İsmayıllı: həyat yenidən öz axarına düşür

 

Ölkəmizin digər bölgələrində olduğu kimi, 2012–ci ildə bu rayonda da “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra işlər görülmüşdür. Hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədov bildirdi ki, Proqramda nəzərdə tutulan 17 tədbirdən 11–nin icrası təmin olunmuşdur. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə İvanovka–Hacıhətəmli–Mollaisaqlı avtomobil yolunun tikintisi üçün ayrılmış 3 milyon manat vəsait hesabına işlərin icrasına başlanmış və artıq 20 kilometr hissədə yol əsaslı tikilib qurtarmışdır. Talış ilə Sərdahar kəndlərinin hər birində 80 şagird yerlik məktəb binaları, Qalıncaq kəndinin giriş yolunda 38, Göyçay çayının İstisu kəndindən keçən hissəsində 68 metr uzunluğunda 4 aşırımlı dəmir beton konstruksiyalı körpü, 3 nəfər Qarabağ müharibəsi, 1 nəfər Cernobıl əlili üçün fərdi yaşayış evi tikilmişdir. Digər sahələrdə də bir sıra tikintiquruculuq işləri aparılmışdır. Aqrar sahədə bütün istehsal göstəriciləri 2011–ci ildəkinə nisbətən artırılmışdır.

 

Ümumiyyətlə, 2012–ci ildə İsmayıllı rayonunun sosialiqtisadi inkişafında yaxşılığa doğru irəliləyişlər olmuşdur. Görülən işlərə, ayrı–ayrı sahələrdə qazanılan uğurlara görə belə qənaətə gəlmək olur ki, rayon ümumilikdə respublikada qarşıya qoyulan vəzifələrin icrasına görə öz yerini tutanlardandır. Belə olduğu halda, bəs 2013– ilin lap başlanğıcında, yanvarın 23 və 24–də nə üçün ismayıllılıların ünvanına acı xatirə kimi yazıldı? Onun dövlətə, dövlətçiliyə sədaqətli ziyalılarının, ağsaqqal və ağbirçəklərinin ürəklərində kədərli izlər kimi qara xətt salınmasının səbəbkarı və səbəbi kim və nə oldu? Məişət zəminində yaranan qığılcım niyə alova çevrildi? Bir sözlə, İsmayıllının duru sularının birdən–birə bulanmasına, öz axarından çıxıb başqa səmtə yön almasına səbəb nə oldu?

Əlbəttə, səbəblərin axtarışına çıxsaq, sualların sayı çoxalacaq. Qeyd edək ki, qanunlarımızın aliliyi və ədalətliliyi ilə bu axtarışlar səmərə verir, səbəb və səbəbkarlar aydınlaşdırılır. Şübhəsiz, hər şey əsl zərgər dəqiqliyi ilə. Elə isə gəlin mətləbdən çox uzaqlaşmayaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi ilə İsmayıllıda suların yenidən öz axarına qaytarılması məqsədilə həyata keçirdiyi tədbirlər prizmasından bugünkü vəziyyətdən, bulanmış suların duruldulması istiqamətində görülən işlərdən söhbət açaq. Görək İsmayıllı bu gün hansı abhava ilə yaşayır, dövlətə, dövlətçiliyə sədaqətli olmalarını hansı tədbirlərilə yenidən təsdiqləyir, bu sahədə tarixən qazandıqları inamı itirməmək üçün necə fəaliyyət göstərirlər? Hər şeydən öncə deyək ki, ismayıllılılar ölkə Prezidentinin sərəncamı ilə rayonlarına yeni təyin olunan rəhbərə görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirirlər. Rayon icra hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin olunan Mirdaməd Sadıqov elə bu torpağın özündə doğulub boyabaşa çatmış, çox mənalı, gərəkli ömür yolu keçmiş, müxtəlif illərdə Bakı Maliyyə Kredit texnikumunun direktoru, İqtisad Universitetinin prorektoru, Bakı şəhərində Nəsimi rayonu üzrə vergi idarəsinin rəisi, Vergilər Nazirliyində idarə rəisi, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru işləmişdir.

2004– ildə Azərbaycan Respublikasının maliyyə potensialının formalaşması problemləri mövzusunda doktorluq dissertasiyasını müdafiə edən, respublikada bu sahədə doktor adı almış ilk adamlardan biridir. 2010–cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. İsmayıllının, bütövlükdə Azərbaycanın iqtisadiyyatına, maliyyə potensialına yaxşı bələddir. İqtisadiyyatın və idarəetmənin sirlərinə bələd olmaq, təşəbbüskarlığın, işgüzarlığın, təşkilatçılığın güclü vəhdəti, fəaliyyətin qanunların aliliyi baxımından qurulaması rayona yeni qaynarlıq nəfəsi, qurubyaratmaq həvəsi gətirmişdir. Birbaşa insanlarla canlı ünsiyyətdə olmaq, onların ümumi inkişafa təkan olan tələb, təklif, arzularından bəhərlənmək, yaxşılarını icra etmək bir nömrəli vəzifəyə çevrilib.

Ötən ilin yekunlarına, 2013– ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan ümumrayon müşavirəsi də yuxarıda sadaladığımız fikirlərin üstündə kökləndi. Ötən il görülən işlər barədə qısa hesabat dinlənildikdən sonra zalda canlı dialoq quruldu.

Rayon prokuroru Rahib Seyidov cinayətkarlığa qarşı mübarizə istiqamətində görülən işlərdən, hüquq qaydalırının mökəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən konkret faktlarla söhbət açdı. Rayonda bu ilin yanvarında baş vermiş xoşagəlməz hadisələrə münasibətini bildirərkən qeyd etdi ki, məişət zəminində baş verən hadisələrə qanunların aliliyi çərçivəsində real qiymət verilir.

Çıxış edib dövlətə və dövlətçiliyə sədaqətlərini bundan sonra da qoruyacaqlarını, möhkəmləndirəcəklərini söyləyənlər əsas diqqəti bulanmış suların duruldulması üçün rayon rəhbərliyi ətrafında daha sıx birləşəcəklərini vurğuladılar.

İsmayıllının inkişafına, tərəqqisinə nail olmaqla, iqtisadiyyatının daha da möhkəmləndirilməsini təmin etməklə yaxşı yaşayışa nail olmaq müşavirədə bir nömrəli vəzifə kimi irəli sürüldü. Bildirildi ki, iqtisadi durumun yaxşılaşdırılması üçün investisiyaların sənaye yönümlülüyünə diqqət artırılmalıdır. Rayonun yerli büdcəsinin formalaşmasında, ondan təyinatı üzrə istifadə olunmasında aşkarlığa geniş yer verilməlidir. Bu işdə hər bir kəsin–ağsaqqalların, ziyalıların, fəalların qüvvəsi, arzu, tələb və təklifləri imkanlar daxilində nəzərə alınmalıdır.

Qadınların rayonun ictimai, siyasiiqtisadi həyatındakı rolundan söhbət açan İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva dedi:

Rayonumuzun böyük ziyalı qadınlar ordusu olsa da, onların qüvvəsindən lazımi səviyyədə istifadə edilmir. Bu gün onların rəhbər vəzifələrdə çox az qisminin təmsil olunması narahatlıq doğurur. Cəmi 2 məktəbin rəhbərliyinin qadınlara tapşırılması, qadınların müxtəlif işlərə, xüsusilə müxtəlif istehsal sahələrində çalışmaları üçün yeni yerlərinin az olması barədə düşünməyin vaxtıdır.

Rayonda qazlaşdırmanın, elektrik enerjisindən istifadənin vəziyyətinin də qənaətləndirici olmadığı müşavirədə konkret faktlarla müvafiq qurumların rəhbərlərinin diqqətinə çatdırıldı. İsmayıllıda qazlaşdırma bu sahə ilə bağlı məlum Dövlət Proqramının tələbləri ilə ayaqlaşmır. Başqa sözlə, bu sahə üzrə göstərici cəmi 28–30 faiz təşkil edir ki, bu da çox aşağıdır. Şəhər daxilində qaz xətlərinin çəkilişində arxitektura qayda–qanunlarına əməl olunmaması, şəhərin estetik gözəlliyinə xələl gətirir və buna görədir ki, İsmayıllının mərkəzində bu sahədə həddindən artıq uyğunsuzluqlar mövcuddur. Elektrik xətlərinin transformasiyalarının yenilənməsində də bir sıra uyğunsuzluqların olduğundan söhbət getdi. Bu gün İsmayıllı şəhərinin küçə və parklarının, meydanlarının işıqlandırılması nəinki bu günün tələblərinə cavab vermir, hətta bu sahədə qonşu rayonlardakı mövcud vəziyyətdən geridə qalır. Bununla əlaqədar elektrik paylayıcı şəbəkənin rəhbərliyinə konkret tapşırıqlar verildi. Qeyd olundu ki, rayonun yeni rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə layihələr hazırlanması istiqamətində ilkin addımlar atılmışdır.

Hələ keçmiş Sovetlər birliyi vaxtında İsmayıllının İvanovka kəndi, buradakı kolxoz öz iqtisadi gücünə görə nəinki respublikanın, hətta İttifaqın ən qabaqcıl, öndə gedən təsərrüfatlarından biri idi. Ölkəmizdə müstəqillik illərində aqrar sahədə islahat aparılarkən ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə burada islahat aparılmadı və kolxoz quruluşu olduğu kimi saxlanıldı. Nikolay Nikitinin adını daşıyan bu təsərrüfat ötən illərin iqtisadi gücünü, hətta şöhrətini də müəyyən qədər itirmişdir. İvanovka kənd ərazi icra nümayəndəsi Olqa Jabina müşavirədəki çıxışında kənddə içməli su probleminin yaşandığını, elektrik xətlərinin təmirə ciddi ehtiyacı olduğunu qeyd etdi, tibb xidmətinin daha da yaxşılaşdırılması üçün bazanın daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi.

Ağsaqqal Əhməd Həsənov isə çıxışında rayonda qaydaqanunun, intizamın mökəmləndirilməsinin vacibliyindən, özəlləşdirmədə bir sıra uyğunsuzluqlara yol verildiyindən və digər nöqsanlardan söhbət açdı.

Son iki həftədən çoxdur ki, İsmayıllıda hökm sürən qaynarlıq, işgüzarlıq, hər bir məmurun öz fəaliyyətinə yeni tələblər baxımından yanaşması diqqəti cəlb edir. Ayrı–ayrı ünvanlarda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun, eləcə də idarə, müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən görüşlər, həm də bu tədbirlərin əvvəlcədən hazırlanan ssenari ilə yox, əsl aşkarlıq, işgüzarlıq şəraitində keçirilməsi bulanıq suların durulub yenidən öz axarı ilə getməsinə təkan verir. Bəlkə də kənd rayonları arasında yeganədir ki, İsmayıllı Rayonu İcra Hakimiyyətində qaynar xətt yaradılmışdır. Artıq adamlara rastlaşdıqları bürokratçılıq, haqsızlıq, etinasızlıq halları barədə dərhal 108–ə zəng edib fikirlərini çatdırmaq üçün imkan yaradılıb.

Müşavirədə səslənən tənqidi fikirlərdən aydın oldu ki, adamlar bəzən ümidlə açdıqları qapılarda ümidsizliklə qarşılaşırlar. Yerlərdə baş verən buya digər neqativ hallar, sosialiqtisadi inkişafla bağlı nöqsan və çatışmazlıqlar vaxtında aşkar olunmur, nəticədə haqlı narazılıqlar əmələ gəlir. Rayon icra hakimiyyəti bu məsələdə ağsaqqal sözünün gücünə geniş yer verir. Ağsaqqallardan ibarət təşkil olunan ictimai nəzarət qrupunun fəaliyyəti bu baxımdan təqdir olunmalıdır. Müşavirədə qeyd edildi ki, ictimai nəzarət qrupunun normal fəaliyyəti üçün icra hakimiyyəti tərəfindən hər cür şərait yaradılacaq, qrupun qaldırdığı hər bir məsələyə təsirli reaksiya veriləcək.

Ümumrayon müşavirəsində millət vəkili Novruzəli Aslan, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış edib iştirakçılar tərəfindən qaldırılan məsələlərə münasibətlərini bildirdilər, rayonda ümumi vəziyyətin, işgüzarlığın gələcəyə daha böyük inam və ümidlər verdiyini söylədilər.

İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov axırda öz fikirlərini, işin yaxşılaşdırılması üçün həyata keçirilməli mühüm vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırdı.

İsmayıllıda ictimaiyyətin nümayəndələri, ağsaqqal və ziyalılarla müşavirə öncəsi apardığım söhbətlərimdən, həmçinin müşavirənin gedişindən gəldiyim qənaət vaxtı ilə Azərbaycanda nəşr olunan qəzetlərdən birində Sosialist Əməyi Qəhrəmanı Qüdrət Səmədovun dərc olunan xatirələrini yadıma saldı. O, əl ilə pambıq yığımında bütün Azərbaycana səs salan Bəsti Bağırova ilə yarışdığı günləri xatırlayaraq yazırdı: “Düzünü deyim ki, öz şöhrətim haqqında qəti fikitləşmirdim. Deyirdim ki, qoy kolxozun şan–şöhrəti artsın. Kolxozun işi mənli də, mənsiz də keçirdi. Ancaq çıraq yandırmaq lazım idi ki, işığına gələnlər olsun. Körpü salmaq lazım idi ki, üstündən keçənlər olsun. Kəndimizin sevimli Bəstisi, Muğanın işgüzar oğlanları, Mingəçevirin Sarvanı, Gədəbəyin Çoban Qarası, Qarabağın Şamaması, Şəkinin ipəkçisi elə işıq yandırdılar ki, minlərlə adamın ürəyində məşələ döndü”. Bu fikirləri eyni ilə İsmayıllıdakı bugünkü işgüzarlıq, təşəbbüskarlıq, prinsipiallıq əhval ruhiyyəsinə də şamil etmək yerinə düşür. Bax, buna görədir ki, rayonda sular yenə öz axarı ilə getməyə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə qəbul olunan müraciətdə də bu fikirlər xüsusi vurğulandı.

 

 

Rasim AMANOV

 

Respublika.- 2013.- 28 fevral.- S. 8.