Asayişin qorunması etibarlı əllərdədir

 

2 iyul polis işçilərinin peşə bayramı günüdür

 

DİN və onun strukturları ölkədə ictimaisiyasi sabitliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində, cinayətkarlığa qarşı mübarizədə məqsədyönlü aparır. 1918–ci il iyulun 2–də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, sədaqət və rəşadətlərlə zəngin bir yol keçərək, həm cümhuriyyət, həm də sovetlər birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirmiş, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamış, böyük təcrübə qazanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev 24 may 1998–ci il tarixli fərmanı ilə daha bir tarixi ədalətin zəfər yoluna işıq saldı. İyulun 2–si “Azərbaycan Polisi Günüelan edildi. Artıq on beşinci ildir ki, ölkədə ictimaisiyasi sabitliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında xüsusi yeri olan şərəfli bir orqanın əməkdaşları özlərinin peşə bayramı gününü qeyd edirlər. Əməkdaşımız polis günü ərəfəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmovla görüşüb söhbət etmişdir. O, peşə bayramı münasibətilə ürək sözlərini ifadə edərək demişdir:

—Cəmiyyətin cinayətkar qəsdlərdən qorunması, hüquqa zidd əməllərə qarşı kəskin mübarizə aparılması sahəsində Azərbaycan polisinin tarixi ənənələri vardır. Müasir tariximizin ən mühüm və məsul dövrü olan 1993–2003– illər polis orqanları üçün də əlamətdar hadisələrlə zəngin olmuş, bu orqanın müasir dünya standartlarına cavab verən yeni məzmun və formada təşəkkül tapması ilə səciyyələnmişdir. Bu dövrdə Azərbaycan polisinin keçdiyi şərəfli yol onun sıralarında xidmət edən yüksək mənəvi–əxlaqi və peşə keyfiyyətlərinə malik, öz işinə ürəkdən bağlı olan, müstəqil dövlətə sədaqətli, fədakar xidməti ilə seçilən hər bir zabit və hər bir sıravi polis nəfəri üçün tükənməz qüruriftixar mənbəyidir.

Ulu öndərimiz Heydər Əliyev polis işçilərinə xitabən deyirdi: “Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.

Cinayətkarlıqla mübarizədə və asayişin mühafizəsində ictimaiyyətin rolunun daha da artırılması, polis–vətəndaş əməkdaşlığının daha da möhkəmləndirilməsi mühüm şərtlərdəndir. Biz onun nəticələrini getdikcə daha yaxşı hiss edirik. İndi Azərbaycan vətəndaşı öz polisinə daha çox inanır və etibar edir.

Bu gün Azərbaycan polisinin cinayətkarlıq və transmilli cinayətkarlığa qarşı mübarizədə əldə etdiyi nailiyyətlər ölkəmizin sərhədlərindən çoxçox uzaqlarda bilinir. Avropa Şurasının nümayəndələrindən birinin keçirdiyi mətbuat konfransında söylədiyi “biz elə bilirdik ki, Azərbaycana—hansısa üçüncü dünya ölkələrinə gedirik və DİO əməkdaşlarına polisin fəaliyyəti ilə bağlı əlifbanı öyrətməyə başlayacağıq. Lakin əmin olduq ki, yanılmışıq. Biz Azərbaycan DİN–dən çox şeyləri öyrənməli olduq”—fikirləri deyilənləri təsdiq edir.

Bəli, DİN və onun strukturları vətəndaşların təhlükəsizliyi, hüquq və azadlıqlarını müdafiə edən mühüm bir struktura çevrilmişdir. Bunu bu gün Nizami Rayon Polis İdarəsinin timsalında da aydın hiss etmək olar. İdarənin əməkdaşları vətəndaşların hüquq azadlıqlarını qoruyan, dönməz ictimai–siyasi sabitliyin təminatçısı, cinayətkarlığa qarşı mübarizədə qəti sözünü deyən, dövlətə dövlətçiliyə sədaqət nümayiş etdirən bir qurumdur.

İdarəmizin kollektivi həmişə olduğu kimi, öz peşə bayramlarını yenə alnıaçıq, gülərüz əldə olunan uğurlu nəticələrlə qarşılayırlar.

Xalqa, Vətənə, vəzifə borclarına sədaqətin nəticəsidir ki, son iki ildə idarəmizdə qazanılan nailiyyətlər ümumilikdə ötən 10 ildəki nəticəni ötüb keçmişdir. Əlbəttə, bu, gərgin əməyin, operativ əməliyyatların nəticəsidir.

Vurğulamaq lazımdır ki, Nizami rayonu paytaxtımızda kriminogen durum üzrə ən ağır əməliyyat şəraiti olan rayonlardan biridir. Məhz buna görə əməkdaşlarımız ölkəmizin uğurlu inkişafına nail olmaq üçün sabitliyin asayişin yüksək səviyyədə qorunmasına maksimum səy göstərir.

Polisin uğurlarında, monolit qüvvəyə çevrilməsində, bacarıqlı kadrlarla möhkəmləndirilməsində, xüsusilə bu sistemdə şəffaflığın təmin olunmasında Azərbaycan Respublikasının Daxili İşlər naziri, general–polkovnik Ramil Usubovun böyük xidmətləri vardır. Nizami polisinin fəaliyyətinin əhali tərəfindən müsbət qarşılanması da bunu təsdiqləyir.

Qeyd etmək lazımdır ki, bu ilin ötən aylarında cinayətlərin açılmasında, axtarışda olanların, itkin düşənlərin tapılmasında uğurlu nəticələrə imza atılmışdır.

Son vaxtlar Nizami Rayon Polis İdarəsində narkomaniyaya qarşı mübarizə sahəsində çox böyük işlər görülmüşdür. Keçirilmiş uğurlu əməliyyat nəticəsində ilin birinci yarısında narkomaniya ilə bağlı 86 fakt qeydə alınmış, açılma faizi 97,5 faiz təşkil etmiş, narkotik vasitə ilə məşğul olan cinayətkarlar yaxalanmış 30,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılmışdır.

Ötən 6 ay ərzində ağır cinayət törədib istintaqdan yayınan axtarışda olanların yerləri müəyyənləşdirilmiş bu aidiyyətli orqanlara göndərilmişdir.

İlin birinci yarısında 437 cinayət hadisəsi qeydə alınmış açılma 80 faiz təşkil etmişdir. Bu da Bakı şəhəri üzrə yüksək göstəricidir. Həmçinin axtarışda olan cinayətkarların tutulması 76,7 faiz olmuşdur.

2013–cü ilin ötən 6 ayı ərzində Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 15 cinayətkar qrup zərərsizləşdirilmiş, onlar tərəfindən törədilmiş 26 cinayət hadisəsinin üstü açılmış 41 nəfər şəxs tutularaq istintaqa təhvil verilmişdir.

Cari ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə quldurluq, şəxsi əmlak oğrusu, mənzillərdə oğurluq, soyğunçuluq digər cinayətlərin aşkar olunmasında xeyli irəliləyişə nail olunmuş, bir sözlə, əməkdaşlarımız ictimai asayişin keşiyində ayıq–sayıq dayanmışlar.

Yuxarıda qeyd olunmuş cinayət hadisələrinin üstünün açılması idarəmizin əməkdaşları ilə mühafizə idarəsi kollektivinin birgə əməyinin nəticəsidir. Belə ki, idarəmizin əməkdaşları mühafizəçilərlə birlikdə rayon ərazisindəki obyektlərin, mənzillərin qorunmasını diqqət mərkəzində saxlayırlar. Təbii ki, hər bir mənzil sahibinin mühafizə idarəsi ilə müqavilə bağlaması etibarlı mühafizəni təmin edir.

Şəxsi heyət arasında intizam, qanunçuluğa riayət olunması sayəsində kompleks əməli tədbirlər davam etdirilmiş əməkdaşların həvalə edilmiş sahəyə cavabdehlik hissi daha da gücləndirilmişdir.

Polis idarəsinin əməkdaşları gənclərlə aparılan işə diqqət qayğı ilə yanaşırlar. Gənc polis əməkdaşları ilə aparılan Dövlət Gənclər siyasəti haqqındafərmanın tələblərinə uyğun şəkildə qurulmuşdur.

Profilaktik işin ən effektli yollarından biri polisin əhali ilə sıx təmasda cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, əhali arasında məqsədyönlü sistemli şəkildə maarifləndirmə tədbirləri keçirməsidir. Odur ki, idarəmizdə ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi sahəsində bütün lazımi işlər görülür.

Vurğulamaq lazımdır ki, rayonun ərazisindəki ümumtəhsil məktəblərində şagirdlər arasında geniş aparılır, onlara tövsiyə olunur ki, heç vaxt pis vərdişlərə qurşanmasınlar, fəal həyat mövqeyi tutsunlar.

Bu gün Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyev Azərbaycan polisinin fəaliyyətini belə dəyərləndirir: “DİN Azərbaycanda çox mühüm işlər görübdür. Onların çox mühüm funksiyaları var. Azərbaycanda qanunun keşiyində duran qurumdur. Onlar öz vəzifə borclarını layiqincə yerinə yetirir, dövlətçiliyin keşiyində dururlar. Mən Azərbaycan polisini dəstəkləyirəm”.

Azərbaycan polisinin bütün şəxsi heyəti kimi, biz öz bayramımızı böyük qürur hissi ilə qeyd edirik. Bu peşəyə sədaqət Vətənə, xalqa, dövlətə sədaqətin tərkib hissəsidir. Həmkarlarımızı bayram münasibətilə ürəkdən təbrik edir, ictimai asayişin təhlükəsizliyin təmini kimi böyük şərəfli missiyanın layiqincə yerinə yetirilməsində onların hər birinə uğurlar diləyirəm.

 

Qədir Aslan

 

Respublika.- 2013.- 2 iyul.- S. 6.