GƏLƏCƏYƏ NUR SAÇAN İNSAN

 

90 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev öz cahanşümul əməlləri ilə tarixdə iz qoymuş dahi şəxsiyyətlərdəndir. Dünya təcrübəsində belə mətin, qorxmaz, çətinliklərə sinə gərərək xalqına, vətəninə hədsiz məhəbbəti ilə böyük hörmət və nüfuz qazanmış şəxsiyyətlərə az təsadüf olunur. Heydər Əliyev Azərbaycanın əvəzedilməz lideri olmuş, xalqımızın yolunda əsl fədakarlıq nümunəsi göstərmiş, müasir və gələcək nəsillərə nümunə olmuşdur. Dönməz iradə, parlaq zəka, milli təəssübü hər şeydən, hətta şirin canından uca tutmuş bu misilsiz düha sahibi Azərbaycan xalqının özünütəsdiqi, özünü idarə etməsi, tərəqqisi naminə ölçüyəgəlməz təcrübə qoyub getmişdir.

Fikirləşirəm ki, görəsən Heydər Əliyev kimi bir şəxsiyyət olmasaydı, Azərbaycan indi hansı vəziyyətdə olardı? Bunu təsəvvürə gətirmək çətindir. Heydər Əliyev yüksək təşkilatçılıq bacarığı nəticəsində dünyanın superdövləti olmuş keçmiş SSRİ–nin rəhbərlərindən biri oldu. Yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, Heydər Əliyev hələ o zaman yüz milyonlarla əhalinin sevimlisi olmuşdu.

Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni–mənəvi yüksəlişinin əsasını qoydu, 1969–1982–ci illərdə–siyasi hakimiyyətdə olduğu illərdə, xüsusən 1993– ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra fövqəladə bacarığı və təşkilatçılığı ilə respublikamızı bütün dünyaya tanıtdı. 1993– ildən sonra qlobal proqramlar, irimiqyaslı layihələr, Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət etdi, ölkəyə investisiya axını gücləndi. Heydər Əliyevin müdrik siyasəti nəticəsində dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu bir daha yəqin etdi, Azərbaycana dəstək verdi. Hamı gördü ki, ölkəmiz təcavüzkar ölkənin əməllərindən nə qədər zərər çəkib, necə böyük bir bəla ilə üzləşib. Ulu öndərimiz öz ömrünü şam kimi əridərək ərazilərimizin qaytarılması, qaçqın və məcburi köçkünlərin yurd–yuvalarına dönməsi üçün tükənməz səy göstərdi.

Müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real prosesə çevrilmişdir, nailiyyətlərimiz bütün dünyanın gözü qarşısındadır. Dünyada nüfuzu, siyasiiqtisadi qüdrəti daim artan respublikamız bu gün Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca qüdrətli ölkəsidir. Bunu xaricdə yaşayan dostlarımız, dünyanın görkəmli politoloqları və iqtisadçıları birmənalı olaraq qeyd edirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Regionların sosialiqtisadi inkişafına dair Dövlət Proqramı” uğurla həyata keçirilməkdədir. Regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial–mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişmiş, rayonlarımızın iqtisadiyyatı iki dəfədən çox artmışdır. İnsanların yaşayış şəraiti əvvəlki dövrlərə nisbətən xeyli yaxşılaşmışdır. Bu da inkişafımızın düşünülmüş, elmi–nəzəri əsaslarla hazırlanmasından irəli gəlir.

Ulu öndərimiz regionların inkişaf etdirilməsinə dair islahatlara başlarkən ən əvvəl aqrar sahənin irəliləyişinə böyük önəm verirdi. Bu cəhətdən torpaq islahatı kəndin iqtisadisosial inkişafında mütərəqqi rol oynadı, kənddə yaşayan hər kəs torpağa sahiblik hüququnu qazandı, təsərrüfatı müasir səviyyədə qurmaqdan ötrü imkanlar əldə etdi. İndi kəndli istehsalda tam sərbəstdir, öz torpağını özü istədiyi kimi əkib–becərir və bəhrəsini görür.

Yaşadığım və çalışdığım İmişli rayonunun timsalında bunu aydın görmək olar. Mən bu rayonda doğulmuşam, uzun illər rayonda məsul vəzifələrdə işləmişəm, bu torpağın hər qarışına, insanlarının yaradıcı qüdrətinə bələdəm. İmişli camaatının çörəyi torpaqdan çıxır, bu yurdun sakinləri ana torpağın hər qarışını göz bəbəyi kimi qoruyur, onu canından artıq əzizləyir, əkib–becərirlər. Ulu öndərimizin təşəbbüsü əsasında torpaq islahatı İmişlidə də uğurla aparılmışdır. Aqrar islahatların ikinci mərhələsində əhalinin həyətyanı sahələrinin özəlləşdirilməsi işləri başa çatdırılmış, yaşayış məntəqələri üzrə sakinlərə torpağa mülkiyyət hüququna dair şəhadətnamələr verilmişdir. Meliorasiyasu təsərrüfatının inkişaf etdirilməsi sahəsində çox işlər görülmüşdür.

Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına güclü təkan vermiş, aqrar bölmənin göstəriciləri ildən–ilə yaxşılaşmışdır. Regionların sosial–iqtisadı inkişafına dair Dövlət Proqramında irəli sürülmüş müddəaları əzmlə həyata keçirən rayon sakinləri son illər rekord nəticələrə nail olmuşlar. Bu isə Heydər Əliyev ideyalarının nə qədər düzgün olduğunu bir daha sübut edir. İnanırıq ki, qarşıdakı illərdə uğurlarımız daha çox olacaqdır, adamlar öz həyatlarını daha firavan etməkdən ötrü yeni qüvvələri işə salacaq, real əmək göstəriciləri ilə xariqələr yaradacaqlar.

Beləliklə, aqrar islahatların uğurla həyata keçirilməsi, neftqeyrineft sektorlarının görünməmiş dərəcədə inkişafı, xalqın maddi rifahının getdikcə yaxşılaşması hamının gözləri qarşısında olan faktdır. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində bütün respublikada camaatın sosial həyat səviyyəsi getdikcə yüksəlir, yeni yerləri yaradılır, əməkhaqları və pensiyalar müntəzəm olaraq çoxalır. Əlillərə, ahıllara, şəhid ailələrinə verilən sosial yardımlar artır, aztəminatlı ailələrə müavinətlərin verilməsi sistematik hal alır. Bütün bunların nəticəsində müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. Prezident İlham Əliyevin Bakı Biznes Mərkəzində keçirilmiş konfransda qeyd edildiyi kimi, 2004– ildən indiyədək nəzərdə tutulduğundan xeyli çox yeni yeri açılmışdır. Bütün bunlar Vətənimizin qüdrətinin daha da artırılması üçün son dərəcə böyük iradə bahasına əldə edilmiş nailiyyətlərdir və hesab edirəm ki, bu nailiyyətlər davamlı olacaq. Müstəqilliyimizin daha da möhkəmləndirilməsində bundan sonra da baza rolunu oynayacaqdır. Əldə olunan gəlirlər bundan sonra da regionların inkişaf etdirilməsinə yönəldiləcək, ölkədə insanların maddi təminatı daha da yaxşılaşacaq, ulu öndərin işıqlı arzuları yerinə yetəcəkdir.

Danılmaz həqiqətdir ki, Heydər Əliyev dövrümüzün ən dahi şəxsiyyətlərindəndir. Bu qiyməti ona zaman vermişdir. 1969–cu ilin 14 iyulundan keçən dövrün təhlili, qiymətləndirilməsi bu cür düşünməyə haqq verir. Bu illər ərzində xalqımızın milli özünüdərk prosesi xeyli qüvvətlənmiş, milli ruh, milli tariximizə və keçmişimizə hörmət hissi təşəkkül tapmışdır. Və bu gün biz tam məsuliyyətlə həmin dövrü Heydər Əliyev epoxası adlandırırıq. Həmin dövr Azərbaycanın müasir intibahı dövrüdür, bütöv bir inkişaf epoxasıdır, onun müəllifi isə hər şeyə qadir olmuş ümummilli liderimizdir.

 

Allahverdi ƏLİYEV,

 

İmişli Mərkəzi Muğan Qışlaqların

Su Təminatı Sistemləri İdarəsinin rəisi.

 

Respublika.-2013.-2 iyun.-S.5.