QAN YADDAŞIMIZDAN SİLİNMƏYƏN XOCALI SOYQIRIMI

 

Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış mərkəzi idi. 1990–cı ildə şəhər statusu almışdı. Dağlıq Qarabağdakı yeganə Hava limanı Xocalıda yerləşirdi.

Erməni silahlı qüvvələri Xocalı şəhərinə gecə saat 22 radələrində quldurcasına hücum etmiş, əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutmuş, sonra isə çoxsaylı tanklarzirehli maşınlar vasitəsilə şəhərə daxil olmuş, evlərində yatmış dinc əhalini vəhşicəsinə məhv etməyə başlamışlar.

Vəhşiləşmiş ermənilər azərbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürürdülər. Onlar mühasirədən çıxıb qaçan azərbaycanlıları da yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, vəhşicəsinə məhv edirdilər.

 

Bu gün Xocalı adlı bir şəhər yoxdur, çünki 26 fevral 1992–ci ildə burada yaşayanlar soyqırıma məruz qalmış, bu şəhər erməni daşnakları tərəfindən yandırılmış, yer üzündən silinmişdir. Bu məsələyə beynəlxalq hüquq baxımından yanaşanda Xocalıda törədilən soyqırım rəsmən ortaya çıxır.

Bilindiyi kimi, Azərbaycan Milli Məclisi Xocalıda ermənilər tərəfindən törədilənləri 1994– ildə soyqırım olaraq qəbul etmiş və qərar çıxarmışdır. Heç şübhəsiz, Türkiyə və türk dövlətlərinin Milli məclisləri də belə bir qərarı qəbul etməlidirlər. Bu onların borcudur. Doğrudur, Ankara Keçiören bələdiyyəsi belə bir qərar çıxarmış və bir abidə tikdirmişdir. Bu, bütün Türk dünyasındakı bələdiyyələrə bir nümunə olmalıdır. Türkiyə, Azərbaycan və dünyanın bir çox bölgəsində yaşayan türklər cəm halında “Lahey Ədalət Divanı”nda cinayət işinin qaldırılmasına səy göstərməlidirlər. Heç şübhəsiz, ilk növbədə Türkiyə və Azərbaycan dövlətləri Xocalı soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün birgə təşkilatlar yaratmalı, yalnız Anadolu və Azərbaycan türkcəsində deyil, ingiliscə, fransızca və bütün Qərb dillərində, eləcə də rus, fars və ərəb dillərində yayımlar ortaya qoymalıdırlar. Bu da bir həqiqətdir ki, dövrümüzdə informasiya əsas rolu oynamaqdadır. Ona görə də bu imkandan istifadə edilməlidir.

Azərbaycan Milli Məclisi fevralın 26–nı Xocalı soyqırımı günü elan etmiş, hər il fevralın 26–da Xocalı soyqırımını anma tədbirləri keçirir. Bu tədbirləri bütün Türk dünyası keçirməli, ermənilərin kimliyini bütün dünyaya yaymalıdır.

Bütün dünyanın gözü qarşısında törədilən bu qətliama BMT, AB kimi beynəlxalq təşkilatlar lazım olan qiyməti verməmişlər. Doğrudur, BMT Təhlükəsizlik Şurası yeddi ay ərzində dörd dəfə! —822, 853, 874 və 884 saylı qətnamələr çıxarmışdır. Amma dünyanın ən mötəbər təşkilatının çıxardığı bu qətnamələr hələ də həyata keçməmişdir. Azərbaycan torpaqları hələ də ermənilər tərəfindən işğal altında qalmaqda davam edir.

Dünyanın ən gözəl bölgələrindən biri olan Qarabağ bölgəsi qaniçən erməni daşnaklarının tapdağı altında qalmaqda davam edir, dünyanın ən gözəl nöqtələrindən biri olan gözəlim Şuşa bu haydutların tapdağı altında inləməyə davam edir, güclü dövlətlər başda olmaqla bütün dünya ictimaiyyəti də bu gözəl bölgənin ermənilər tərəfindən yandırılıb–yaxılmasına biganədirlər. Avropa Şurası 25 yanvar 2005–ci il tarixli 1416 saylı qətnaməsində Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxladıqlarını qeyd etmişdir. Bu hadisələrə seyrçi qalan BMT və Qərb dövlətləri ermənilərin törətdikləri qətliamlara və işğal hərəkətlərinə qarşı ciddi reaksiya göstərmirlər. İngilis hökuməti Xocalı qətliamını hərtərəfli incələmiş, ermənilərin törətdikləri qətliamı insanlığa qarşı törədilmiş bir cinayət olaraq qəbul etmiş, lakin bu cinayəti törədənlərin cəzalandırılması istiqamətdə heç bir hərəkət etməmişdir. ABŞ Konqresinin Beynəlxalq Əlaqələr Komissiyasının üzvü dr.Barton konqresi Xocalı soyqırımını tanımağa çağırmış və təmsilçilər quruluşunun iclasındakı çıxışında, ABŞ Konqresi Xocalı soyqırımını tanımaqla beynəlxalq cəmiyyətin uzun illərdən bəri bu mövzu ilə əlaqəli səssizliyini pozacaqdır”—demişdir. Göründüyü kimi, yuxarıda qeyd etdiklərimiz bəzi rəsmi şəxslər tərəfindən sözdə ifadə edilir, amma BMT–nin 20 il bundan əvvəl çıxardığı qətnamələr hələ də nəticəsiz qalır.

Bu da bir həqiqətdir ki, beynəlxalq cəmiyyətlərin, xüsusilə ABŞ–ın Xocalı faciəsi ilə məlumatlanmasında, Xocalı qırğını başlamazdan bir neçə saat əvvəl bir vertolyotla o bölgənin xaricinə çıxa bilən və gördüklərini ilk olaraq dünya ictimaiyyətinə çatdıran amerikalı yazıçı–jurnalist Thomas Qoltsın qeydləri önəmli yer tutur. Thomas Qolts yazdığı “Azərbaycan gündəliyi” adlı kitabında Xocalı şəhərində gördüklərini, orada olan Azərbaycan ordusunun komandiri ilə danışdıqlarını, bütün xatirələrini təfsilatı ilə oxuculara çatdırır. Onun qeydlərinə görə, oradakı komandir 45 nəfərlik bir hərbi hissəyə rəhbərlik edirmiş, gündə iki dəfə gələn bir vertolyotla ancaq özlərinə çatacaq qədər mərmi gətirirmiş. Əsgərlərin qidaları yox deyiləcək qədər az, aclıq çox ciddi səviyyələrə çatmış vəziyyətdə imiş. 18–20 nəfər daşıya biləcək gücdə olan vertolyot, hər gəldiyində 35–40 adamı qorxulu bölgədən çıxarırmış. Çünki qətliam “gəlirəm” deyir, soyqırım “gəlirəm” deyirmiş.

Əfsuslar olsun ki, bu ağır faciə dünya ictimaiyyətində lazımi dərəcədə əks–səda yaratmamış, demokratiyadan dəm vuran dövlətlər bu faciəyə öz etiraz səslərini ucaltmamışlar. Eybəcər şəklə salınmış meyitlər ətrafda tökülüb qalmışdı. İnanmaq olmurdu ki, insan belə vəhşiliyə və alçaqlığa qadir ola bilər. Başı, burnu, qulağı kəsilən, gözü çıxarılan meyitlər çox idi, bir çox meyitin başının dərisi soyulmuşdu. İnsanlıq tarixində heç bir millət, hətta faşistlər belə bu cür cinayətlər törətməmişdilər. Belə qeyriinsani yırtıcılığı ancaq bütün qanı, şüuru ilə türkə nifrət bəsləyən ermənilər edə bilərdilər. Buna görə də həmin faciənin dünya ictimaiyyətinə çatdırılması və onun əsl soyqırım kimi beynəlxalq təşkilatlarda qəbul olunması naminə soyqırımı haqqında yeniyeni əsərlər yazmaq Azərbaycan elm adamlarının üzərinə düşən bir vəzifədir.

Doğrudur, bu istiqamətdə bəzi işlər görülmüşdür, amma yenə də ermənilərin bəşər qanunlarına zidd olaraq nə qədər böyük vəhşiliklər və qeyriinsani cinayətlər törətdiklərini və törətməyə davam etdiklərini dönə–dönə yazıb dünya ictimaiyyətinə çatdırmaq lazımdır.

Törədilmiş cinayətin cəzasız qalması yeni cinayətlərin törədilməsinə rəvac verir. Bu gün Ermənistan tərəfindən qonşu ölkələrin torpaqlarına göz dikilməsi işğalçı Ermənistan Respublikası barəsində beynəlxalq aləmdə mövcud olan cəzasızlıq mühitinin nəticəsidir. Heç şübhəsiz, nə tarixi həqiqətlərə, nə də bugünkü siyasi reallıqlara uyğun gəlməyən, mövcud beynəlxalq hüquq normalarını kobudcasına pozan, bəşəri əxlaq meyarlarına zidd olan, azğın xəyallarını yerinə yetirməyə çalışan ermənilərə qarşı beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Yəni Ermənistan təcavüzkar bir dövlət elan olunmalı, erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən qeyd–şərtsiz çıxarılmalı, Xocalı soyqırımının iştirakçıları R.KoçaryanS.Sarkisyan Yuqoslaviyanın keçmiş dövlət rəhbəri S.Miloşeviç kimi mühakimə olunmalı, cəzalandırılmalıdırlar.

Azərbaycan türkünün taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi, onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində, öz torpağında bu namərdlərə yer verməsidir. Ey Əkrəm Əylisli! Gör bütün dünyada tanınmış qələm sahibi A.S.Puşkin sənin təriflədiyin ermənilər haqqında nələr deyib: “Ey erməni, sən vəhşisən, qatilsən, cinayətkarsan, qorxaq və satqınsan, şəhər və kəndləri viran qoyan bayquşsan, bütün bunlara baxmayaraq, səni qınamıram, çünki sən ermənisən”.

Məhz belə bir mənfur təbiətə malik olan ermənilər həmişə xalqımıza, türk millətinə qarşı soyqırımlar, terror aktları, repressiyalar həyata keçiriblər.

1992–ci il fevral ayının 26–da ermənilər tərəfindən törədilən Xocalı faciəsi Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırım siyasətinin tərkib hissəsidir. Bu faciə zamanı şəhid olmuş, əsir və girov düşmüş, qətlə yetirilmiş insanların rəqəmlə ifadə olunmuş siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülmüş dəhşətli məqamları seyr etmək mümkün deyildir. Çünki tükürpədici mənzərələr adamın varlığına vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır? Bu səbəbdən də bəşər tarixində heç bir xeyirxah əməlin sahibi olmayan ermənilər haqqında mənfi fikirlər mövcuddur.

26 fevral 1992–ci il… 21 ildir ki bu tarix XX əsrin son onilliyinin köksündə günahsız bir gün olaraq qapqara qaralır. İnsanlıq faciələrinə biganə qalmayanların nəzərində həmin o gün də təcavüz qurbanıdır. İnsanlığını itirib vəhşiləşmişlərin, körpə, cavan, qoca qanına susamışların qara əməllərini həmişə yada salacaq o gün. İnsan adını xar etmiş, rüsvayçılıq sütununa sarılmalı bu havadarlı cəlladlar, təəssüflər olsun ki, hələ də cəzasız qalırlar. Bu boyda dünyada onların yaxasından tutub cəllad damğası yapışdıran, layiq olduqları adı onlara qoyan hələ ki, tapılmır. Axı şər şirnikləndirildikdə əl–qol açar, zamanzaman yenidən baş qaldırar.

Həmişə gözü onunbunun torpağında olan, teztez ərazi iddiaları qaldıran və bunun naminə hər cür cinayətə qanlı imza atanların ünvanı və himayəçiləri çoxdan bəllidir. Onların izləri düşdüyü yerlərdən silinməyib. Xocalı xarabalıqları onların avtoqrafıdır.

İyirmi bir il bundan əvvəl 26 fevral günü dünya səviyyəli adamlardan səs çıxmadı. Onlar heç nə olmayıbmış kimi susmağa ustünlük verdilər. Dünya biganəlik xəstəliyinə, bəşər unutqanlıq mərəzinə tutulmasın gərək. Yandırılmış, yerlə–yeksan edilmiş Xocalının ahı iyirmi bir ildir göyləri dolaşır. Başı kəsilmiş qocaların, güllələnmiş, təcavüzə uğramış qadınların, qanına qəltan edilmiş körpələrin haqqı hələ də yerdə qalır. Dilsiz–ağızsız körpələrə toplardan, tanklardan atəş açanlar hələ də qorxusuzhürküsüz yer üstündə gəzib–dolaşırlar. Xocalıda göylərə dirənən ah–nalə yer üzündən heç vaxt silinməyəcək, ən azı bəşər tarixinin səhifələrinə çöküb qalacaqdır. Bu şəhərdə güllə yağışına tuş gələn körpələr boy atıb böyümək, yaşamaq istəmirdilərmi? Ey Əkərm Əylisli! Sən bu işə necə baxırsan? Onlarüçün doğulmuşdular? İnsanlıq simasını büsbütün itirmiş cəllad erməni güllələrini zərif bədənlərində soyutmaq üçünmü? O körpələri, uşaqları unutmaqmı olar? Külə dönmüş Xocalını yaddan çıxarmaq mümkündürmü? Yağı gülləsinə tuş gələn heç bir insanımızı unutmağa haqqımız yoxdur! Onların xatirəsi bizi nəyin bahasına olursaolsun torpaqlarımızın hər qarışını geri almağa səsləyir. Biz onların göylərimizdə dolaşan harayını eşitməli, incik ruhlarını sevindirməliyik.

Hesab edirəm ki, Xocalı faciəsi Azərbaycan türkünün başına gətirilmiş o qədər dəhşətli bir faciədir ki, onun haqqında həmişə danışılmalı və bu mövzu dünya ictimaiyyətinin gündəmində tutulmalıdır. Məsum insanların vəhşicəsinə qətl edildikləri cinayətlərin isbatını ortaya qoyan rəsmi sənədlər, lentə çəkilmiş görüntülər belə var ikən Xocalı faciəsinin unudulmasına imkan verilməməlidir. Təəssüflər olsun ki, iyirmi bir il keçməsinə baxmayaraq, bu faciənin dəhşətləri beynəlxalq aləmdə, dünya ictimaiyyətinin rəyində özünün həqiqi və layiqli qiymətini ala bilməmişdir. Belə biganəlik həm də onunla təhlükəlidir ki, bəşəriyyətə qarşı çevrilmiş bu kimi fəlakətlərin bundan sonra da baş verməsinə zəmin yaradır. Yəni faciəni törədən canilərin cəzasız qalmaları insan sevgisindən uzaq olan və mənfəət ardınca qaçan millətləri yeniyeni cinayətlər törətməyə sövq edir.

Heç şübhəsiz, türk millətinə qarşı yönəldilmiş bu məqsədyönlü soyqırım siyasəti insanlıq və bəşəriyyət tarixində böyük bir cinayət, qara bir ləkə kimi qalacaqdır. XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımının bütün dünyada törədilmiş ən böyük cinayətlərdən biri olduğu və erməni qəsbkarların vəhşilikləri beynəlxalq aləmə bildirilməli, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilməli, Xocalı vəhşətinin dünya dövlətləri və beynəlxalq quruluşlar tərəfindən soyqırım olaraq tanınması üçün lazım olan addımlar atılmalıdır.

BMT–nin soyqırım haqqında 96(1) saylı qərarına görə, soyqırım insan qruplarına yaşama haqqı tanımamaqdır. Beləliklə, hansı səbəblə, zamanda və yerdə olursaolsun, ciddi sayda insan ölümü soyqırım cinayəti sayılır. Yəni ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri qırğın tam mənası ilə soyqırımdır, yəni, BMT soyqırım haqqında 96(1) saylı qərarına əsaslanaraq Xocalı soyqırımını qərara bağlamalıdır!

Rəsmi məlumatlara görə, o gecə 613 nəfər şəhid olmuş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər əsir düşmüş, erməni zülmünə, təhqirlərinə məruz qalmışlar. Ermənilər Azərbaycan türklərinin gözlərini oyaraq, burunlarını, qulaqlarını kəsərək, başlarının dərisini soyaraq qeyriinsani hərəkətlərlə, vəhşicəsinə öldürmüş, bir çoxunun cəsədlərini yandırmışlar. Yer kürəsinin ən gözəl nöqtələrindən birində, öz atababa yurdunda yaşamaqdan başqa bir günahı olmayan bu insanlar işgəncə verilərək şəhid edilmişlər.

Xocalı soyqırımının adı necə olursaolsun, kim tərəfindən kimə qarşı hansı şərtlərdə olursa olsun nəticəsi vahiməli hadisələrin yaşandığı bir vəhşətdir. Hal belə ikən insanlığa yaraşmayan bu qırğının ancaqancaq Azərbaycan və Türkiyə tərəfindən yad edilərək qınanması, həqiqətən də çox üzücüdür. Digər tərəfdən, bu soyqırımın ardından iyirmi bir il keçməsinə baxmayaraq, hələ də dünya ictimaiyyətinin bitərəf qalması, təəssüflər olsun ki, daha üzücüdüşündürücüdür.

Heç şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində baş verən vəhşətin bir soyqırım olduğunun beynəlxalq cəmiyyətdə qəbul edilməsi üçün qanuni bir prosses başladılmalıdır. Azərbaycan dövləti “Lahey Ədalət Divanı”na müraciət edərək 1948–ci il dekabr ayının 9–da BMT tərəfindən qəbul edilən “Soyqırım cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyası çərçivəsində cinayət işi açdırmalıdır. Bu müraciətdə lazım olan dəlillər çərçivəsində Ermənistan rəhbərləri R.KoçaryanS.Sarkisyan Xocalı soyqırımını həyata keçirən cinayətkarlar olaraq göstərilməli və onların cəzalandırılmaları tələb olunmalıdır!!!

26 fevral 1992–ci il… Xocalı soyqırımı kimi tarixləşdi bu müdhiş gün. 1941–1945–ci illər müharibəsində Belorusiyanın Xatın kəndində də belə bir faciə baş vermişdi. Dünya hələ də bu kənd–qəbiristanlığına gəlib illərin faciəsini gözlərinə köçürür. Bəs Xocalı faciəsi?! 65 il əvvəl baş verən hadisələrlə maraqlananlar ermənilərin bu çox yaxın keçmişdə Xocalıda törətdikləri vəhşilikləri görmədilərmi? Soyqırım deyirlər. Bəs onda ermənilərin Xocalıda törətdikləri qırğınlar soyqırım deyildirmi? Yaxşı, əgər Xocalıda törədilənlər soyqırım deyilsə, bəs onda biz bu vəhşətə nə ad verməliyik? Bu da bir həqiqətdir ki, qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı.

 

 

Fazil QARAOĞLU,

professor.

 

Respublika.- 2013.- 26 fevral.- S. 8.