Diqqət və qayğı bizi yeniyeni uğurlara ruhlandırır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 may 2007–ci il tarixli sərəncamı ilə hər il iyun ayının 5–i ölkəmizdə “Meliorator günükimi qeyd olunur. Mübaliğəsiz demək olar ki, meliorasiyasu təsərrüfatı respublikamızın iqtisadiyyatında, xüsusən kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

Respublikamızda meliorasiyairriqasiya işlərinin təməlinin XX əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969–1982–ci illərdə nail olunmuşdur. Həmin illərdə bu sahədə geniş quruculuq işləri aparılmış, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları tikilib istifadəyə verilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiyasu təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı yenidən bərpa olundu. Ümummilli liderimizin meliorasiyasu təsərrüfatının inkişafına göstərdiyi qayğı indi onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

SuUlu Tanrımızın bəşər övladına bəxş etdiyi ən dəyərli nemətlərdən biridir. Su bəşər övladı üçün həyat mənbəyi, daha doğrusu isə, həyatın özüdür. Bu müqəddəs həyat mənbəyindən təbiətdə düzgün və səmərəli istifadə olunması, müqəddəs nemətin insanların xidmətinə rahat çatdırılması ilə məşğul olanlar isə xeyirxah, müqəddəs peşə sahibləri – melioratorlardır.

Bu gün qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində bu xeyirxah işlə məşğul olan qurumlardan biriözünün 80 illik yubileyini bu günlərdə qeyd etmiş Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutudur (“Azdövsutəslayihə”).

1930–cu il yanvar ayının 15–də respublikamızda suvarma kanallarının, kanallar üzərindəki qurğuların və gözətçi binalarının layihələrini hazırlamaq məqsədilə Azərbaycan Su Təsərrüfatı İdarəsində “Su təsərrüfatı obyektlərinin layihələndirilməsi və axtarışı” üzrə xüsusi layihə şöbəsi yaradıldı. Bu şöbə tərəfindən hazırlanan layihələr, aparılan layihə–axtarış işləri əsasən MilMuğan düzünüKür çayının ətrafını əhatə etdi. Getdikcə meliorasiyasu təsərrüfatı sahəsində görüləcək işlərin həcminin artdığını nəzərə alaraq 1933– ildə Azərbaycan Su Təsərrüfatı İdarəsinin layihə şöbəsinin bazası əsasında Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə yaradıldı. Bu tarix öz fəaliyyətini bu günuğurla davam etdirən “Azdövsutəslayihə” İnstitutunun yaranma tarixi oldu. Yaradılmış bu idarəyə Moskva Su Təsərrüfatı Mühəndisləri İnstitutunu bitirmiş Mehdi Əli oğlu Abbasov rəhbər təyin olundu. İdarənin əməkdaşları ilkin olaraq Mil düzündəki qədim suvarma sistemlərinin bərpası, Şimali Muğan ərazisindəki suvarmakollektordrenaj sistemlərinin layihələrini işləyib hazırladılar. Hazırlanan layihələr günü–gündən təkmilləşdirilir, onlarda yeni elmitexniki tərəqqinin tətbiqinə xüsusi diqqət yetirilirdi.

1936–cı ildə Zaqafqaziya Su Layihə İdarəsi Tiflis şəhərindən Bakıya köçürüldübu idarə Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı İdarəsinə birləşdirilməklə yeni Zaqafqaziya Su İdarəsi adı altında İttifaq tabeliyində olan bir təşkilat kimi fəaliyyətə başladı. 1938–ci ildən Zaqafqaziya Su Layihə–Axtarış İdarəsi adlandırılan bu idarə Azərbaycan, Gürcüstan və Ermənistanda layihə–axtarış işlərini həyata keçirirdi. Böyük Vətən müharibəsi illərində əməkdaşlarının kütləvi səfərbərliyə alınması nəticəsində fövqəladə çətinliklərlə üzləşən bu idarə cəmi 15 nəfər əməkdaşla öz mövcudluğunu qoruyub saxlaya bildi. 1945–ci ildən yenidən Azərbaycan Layihə–Axtarış İdarəsi adlanan təşkilatın gördüyü işlərin həcmi ilbəil artmağa başladı. 1951–ci ildə Azərbaycan Layihə–Axtarış İdarəsi əsasında Zaqafqaziya Su Layihə Pambıqçılıq İdarəsi yaradıldı. Az sonra, yəni 1953– ildə bu təşkilatın adı dəyişdirilərək Azərbaycan Su Təsərrüfatı Layihə İnstitutu—”Azsutəslayihə” qoyuldu. Ötən əsrin əllinci, altmışıncı illərində institut tərəfindən Azərbaycanda bir çox iri su təsərrüfatı və meliorasiya obyektlərinin layihəsi işlənib hazırlandı ki, bunlara misal olaraq MuğanSalyan sutullayıcısını, Bəhrəmtəpə hidroqovşağını, Yuxarı Şirvan kanalını, Baş Şirvan kollektorunu, Yuxarı Qarabağ kanalını, MilMuğan kollektorunu, SamurAbşeron kanalını, Əzizbəyov adına kollektoru göstərmək olar.

Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969–cu ildən başlayaraq ölkəmizin ictimai, iqtisadisiyasi həyatında bir canlanma yarandı. Respublikamızda xalq təsərrüfatının bütün sahələrinə, eləcə də meliorasiyasu təsərrüfatı sahəsinə xüsusi diqqət və qayğı göstərilməyə başlanıldı. Ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi 1969–1972–ci illər ərzində MeliorasiyaSu Təsərrüfatı sahəsinin inkişafı naminə bu sahəyə kifayət qədər vəsait ayrıldı. Yeri gəlmişkən, bu vəsaitin Sovet hakimiyyətinin 50 il ərzində bu sahəyə qoyduğu vəsaitdən 2 dəfə çox olması xüsusi qeyd olunmalıdır.

Ulu öndərimizin səyi ilə respublikamızda uğurla aparılan geniş quruculuq işləri sayəsində iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, müasir tələblərə cavab verən meliorasiyairriqasiya sistemləri tikilib xalqın istifadəsinə verildibunun da nəticəsi olaraq respublika ərazisində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmış oldu.

Bu dövrdə respublikamızda meliorasiyasu təsərrüfatının kompleks şəkildə inkişafı “Azdövsutəslayihə” İnstitutuna da öz müsbət təsirini göstərə bildi. Belə ki, bu inkişaf institutumuzda yerinə yetirilən layihə–axtarış işlərinin həm həcminin, həm keyfiyyətinin, həm də institut əməkdaşlarının sayının artmasına səbəb oldu. Bu illər ərzində respublikamızda inşa olunan Araz su anbarı, MilMuğan hidroqovşağı, Xudafərin, Ağstafaçay, Yuxarı Xanbulançay, Əyriçay və Viləşçay su anbarları, Yeni Əzizbəyov, Baş Mil kanalları və digər bu kimi çoxsaylı obyektlərin layihələri “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən işlənib hazırlandı. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən onun milli kadrların hazırlanması istiqamətində apardığı uğurlu siyasət bütün sahələrdə olduğu kimi, meliorasiyasu təsərrüfatı sahəsində də, o cümlədən “Azdövsutəslayihə” İnstitutununda da öz bəhrəsini verdi. İnstitut kollektivinin genişlənən sıralarında milli kadrların sayı durmadan artmağa başladı və respublikamızın ali təhsil ocaqları ilə institut kadrların, xüsusən də milli kadrların hazırlanması istiqamətində uğurlu işgüzar əlaqələr qura bildi. Meliorasiyasu təsərrüfatı obyektlərinin layihələndirilməsində qazanılmış yüksək bilik və zəngin təcrübəsi institutun yüksək ixtisaslı kadrlarının xarici dövlətlərə dəvət almasına imkan yaratdı. İnstitut əməkdaşları Yəməndə, Kubada, Əlcəzairdə, İranda, İraqda, Suriyada, Mozambikdə, Anqolada və digər ölkələrdə müxtəlif layihə–axtarış işlərinin hazırlanmasına yardım etmək məqsədilə bu ölkələrdə işləməyə göndərilirdi. Əldə olunan bu nailiyyətlər, institut kollektivinin uğurlu fəaliyyəti o vaxtkı İttifaq rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və 1983– ildə özünün 50 illik yubileyində institut SSRİ Ali Sovetinin qərarı ilə “Şərəf nişanı” ordeni ilə təltif olundu.

Ötən əsrin 80–ci illərinin sonlarında Sovetlər Birliyinin müttəfiq respublikalarında baş qaldıran milli azadlıq hərəkatı Azərbaycanda da geniş vüsət aldı. Tökülən qanlara, qoyulan qadağalara baxmayaraq, Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdi. Dövlət müstəqilliyinin ilk illərində respublikamız müəyyən iqtisadi, ictimai problemlərlə üzləşməli oldu. Böhran vəziyyəti yarandı. Təbii ki, bu böhranlı illərdə bir çox idarə və müəssisələr kimi, “Azdövsutəslayihə” İnstitutunun kollektivi də müəyyən çətinliklərlə üzləşdi. İqtisadi tənəzzül nəticəsində layihə sifarişlərinin kəskin surətdə azalması səbəbindən əməkdaşlarını uzunmüddətli ödənişsiz məzuniyyətə göndərmək məcburiyyətində qalmasına, maddi çətinliklər çəkməsinə baxmayaraq, institut öz varlığını qoruyub saxlaya bildi. Ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar, düzgün qurulmuş neft strategiyası qısa müddətdə öz bəhrəsini verməyə başladı. Yeni əsrin ilk günlərindən institut öz istehsalat ritmini tam bərpa edərək var qüvvə ilə müstəqil Azərbaycanımızın meliorasiyasu təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması və təmir–bərpa olunması layihələrini hazırlamağa başladı. Onu da qeyd edim ki, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin, sonra isə ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi qayğı və diqqət sayəsində yeni əsrin ilk günlərindən başlayaraq bu sahədə respublikamızda inşa olunan obyektlərin sayının ilbəil artması inkaredilməz fakt oldu. Bütün bunlar isə, öz növbəsində, institutumuz tərəfindən yerinə yetirilən layihə işlərinin həcminin artmasına səbəb oldu. Onu da qeyd edim ki, son illər institutumuzdaTaxtakörpü su anbarı”, “Xanarx kanalı”, “TaxtakörpüCeyranbatan kanalı”, “Vayxır su anbarı”, “Şəmkirçay su anbarı”, “Göytəpə su anbarı”, “Tovuzçay su anbarı” və digər bu kimi iri su təsərrüfatı obyektlərinin və eləcə də yaşayış məntəqələrini, əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə Kür, Araz çaylarının və dağlıq ərazilərdəki çayların sahillərində mühafizə bəndlərinin layihə–smeta sənədləri yüksək peşəkarlıqla işlənib hazırlanmışdır. Bu layihələrin tikilib istismara verilməsi nəticəsində on minlərlə hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşacaq və yeni suvarılan sahələr istifadəyə veriləcəkdir. Qeyd edim ki, institutumuzda layihələr beynəlxalq standartlar səviyyəsində hazırlanır, onların tərtibində müasir elmitexniki tərəqqinin, İTK–nın son nailiyyətlərindən bacarıqla istifadə olunur.

Ümumiyyətlə, fəaliyyət göstərdiyi müddət ərzində “Azdövsutəslayihə” İnstitutunda bugünə qədər respublikanın müxtəlif zonalarında istismar olunan 52,1 min kilometr suvarma kanallarının, 29,8 min kilometr kollektordrenaj şəbəkəsinin, 941 nasos stansiyasının, 7200–dən artıq subartezian quyusunun, 166 kilometr daşbeton və beton, 1643 kilometr torpaq bəndlərin, 118 min müxtəlif təyinatlı hidrotexniki qurğuların, ümumi su tutumu 21,5 kubkilometr olan 135 su anbarının layihə–smeta sənədləri hazırlanmışdır.

“Azdövsutəslayihə” İnstitutunun yüksək nailiyyətlər əldə etməsində kollektivə müxtəlif vaxtlarda birbirinin ardınca Mehdi Abbasov, Cəfər Səlimbəyov, Zülfüqar Musayev, Paşa Paşayev, Rahib Əliyev kimi yüksək intellektli, bacarıqlı və səriştəli şəxslərin rəhbərlik etməsinin də xüsusi rolu olmuşdur.

Kollektivimiz hər an möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC–nin sədri, respublikanın əməkdar mühəndisi Əhməd Əhmədzadənin diqqət və qayğısını öz üzərində hiss edir. Məhz elə bu diqqət və qayğının nəticəsidir ki, son illər institutumuzun əməkdaşları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlətimizin yüksək mükafatlarına layiq görülmüşdür. Belə ki, qısa zaman kəsiyində möhtərəm Prezidentimizin sərəncamları ilə institutumuzun 3 nəfər əməkdaşına “Azərbaycan Respublikasının Əməkdar Mühəndisi” adı verilmiş, 8 nəfər əməkdaşımız isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bütün bunlara və ümumiyyətlə, bizə göstərdikləri hər cür diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, hörmətli sədrimiz Əhməd Əhmədzadəyə kollektivimiz adından dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, “Azdövsutəslayihə” İnstitutunun kollektivi göstərilən etimadı ləyaqətlə doğruldacaq və müstəqil Azərbaycanımızın xoşbəxt, firavan gələcəyi naminə bundan sonra da öz fəaliyyətini uğurla, yüksək əzmkarlıqla davam etdirəcəkdir.

İnstitutumuzun kollektivi adından respublikmızın bütün meliorasiya işçilərini peşə bayramı münasibətilə təbrik edir, işlərində uğurlar arzulayıram!

 

Elbrus PAŞAYEV,

 

Su Təsərrüfatı Obyektlərinin

Layihələndirilməsi üzrə

Azərbaycan Dövlət İnstitutunun direktoru,

respublikanın

əməkdar mühəndisi

 

Respublika.- 2013.- 4 iyun.- S. 7.