəndlərinin
abadlaşdırılması, xüsusilə də rayon mərkəzinin
simasının gözəlləşdirilməsi və şəhər
statusuna layiq görkəm verilməsi məqsədilə
geniş yenidənqurma və abadlaşdırma tədbirləri
həyata keçirilmişdir.
Bu
günlərdə rayon fəallarının 2012–ci ilin
sosial–iqtrisadi inkişafının yekunlarına və cari ildə
qarşıda duran vəzifələrə dair hesabat
yığıncağında il ərzində rayonda həyata
keçirilmiş işlər barədə ətraflı və
prinsipial söhbət getmiş, qarşıda duran vəzifələrdən
danışılmışdır.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev son illər ölkə iqtisadiyyatında qazanılmış nailiyyətləri geniş şərh edərək demişdir ki, rayon sakinləri də ümumi nailiyyətlərə öz sanballı töhfələrini vermək məqsədilə yüksək işgüzarlıq nümunəsi göstərmiş və ili nailiyyətlərlə yola salmışlar.
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Rayonda sosial–iqtisadi inkişafın bütün sahələrində əsaslı dönüş yaradılmış və nəticədə yüksək nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 17 min əhalisinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Sərkar–Qarayeri–Qədili avtomobil yolunun tikintisinə başlanmış və qısa müddət ərzində başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Yolun Sərkar, Ziyadlı, Qovlarsarı kəndlərindən və Qarayeri qəsəbəsindən keçən hissələrinin kənarlarında geniş abadlıq işləri aparılmışdır. Hesabat dövründə bu məqsədlə Sərkar kəndində 620 kvadratmetr hörgü və 6200 kvadratmetr suvaq, Ziyadlı kəndində 780 kvadratmetr hörgü, 2110 kvadratmetr suvaq, Qovlarsarı kəndində 1670 kvadratmetr suvaq, 2050 kvadratmetr rəngləmə, 140 poqonmetr bordür düzülməsi, ictimai yaşayış evlərinin qarşısında çiçək və bəzək kollarının əkilməsi işləri aparılmışdır.
Qarayeri qəsəbəsində yolun kənarında 800 metr səki salınmış, dairəvi hərəkətin təşkili üçün dairə tikilmiş və çilçıraq quraşdırılmışdır. Qəsəbənin mərkəzi hissəsində yolun sağ tərəfində istirahət parkı yaradılmış, bulaq tikilmiş və işıqlanma sistemi qurulmuşdur. Həmin ərazidə Qoşqar çayı üzərində olan körpünün kənarlarına yeni məhəccər çəkilərək rənglənmişdir.
Ümummilli liderin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işlərinə başlanmışdır. Parkda ümumi sahəsi 1400 kvadratmetr olan Heydər Əliyev mərkəzinin, kafenin, oyun zalının və çay evinin tikintisinə başlanmış, hazırda işlər davam etdirilir. Parkın su sistemi, elektrik təchizatı sistemi qurulur, meydanın və gəzinti yollarının kənarına mərmər bordürlər düzülür. Eyni zamanda parkın sahəsi genişləndirilmiş və giriş hissəsinin yenidən qurulması başa çatmış və qarşısına dekorativ hasar çəkilişinə başlanmış və hazırda davam etdirilir.
Şəhərin Heydər Əliyev prospektinin yenidənqurulması layihəsinə uyğun olaraq prospektin sağ tərəfində üç ədəd parkın salınması başa çatdırılmışdır.
28 May küçəsində yolun hərəkət hissəsi genişləndirilmiş, yararsız tikililər sökülmüş, yolun sağ tərəfində 450 metr uzunluğunda dekorativ hasar inşa edilmiş, sol tərəfində yararsız hasarlar yenidən hörülmüş, evlərin fasadlarında və hasarlarda 2 min kvadratmetr suvaq işləri aparılmış, haşiyələrə aqlay üzlüklər vurulmaqla, fasad və divarlar müasir üslubda rənglənmişdir. Səkilər yenidən qurulmuş və onlara asfalt örtüyü salınmışdır. Küçənin işıqlanma sisteminin qurulması üçün 12 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Küçədə su arxı yenidən çəkilmiş, həyətlərdən axıdılan çirkab suların qarşısı alınmışdır. 250 kvadratmetr sahədə sakinlər üçün istirahət guşəsi yaradılmış və bulaq quraşdırılmışdır.
N. Nərimanov küçəsindən yeni yaşayış massivinə keçən hissədə olan su kanalına 1,5 metr diametrində, 11 metr uzunluğunda beton boru salınaraq körpü yaradılmışdır. Bu da həmin yaşayış massivində yaşayan əhalinin gediş–gəlişini asanlaşdırmışdır.
Hesabat ilində Alıuşağı–İnstitut–Gəncə yolunda təmir və abadlıq işləri aparılmış, yolun hər iki tərəfində yararsız tikililər və çəpərlər sökülmüş, divarlar təmir edilərək rənglənmişdir. Yola yeni asfalt örtüyü salınmış və kənarlarına şam və sərv ağacları əkilmişdir. Bütün istiqamətlərdə yolların çiyin hissələri qreyderlə plana salınmış, keçid boruların giriş–çıxış hissələri təmizlənmiş, qırılmış siqnal dirəkləri yenisi ilə əvəz edilmişdir. Rayonun respublika əhəmiyyətli Gəncə–Samux, yerli əhəmiyyətli Samux–İnstitut, Gəncə–Qarayeri, Samux–Hacıalılı, Samux–Lək, Samux–Yenikənd–Poylu avtomobil yollarında yolun çiyin hissələrinə 1030 kubmetr çınqıl materialı tökülərək saxlanma işləri görülmüşdür. Həmçinin rayonun Qırmızı Samux, Burunqovaq, Yenikənd–Poylu, Kəsəmən avtomobil yollarına 3580 kubmetr çınqıl materialı tökülərək qreyderlə yayılıb hamarlanmışdır.
Tikintisinə ötən il başlanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdırılmış, hazırda binanın təhvil verilməsi ilə bağlı son tamamlama işləri görülür. Rayon prokurorluğunun yeni inzibati binası inşa edilərək istifadəyə verilmişdir. Yuxarı Ağasıbəyli kəndində yerli nümayəndəlik, bələdiyyə və icma üçün inşa edilmiş bina istifadəyə verilmişdir. Eyni zamanda ucqar Burunqovaq kəndində yerli nümayəndəlik və bələdiyyə üçün inzibati bina inşa edilmişdir.
Aşağı Ağasıbəyli kəndində yerləşən kənd stadionu yenidən qurulmuş, idmançılar üçün 3 otaqdan ibarət lazımi avadanlıqlarla təmin olunmuş soyunub–geyinmə otağı inşa edilmişdir. Stadionun ətrafı hasarlanmış və 100 ədəd müasir tipli oturacaqlar qoyulmuşdur.
Hesabat ilində rayonda yeni istehsal sahələrinin və iş yerlərinin açılması istiqamətində də müəyyən işlər görülmüşdür. Bu barədə danışan icra başçısı demişdir ki, rayonun İstixana kəndi ərazisində 3 hektar ərazidə faraş meyvə–tərəvəz istehsal edəcək “Aqrikola” MMC İstixana kombinatı fəaliyyətə başlamışdır. Hazırda kombinatda 30 nəfər daimi işlə təmin edilmişdir, müəssisənin tam fəaliyyətə başlaması ilə rayonun 100–dən çox vətəndaşı daimi işlə təmin olunacaqdır.
Həyata keçirilən tədbirlər nəticəsində 2012–ci il ərzində 747 iş yeri açılmışdır. Onlardan 486 iş yeri daimi, 261 iş yeri müvəqqətidir. Ümumilikdə 2004–2012–ci illər ərzində rayonda 4467–si daimi olmaqla 15403 yeni iş yeri yaradılmışdır.
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda Samux rayonu üzrə tədbirlərdən üçü — rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik verilişi xətlərinin özüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması, səhiyyə müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi, mədəniyyət obyektlərinin əsaslı təmiri istisna olmaqla digər sahələrdə işlər uğurla aparılır. Göstərilən üç sahədə də işlərin başlanması üçün müvafiq tədbirlər görülür.
Əldə olunmuş uğurlar statistik göstəricilərdə də öz əksini tapmışdır. Belə ki, rayonun inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici — ümumi məhsul buraxılışının həcmi 98,1 milyon manata çatmışdır. Ötən illə müqayisədə onun həcmi 17,9 faiz artmışdır. ümumi məhsul buraxılışının adambaşına düşən həcmi 1762 manat olmuşdur. Ümumi məhsul buraxılışının 82,6 faizi qeyri–dövlət sektorunun payına düşür ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz çoxdur.
Ümumi məhsul buraxılışının 6,04 milyon manatı və ya 6,2 faizi sənayenin, 54,4 milyon manatı və ya 55,5 faizi kənd təsərrüfatının, 14,1 milyon manatı və ya 14,4 faizi tikinti–quraşdırma işlərinin, 2,5 milyon manatı və ya 2,5 faizi nəqliyyatın, 0,5 milyon manatı və ya 0,5 faizi informasiya və rabitə sahələrinin, 20,6 milyon manatı və ya 21,0 faizi ticarət və xidmət sahələrinin payına düşür.
Ümumi daxili məhsulun həcmində məhsul istehsallarının xüsusi çəkisi 76,1 faiz, xidmətlərin istehsalı isə 23,9 faiz təşkil etmişdir.
2012–ci ildə rayon iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 232,9 manat təşkil etmişdir ki, bu da 2011–ci illə müqayisədə 3,9 faiz çoxdur.
Sonra məruzəçi diqqətini rayon iqtisadiyyatında xüsusi rol oynayan sahibkarlığın inkişaf etdirilməsi məsələsinə yönəltmişdir. Bu sahədəki uğurları xüsusi vurğulayan Alı Qocayev demişdir ki, ümumi məhsul buraxılışında qeyri–dövlət sektorunun xüsusi çəkisi ildən–ilə artmaqdadır. 2012–ci ildə ümumi məhsul buraxılışının həcmində qeyri–dövlət sektorunun payı 82,6 faiz təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 5,8 faiz yksəkdir. İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 48 layihə üzrə 3274 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına rayonda 174 yeni iş yeri yaranmışdır.
Samux rayonunun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Məruzədə bu sahədə qazanılmış nailiyyətlərdən geniş söhbət açılmışdır.
Ötən il rayonda 54,4 milyon manatlıq və əvvəlki illə müqayisədə 27,4 dəfə çox kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Ümumi kənd təsərrüfatı məhsulu istehsalının 99,6 faizi qeyri–dövlət sektorun payına düşür. Hesabat ilində rayonda 9494 hektar sahədə payızlıq, 4424 hektar sahədə isə yazlıq səpin aparılmışdır. Aparılmış səpinin 5491 hektarı buğda, 3617 hektarı dən üçün arpa, 386 hektarı isə xəsil, 594 hektarı çoxillik otlar, 319 hektarı kartof, 976 hektarı tərəvəz, 1614 hektarı günəbaxan, 397 hektarı bostan, 276 hektarı qarğıdalı, 29 hektarı pambıq, 40 hektarı şəkər çuğunduru, 24 hektarı paxlalılar, 100 hektarı isə tərəvəz toxumçuluğu olmuşdur.
İl ərzində sahələrdən 29843
ton taxıl məhsulu yığılmışdır. Məhsuldarlıq orta hesabla
33,0 sentner təşkil etmişdir. Ondan 18032 tonu buğda, 11811 tonu arpadır. Bundan
başqa sahələrdən 2429 ton kartof, 10003 ton tərəvəz,
4694 ton bostan məhsulu, 14873 ton meyvə, 5793 ton üzüm,
2943 ton günəbaxan yığılmışdır. Ötən illə müqayisədə bütün
növ məhsullar üzrə artım qeydə
alınmışdır.
Növbəti ildə kənd təsərrüfatında
daha yüksək nəticələr əldə etmək
üçün geniş hazırlıq işləri
aparılmışdır. 2013–cü ilin məhsulu
üçün 01 yanvar tarixinə 10925 hektar sahədə
şum qaldırılmış, 9540 hektar sahədə səpin
aparılmışdır.
2013–ci ilin 1 yanvarına kimi iri buynuzlu mal–qaranın
sayı 20675 baş olmuşdur. Bundan ana inək və
camışların sayı 9989 baş, qoyun və keçilərin
sayı 165721 baş təşkil edir. Müvafiq dövrdə
3421 ton diri çəkidə ət, 13714 ton süd, 5438 min ədəd
yumurta istehsal olunmuşdur. Fiziki çəkidə
yun 326 ton istehsal edilmişdir.
Kanallarda 45 ədəd hidrotexniki qurğu, 20 ədəd
hidrotexniki postlar, 640 metr boru kəməri təmir edilmiş,
kanalların kol–koslardan təmizləmə işləri
aparılmışdır. Qırmızı Samux qəsəbəsində
və Lüksemburq kəndində əkin sahələrinin
suvarılmasının yaxşılaşdırılması
üçün Yenikənd kəndində su sərfiyyatı
3200 kubmetr/saat olan, 315 kvt gücündə yeni nasos
stansiyası qurulmuşdur ki, bu da əlavə olaraq 600 hektar əkin
sahəsinin suvarılmasını təmin edəcəkdir.
Nazirlər
Kabinetinin “Buğda istehsalçılarının maddi
marağının artırılması və buğda
istehsalının stimullaşdırılmasına dair”
müvafiq qərarına əsasən mart ayında 2012–ci il üçün 1835 nəfər buğda
istehsalçısına 199408 manat yardım verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” Sərəncamı bu artımı daha da sürətləndirmişdir. 2012–ci ildə rayonun 23 ərazi
komissiyası üzrə 7650 nəfər istehsalçıya
735066 manat yardım “Kapital Bank” ASC–nin Samux filialı tərəfindən
plastik kartlarla ödənilmişdir. 2013–ci ilin məhsulu
üçün 1636 nəfər buğda
istehsalçısına 193083 manat yardım
hesablanmışdır. Eyni zamanda Samux
rayon “Aqroservis” filialı tərəfindən 2012–ci ildə 228
təsərrüfat sahibinə 248 ton gübrə güzəştlə
satılmışdır.
2012–ci ildə rayon əhalisinin gəlirləri 98 milyon
649 min manat təşkil etmişdir. Adambaşına düşən gəlirlər
1771,1 manat olmuşdur. Rayon üzrə
pensiyaçıların ümumi sayı 7 min 984 nəfər
olmaqla Dövlət Sosial Müdafiə Fondunun Samux rayon
şöbəsi tərəfindən ümumi sayı 5028 nəfər
fiziki və hüquqi şəxs məcburi dövlət sosial
sığortasına cəlb olunmuşlar. Rayon üzrə orta
aylıq pensiyanın məbləği 135,48
manata yaxındır. Hesabat dövründə 2 409 nəfərə
1229,3 min manat məbləğində sosial müavinət, 244
nəfərə Azərbaycan Respublikasının
qarşısında xidmətlərə görə 249, 3 min
manat təqaüd verilmişdir.
2012–ci ildə 1059 ailə ünvanlı sosial
yardımı almaq üçün Əhalinin Sosial Müdafiəsi
Mərkəzinə müraciət etmişdir. Bunlardan 1059
ailəyə sosial yardım təyin olunmuşdur ki, bu da aztəminatlı
ailələrin yaşayışına əhəmiyyətli dərəcədə
kömək deməkdir. Hər ailəyə ödənilən
yardımın orta aylıq məbləği isə 103,6 manat təşkil etmişdir. Bu,
ünvanlı sosial yardımın tətbiqinin ilk ili
2006–cı illə müqayisədə 52,8
faiz artım deməkdir.
Rayon əhalisinə göstərilən rabitə və
poçt xidmətinin yaxşılaşdırılması
istiqamətində də müvafiq işlər
aparılır. Samux rayon telekommunikasiya
qovşağında elektron ATS–lərin ümumi montaj tutumu 8272
nömrə təşkil edir. İl ərzində əsas
telefon aparatlarının sayı 138 ədəd
artırılmış, abunəçilərin sayı 8189–ə,
hər 100 ailəyə düşən telefonların sayı
68,7 ədədə çatdırılmışdır. Bu da
respublika göstəricisindən (58,3) xeyli
yüksəkdir. Burunqovaq kəndi istisna olmaqla
bütün yaşayış məntəqələrində
ADSL avadanlıqları quraşdırılmış və
onların ümumi tutumu 1544 port təşkil edir. Hazırda rayon üzrə 1201 abonent yüksəksürətli
internet xidmətindən istifadə edir və onların
sayı günü–gündən artır. 2013–cü ilin
“İnformasiya–kommunikasiya texnologiyaları” ili
elan edilməsi cari ildə qovşaq qarşısında
mühüm vəzifələr qoyur.
Poçt xidmətinin
yaxşılaşdırılması məqsədilə Samux
şəhəri 2 saylı və Ziyadlı kənd poçt
şöbələri üçün yeni binalar inşa
edilmişdir.
Rayonun ən ucqar kəndi olan Burunqovaq kəndində
yeni poçt binası inşa edilmiş və yeni poçt
şöbəsi fəaliyyətə
başlamışdır. Əhaliyə göstərilən
poçt xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədi
ilə 11 poçt şöbəsində kompyuter
quraşdırılmışdır. Bu
istiqamətdə işlər davam etdirilir.
Sonra məruzəçi diqqəti əhalinin elektrik
enerjisi, təbii qaz və içməli su ilə təchizatının
yaxşılaşdırılması sahələrinə
yönəltmişdir. Qeyd olunmuşdur ki, rayon əhalisini dayanıqlı
elektrik enerjisi ilə təmin etmək üçün 21 ədəd
müxtəlif güclü transformator əsaslı, 86 ədədi
isə cari təmir edilərək istismara verilmiş, 10/0,4
kv–luq elektrik verici xətlərdə naqillər texniki istifadə
qaydalarına uyğun qaydaya salınmış, istismar müddətini
keçmiş naqillərin bir hissəsi yeni naqillə əvəz
edilmişdir. 186 ədəd istismara yararsız
ağac dayaqlar yeni dəmir beton dayaqlarla əvəz
edilmişdir. 640 ədəd yeni sayğac dəsti
quraşdırılmışdır.
Əhalinin
təbii qazla təminatının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərin nəticəsidir ki,
hazırda rayonda 12 709 abonent təbii qazdan istifadə edir ki, bu
da ötən illə müqayisədə 526 abonent, 2003–cü
illə müqayisədə 3,4 dəfə çoxdur. Əhalini
mavi yanacaqla dayanıqlı təmin etmək üçün
Qarayeri qəsəbəsi, Əhmədbəyli, Qovlarsarı, Sərkar
kəndlərində 4 ədəd QSQO və 6 ədəd
müasir tələblərə cavab verən QTŞ tipli qaz tənzimləyici
qurğu quraşdırılmışdır.
Quruculuq–abadlıq işləri ilə əlaqədar olaraq
Samux şəhəri 28 May küçəsi, Heydər Əliyev
prospekti və Kolayır prospekti istiqamətində mövcud
olan qaz xətlərinin layihə əsasında yenidən
çəkilişi və təmir–bərpa işləri həyata
keçirilmişdir. 2012–ci il ərzində
ümumilikdə 1845 ədəd yeni qaz sayğacı abonentlərin
mənzillərinə quraşdırılmışdır.
İçməli su təminatının
yaxşılaşdırılması məqsədilə xətlərdə
baş verən bütün yeraltı sızmaların
qarşısı vaxtında alınmış, əhalinin
içməli suya olan tələbatını tam təmin etmək
üçün dərinlik nasosları cari təmir edilərək
istehsal gücləri artırılmışdır. Şəhərin
Elçin Məmmədov və Məmməd Əsədov
küçələrinə 260 metr məsafədə yeni su
xətti çəkilmiş, küçə sakinlərinin
su problemi tamamilə həll edilmişdir. Bunun
üçün 1 ədəd subartezian quyusunun
qazıntısı başa çatdırılaraq istifadəyə
verilmişdir.
Hesabat məruzəsində rayonun təhsil, səhiyyə
və mədəniyyət sahələrinin inkişafı məsələlərinə
də geniş yer ayrılmışdır.
Son illərdə rayonda inşa edilən məktəblər,
onların maddi–texniki bazasının
yaxşılaşdırılması və informasiya–kommunikasiya
texnologiyaları ilə təmin olunması rayonun təhsil
sisteminə müsbət təsir göstərmişdir. Son 9 ildə rayonda 15 yeni məktəb
binası inşa edilmiş, 14 məktəbdə, 4 uşaq
bağçasında əsaslı təmir işləri
aparılmışdır. Bu baxımdan ötən il daha uğurlu olmuşdur. Belə
ki, 2012–ci ildə rayonda rekord miqdarda yeni məktəb binası
inşa edilmişdir. Şəhər 2 saylı tam orta məktəbi
üçün 360 şagird yerlik, Lək kənd tam orta məktəbi
üçün 220 şagird yerlik, Poylu və Salahlı kənd
məktəbləri üçün isə 180 şagird
yerlik, Qiyaslı məktəbi üçün 80 şagird
yerlik yeni məktəb binalarının tikintisi başa
çatdırılmış və istifadəyə
verilmişdir. Tikintisinə hesabat ilində
başlanmış 180 şagird yerlik Seyidlər kənd tam
orta məktəbində işlər başa
çatmışdır. Samux şəhər
1 saylı uşaq bağçası isə əsaslı təmirdən
sonra istifadəyə verilmişdir.
Ötən
il 346 nəfər məzun ali məktəbə
sənəd vermiş, 117 nəfər ali məktəbə qəbul
olmuşdur. Bu göstərici ötən illə
müqayisədə 19 nəfər çoxdur. Yüksək
balla ali təhsil ocaqlarına daxıl olan
məzunların da sayı artmışdır. Yüksək bal toplayan gənclərlə rayon rəhbərliyinin
görüşü keçirilmiş, onlara qiymətli hədiyyələr
verilmişdir.
Hesabat ilində məktəblərin maddi–texniki
bazasının yaxşılaşdırılması istiqamətində
müəyyən işlər görülmüşdür. Hazırda
rayon məktəblərində 266 ədəd kompyuterdən,
13 ədəd noutbukdan və 13 ədəd proyektordan istifadə
edilir. 35 məktəbdən 19–da kompyuterlər
internet şəbəkəsinə qoşulmuşdur. Ümumtəhsil məktəblərinin kadr təminatı
ilə bağlı işlər aparılmış, Təhsil
Nazirliyində müsabiqə və müsahibədən
müvəffəqiyyətlə keçmiş 19 nəfər
ixtisasları üzrə vakant yerlərə təyin
olunmuşdur.
İl ərzində rayon xəstəxanalarında 1022 xəstə
tərəfindən 21670 çarpayı günü
keçirilmişdir. Həmin müddətdə diri doğulan
körpələrin sayı 737 nəfər təşkil
etmiş, 1 yaşa qədər uşaq və ana
ölümü halları olmamışdır.
Rayon gənclərinin hərbi vətənpərvərlik
ruhunda tərbiyə olunması istiqamətində də müəyyən
tədbirlər həyata keçirilmişdir ki, bunun da nəticəsi
olaraq son illərdə rayon gənclərinin hərbi
çağırışdan yayınma hallarına yol verilməmişdir. İl ərzində
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına
uyğun olaraq həqiqi hərbi xidmətə
çağırışlar vaxtında yerinə
yetirilmişdir.
2012–ci ildə şəhər, qəsəbə və kəndlərin
sosial–iqtisadi inkişafında, abadlıq–quruculuq işlərində
və yerli əhəmiyyətli məsələlərin həllində
bələdiyyələr, inzibati ərazi dairələri
üzrə nümayəndələrlə birgə yaxından
iştirak etmişdir. İl ərzində bələdiyyələr
tərəfindən “Bir bələdiyyə–azı bir layihə”
çərçivəsində 23 layihə həyata
keçirilmişdir. Bu layihələr əsasən
ərazilərin abadlaşdırılması və
yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı,
su arxlarının saxlanması, küçə və
yolların təmiri, məişət tullantılarının
yığılması və daşınması sahələrini
əhatə etmişdir. Layihələrin həyata
keçirilməsinə 77,2 min manat vəsait
sərf edilmişdir.
Hesabat
ilində Samux Rayon İcra Hakimiyyəti
başçısı aparatına ümumilikdə 881 ərizə,
təklif və şikayət daxil olmuşdur ki, bu da ötən
illə müqayisədə 519 ərizə və ya 37,1 faiz
azdır. Müraciətlərdən 642 yerli
sakinlərdən, 239 isə respublikanın yuxarı təşkilatlarından
olmuşdur. Əvvəlki illə
müqayisədə hesabat ilində şikayətlərin
sayı xeyli azalmışdır. Bu da ərizə
və şikayətlərə baxılması vəziyyətinin
daim diqqət mərkəzində saxlanması sayəsində
mümkün olmuşdur.
İl ərzində keçirilən 45 səyyar qəbul–görüşlərdə
5703 nəfər iştirak etmişdir. Səyyar qəbullar zamanı vətəndaşlar
tərəfindən 180 şikayət və təklif daxil
olmuşdur ki, onlardan da 141–i və ya 78,3
faizi həll edilmiş, 39–u və ya 21,7 faizi hazırda
icradadır. Onlardan 20–nin həlli ilə
bağlı müvafiq mərkəzi icra hakimiyyəti
orqanları qarşısında məsələ
qaldırılmışdır.
Məruzəçi
çıxışının sonunda diqqəti 2013–cü ildə
qarşıda duran vəzifələrə yönəldərək
demişdir ki, Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin proqram xarakterli nitqlərində
qarşıya qoyduğu vəzifələri yerinə yetirmək
üçün bütün imkanlar səfərbərliyə
alınmalıdır.
“Azərbaycan
Respublikası regionlarının 2009–2013–cü illərdə
sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın son ilində proqramda nəzərdə
tutulan işlərin tam yerinə yetirilməsinə nail
olunmalıdır. Ümumiyyətlə
2013–cü ildə rayonda daha böyük layihələrin həyata
keçirilməsi gözlənilir.
Məruzə ətrafında çıxış edənlər
ötənilki yekunları gələcək, daha böyük
nailiyyətlərin təməli kimi dəyərləndirmiş,
ölkə başçısının daxili və xarici
siyasətini dəstəkləməklə respublikamızda
cari ildə əldə ediləcək uğurlarda
samuxluların da sanballı payı olacağını
bildirmişlər.
Hesabat
yığıncağında müzakirə olunan məs
ələlərlə bağlı geniş qərar və
ölkə başçısına minnətdarlıq ifadə
edən müraciət qəbul etmişlər.
Y.TANRIVERDİYEV
Respublika.- 2013.- 24 fevral.- S. 5.