Azərbaycan müəllimlərinə Fransanın yüksək mükafatı təqdim edilmişdir

 

Son vaxtlar Fransa ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr daha da genişlənmişdir. Bu əlaqələr tədris sahəsində özünü daha açıq şəkildə büruzə verir. 25 iyun 2013– il tarixdə Fransanın Azərbaycandakı səfirliyində Fransanın səfiri Paskal Mönye Azərbaycanda fransız dilinin tədrisi sahəsində xüsusi xidmətlərini nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının xarici dillər kafedrasının müdiri filologiya elmləri doktoru, professor Səidə İbrahimovanı, Azərbaycan Dillər Universitetinin fransız dili müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəfiqə İsayevanı və həmin universitetin fransız dili müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Çəmən Babaxanovanı Fransa Respublikasının Akademik Palma ordeni ilə təltif etdi. Bu münasibətlə Fransanın Azərbaycandakı səfirliyində xüsusi təqdimat mərasimi keçirildi. Mərasimdə təltif edilənlərin ailə üzvləri, yaxın qohumları və respublikanın tanınmış alim və ziyalıları, fransız dili müəllimləri iştirak etdilər. Gecədə BDU–nun professoru Neron Babaxanov, millət vəkili Cavanşir Feyziyev, ADU–nun elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Dünyamin Yunusov, ADU–nun fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdir əvəzi dosent Həsən Rəhimov və başqa görkəmli alim və mütəxəssislər də iştirak edirdi.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mərasimi açaraq dedi: “Biz Azərbaycanın ən dəyərli, tanınmış fransız dili mütəxəssisləri arasından 3 qadını, fransız dilinin Azərbaycanda tədrisi, genişləndirilməsi sahəsində uğurlarını şərəfləndirmək üçün yığışmışıq. Onların yaxın qohumları və əməkdaşları da buradadırlar və mən onları salamlamaqla özümü xoşbəxt hesab edirəm. Mənim indi sizin hər üçünüzə təqdim edəcəyim ordenin üç təsis tarixi var: 1808, 1866 və 1955–ci illər. 1866–cı ildə III Napoleon Akademik Palmaları təsis etməklə onları müəllim və ya müəllim olmayan, amma fransız dilinin tədrisi sahəsində xüsusi xidmətləri olanlara verməyi qanuniləşdirdi. 1955–ci ildə Röne KotiEdqar For Akademik Palma ordeninin 3 rütbəsini təsis etdilər: Kavaler, ZabitKomandor rütbələrini. İstərdim ki, sizə fransız dilinin tədrisi ilə əlaqədar təhsil sahəsində göstərdiyiniz xidmətlərə görə minnətdarlıq edim. Bu medalın üzərində yunan filosofu Heraklitin bu kəlamları həkk edilmişdir: Günəş hər gün yenidən doğur. Bu kəlamlar bu gün bizim gələcəyimizin ümidləri olan gənc nəslin təhsilə və bununla bağlı bizim əlaqələrimizin təkrarən yeniləşməsinə şamil edilə bilər.

Xanımlar, istərdim ki, fürsətdən istifadə edərək sizin simanızda öz qiymətli vaxtlarını könüllü şəkildə Fransanın hüdudları xaricində fransız dilinin tədrisinə, bu dilin yaşamasına və geniş yayılmasına sərf etdikləri üçün hər kəsə minnətdarlığımı bildirim”.

Sonra səfir Paskal Mönye ilk öncə Akademik Palma ordeninin kavaler rütbəsini ADU–nun dosenti Rəfiqə İsayevaya təqdim etdi. O bu münasibətlə belə dedi: “40 ildən artıq Azərbaycanda yorulmadan fransız dilini müvəffəqiyyətlə tədris etdiyiniz üçün və habelə Azərbaycanın Fransız Dili Müəllimlər Cəmiyyətinin sədr müavini kimi fəaliyyətiniz üçün sizi salamlamaqla özümü xoşbəxt hesab edirəm. Məhz bu cəmiyyətin işi sayəsində biz hər il Azərbaycanda “Fransız” kəndi adlanan fransız dili müəllimlərinin təkmilləşmə kurslarını təşkil edirik. Bütün bu illər ərzində siz çoxsaylı pedaqoji layihələrin yaranmasında, o cümlədən ümumtəhsil məktəbləri üçün fransız dili dərsliklərinin yazılmasında həmmüəllif kimi iştirak etməklə fransız və Azərbaycan dillərinin müqayisəli fonetikasına dair bir sıra məqalələrin müəllifi olmusunuz. 2011–ci ildə nəşr edilmişBöyük fransızca–azərbaycanca lüğət”in bir neçə hərfini yazmaqla siz öz dəqiq və peşəkar bacarığınızı göstərdiniz. Sizin fransız dilini bacarıqla tədris etməniz bizim əməkdaşlığımızın əsasını təşkil edir. Xanım, Fransa hökumətinin Təhsil Nazirliyi adından mən sizi Akademik Palma ordeninin kavaler rütbəsi ilə təltif edirbu ordeni sizə təqdim edirəm”.

Daha sonra Paskal Mönye Akademik Palma ordeninin kavaler rütbəsini AMEA–nın xarici dillər kafedrasının müdiri professor Səidə İbrahimovaya təqdim etdi və belə dedi: “Bütün həyatınızı fransız dilinin tədrisinə həsr etdiyiniz üçün sizə bu ordeni təqdim etməklə özümü xoşbəxt hesab edirəm. Siz 45 ildən artıqdır ki, Azərbaycan Milli Elmlər Akademiyasında canlı dillər kafedrasında işləyir və hazırda həmin kafedraya rəhbərlik edirsiniz. Komparativ dilçilik üzrə mütəxəssis və elmlər doktoru kimi siz bir sıra beynəlxalq konfransların iştirakçısı olmusunuz. Siz habelə AMEA–da “Fransız klubu” təşkil etmisiniz ki, bunun da fransız dilinin inkişafı və yayılmasında rolu böyükdür. Fransa ilə çoxsaylı əlaqələrdə iştirak etməniz hər iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdur. Məhz bu fəaliyyətiniz sizin Azərbaycanın tanınmış şairfilosofu M.Füzulinin 500 illik yubileyinin Parisdə keçirilməsinin həmtəşkilatçısı kimi fəaliyyət göstərmənizə şərait yaratmışdır. Siz habelə Elmlər Akademiyasının qadın təşkilatının üzvü kimi də fəaliyyət göstərmisiniz. İcazə verin Fransa Təhsil Nazirliyinin mənə həvalə etdiyi Akademik Palma ordeninin kavaler rütbəsini sizə təqdim edim”.

Sonda cənab Paskal Mönye Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Çəmən Babaxanovanı Fransa Respublikasının Akademik Palma Ordeninin zabit rütbəsi ilə təltif etdi:

Bu tədbirə yığışanların hamısı bilir ki, bu gün biz tələbkar və qəti əqidəyə malik olan bir xanımı ikinci dəfə təltif edirik. Sizin işləriniz xarakterinizlə sıx bağlıdır: iradəli, qəti, inadkar, alicənab və bütöv. 1995–ci ildə bir qrup fransız dili mütəxəssisi ilə birlikdə yaratdığınız Azərbaycanın Fransız Dili Müəllimlər Cəmiyyətinin sədri kimi hər yay Azərbaycanın müxtəlif bölgələrində keçirilən “Fransız kəndi” adlı təkmilləşmə kurslarının təşkil edilməsində rəhbərliyiniz danılmaz faktdır. Yeri gəlmişkən, bu təkmilləşmə kursu bu ilin 22–27 iyulunda Gəncədə keçiriləcək. Biz bu gün həm də fransız dilinə olan istək və sevgisini öz tələbələrinə ruh yüksəkliyi ilə, yorulmadan öyrədən fərqli bir müəllimi salamlayırıq. Siz illərdən bəridir ki, Azərbaycan Dillər Universitetində fransız dilini tədris edirsiniz. Sizin yetirmələriniz bu gün Molyerin danışdığı dil ilə möhkəm tellərlə bağlanmışlar. Ənənəvi kommunikativ metodlarla yazılmış bir sıra məktəb dərsliklərinin müəllifi həmmüəllifi kimi tanınırsınız. Siz ibtidai sinif şagirdləri üçün yazılmış ilk milli fransız dili dərsliklərinin müəllifi, xarici dillərin kommunikativ metodla tədrisinin ilk konseptual proqramının müəllifisiniz. Habelə Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün xarici dil fənni kurikulumu (V–XI siniflər) kitabının elmi redaktorlarından biri fransız dili fənni üzrə işçi qrupunun sədri kimi fəaliyyət göstərmisiniz. Uzun illərdən bəridir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi–Metodik Şurasının Avropa Dilləri Ədəbiyyatı Bölməsinin elmi katibi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 21 ildir ki, fransız dili bölməsinin rəhbəri kimi fəaliyyətiniz məhz sizin fransız dili sahəsində yorulmadan apardığınız işlərinizə dəlalət edir. Siz bütün bu işlərlə yanaşı, fransız Azərbaycan dillərinin müqayisəli tədqiqi sahəsində xaricdə Azərbaycanda nəşr edilmiş bir sıra elmi məqalələrin müəllifisiniz. Sizin gənc nəslin elmi potensialının inkişaf etdirliməsində xidmətləriniz az deyil: siz Azərbaycanda Fransada elmi–tədqiqat işləri ilə məşğul olan dissertant doktorantların elmi rəhbərisiniz. Beş ildən bəridir ki, sizin rəhbərlik etdiyiniz ikicildlik 200.000 söz ifadədən ibarət olanBöyük fransızca–azərbaycanca lüğətyalnız Azərbaycanda deyil, xarici ölkələrdə rəğbətlə qarşılanmışdır.

Sizin təcrübəniz ölkənizin sərhədlərini aşaraq, başqa yerlərdə tanınmışdır bu mənə haqq verir ki, sizi fransız dilinin Azərbaycandakı səfiri adlandırım.

Siz fransız dilinin Azərbaycanda tədrisi sahəsində xidmətlərinizə görə artıq 2004–cü ildə Fransa dövləti tərəfindən Akademik Palma ordeninin kavaler rütbəsi ilə təltif edilmisiniz.

Bu gün isə mən sizi Akademik Palma ordeninin daha yüksək rutbəsi iləzabit rütbəsi ilə təltif edirəm”. Bu xoş sözlərdən sonra Paskal Mönye ikinci Akademik Palma ordenini professor Çəmən Babaxanovaya təqdim etdi.

Mərasim iştirakçıları öz səmimi ürək sözlərini bildirməklə təltif edilənlərə gül–çiçək dəstələri təqdim etdilər.

 

Neron BABAXANOV

 

Respublika.- 2013.- 4 iyul.- S. 7.