Ərzaq təhlükəsizliyi strateji məqsəddir

 

Ölkə iqtisadiyyatının sürətli inkişafı, insanların rifahının günü–gündən yaxşılaşması, paytaxt və bölgələrin simasının nəzərəçarpacaq dərəcədə yeniləşməsi həyata keçirilən düzgündüşünülmüş siyasətin məntiqi nəticəsidir. Azərbaycan qeyrineft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, aqrar–sənaye sahəsinin yüksəlişinə də xüsusi diqqət yetirir. Əhalinin böyük bir qisminin gəlirləri məhz aqrar bölmədə formalaşdığından bu sahə böyük əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycanın zəngin və əlverişli torpaqiqlim şəraiti də dünya bazarında yüksək rəqabət qabiliyyətinə malik olan keyfiyyətli ərzaq məhsulları istehsalı üçün səmərəli şərait yaradır.

Aqrar sahə ölkə iqtisadiyyatının aparıcı qolunu təşkil edir. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Dövlətimizin uğurlu sosialiqtisadi siyasəti və həyata keçirdiyi köklü islahatlar nəticəsində son illər aqrar sahənin davamlı yüksəlişinə, əhalinin daxili istehsal hesabına zəruri kənd təsərrüfatı məhsulları ilə təchizatına əsasən nail olunmuşdur. Dövlətimiz bu sahədə mövcud problemlərin həllini, onun madditexniki bazasının möhkəmləndirilməsini daim diqqətdə saxlayır, fermerlərə, şəxsi təsərrüfat sahiblərinə hər cür şərait yaradır. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq məqsədilə aqrar sahəyə bir neçə istiqamətdə yardım edilir. Ölkədə aqrar–sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası təkmilləşdirilir. Fermerlərə yanacağın, motor yağlarının və mineral gübrələrin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilir, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikalar verilir. Kənd təsərrüfatının inkişafında, istehsalçıların texnika ilə yüksək səviyyədə təminatında “Aqrolizinq” ASC önəmli yer tutur. Belə ki, bu qurum fəaliyyətə başladığı dövrdən kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatı daha da yaxşılaşdırılmış, aqrotexniki servis xidmətlərinin fəaliyyət dairəsi genişlənmişdir.

2004– ildə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaranmış “Aqrolizinq” ASC kəndin müasir texnika ilə təminatında və nəticə etibarı ilə ərzaq təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır. Belə ki, 2005–2012–ci illərdə bu ASC–nin xətti ilə ölkəyə 14450 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən 1035 kombayn, 4262 traktor, 184 ekskavator, 8969 digər kənd təsərrüfatı texnikaları gətirilmişdir. Göstərilən dövrdə 39 ədəd yeni soyuducu kamera quraşdırılmış, soyuducu anbarların tutumu 54,8 min tona, istixanaların sahəsi 27,2 hektara çatdırılmışdır.

Aqrolizinq” ASC xətti ilə 2005–2012–ci illərdə 6290 baş cins damazlıq heyvanları gətirilmişdir ki, bu da ölkədə mal–qaranın cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayır. ASC–nin xətti ilə ölkəyə yeni kənd təsərrüfatı texnikaları, mineral gübrələr, cins damazlıq heyvanlar gətirilməsi prosesi uğurla davam etdirilir. Belə ki, dövlət başçısı cənab İlham Əliyev 11 fevral 2013– il tarixdə “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” daha bir sərəncam imzalayaraq Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundanAqrolizinq” ASC–yə 10 milyon manat ayırmışdır. Bu isə, şübhəsiz ki, ərzaq təhlükəsizliyinin ölkədə uğurla təmin edilməsinə yeni bir təminat verəcəkdir.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində kənd təsərrüfatı, aqrar–sənaye kompleksi uğurla inkişaf edir. Dövlət başçısının 25 avqust 2008–ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ölkəmiz üçün mühüm əhəmiyyət kəsb ediraqrar sahənin daha sürətli inkişafına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatına yönəlib.

Ölkənin kənd təsərrüfatında sağlam mühitin formalaşdırılması, ərzaq təhlükəsizliyinin təmin olunması iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab olunur. Ərzaq təhlükəsizliyi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə aparılan məqsədyönlü siyasət əsasən mövcud potensialdantorpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələyə xüsusi önəm verərək demişdir: “Biz ərzaq təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirməliyik. Bu sahədə görülən işlər müsbətdir. Biz kənd təsərrüfatında böyük artıma nail ola bilmişik. Əkin sahələri, məhsuldarlıq artır, xüsusilə taxılçılıqda məhsuldarlıq artır, bu, çox müsbət haldır… Bir neçə il bundan əvvəl mən qarşıya məqsəd qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq, görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç xarici məhsullardan geri qalmır – həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından. Bizim məhsullarımız, xüsusilə tərəvəz, meyvə məhsullarımız təbiidir. Dünyada buna orqanik deyirlər. Bakıya, Azərbaycana gələn bütün qonaqlar məəttəl qalırdılar ki, bizdə necə gözəl, təbii meyvələr, tərəvəzlər vardır. Bu bizim böyük sərvətimizdir”.

Ərzaq təhlükəsizliyi, ilk növbədə, hər bir ölkənin milli ərzaq müstəqilliyinə əsaslanır. Etibarlı ərzaq təminatı ölkənin iqtisadi sabitliyininsosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan təlabatın tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950–1985–ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985–1995–ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030–cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır.

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Hələ ötən əsrin 90–cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə MDB məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanmışdır. 2001–ci ildə ölkə prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilmişbu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır.

Hər hansı bir dövlətin siyasi suverenliyi hələ onun ərzaq suverenliyinin təmin edilməsi demək deyildir. Ölkənin milli ərzaq suverenliyi o deməkdir ki, baş verə biləcək hər hansı fövqəladə vəziyyətlər zamanı dövlət əhalini ərzaq və qida məhsulları ilə təmin etmək məqsədilə xarici ölkələrə üz tutmur. Yaranmış tələbatı xüsusi mənbələr hesabına ödəmək iqtidarında olur və ölkənin ərzaq böhranı yaşamasına imkan vermir.

Respublikamızda aqrar islahatların və bu sahəyə fasiləsiz dövlət dəstəyinin nəticəsində 2003– ilə nisbətən 2012–ci ildə kənd təsərrüfatı məhsulları istehsalında xeyli üstünlüklər əldə edilmişdir. Belə ki, taxıl istehsalı 36,2 faiz, o cümlədən buğda 19,4 faiz, kartof 25,9 faiz, tərəvəz 16,1 faiz, bostan məhsulları 20 faiz, meyvə 41,5 faiz artmışdır. Aqrar sahənin inkişafı ilə əlaqədar imzalanmış bir sıra fərman və sərəncamlara, xüsusilə “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın (2009–2013– illər) müddəalarına uyğun kənd təsərrüfatı məhsulları istehsalçıları 2012–ci ildə məhsul istehsalının artırılması üçün mühüm tədbirlər həyata keçirmişlər. Belə ki, ötən ilin məhsulu üçün 1647,1 min hektar sahədə əkin aparılmışdır. Onun 1031,4 min hektarını və ya 62,6 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 172,9 min hektarını və ya 10,5 faizini kartof, tərəvəz və bostan bitkiləri təşkil etmişdir. Eyni zamanda 2012–ci ildə mövcud 133,5 min hektar meyvə bağlarının, 16,3 min hektar üzümlüklərin və 0,87 min hektar çay plantasiyalarının becərilməsi həyata keçirilmişdir. Daxili istehsal hesabına adambaşına orta hesabla 146,7 kiloqram ərzaq buğdası, 74,6 kiloqram kartof, 167,9 kiloqram tərəvəz və bostan, 82,7 kiloqram meyvə və giləmeyvə məhsulları istehsal edilmişdir.

Ölkədə ərzaq təhlükəsizliyinin uğurlu həllində heyvandarlığın inkişafının müstəsna rolu vardır. Statistik məlumatlara görə, respublikamızda (2012–ci ilin yekunlarına görə) 2703,9 min baş malqara, o cümlədən 1302,3 min baş inək və camış, 8651,2 min baş qoyunkeçi, 24 milyon baş quş vardır. Son 20 ildə malqara 56,2 faiz, inək və camışlar 76,4 faiz, qoyun və keçilər 76,5 faiz çoxalmışdır. Belə ki, ət istehsalı 95,3 faiz artaraq 275,1 min tona, süd istehsalı 2 dəfə artaraq 1719,6 min tona, yumurta istehsalı isə 51 faiz artaraq 226771 min ədədə çatmışdır. Cari ilin yanvaraprel aylarında isə respublikamızda diri çəkidə 141,1 min ton malqaraquş əti, 557,9 min ton süd, 442,3 milyon ədəd yumurta istehsal edilmişdir.

Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər və ümumilikdə kənd təsərrüfatında əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, bu, dövlət başçısı cənab İlham Əliyevin aqrar sahəyə olan ardıcıl diqqət və qayğısı sayəsində baş verir. Dövlət başçısı bu il yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosialiqtisadi inkişafının yekunlarına və 2013– ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatının, ərzaq təhlükəsizliyinin diqqət mərkəzində saxlandığını bildirmişdir. Cənab İlham Əliyev demişdir: “Ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir. Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxınlaşırıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma, əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq”.

Bir sözlə, ölkəmizdə ərzaq təhlükəsizliyi yönündə görülən işlər əminlik yaradır ki, yaxın illərdə də aqrar sahə sürətlə inkişaf edəcək, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olunacaqdır. Azərbaycanın özünü bütün ərzaq məhsulları ilə tamamilə təmin edəcəyi heç bir şübhə doğura bilməz. Buna dövlətimizin kənd təsərrüfatına göstərdiyi qayğı və dəstək zəmanət verir.

 

Müşfiq CƏFƏROV

 

Respublika.- 2013.- 7 iyul.- S. 7.