Qələbə bizimlədir

 

1918–ci ildə Azərbaycan Demokratik Respublikası elan edilən ilk gündən müstəqil dövlətin yaradıcıları ordu quruculuğunu ən mühüm vəzifə hesab edirdilər. Ordu yaradılması o dövrdə Azərbaycanın taleyüklü məsələsi idi.

Milli Ordumuzun formalaşdırılması və sonrakı dövrlərdəki inkişafı barədə “” saylı hərbi hissənin komandir müavini, mayor Zaur Rüstəmovla görüşüb söhbət etdik.

Mayor Rüstəmov dedi:

—1918–ci ilin yazında Azərbaycan erməni daşnaklarından, bolşeviklərdən və ingilis işğalçılarından azad olundu, Azərbaycan Xalq Cümhuriyyəti bərqərar edildi. M.Ə.Rəsulzadə, N.Yusifbəyli, F.Xoyski, Ə.Topçubaşov, H.Ağayev və müstəqil dövlətin digər rəhbərləri ilk növbədə ordu yaratmağa önəm verdilər. Təcrübəli generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov ordu quruculuğuna cəlb edildilər. Onlar çox qısa müddətdə AMO–nun ilk hərbi hissələrini təşkil etdilər. Təəssüf ki, cəmi 23 aydan sonra bolşevik işğalı ilə Azərbaycan öz dövlət müstəqilliyini itirdi, milli ordu ləğv edildi, ölkə əsarət altına düşdü. Bütün bunlar ona görə baş verdi ki, azsaylı Milli Ordumuz möhkəmlənməmişdi, silahsursat çatışmırdı, zabit kadrları olduqca az idi, erməni daşnakları Sovet dövlətinin köməyinə arxalanaraq torpaqlarımızı zəbt etməyə çalışırdı. Müharibə aparan iri imperialist dövlətlər erməniləri silahlandırır, Azərbaycana düşmən münasibət bəsləyirdilər. Baxmayaraq ki, təzəcə yaradılan Milli Ordu hissələrimiz general Andranikin yaxşı silahlandırılmış diviziyasını darmadağın etmişdi. Ancaq bolşeviklər və digər xarici qüvvələr ermənilərin mənfur ideyalarının həyata keçməsinə hərtərəfli dəstək verirdilər.

Hərbi hissə komandirinin müavini, mayor Zaur Rüstəmov sözünə davam edərək söylədi ki, Sovet hakimiyyəti illərində azərbaycanlı zabit kadrlarının hazırlanmasına əhəmiyyət verilmirdi. Ümummilli liderimiz Heydər Əliyev 1969–cu ildə ölkə rəhbərliyinə gələndən sonra milli zabit kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü addımlar atmağa başladı. Diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi Litsey və Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi ulu öndər Heydər Əliyevin təşəbbüsü və səmərəli fəaliyyəti nəticəsində açıldı. Həmin dövrdən sonra milli zabit kadrlarının sayı artdı. Etiraf etməliyik ki, II Dünya müharibəsində çoxlu azərbaycanlı zabitgenerallar igidlik nümunəsi göstərərək ordenmedallarla təltif edilmişdilər. Tank qoşunları generalı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov şöhrətin ən uca zirvəsinə yüksəlmişdi.

Sovet hakimiyyəti illərində tək–tək milli kadrlarımız ali hərbi məktəblərə qəbul edilirdilər.

1970–80–ci illərdə yetişən zabit kadrlarımız Qarabağ müharibəsi başlananda gərəkli rol oynamışlar. 1993– ilin iyun ayında yenidən ali hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Milli Ordu formalaşdırmağa başladı. Dahi dövlət xadimi hərbi sahədə sürətli islahat apardı, hərbi gücləndirildi. Həyata keçirilən tədbirlər ordunun formalaşmasında stimul oldu.

Mayor Z.Rüstəmov müasir Azərbaycan ordusunu regionun ən güclü ordusu kimi qiymətləndirərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordumuzun inkişafına xüsusi qayğı və diqqət göstərir. Müdafiə sənayesinin yaradılması sayəsində ordumuz ən müasir silahlarla, zirehli texnikaaviasiya ilə təmin edilmişdir. Bütün hərbi sahələr üzrə mütəxəssislər hazırlanır, atıcı silahlar və avadanlıqlar istehsal olunur. Ali hərbi məktəblərdə hərbi işi yaxşı bilən bacarıqlı zabitlər hazırlanır və orduya göndərilirlər. Dövlətimizin iqtisadi qüdrəti artdıqca ordumuzun da gücü artır, müdafiə qabiliyyəti yüksəlir. Dövlətimiz biz hərbçilərə lazımi şərait yaradır. Biz isə əsgərlərimizi döyüş ruhunda yetişdiririk, onlarda qorxmazlıq, düşmənə nifrət hissləri aşılayır, torpaqlarımızın işğaldan azad edilməsinə hazır olmalarına çalışırıq. Hərbi hissədə idman yarışları keçirir, sərrast atəş açmağı öyrədir, mədəni–kütləvi tədbirlər təşkil edir, vətəni sevməyi təlqin edirik. Çalışırıq ki, əsgərlərimiz hərtərəfli hazır olsunlar.

Bu gün fəxrlə raport verə bilərəm ki, şəxsi həyətimiz Vətənimizin, Ali Baş Komandanımızın hər bir əmrinə tamamilə hazır vəziyyətdədir. Hərbi hissə komandanlığının, zabitlərimizin gərgin əməyinin nəticəsidir ki, əsgərlər arasında möhkəm nizamintizam var. Hamımız yalnız bir müqəddəs amala xidmət edirikişğal altında qalan torpaqlarımızı düşmən tapdağından xilas etmək. Biz əlimizdə silah Vətənin keşiyində sayıq dayanmışıq, düşünürük ki, əgər torpaqlarımız dinc danışıqlar vasitəsi ilə azad olunmasa, onda biz ata–babalarımızın ənənəsinə sadiqlik göstərərək onu hərb yolu ilə azad edəcəyik. Əminik ki, qələbə bizimlə olacaqdır.

 

Vəli İlyasov

 

Respublika.- 2013.- 26 iyun.- S. 7.