Ekoloji problemlərin həlli diqqət mərkəzindədir

 

Qədim tarixi, mədəni irsi, təbiətinin gözəlliyi, geosiyasi mövqeyi ilə dünya ölkələri arasında layiqli yer tutmuş Azərbaycan, eyni zamanda bəşər tarixinə beynəlxalq aləmdə onun iqtisadisiyasi mövqeyini müəyyənləşdirən zəngin neftqaz ehtiyatlarına malik region kimi tanınmışdır. Ölkəmizdə neft sənayesinin 160 ildən artıq tarixi ərzində, o cümlədən keçmiş sovetlər dövründə sənayenin bu sahəsində ekoloji məsələlərə məsuliyyətsiz yanaşma, istehsal mədəniyyətinin aşağı olması, yeraltı və yerüstü ehtiyatlardan düzgün istifadə olunmaması nəticəsində neft sənayesi bugünkü nəslə bir sıra ekoloji problemləri miras qoymuşdur.

Neftqaz hasilatı prosesində əmələ gələn qazma şlamının və lay sularının ətraf ərazilərə axıdılması, tullantıların düzgün idarə olunmaması, ekoloji tələblərə cavab verməyən avadanlıqlardan istifadə, mümkün təsirlərin qiymətləndirilməməsi, ekoloji düşüncə və ekoloji mədəniyyətin aşağı səviyyədə olması səbəbindən geniş ərazilərdə torpaqlar deqradasiyaya uğrayaraq münbitliyini itirmişdir. Nəticədə həmin ərazilərdə ekoloji tarazlıq pozulmuş, geniş ərazilər yararsız vəziyyətə düşmüşdür.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ekoloji məsələlər, ətraf mühitin sağlamlaşdırılması dövlətin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkəmizin iqtisadisiyasi aləmdə nüfuzunun daha da möhkəmlənməsi, texniki imkanlarının genişləndirilməsi, enerji səmərəliliyinin artırılması istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsi fonunda ekoloji problemlərin də həllini ön plana çəkmişdir. Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi üçün qarşıda duran əsas vəzifələr təbii ekoloji sistemlərə sənayenin sürətli inkişafının zərərli təsirinin qarşısını almaq, bioloji müxtəlifliyi qoruyub saxlamaq və təbiətdən, onun yeraltı və yerüstü sərvətlərindən istifadəni səmərəli təşkil etməkdən ibarətdir. Bu proseslərin tənzimlənməsi dövlətin ekoloji siyasətinin əsaslarını müəyyən edir.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın yeni neft strategiyasının tələblərinə uyğun olaraq iri layihələrin reallaşdırılması məsələyə digər prioritet istiqamətdən —ekoloji tarazlığın təmin edilməsi və insan sağlamlığının qorunması tədbirlərinə daha diqqətlə yanaşmağı tələb edir. Bunun məntiqi nəticəsi olaraq müstəqillik əldə edildikdən sonra ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsi kütləvi hal aldı. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006–cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010–cu illər üçün Kompleks Tədbirlər Planı”nı, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009–cu il tarixli 80 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nı, 2010–cu ilinEkologiya ilielan olunması, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011–ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011–2013– illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”nı, “Hərəyə bir ağac əkək” kampaniyasını və s. göstərmək olar.

Ekoloji problemlərin həlli məqsədilə qəbul edilmiş müxtəlif Dövlət proqramlarının icrası ilə əlaqədar ARDNŞ–in də öhdəsinə geniş spektrli tədbirlərin icrası düşmüşdür. Bununla əlaqədar olaraq ARDNŞ–də ekoloji tədbirlər proqramı tərtib olunmuş və şirkətin gələcək ekoloji fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirən “Ekoloji Siyasət” sənədi ARDNŞ prezidenti tərəfindən təsdiq edilmişdir.

Bu istiqamətdə ARDNŞ davamlı olaraq fəaliyyət sahələrində tarixən mövcud çirklənmələrin təmizlənməsi, istehsal sahələrində ekoloji təhlükəsizliyin təmin olunması və ARDNŞ–inEkoloji Siyasət” sənədində nəzərdə tutulmuş müddəaların icrası istiqamətində sistemli, ardıcıl, məqsədyönlü fəaliyyət həyata keçirməkdədir.

2012–ci ildə də neftqaz, neftkimya əməliyyatlarında ekoloji təhlükəsizliyin təmin olunması və operativ nəzarəti təmin etmək üçün dənizdə və quru ərazilərdə yerləşən neftqaz yataqlarında, istehsal sahələrində davamlı olaraq ekoloji monitorinqlər aparmışdır. Quruda neftqaz yataqlarında monitorinq tədqiqatları, əsasən neftneft məhsulları ilə və istehsal prosesi zamanı formalaşan tullantılarla çirklənmiş torpaqların hərtərəfli öyrənilməsinə, çirklənmə mənbələrinin müəyyənləşdirilməsinə və çirklənmənin aradan qaldırılması üzrə təkliflərin hazırlanmasına yönəldilmişdir.

Dəniz monitorinqləri zamanı neftqaz hasilatının Xəzər dənizinin ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi məqsədi ilə su mühitinin ümumi fiziki–kimyəvi parametrləri, biogen maddələrin, neft məhsullarının, dib çöküntülərinin fiziki–kimyəvi təhlilləri, üzvi maddələr, metal akkumulyasiyası, mikroorqanizmlərin taksonomiyası, makrozoobentosu hərtərəfli tədqiq edilirantropogen təsirin dərəcəsi öyrənilir və EN 17025 üzrə akkreditasiya olunmuş Kompleks Tədqiqatlar Laboratoriyasında analiz edilir.

Hazırlanmış monitorinq hesabatları əsasında çirklənmiş ərazilərin reabilitasiyası layihələri başlanır. Neftneft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası qarşımızda duran əsas ekoloji layihələrdən biridir. ARDNŞ tərəfindən çirklənmiş torpaqların təmizlənməsi məqsədilə genişmiqyaslı layihələr həyata keçirir. Bu sahədə davamlı olaraq beynəlxalq təcrübənin öyrənilməsi və ən müasir remediasiya texnologiyalardan uyğun olanının seçilməsi və tətbiqi ilə əlaqədar işlər aparılır. Həyata keçirilən bərpa, təmizləmə, rekultivasiya, bioremediasiya işlərinin icrasına ciddi nəzarət edilir.

Xəzər dənizi akvatoriyasının mühafizəsi ARDNŞ–in ekoloji siyasətinin prioritet məsələlərindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq “28 May” NQÇİ–nin “Günəşli” yatağında yerləşən DDÖ–lərdən və “Neft Daşları” NQÇİ–də formalaşan lay sularının qapalı utilizasiyası və təkrar laylara vurulması məqsədilə gücü sutkada 3550 kubmetr olan beynəlxalq standartlara cavab verən müasir avadanlıq quraşdırılaraq istifadəyə verilmişdir. Hazırda bu layihə üzrə əlavə təmizləyici qurğuların quraşdırılması işləri yerinə yetirilir. Buna paralel olaraq 2012–ci il ərzində “Bibiheybətneft” NQÇİ–nin ərazisində lay sularının qapalı idarə olunması sistemi yaradılaraq istifadəyə verilmiş, digər NQÇİ–lərdə bu istiqamətdə tikinti–quraşdırma işləri davam etdirilir.

           Neftqaz əməliyyatları nəticəsində Xəzərin çirklənməsinin qarşısını almaq, həmçinin Bakı buxtasının təmizlənməsi vacib məsələlərdəndir. Həyata keçirilən tədbirlər nəticəsində Bakı buxtası batmış gəmi və metal qurğulardan, həmçinin yarımbatmış metal konstruksiyalardan təmizlənmişdir. Buxta ərazisində mütəmadi olaraq ekoloji monitorinqlər keçirilərək buxtaya açılan axarlar və onların həcmi müəyyənləşdirilmiş, o cümlədən tərkibi nəzarətdə saxlanılmışdır.

ARDNŞ–in istehsal fəaliyyətinin “Ekoloji Siyasət” sənədində qeyd olunan “0″ tullantı prinsipləri əsasında təşkil olunması məqsədi ilə müəssisə və təşkilatlarda təmizləyici qurğuların quraşdırılması işləri daha da genişlənmişdir. Belə ki, “Neft Daşları” NQÇİ–də formalaşan məişət–fekal suların idarə olunması məqsədi ilə gücü 500 m³/gün olanBiomasstipli, Çilov adasında hər birinin layihə gücü 200 m³/gün olan iki ədəd “KU–200″ tipli bioloji təmizləyici qurğular müvəffəqiyyətlə istismar edilməkdədir. 2012–ci il ərzində özülestakadalarda 11 ədəd “Topastipli bioloji təmizləyici qurğu, bərk məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə “Neft Daşları” və “28 may” NQÇİ–nin ərazisində insineratorlar quraşdırılaraq istifadəyə verilmişdir.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması, məişətdə və suvarmada istifadə olunması və ARDNŞ–in fəaliyyət sahələrində çalışan işçilərin suya olan tələbatının tam və keyfiyyətli şəkildə ödənilməsi məqsədi ilə 2012–ci il ərzində “Neft Daşları” NQÇİ–nin və “Abşeronneft” NQÇİ–nin ərazilərində gücü 500 m³/gün olan “Əks Osmostipli qurğular istismara buraxılmışdır. Buna paralel olaraqNeft Daşları” NQÇİ–də gücü 500 m³/gün və NQÇİ–nin bir sıra özüllərində isə gücü 7–8 m³/gün olan modul tipli “Əks Osmos” qurğuları, “28 May” NQÇİ–nin Çilov adasında gücü 300 m³/gün və 500 m³/gün təşkil edən 2 ədəd “Əks Osmostipli qurğuları uğurla istismar edilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009–cu il tarixli 80 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nda və Azərbaycan Respublikası Prezidentinin 04.05.2011–ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş”2011–2013– illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”nda icrası ARDNŞ–ə həvalə edilən tapşırıqların icrası 2012–ci il ərzində uğurla yerinə yetirilmişdir.

2012–ci ildə “Ümidstrukturunda kəşfiyyat qazma işləri üçün, həmçinin ARDNŞ və “Conoco Phillips Exploration Azerbaijan Ltd.” şirkəti arasında Azərbaycan Respublikasının ərazisində (Böyük Qafqazın cənub yamacında) quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat sazişinin bir hissəsi kimi iki ölçülü (2D) seysmik işlərin aparılması üzrə Ətraf Mühitə və Sosial İqtisadi Sahəyə Təsirlərin Qiymətləndirilməsi (ƏMSİSTQ) sənədini hazırlamışdır.

Hazırda Ekologiya İdarəsi “Total E&P Absheron B.V.” şirkəti tərəfindən Səngəçal qəsəbəsində Mərkəzi Əməliyyat Qurğularının və avadanlıqların quraşdırılması ilə əlaqədar “GeofizikiGeotexniki İşlərin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi Sənədi”nin hazırlanması işləri davam etdirilir.

ARDNŞ–in Xəzər Dənizinin Azərbaycan sektorunda yerləşən fəaliyyət sahələrində atmosferə atılan aşağı təzyiqli səmt qazlarının utilizasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. 2012–ci ildə “Günəşli” və “Neft Daşları” yatağında qaz kompressor stansiyası istismara verilmişdir ki, nəticədə aşağı təzyiqli səmt qazlarının tam tutularaq sistemə qaytarılmasına imkan yaratmışdır. Dünya Bankının yanında Səmt Qazının Yandırılmasının Qlobal Səviyyədə Azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının (GGFR) Rəhbər Komitəsinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş forumda “Səmt qazının yandırılmasının azaldılması istiqamətində olan layihələr” nominasiyasında ARDNŞ–in təqdim etdiyi “28 may” və “Neft daşları” yatağında səmt qazının utilizasiyası layihəsi Dünya Bankı və GGFR tərəfindən yüksək qiymətləndirilmiş və ARDNŞ “Award Exellence” – “Ali mükafata layiq görülmüşdür.

Avtomatlaşdırılma və texniki yenidənqurmanın sürətli inkişafı, insanların həyat tərzindəki əsaslı dönüşün yaranmasının bir əlaməti də nəqliyyat vasitələrinin müasir həyatdakı roludur. Dünyada nəqliyyat vasitələrinin artması, müasir texnika ilə yanaşı köhnə texnikanın da istismarı onlardan atmosferə atılmaların həcminin artmasına səbəb olmuşdur. Bu hal atılmaların nəzarətdə saxlanılmasını tələb edir.

ARDNŞ–in həyata keçirdiyi ekoloji proqramlara uyğun olaraq, istifadədə olan avtomobillərin yanacaq sistemlərini tənzimləməklə onları saz vəziyyətdə saxlamaqixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək məqsədilə yaradılmış 3 ədəd Ekoloji Ölçmə Məntəqələri bu gün müvəffəqiyyətlə fəaliyyət göstərir.

Cəmiyyəti düşündürən qlobal ekoloji problemlərdən biri də tullantıların idarə olunmasıdır. Bu problemin həlli ilə əlaqədar ARDNŞ–in “Tullantı Mərkəzi”nin yenidən qurulması üçün əməli tədbirlər həyata keçirilməkdədir. “Tullantı Mərkəzi”ndə ARDNŞ–in təşkilat və müəssisələrində istehsal prosesi nəticəsində əmələ gələn müxtəlif adda tullantının utilizasiyası və təkrar emalı üçün yeni qurğu və avadanlıqların seçilməsi, o cümlədən “Tullantı Mərkəzi”nin genişləndirilməsinin layihələndirmə işlərinə başlanmışdır.

ARDNŞ–in ən böyük ekoloji layihələrindən biri də “Ekopark” layihəsidir. Parkın yaradılmasında əsas məqsəd: cəmiyyət–ekologiya münasibətlərinin müasir formasını yaratmaq, ekoloji təbliğat, ekoloji tərbiyə və ətraf mühitin qorunmasının təbliğinə nail olmaqdır. Hər il ARDNŞ–in “Eko–park”ında müxtəlif ağaclar əkilir, artırılır və ərazilərin yaşıllaşdırılması üçün ARDNŞ–in müəssisələrinə paylanır. Parkda fəaliyyət göstərən “Eko–mərkəz”də ekoloji maarifləndirmə məqsədi ilə ekskursiyaların təşkili, ekologiya mövzusunda olimpiadaların keçirilməsi, müxtəlif viktorina və müsabiqələrin təşkili ilə bağlı seminarlar keçirilir. “Ekoparka marağın artmasını nəzərə alaraq ARDNŞ prezidentinin sərəncamına uyğun olaraq yeni ayrılmış sahədə “Eko–park”ın genişləndirilməsi layihəsinin icrasına başlanılmışdır.

Rekultivasiya olunmuş ərazilərdə ARDNŞ tərəfindən mütəmadi olaraq keçirilən iməcilik və ağacəkmə kampaniyaları çərçivəsində yaşıllaşdırma və abadlaşdırma işləri aparılmış, mədən ərazilərində, inzibati binaların ətrafında və digər ərazilərdə müxtəlif növlü ağacdekorativ kol bitkiləri əkilmiş və bütün yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilir.

İctimai, siyasi, iqtisadi münasibətlərdə xüsusi mədəniyyət tələb olunduğu kimi, insanın onu əhatə edən ətraf mühitlə qarşılıqlı münasibətlərində —ekoloji münasibətlərdə də xüsusi mədəniyyət tələb olunur. Bu mədəniyyətə Tanrının insanlara bəxş etdiyi təbiətdən, onun yeraltı və yerüstü sərvətlərindən düzgün istifadə edilməsi, ətraf mühitinsu hövzələrinin təmizliyinin maksimum qorunması, yüksək texnika və texnologiyaların tətbiqi ilə nail olmaq mümkündür. Ekoloji mədəniyyətin formalaşdırılması üçün insanlar arasında sistemli ekoloji tərbiyələndirmə, maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Bu sistem əhalinin düşüncə tərzinin dəyişdirilməsinə, yeni davranış stereotiplərinin formalaşdırılmasına yönəldilməli və son nəticədə onların yaşayış tərzinin dəyişməsinə, ekoloji cəhətdən müasir dünyagörüşünün formalaşmasına xidmət etməlidir. Bununla əlaqədar olaraq, ARDNŞ–in ekoloji fəaliyyətinin bir istiqaməti də ekoloji maarifləndirmə və təbliğat işlərinin aparılmasıdır.

Ekoloji maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədilə ARDNŞ müxtəlif tədbirlər həyata keçirir. Artıq 7–ci ildir ki, ölkəmizin paytaxtı Bakı şəhəri, “İNEPO–AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına ev sahibliyi edir. Olimpiadanın əsas məqsədi məktəblilər arasında ekoloji maarifləndirmə və ekoloji biliklərin artırılması, dünyada ekoloji problemlərin yaranmasının səbəblərini və onların həlli yollarını ictimaiyyətin diqqətinə çatdırmaqdır.

ARDNŞ, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə respublika üzrə orta məktəblərinin 8–11–ci sinif şagirdləri arasında “Ekoeruditbreynrinq yarışması keçirir.

Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ARDNŞ 2013– ildə də fəaliyyətini davam etdirir. Bununla əlaqədar, hazırda ARDNŞ–in müəssisə və təşkilatlarında iməciliklər keçirilərək, müxtəlif növ ağacdekorativ kol bitkiləri əkilir və bütün yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilir.

 

Azər ƏLİYEV,

ARDNŞ–in Ekologiya İdarəsinin rəisi.

 

Respublika.-2013.-2 iyun.-S.6.