Azərbaycan təbiətinə qayğı

 

Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin (ETSİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə rayon məktəblərində ulu öndərin təbiətə qayğısına dair növbəti konfrans Nizami rayonu ərazisində yerləşən, Zəngilan rayonunun ən qabaqcıl məktəblərindən birində, 29 nömrəli tam orta məktəbdə keçirildi. Konfrans Azərbaycanın dövlət himninin səslənməsi ilə başlandı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı” mövzusuna həsr olunan bu konfransı giriş sözü ilə məktəbin direktoru Məhəmməd Məmmədov açaraq dahi rəhbərin ekologiya sahəsindəki böyük xidmətlərindən danışdı. Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü Möhübbət QurbanovÜmummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudurmövzusunda çıxış edərək, Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə təbiətimizə, bütövlükdə Azərbaycana göstərdiyi qayğıdan və bu istiqamətdə həyata keçirilən çoxşaxəli, ardıcıl tədbirlərdən söz açdı.

Bildirdi ki, 1969–cu ildə Heydər Əliyev Azərbaycan KP MK–nın birinci katibi seçildikdən sonra respublikamızda bütün sahələrlə birgə təbiətin mühafizəsinə də xüsusi əhəmiyyət verərək, diqqəti artırmışdır. Onun hakimiyyətə gəlməsi ilə Azərbaycan flora və faunasının müdafiəsi, ətraf mühitin bərpası və zənginləşdirilməsi tədbirləri sözün əsl mənasında tətbiqi ekologiyanın real təməlini və inkişafını təmin etdi.

M.Qurbanov təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul edilmiş qanun və qərarlara müstəqillik bərpa edildikdən sonra da ulu öndərin yenidən baxdığını, bir sıra yeni qanunların qəbul edildiyini, həmçinin beynəlxalq konvensiyalara qoşulmaqla dünya ekoloji müdafiə təşkilatlarına inteqrasiyanın başlandığını qeyd etdi.

Konfransda daha sonra məktəbin biologiya müəllimi Solmaz Əhmədova “Ekoloji şüurun inkişafına ulu öndər Heydər Əliyevin töhfəsi”, Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Ərşad QurbanovÜmummilli liderimiz Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı” mövzusunda məruzə etdilər.

Məruzələrindən sonra Zəngilan rayon

saqqallar şurasının sədri, Bəsitçay Dövlət Təbiət Qoruğunun direktoru Xuduş İsgəndərov, təhsil şöbəsinin məsləhətçisi Tarverdi Abbasov, rayon ağsaqqalı, veteran müəllim Telman Məmmədovun çıxışları eşidildi.

Mövzuya dair müsabiqənin gedişində fəal iştirak edən, dərin ekoloji biliklərə malik şagirdlərə Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin diplom və hədiyyələri təqdim olundu:

Müsabiqədə fəal iştirak etdiyi üçün Ucal Emrəliyev 1–ci yerə, Asəf Ağazadə 2–ci yerə, Təhminə Məmmədova 3– yerə görə Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsi (ETSİ)–nin diplomuna layiq görüldü və qiymətli hədiyyələrlə təltif edildi.

Dərin ekoloji bilik nümayiş etdirən 10 şagirdə qiymətli hədiyyələr təqdim edildi.

Təşkilatçılıq işinə görə 29 nömrəli məktəbin müəllimi Balaxanım CabbarovaGünel Mustafayeva qiymətli hədiyyə, biologiya–ekologiyanın uzun illər səmərəli tədrisinə və əhatəli məruzəyə görə məktəbin biologiya müəllimi Solmaz Əhmədova Zəngilan ETSİ–nin diplomu ilə təltif olundu.

Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov rayonda ekoloji təbliğatın genişləndirilməsi sahəsində ardıcıl və səmərəli fəaliyyətinə görə Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Möhübbət Qurbanova və şagirdlərdə ekoloji şüurun fomalaşmasında, həmçinin uzun, səmərəli pedaqoji fəaliyyətinə görə məktəbin müəllimi Solmaz Əhmədovaya Şuranın Fəxri Fərmanını təqdim etdi.

 

Yavər NURİYEV

 

Respublika.- 2013.- 4 iyul.- S. 7.