Sağlamlığa qayğının daha bir nümunəsi

 

Ölkəmizdə səhiyyə xidmətinin səviyyəsi sürətlə yüksəlməkdədir. İndi ən ucqar rayonlarda belə tibb ocaqları öz görkəmini dəyişir, burada hər şey Avropa standartlarına uyğunlaşdırılır. Ağxalatlılardan öz işlərinə məsuliyyətlə yanaşmaları, əhalinin sağlamlığı keşiyində ayıq–sayıq dayanmaları tələb olunur. Bütün bunların nəticəsidir ki, bir çox çətin xəstəliklərin müalicəsi öz həkimlərimizin səyi nəticəsində həyata keçirilir. Kürdəmir rayonunun sakinləri də özlərinə göstərilən səhiyyə xidmətindən razılıq edirlər. Artıq bir neçə aydır ki, mərkəzi rayon xəstəxanası əsaslı təmirdən sonra əhalinin instifadəsinə verilmişdir. Xəstəxananın ümumi görüntüsü, ətrafdakı səliqə–sahman ilk baxışdan adamda ən müasir tibb ocağı təsəvvürü yaradır. Lakin bunlar hələ hər şey demək deyil. Mərkəzi rayon xəstəxanasının baş həkimi Nizami Feyzullayevlə söhbət zamanı aydın olur ki, burada bütün şöbələr müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Hətta xəstəxanada böyrək xəstəliyindən əziyyət çəkən xəstələr üçün 5 çarpayılıq hemodializ şöbəsi yaradılmışdır ki, bu tibb ocağının xidmətindən qonşu rayonların sakinləri də istifadə edə bilərlər. Baş həkim deyir:

—Kürdəmir respublikamızın aran zonasında yerləşdiyindən yayı isti, qışı soyuq keçir. Belə bölgələrdə adətən insan orqanizmi xəstəliklərə qarşı həssas olur. Həkim və tibb işçiləri yorulmadan həm vətəndaşlıq, həm də yüksək peşə məsuliyyəti sayəsində öz xidmətlərini yüksələn tələblər səviyyəsində qurmalıdırlar. Razılıq hissi ilə deməliyəm ki, Kürdəmirdə belə ağxalatlılar kollektivi fəaliyyət göstərir. Rayonumuz böyükdür. Burada 110 minə yaxın əhali yaşayır. Rayonda 5 xəstəxana, 13 həkim məntəqəsi, 33 tibb məntəqəsi fəaliyyət göstərir. Əhalinin sağlamlığı keşiyində 110 nəfər həkim, 416 nəfər tibb işçisi dayanmışdır. Ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri bizim rayondan da yan keçmir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı regionların sosialiqtisadi inkişafına dair Dövlət proqramına uyğun rayonda böyük yenidənqurma işləri görülür. Mərkəzi rayon xəstəxanası bu inkişafın bariz nümunəsidir. Tibb ocağının təmirinə 2010–cu ilin iyun ayından başlanmış, 2012–ci ilin dekabr ayında istifadəyə verilmişdir. Burada 14 şöbə var, kollektivin 44 nəfəri həkim, 182 nəfəri orta tibb işçisi, 170 nəfəri kiçik tibb işçisi, 76 nəfəri digər işçilərdir. 3 çarpayılıq doğum şöbəsində intensiv terapiya palatası yaradılmışdır. Burada yenidoğulmuşlar üçün qızdırıcı, küveyiz, süni tənəffüs aparatı, vakuum aspiratoru, digər avadanlıqlar yerləşdirilmişdir. Reanimasiya şöbəsində isə 12 çarpayılıq intensiv terapiya palatası var. Palata kardiomonitor, süni tənəffüs, infuziya aparatı ilə təchiz edilmişdir.

Cərrahi şöbədə eyni vaxtda iki əməliyyat aparmaq mümkündür. Bundan ötrü şöbədə cərrahi blok yaradılmış, 5 çarpayılıq intensiv terapiya palatasında kardiomonitor, 2 ədəd süni tənəffüs aparatı, 2 ədəd cərrahi stolbaşqa avadanlıqlar yerləşdirilmişdir. Ginekoloji şöbədə əməliyyat otağı yaradılmışdır. Dişkardioloji kabinetlərdə həkimlərin öhdəsinə ən müasr aparat və avadanlıqlar verilmişdir. Hazırda kliniki və biokimyəvi laboratoriya, rentgen kabineti, fizioterapiyainfeksion şöbələr normal işləyir. Adını çəkdiyim bu tibb ocaqları da dünyada sınaqdan çıxarılmış ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bütün şöbələrə bərk və yumşaq inventarlar verilmişdir. İndi xəstəxanada daimi su vardır, qızdırıcı sistem normal işləyir, camaşirxana fəaliyyət göstərir. Xəstələr üçün ayrılan qəbul şöbəsində adamlar xoş münasibət görür. qayğı və diqqətlə qarşılanırlar. Razılıq hissi ilə deməliyəm ki, rayon rəhbərliyi fəaliyyətimizlə maraqlanır, buya digər problemin aradan qaldırılmasında bizə əməli köməklik göstərir. Bu yaxınlarda xəstəxananın qarşısındakı küçə genişləndirilmiş və bura asfalt örtüyü vurulmuşdur. Dövlət qayğısına əməli işlə cavab vermək üçün bizbütün imkanlardan istifadə edirik.

 

Tofiq HÜSEYN

 

Respublika.- 2013.- 25 iyun.- S. 7.