Doğmaların imtina etdiyi körpələrə dövlətimiz sahib çıxır

 

Onlar tək deyilBu gün Azərbaycan Dağlıq Qarabağ probleminin həlli kimi taleyüklü məqamlarla yanaşı, qloballaşan dünyamızda mühüm əhəmiyyət kəsb edən təhsilin inkişafı məsələsini də prioritet istiqamətlərdən biri kimi qəbul edir. Çünki Azərbaycan vətəndaşları üçün bu, vacib məsələdir. Heydər Əliyev Fondu da ilk günlərdən məhz Azərbaycanda təhsilin inkişafını özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Fondun təhsil sferasında həyata keçirdiyi ən genişmiqyaslı proqramlardan biriUşaq evləri və internat məktəblərinin inkişafı” proqramıdır. Proqram çərçivəsində Bakıda və Abşeronda yerləşən uşaq eviinternat məktəblərindəki mövcud vəziyyətlə tanışlıqdan sonra onların çoxunun əsaslı təmirə və texniki təchizata daha çox ehtiyacı olduğu aşkar edilmişdir.

Bu müddətdə əksər uşaq evləri və internat məktəblərində kompyuter avadanlıqları quraşdırılmış, həmin təhsil–tərbiyə müəssisələrində kitabxanalar yaradılmış onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, sinif otaqları interaktiv təhsil sisteminə uyğunlaşdırılmış, həkim və psixoloq otaqları təşkil edilmişdir. Həmçinin qida normativlərinin dəyişdirilməsi məqsədilə təkliflər paketi hazırlanmış, uşaq evləri və internat məktəblərinin müəllim və tərbiyəçiləri üçün müasir tədris və tərbiyə metodikasının tətbiqinə dair treninqlər keçirilmişdir.

Heydər Əliyev Fondu uşaq evlərində valideyn himayəsindən uzaq böyüyən gənclərin toy mərasimlərini təşkil etməklə, bu şənliklərə qatılmaqla onların sabahına yaşıl işıq yandırmış olur. Kimsəsiz uşaqlarla bağlı ən mühüm tədbirlərdən biri isə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan yaşı 18–dən yuxarı olan qızlar üçün 50 mənzilli 100 nəfərlik yaşayış binasının tikilməsi oldu. 2009–cu il yanvarın 22–də Mehriban xanım şəxsən bu binanın açılışında iştirak etdi. Bütün bu tədbirlərlə yanaşı, Mehriban xanım Əliyeva heç bir dövlət müəssisəsinin, ən müasir, gözəl təmir olunmuş, avadanlıqla təmin edilən məktəbin belə heç zaman ailə mühitini əvəz edə bilmədiyini həmişə xüsusi qeyd edir. Bu uşaqların ailə şəraitində tərbiyə almalarını təmin etmək fondun ən böyük məqsədidir və hazırda YUNİSEF–lə birilkdə “Deinstitutlaşma proqramı” uğurla həyata keçirilir.

Hazırkı mərhələdə deinstitusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsi məqsədilə Azərbaycanda “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006–2015–ci illər)” qəbul edilmişdir. Proqramın əsas məqsədi BMT–ninUşaq hüquqlarına dair” Konvensiyasında təsbit olunmuş uşaq şəxsiyyətinin tam ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxt şəraitdə böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsini təmin etməkdir.

Heydər Əliyev Fondu proqramda qarşıya qoyulmuş məqsədə çatmaq üçün bu istiqamətdə də uğurla fəaliyyət göstərir. Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Heydər Əliyev Fondu mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Tədbir çərçivəsində körpələr və uşaq evlərinə, internat məktəblərinə müxtəlif yardım və hədiyyələr göndərilir, uşaqlar üçün konsert proqramları və əyləncəli tədbirlər təşkil edilir. Hər il orta məktəblərdə təhsildə xüsusi fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, yetimvalideyn himayəsindən məhrum uşaqlar üçün Yeni ilNovruz şənliklərinin təşkil edilməsi, QurbanRamazan bayramlarında uşaq evləri və internat məktəblərinə bayram hədiyyələrinin göndərilməsi artıq ənənəyə çevrilmişdir. Fond həmçinin uşaqların ailə mühitində böyüməsinə yardım məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərsell Telekom” MMD və BMT–nin Uşaq Fondu (YUNİSEF) ilə birlikdə “Hər uşağın ailəyə ehtiyacı var!” milli məlumatlandırma kampaniyasını uğurla həyata keçirmişdir.

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar həmişə yüksək qayğı və nəvazişlə əhatə olunur. Onların sosial ehtiyaclarının hərtərəfli təmini, yüksək mənəvi–əxlaqi mühitdə milli dəyərlər əsasında zərurəti müasir dövrdə dövlətin üzərinə uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoyur.

Uşaq hüquqlarının müdafiəsi, onların normal sosial–mənəvi mühitdə böyüməsi, azyaşlı körpə və yeniyetmələrin zəngin daxili potensialının, dünyagörüşünün formalaşmasına imkan verən yaradıcı atmosferin yaradılması son illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev müstəqil respublikamıza rəhbərliyi dövründə uşaqlara yüksək məhəbbətlə yanaşmış, onların ahəngdar inkişafına çalışmışdır. Ölkə başçısı cənab İlham Əliyev humanizm və yüksək insani dəyərlərə hörmət prinsipinə əsaslanan bu siyasəti dövrün tələbləri səviyyəsində davam etdirir. Çünki yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal olan uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Dövlət başçısı da məhz bu reallığı düzgün dəyərləndirərək ölkənin kiçik vətəndaşlarının həyat səviyyəsini, təlim–tərbiyəsininin, fiziki–mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması istiqamətində intensiv və ardıcıl siyasət həyata keçirir.

Rəhbərlik etdiyim fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün internat evi 405 yerlik olsa da, hazırda burada 125 uşaq yaşayır. Xüsusi qayğıya ehtiyac duyan bu uşaqlar burada daimi yaşamaqla, həm də qida, geyim və lazımi tibbi xidmətlə təmin olunurlar.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, xoşməramlı səfir, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə internatda aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə də əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. Burada müasir avadanlıqlarla, dərman preparatları ilə təmin edilmiş bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı mərkəzləri konfrans, idmanmusiqi zalları da fəaliyyət göstərir.

Uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün reabilitasiya kabinələrinin fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklər yaradılmışdır. Bununla yanaşı, uşaqların ailələrə verilməsi—deinstitusionalizasiya istiqamətində də işlər görülür. Son vaxtlar bir çox uşaq doğma ailələrinə qayıdıb, doğmalarına qovuşub. Bu, çox sevindirici haldır.

Dövlət uşaq müəssisələrində yaşayan uşaqlar, demək olar ki, eyni taleyi yaşayırlar. Doğmaların imtina etdiyi, üz döndərdiyi bu körpə varlıqlara isə dövlətimiz sahib çıxır. Deməli, onlar tək deyil!…

 

Qətibə ƏSƏDOVA,

 

Saray qəsəbəsindəki 7 saylı internat

evinin direktoru.

 

Respublika.-2013.-1 iyun.-S.8.