Mənəvi xəzinəmiz

 

Dil hər bir xalqın müqəddəs və tükənməz mənəvi xəzinəsidir. Hər bir dili yaşadaninkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək səviyyədə inkişaf edərək beynəlxalq nüfuz qazanması xalqın dəyərli övladlarının adı ilə bağlıdır. Uzun illərin təcrübəsi göstərir ki, dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, xalqının tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin böyük rolu olur. Azərbaycanın gələcəyi üçün əlindən gələni əsirgəməyən, fenomen şəxsiyyət, xalqımızın fəxri, böyük zəka sahibi ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli inkişafına daim çalışmış, onun saflığı dövlət dilinə çevrilməsi, zənginləşə–zənginləşə nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərindən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir. Ulu öndərimiz hələ Sovet dövründə Azərbaycan dilinin dövlət dili olması uğrunda uzun illər qətiyyətli mübarizə aparmışdır. Ana dilimiz insan fəaliyyətinin bütün sahələrini, qəlbinin ən incə, həssas duyğularını, dünya, elm, mədəniyyət və ədəbiyyatının klassik ənənələrini, böyük bəşəri mənaları ehtiva və ifadə etmək qüdrətinə malikdir.

Heydər Əliyevin gözəl bildiyi, həmişə də yüksək qiymətləndirdiyi və qayğısına qaldığı Azərbaycan dili təkrarsız mənəvi sərvətimizdir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dilimizə dövlət dili statusu verilmişdir.

Heydər Əliyevin fəaliyyətində dilçilik məsələləri, ilk öncə ana dili, dil və dövlət, dil və mədəniyyət, dil və millət, diltarix, dil və ədəbiyyat, dil quruculuğu kimi böyük əhəmiyyət kəsb edən mühüm məsələlər də xüsusi yer tuturdu. Ulu öndərimiz fəxarətlə və dönə–dönə deyirdi ki, dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. “Şəxsən mən öz ana dilimi çox sevirbu dildə danışmağımla fəxr edirəm” deyən Heydər Əliyevin müdrikdoğma dilinə məhəbbətdən yoğrulmuş bu kəlamı vəzifəsindən, işindən, cəmiyyətdə hansı mövqeyə malik olmasından asılı olmayaraq hər kəsin həyat devizi olmalıdır.

Alimlər qeyd edirlər ki, dil hər şeydən əvvəl milli şüurun oyanması, müstəqil dövlətlərin meydana gəlməsi uğrunda mübarizənin olduqca mühüm vasitəsi və amili rolunu oynayır. Bir qayda olaraq milli azadlıq hərəkatı dil uğrunda mübarizədən başlanır. Xalqımızın böyük oğlu Heydər Əliyevin bu kəlamı hər bir azərbaycanlını qürurlandırır: “Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu həqiqətdir”.

Ulu öndər Azərbaycan dilini təkcə respublikamızda deyil, beynəlxalq diplomatik dairələrdə səsləndirməyi sevirdi. Heydər Əliyev deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi Sovet imperiyasının daxilində deyilik ki rus dilində danışaq. Qoy hamı o, cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz varbiz öz dilimizdə də danışırıq”. Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün var gücü ilə çalışmışdır. Azərbaycan dilinin bugünkü inkişafı göstərir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Bütün dillər kimi ana dilimizin də təşəkkülü müxtəlif proseslərdən keçir. Ana dilimiz mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin çox böyük əvəzsiz xidmətləri var. 18 iyun 2001–ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanında qeyd olunur ki, Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.

Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqın bir neçə minillik tarixi yaşaması lazım gəlir. Fəxr edirik ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Kökümüz kimi dilimiz də qədimdir, zəngindir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxışlarında, ziyalılarla görüşlərində ana dilimizi sevməyi, onun təbliğ olunmasını, yad ünsürlərdən qorumağı hər birimizə töfsiyə edib. Son illərdə ana dilimizlə bağlı onun tətbiqi və təbliği, elmi araşdırmaların təkmilləşdirilməsi ilə əlaqədar bir çox sərəncamlar, fərmanlar imzalanıb. Aydındır ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, xalqın sərvətidir. Xalqımızın əsrlər boyu çəkdiyi əzab–əziyyətlər, ona edilən təzyiqlər dilimizdən də yan keçməmişdir. Ancaq bütün təzyiqlərə, hücumlara baxmayaraq xalqımız dilimizin saflığını, şirinliyini qoruyub saxlamış, bugünkü nəslə ərməğan etmişdir.

Ölkəmizdə dilimizin bütün sahələrdə möhkəmləndirilməsi sahəsində aparılan islahatlara hər bir ziyalı öz töfhəsini verməlidir. Ana dilimizin zənginləşməsində, qorunmasında biz müəllimlərin üzərinə çox məsuliyyətli, şərəfli vəzifə düşür. Uşaqlarda dilimizə, əlifbamıza, mədəniyyətimizə, incəsənətimizə, milli adət–ənənələrimizə ehtiram və məhəbbət yaratmaq vətəndaşlıq borcumuzdur. Sevinirik ki, dövlət başçımız öz fəaliyyətində Azərbaycan xalqının formalaşmasında müstəsna rol oynayan ana dilimizin saflığının qorunmasına xüsusi qayğı göstərir, dilimizin dünyada daha da tanınmasına, sevilməsinə çalışır.

 

 

Şahismayıl RÜSTƏMOV,

Bakıdakı 48 saylı tam orta

məktəbin direktoru.

 

Respublika.- 2013.- 27 fevral.- S. 7.