Konkret iqtisadi proqramlar uğurlarımızın rəhnidir

 

Azərbaycanda uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində neftqeyrineft sektorunda böyük nailiyyətlərə imza atılıb. Ölkədə reallaşdırılan müxtəlif beynəlxalq səviyyəli layihələr olduqca geniş beynəlxalq əməkdaşlıq üçün möhkəm əsas yaradıb. Azərbaycandan ixrac olunan karbohidrogen ehtiyatları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol getdikcə artır. TANAP qaz boru kəməri layihəsinin Türkiyə və Azərbaycanda ratifikasiya edilməsi isə bu istiqamətdə atılan yeni, daha güclü bir addım olmuşdur. İstər Mərkəzi Asiya, istərsə də Avropanın bir çox maraqlı ölkələrində bu layihəyə qoşulmaqondan bəhrələnmək məqsədi vardır.

 

Ümumiyyətlə, 2012–ci ildə Azərbaycan ilə dünyanın ən böyük iqtisadi mərkəzi olan Avropa İttifaqı ölkələri arasında enerji sektorunda əməkdaşlıq xeyli genişlənmişdir. Bakıda Aİ–nin Energetika Məsələləri üzrə Baş Direktorluğunun rəhbəri Paulo Abrie Markes Azərbaycan ilə Aİ arasında energetika sahəsində anlaşma memorandumu çərçivəsində keçirilən müşavirədə qeyd etmişdir ki, tərəflər arasında energetika sahəsində əməkdaşlıq baxımından ötən il çox əhəmiyyətli olmuşdur. O, TransAnadolu qaz kəməri layihəsi üzrə hökumətlərarası sazişin Azərbaycan və Türkiyə parlamentləri arasında ratifikasiya olunmasını mühüm hadisə adlandırmışdır. P.A.Markes 2013– ildə Azərbaycanın “Şahdəniz” qazkondensat yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarı, eləcə də Aİ–nin qaz tədarükü layihələri üzrə qərar qəbul ediləcəyini və Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi” layihəsinin reallaşmağa yaxın olduğunu bildirmişdir.

Təbii ki, neft amilinin ölkəmizin iqtisadisiyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın və real iqtisadiyyatın inkişafını prioritet elan etmişdir. Buna görə də qeyrineft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasi regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı davamlı inkişafın mahiyyəti barədə demişdir: “Bəzi hallarda bilməyərəkdən, bəzi hallarda bizim uğurlu işlərimizə kölgə salmaq üçün sadəcə olaraq deyirdilər ki, Azərbaycanda neft var, ona görə Azərbaycan inkişaf edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı cavabımızı vermişdik. Bu gün də demək istəyirəm ki, dünyada bizdən qatqat çox neft hasilixrac edən ölkələr vardır. Əgər o ölkələrin bəzilərinin maliyyə durumuna baxsaq görərik ki, neftqaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. Düşünülmüş siyasət, siyasiiqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlikbudur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.

Göründüyü kimi, ölkədə mövcud siyasi sabitlik, uğurlu siyasi kurs, iqtisadiyyatın şaxələndirilməsi üçün tətbiq olunan islahatlar, müasir infrastruktura, davamlı inkişafa səbəb olan istehsalda, emalda və xidmət sahələrində müxtəlif layihələrin reallaşmasına, ixrac potensialının artmasına, nəticədə Azərbaycan məhsullarının beynəlxalq iqtisadi dövriyyəyə uğurla qoşulmasına səbəb olur. Bu əməkdaşlığın sahələrinin genişlənməsi digər ölkələrin də öz iqtisadiyyatını inkişaf etdirməyə stimul yaratmaqla yanaşı, sosial rifahda da mühüm rol oynayır. Ölkələrə iqtisadi inkişaf gətirən, daim güclənən əməkdaşlıq beynəlxalq inteqrasiyada həlledici rol oynamaqla yanaşı, həm də bölgədə sülhün, sabitliyin qorunmasının nə dərəcədə zəruri olduğunu da sübut etmişdirsosialsiyasi sabitliyin qarantıdır.

Müstəqil Azərbaycan Respublikası bütün sahələrdə hərtərəfli, genişdinamik inkişaf yolundadır. Bütün regionlarımızda davamlı və böyük quruculuq–abadlıq işləri görülür, yeni müəssisələr tikilir, emal və sənaye sahələri yaradılır. Nəticədə ölkə hər ili yeni uğurlarla başa vurur, sosial rifah halı yüksəlişlə və iqtisadiyyat artımla yekunlaşır.

Dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda çoxşaxəlilik dərinləşir, hərtərəfli, davamlı inkişaf təmin olunubbu proses getdikcə güclənir. Qədəm qoyduğumuz 2013– ilin ilk ayı da uğurla başa çatıb. 4 474. 3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu rəqəm ötən ilin göstəricisindən 2,8 faiz çoxdur. 2011–ci ildə isə əvvəlki ilə nisbətən artım 1,2 faiz idi. Qeyrineft sektorunda inkişaf proqnozlara uyğun, Dövlət proqramlarına əsasən və sürətlə davam edir. Real iqtisadiyyatda ÜDM 2219, 2 milyon manatlıq olub. Keçən ilin müvafiq dövrünə nisbətən artım 8,8 faizdir. Bu da dövlətin qeyrineft sektorunda inkişafa xüsusu diqqət yetirdiyinin göstəricisidir. Real iqtisadiyyatın sənaye sahəsində 543, 1 milyon manatlıq məhsul istehsal olunub, bu rəqəm isə ötən ilin müvafiq ayındakı göstəricidən 2,3 faiz artıqdır. Azərbaycan iqtisadi modelinin əsas xarakterik xüsusiyyətləri odur ki, dünyada gedən makromikro iqtisadi proseslərin tələb və təklifləri, ölkənin iqtisadi potensialı və dünya bazarlarındakı vəziyyət daim nəzərə alınır. Bu proses həqiqi mənada dünya iqtisadiyyatına inteqrasiyadır və diqqətəlayiq məqam odur ki, bu əməkdaşlıqda ümummilli məqsəd və mənafelər ön mövqedədir. Bu pozitiv siyasətin nəticəsində öz iqtisadiyyatını dirçəldərək onun çoxşaxəliliyini təmin etmiş Azərbaycan beynəlxalq maliyyə və iqtisadi böhrandan zərər çəkməmiş, əksinə müasir təsərrüfat, emal və xidmət sahələrinin yaradılmasına nail olmuş, geniş inkişaf yoluna çıxmışdır. Artıq ölkədə hərtərəfli inkişafın təməlində müasir, rəqabətədavamlı iqtisadiyyat dayanır. Dövlətin iqtisadi qüdrətini davamlı surətdə artırmaq üçün biznes mühiti daim yaxşılaşdırılır, iqtisadi təşəbbüs üçün zəruri olan şərait yaradılır, mövcud potensial aşkara çıxarılır və müasir layihələr hazırlanaraq elmipraktiki baxımdan həyata keçirilir.

Ölkə artıq Avrasiya məkanında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın və inteqrasiyanın daim güclənməsinə, bölgədə sabitliyə öz töhfəsini verir. Təsadüfi deyil ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Ölkə rəhbərliyi həm ikitərəfli müstəvidə, həm regional formatda, həm də çoxtərəfli formatda uğurlu xarici siyasət aparır. Bu gün beynəlxalq təşkilatlarla qurulan əlaqələr artıq oturuşmuş əməkdaşlıq xarakteri alıb. Bu əməkdaşlıqda qarşılıqlı hörmət, qarşılıqlı inam, qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər prioritetdir. Düşünülmüşuzun müddətə proqnozlaşdırılmış bu siyasi xətt təbii ki, bütün tərəflərin marağını təmin etməklə bərabər, ölkəmizin mövqeyini də həm bölgədə, həm də dünyada kifayət qədər möhkəmlətmişdirnüfuzunu daim artırmaqdadır.

Azərbaycanın dünyada bu gündavam edən qlobal iqtisadi və maliyyə böhranı şəraitində kredit reytinqinin artmasının özü iqtisadi sahədə aparılan və gələcək perspektivə istiqamətlənmiş siyasətin, tətbiq olunan strategiyanın və iqtisadi modelin doğru olduğunu bir daha təsdiq edir. Dövlət davamlı mütərəqqi islahatlar yolunu seçib. Buna görə də dünyada ən islahatçı və iqtisadi baxımdan inkişaf edən ölkə olması nüfuzlu beynəlxalq qurumlar tərəfindən təsdiqlənir. Bu prosesdə mühüm amil odur ki, dövlət beynəlxalq əməkdaşlıqda öz siyasiiqtisadi müstəqilliyini qoruyuröz milli maraqlarını da təmin edir. Azərbaycan rəhbərliyi buna nail olmaq üçün sosialiqtisadi inkişafın davamlılığını, hüquqi bazanın daim müasirləşdirilməsini diqqət mərkəzində saxlayır. İqtisadiyyatın inkişafı üçün ən önəmli zəmin olan enerji, ərzaq və nəqliyyat təhlükəsizliyini təmin etmək, paralel şəkildə iqtisadiyyatın şaxəliliyinə nail olmaq üçün regionların sosialiqtisadi Dövlət proqramları qəbul edilmişinfrastruktur layihələri reallaşdırılmışdır və bu tədbirlər davamlıdır. 2003– ildən bəri yüksək sürət götürmüş sosialiqtisadi inkişafın yekunları sübut etdi ki, Azərbaycanın seçdiyi düşünülmüş siyasəti, konkret iqtisadi proqramlarla fəaliyyəti onu seçdiyi hədəfə— inkişaf etmiş ölkə səviyyəsinə uğurla çatdıracaqdır.

Dövlət başçısı bu günədək həyata keçirilən siyasiiqtisadi kursun uğurları, hərtərəfli inkişafın davamlı olacağı barədə vurğulamışdır: “Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir. Biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük, rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46–cı, MDB məkanında birinci yerdəyik. Biz böyük maliyyə imkanlarına malikik. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. Bu dünya miqyasında çox yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşübdür, işsizlik aradan qaldırılır və biz gələcəyə baxırıq. Bir neçə gün bundan əvvəl birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını göstərir. Əminəm ki, bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaqdır”.

 

 

Ataş CƏBRAYILOV

 

Respublika.- 2013.- 24 fevral.- S. 1.