Almaniyada və Türkiyədə təcrübə
mübadiləsi
İyirmi birinci əsr informasiya-kommunikasiya texnologiyaları əsridir. Artıq dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da bir çox istehsal sahələrində işlər kompyuterləşmişdir.
Texnikanın son nailiyyətlərindən dünya ölkələrinin təcrübəsini öyrənmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yaponiyanın “TİKA–JİKA” qeyri–hökumət təşkilatı, Türkiyə Təhsil Nazirliyi və Almaniya Qida, Kənd Təsərrüfatı və İstehlakçıların Müdafiəsi Nazirliyi birgə treninq və təcrübə mübadiləsi təşkil etmişlər. Treninqlərə bacarıqlı peşə təhsili mütəxəssisləri cəlb olunmuşlar. İlk treninqdə Azərbaycanı nümunəvi peşə təhsili mütəxəssisi kimi Göyçay Peşə liseyinin direktoru Qabil Zeynalov təmsil etmişdir. Tanışlıq üçün deyək ki, Qabil Zeynalovun 36 illik zəngin pedaqoji təcrübəsi var. O, “Xalq təhsili əlaçısı” fəxri adına layiq görülüb, bir sıra mükafatlarla təltif edilmişdir. “İlin ən yaxşı müəllimi” adını alan ilk laureatlardan biridir. Rəhbərlik etdiyi lisey 47 peşə təhsili müəssisəsi arasında pilot məktəbi seçilib.
Tədrisin keyfiyyətini yüksəltmək üçün qarşılıqlı dərs dinləmə və açıq dərslər təşkil edilir və sonda müzakirəsi keçirilir. Müəllim, istehsalat təlimi ustaları və sürücü–təlimatçılar əksəri zəngin iş təcrübəsinə malikdirlər. Tədris prosesində müasir texnologiyalardan, təlimin yeni forma və metodlarından, qabaqcıl iş təcrübəsindən geniş istifadə olunur.
Peşə liseyinin uğurları çoxdur. Liseyin nailiyyəti onun pilot məktəbi seçilməsidir. Direktor Famil Zeynalov səriştəli peşə təhsili mütəxəssisi kimi qardaş Türkiyənin İzmir şəhərində keçirilən seminarda iştirak etmişdir. 8 noyabr 2012–ci ildə Əfqanıstan, Qırğızıstan, Tacikistan, Fələstin və Türkiyənin tanınmış peşə məktəblərinin direktorları ilə təcrübə mübadiləsi aparılmışdır.
Türkiyə səfərindən zəngin təəssüratlarla qayıdan Famil Zeynalov bildirdi ki, ötən ilin noyabrında İzmirdən 19 kilometr məsafədə yerləşən Atatürk adına “Sənaye orqanizə sənaye fabrikində” olublar. Elektrik generatorlarının yığım sexində əl əməyindən çox istifadə edilirdi. Generatorların üst örtüklərinin və bəzi hissələrinin hazırlanması avtomatlaşdırılıb, lakin onların dolaqlarının yığılması hökmən əl ilə aparılmalıdır. Sarğı üçün lazım olan müxtəlif ölçülü məftillərin hazırlanması tam avtomatlaşdırılmışdır. Bu fabrikdə ən kiçik ölçülü generatordan ən böyük ölçülü generatora qədər hazırlanır.
“Tetrapark” fabrikində isə şirə istehsalında lazım olan müxtəlif ölçülü qabların istehsalı tam avtomatlaşdırılmış formada yerinə yetirilir. İnsanlar yalnız maşınların işinə nəzarət edirlər. Fabrik 1987–ci ildən fəaliyyət göstərir və ərazisi 4 hektardır. İstehsal etdiyi məhsullar dünyanın müxtəlif ölkələrinə və Azərbaycana ixrac edilir.
Analoqu olmayan
“Sultan Əhməd” məscidini
ziyarət etdik. “Aya Sofya” və digər tarixi abidələrlə tanış olduq. 11 noyabr 2012–ci il
tarixdə İstanbul şəhərinə gəldik.
Sabahısı Kocaeli şəhərində
“Hundai” maşınqayırma
zavodunda olduq. Orada, demək olar ki, bütün sahə avtomatlaşdırılmış
və əl əməyindən az istifadə edilir. Zavod özü üçün
fəhlə kadrları
hazırlayır. Qeyd edim
ki, hazırda Türkiyədə peşə
məktəbini bitirməyən
və ya peşə məktəblərində
oxumayanlar işlə təmin edilmirlər.
Həmin
gün “Gamak Elektrik Motors” fabrikində də olduq. Bu fabrikdə əsasən
mühərriklərin üst
örtüyü metaləritmə
sexlərində tam avtomatlaşdırılmaqla
qəlibləmə üsulu
ilə hazırlanır.
Qeyd edim ki, “Gamak
Elektrik Motors” özəl
ailə müəssisəsidir.
Daha sonra İstanbul “Arçelik–LG” kondissioneri fabrikində olduq. Bütün sahə demək olar ki, avtomatlaşdırılıb.
Yalnız müəyyən hissələrin yapışdırılması
əllə aparılır.
Konveyer üsulu ilə işləyir və istehsalda çeviklik var. Belə ki, eyni
axın xəttində
müxtəlif ölçüdə
kondisionerlər istehsal
edilir.
Lisey direktoru
F.Zeynalov 14–21 aprel
2013–cü ildə 11 nəfərlik
nümayəndə ilə
Almaniya və Sloveniya respublikalarında səfərdə olmuşdur. Nümayəndələrin
tərkibinə Təhsil
Nazirliyinin Texniki–Peşə
Təhsili Şöbəsinin
müdiri Namiq Məmmədov, Təhsil Problemləri İnstitutu
ilk Peşə Təhsilinin
İnkişaf Mərkəzinin
direktoru Rəsul Əsgərov, Ağstafa Peşə Məktəbinin
direktoru Hikmət Cəfərov, Tərtər
Peşə Məktəbinin
müəllimi Tacirə
İlyasova və başqaları daxil edilmişdilər. Azərbaycanlı nümayəndələr Münhendə,
Trisdorf, Regensburq və başqa şəhərlərdəki peşə
məktəblərində maraqlı
təcrübə mübadiləsi
aparmışlar. Onlar
fermer təsərrüfatlarında,
emalatxanalarda, fabrik və zavodlarda qabaqcıl iş təcrübəsi və müasir texnika və texnologiyalarla tanış olmuşlar. Təlim və tədris mərkəzlərində peşə
təhsilinin son nailiyyətləri
barədə geniş
məlumat alan
nümayəndələrimiz xarici portnyorlarına öz iş təcrübələrindən danışmışlar.
Türkiyəyə səfərin sonunda F.Zeynalova Ömər Açıqgözün, Sərdar
Camın və Akio Saitonun imzası ilə sertifikat təqdim edilmişdir. Faydalı təcrübə
mübadiləsi davam edir.
Vəli İlyasov
Respublika.- 2013.- 30 iyun.- S. 3.