Səbail rayonuSon zəng” tədbirləri məktəblərdə

 xüsusi təntənə ilə keçirilmişdir

 

Son zəng” tədbirləri ənənəvi olaraq Səbail rayonunun 18 orta məktəbinin hamısında təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bilik bayramının yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar bir hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.

Paytaxtımızın mərkəzindəki 132–134 saylı Təhsil Kompleksində keçirilən “son zəng” tədbiri çox yaddaqalan və maraqlı təşkil olunmuşdur. Bu il 150 yaşı tamam olan, böyük ənənələrə malik 132–134 saylı Təhsil Kompleksində hazırda 77 sinifdə 2300 şagird təhsil alır. Məktəbi 105 məzun bitirir ki, onlardan 5 nəfəriQızıl medal”a namizəddir. Son 2 il ərzində isə məktəbin məzunlarından 5 nəfərQızıl 1 nəfərGümüşmedala layiq görülmüşdür.

İlin ən yaxşı məktəbimüsabiqəsinin qalibi olmuş kompleksdə bu gün 300 nəfər işçi çalışır ki, onların 197–si müəllimdir. Pedaqoji işçilərin 2–si elmlər namizədi, 6 nəfəri əməkdar müəllimdir. Kompleksin 11 müəllimiƏn yaxşı müəllimmüsabiqəsinin qaliblərindəndir. 2012–2013–cü tədris ilində 20 nəfər şəhər, respublika beynəlxalq miqyaslı olimpiadalarda, 8 şagird idman yarışlarında 6 şagird isə müxtəlif müsabiqələrdə qaliblər arasında olmuşlar.

“Son zəngtədbirində məzunları birinciləri, onların valideynlərini çoxsaylı qonaqları salamlayan 132–134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxışını ümummilli liderimiz Heydər ƏliyevinTəhsil millətin gələcəyidirsözləri ilə başladı. Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi builki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı.

Tədbir məktəblilərin musiqili–bədii çıxışları ilə davam etdi, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.

Səbail rayonunun qocaman tanınmış məktəblərindən olan, 190 saylı məktəbi bu il özünün 66–cı buraxılışını keçirir. Məktəbdə hazırda 1105 şagird təhsil alır, burada 115 pedaqoji 22 texniki işçi çalışır. Bu il 4 sinifdə 88 şagird təhsili başa vurur onların 2–si “Qızıl medal”a namizəddir.

Tədbirə toplaşan çoxsaylı şagird qonaqların qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11–ci sinfi bitirən məzunlara uğurlar arzuladı, məktəbi əla qiymətlərlə bitirmiş, həmçinin müxtəlif miqyaslı fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna Fəxri fərmanlar hədiyyələr təqdim etdi, məzunların böyük əksəriyyətinin məktəbi əla yaxşı qiymətlərlə bitirdiklərini xüsusi vurğuladı.

Qeyd etdi ki, 190 saylı məktəb 2009–cu ildəƏn yaxşı ümumtəhsil məktəbiadını qazanmış, məktəbin 5 müəllimiƏn yaxşı müəllimmüsabiqəsinin qalibləri sırasında olmuşdur. Məktəbdə 3 elmlər namizədi, 1 əməkdar müəllim çalışır.

190 saylı orta məktəb ötən tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçiriləntarix aylığı”nın yekunlarına görə 1–ci yerə layiq görülmüşdür. Şagirdlərdən 7 nəfər Bakı şəhəri üzrə keçirilən bilik olimpiadalarında 1–ci yerə çıxmış, məktəbin 2 müəllimi isəƏn yaxşı müəllimmüsabiqəsində iştirak edir. Bakı Slavyan Universitetində 190 saylı orta məktəbin pedaqoji kollektivi ilə birgə yaradılmış Ali orta təhsilin koordinasiyası kafedrası fəaliyyət göstərir ki, keçən tədris ilində kafedra tərəfindən məktəbdə 2 ustad dərsi 2 görüş keçirilmişdir.

Tədbirdə məktəbin 1–ci 11–ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı rəqslərdən ibarət çıxışları iştirakçıların çox xoşuna gəldi. Məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını çatdırdılar tədbir böyük bədii proqramla başa çatdırıldı.

Məktəblərdə keçirilən tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəailiyyəti barədə danışmışdır.

Həmçinin qeyd olunmuşdur ki, dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət qayğı, onların sağlam bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Səbail rayonunda da öz əksini tapmışdır. Son bir neçə il ərzində rayonda aparılan geniş miqyaslı abadlıq–quruculuq işləri çərçivəsində 1 yeni məktəb uşaq bağçası, 2 orta məktəb üçün əlavə tədris korpusu tikilmiş, 2 məktəb sökülərək yenidən tikilmiş, 10 orta təhsil müəssisəsi, 1 peşə məktəbi, 10 uşaq bağçası, 3 uşaq musiqi məktəbi, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 2 idman məktəbi, 1 uşaq poliklinikası əsaslı təmir olunmuş, bu müəssisələr bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hazırda rayonda daha 2 məktəbin 1 uşaq bağçasının əsaslı, 1 məktəbin isə idman akt zallarının təmiri aparılır.

Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz xalqımız üçün layiqli övlad olmalarını arzulamış, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, məktəblərin pedaqoji kollektivlərinə gələcək işlərində uğurlar arzulamışdır.

Tədbirlərdə iştirak edən digər qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.

Səbail rayonunun digər məktəblərində “son zəngtədbirləri yüksək təşkilatçılıqla keçmiş məzunların həyatında yaddaqalan bir günə çevrilmişdir.

Ənənəvi olaraq orta məktəblərdə keçirilən “son zəngtədbirlərində Səbail Rayon İcra Hakimiyyətinin ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak etmişlər.

 

Məhəmməd VƏLİYEV,

 

Respublika.-2013.-1 iyun.-S.10.