Şəhidlər
əbədiyaşardır
Onlardan biri də İlqar Verdiyevdir
Uşaqlığı Tovuzçayın sahilində keçən İlqarla məni polkovnik Ramiz Məlikov tanış etmişdi. Hər dəfə qəzet çıxan günü ya mən, ya Əfsanə, ya da Maqsud Müdafiə Nazirliyinə qaçardıq. İctimai əsaslarla işləyən əməkdaşlarımızın hər biri MN–ə gedib çatan kimi, daxili telefonla Ramiz müəllimə “salam” verib danışması ilə İlqarın qapıda peyda olması bir olardı.
Azərbaycan Respublikası
Müdafiə Nazirliyi, Mətbuat Xidmətinin
operativliyi, jurnalistlərlə dil taparaq işləməsi,
cənab nazirin məlumat güzgüsünün
bilavasitə çevikliyinin göstəricisi
imici qazandırmışdı.
Açığını deyək ki, biz jurnalistlərin inandığı, fəxr etdiyi VƏTƏNPƏRVƏR ŞAİR,
HƏRBÇİ, HƏKİM, MÜƏLLİM polkovnik Ramiz Məlikovun
simasında MN–nin məmurlarına, rəhbər
heyətinə xüsusi hörmətlə,
məhəbbətlə yanaşardıq. Ramiz
müəllimin hər birimizə qayğı ilə
yanaşması onun tabeliyində olan əməkdaşlara da
təsir etmişdi. Belə deyək ki, onlardan biri gənc
leytenant İlqar Verdiyev idi. Polkovnik Ramiz
Məlikovun təqdimatı
ilə İlqar Verdiyev qısa müddətdə baş leytenant rütbəsinə
layiq görüldü.
Xidmətdə özünü doğruldan,
məlumatların daha
dəqiq yayılmasında
ictimaiyyətdə müsbət
fikir formalaşdıran
baş leytenant ingilis dili kursuna
göndərildi.
2004–cü ildə gördüyüm
İ.Verdiyevin artıq
çiyinlərindəki ulduzun
sırası artmışdı. O, həvəslə,
məhəbbətlə işləyirdi.
Mənim tanıdığım İlqar
Verdiyev Müdafiə Nazirliyinin ətrafında gəzən söz–söhbətə
çox ustalıqla cavab verərdi.
YERİ
GƏLMİŞKƏN: bəzən müharibədə məğlubiyyətimizin
səbəblərini araşdırarkən
çoxlu obyektiv,
subyektiv amillərlə
yanaşı, qələbəni
şərtləndirən yetərli
təbliğatın olmamasından
gileylənənlər eşidilir.
Bu fikirlə qətiyyən
razı deyiləm.
Çünki M.Ə.Sabirin
satiraları İran İnqilabında bir ordu qədər iş gördüyü kimi, şair Ramiz Duyğunun “Torpaq əldən getdi… Qalx” – hayqırtısı da Şuşaya can yürütmək,
ruhlandırmaq qüdrətinə
qadirdir!
Sənə and içirik, Şuşa qalası,
Daşnakı qanıyla yoğuracağıq.
Güllələr oduyla qovuracağıq,
Külünü başına sovuracağıq.
Qoymarıq yaş gələ
yaşının üstə,
Şimşək tək çaxarıq
başının üstə,
Bir daş qala bilməz daşının üstə.
Sənə and içirik, Şuşa qalası.
Şair Ramiz Duyğunun səsi, sözü, şeirlərinin hər misrası – səsdən iti uçan təyyarə sürəti
kökləyir. O, sürətlə,
o ruhla, o ovqatla Şuşaya bir su içimində çatmaq olar.
Əminəm ki, şair Duyğunun
təmiz, pak nəfəsi onunla nəfəs–nəfəsə bir
otaqda işləyən,
xidmət göstərən
gənc zabit İlqara zamanında aşılanıb. Deməli, bizim yetərli
TƏBLİĞAT USTADLARIMIZ var. Bu, o deməkdir
ki, biz güclüyük!
Sadəcə, yerli–yerində, məqamında
təbliğatımız yoxdur.
Yəni məqamında
ağa–ağ, qaraya–qara
deməyi bacaran təbliğatımız yoxdur!
Belə olsa, komandanlıq səhvləri vaxtında neytrallaşdırar.
Şuşanın itkisi ovaxtkı
mülki adam
olan müdafiə nazirinin səbatsızlığından
və mətbuat xidmətinə Leyla Yunisova kimi mənşəyi,
niyyəti bəlli olmayan birisinin gətirilməsi ilə bağlı idi. Bir el deyimi var:
“Toyxanaya mərsiyəxan,
yasxanaya meyxanaçı
çağırmağın gücə nə dəxli?” Bu ağıla,
cavabdehliyə, təşkilatçılığa,
daha çox dəxli olan arqumentlərdir. Qarabağın
itkisi, bir milyon qaçqının taleyinə cavabdehliyin, ordunun düzgün idarə olunmaması, nəticədə “fərari”
adı verilməsinə
– əsgər və qara camaat deyil,
vəzifəsini, vətəndaşları
qarşısında öhdəliklərini
yerinə yetirə bilməyən, mülki adam olan
müdafiə nazirinin
və özünü
analitik informasiya mərkəzinin rəhbəri
kimi təqdim edən L.Yunus daşımalıydı. Azərbaycan
Respublikası Müdafiə
Nazirliyi Mətbuat Xidməti rəhbəri polkovnik Ramiz Məlikov sovet zamanında “politruk” adlandırılan, əsgərin
siyasi dünyabaxışına,
döyüşkənlik ruhuna
cavabdeh olan yüzlərlə siyasi rəhbərin – zabitin görə biləcəyi
işi təkbaşına
görürdü. O, bu
gün də sözünü deyir, lakin əsgərin, zabitin qarşısında
deyil, sözlərini nizami ordu kimi
misraya düzüb deyir.
Vətən oğlusansa,
Onun bayrağı
olmalısan.
Vətən oğlusansa,
Misri qılınc qırığı olmalısan.
Şair Duyğun həm də öyrətmənlik eləyirdi, minlərlə əsgərin toplandığı nəhəng auditoriyalarda əməlli–başlı dərs keçirdi. Onlardan biri bəndənizdir, digəri İlqar Verdiyevdir. Hətta Ramiz Duyğun vaxtı ilə tabeliyində xidmət etmiş, zabit şərəfini uca tutmuş şəhid İlqar Verdiyevin anası Rəna xanımın adından sinə üstü şeir də yazmışdır.
Düşmənin atdığı güllələrə sinəsini sipər eləyərək, sinəsini sipər eləməyi bizlərə öyrətdi Ramiz Duyğun.
“Oğulu əzizləməzlər, qorumazlar. Ölərsə torpağın, qalarsa bizimdir” – deyimi indi bizimdir, şair Duyğunun kəlamlarını ruhumuza hopdurmuşuq. Onlardan biri–şair Duyğunun nəfəsini–nəfəsinə çəkmiş, ruhunu ruhuna hopdurmuş İlqar Verdiyevdir!
VƏTƏNÇİ OLAN
İLQAR VERDİYEV
Başı üstə aylı–ulduzlu bayrağımız dalğalanan İlqar Verdiyev özünü təmas xəttində sınağa çəkdi. Əsgərini sevdi, əsgərinə əyildi, döyüşçü dostunu XİLAS EDƏNDƏ ŞƏHİD oldu. Azərbaycan xəritəsini, ay–ulduzlu bayrağımızı sinədolusu təbliğ edən, İLQAR VERDİYEV zabit şərəfini uca tutdu, vətənə sadiq oldu. Şəhid adı qazanaraq adı qarşısında QANLA yazılmış UCA AD qazandı.
ŞƏHİD İLQAR TAPDIQ
oğlu VERDİYEV,
Başınız sağ olsun VƏTƏN,
Başımız sağ olsun VƏTƏN.
ESSE: Şəhid anası Rəna xanım, Şəhid atası Tapdıq bəyin ocağına gedib onların qəlblərinə tamaşa etdik. Orada İlqar adlı əbədiyyətə qovuşan oğul gördük: “Uşaqlıqdan sakit təbiətli olub. Ən böyük arzusu hərbçi olmaq idi. Əla oxumaqla bərabər, idmanla məşğul olardı. Onda uşaqlıqdan bir hərbçi yumoru vardı. Dar macalda, hər hansı bir problemlə qarşılaşanda adi baxardı. Problemlərimiz də, dərdimiz də İlqar evə gələndə kiçilərdi. İlqar dərdimizi gücdən, təsirdən salardı: “Bu nədir ki, fikir edirsiniz”–deyərdi.
Cəmşid Naxçıvanski adına Hərbi liseyi də, Türkiyə Qara Hərb Okulunu da əla qurtardı. O vaxt əla oxuyanları istehkamçı, sonra isə quru qoşunları və artilleriya xidmət növünə bölərdilər. bizim İlqarımız istehkamçı olduğundan fəxr edərdi. “İstehkamçı bir dəfə səhv edir”. Danışan ata və anadır. Fikrim vaxtiylə oxuduğum bir kitabın yanındaydı. Görəsən, o, istehkamçı olaraq səhv etmişdimi?
Televiziyada işləyən bir jurnalistə MN–dən akkreditə məktubu verirlər. O, “N” saylı hərbi hissəyə yollanır. O məqamda çatır ki, əsgər minaya düşür: “İlqar Verdiyev minaya düşən əsgəri qəhrəmanlıqla xilas etdi”,–deyərək ağlayır. “Belə oğul da ölərmiş?!”–deyərək özü–özünə sual verir.
HƏMKARINI XİLAS
EDƏN KOMANDİR
İlqar sonuncu dəfə Bakıya mayın 17–də gəlib. Atasının ad gününə. Səs ahəngi İlqarın səsinin oxşarı olan qardaşı Azər deyir ki, elə hey əsgərlərindən danışırdı. Arzuları çox idi… Xəstəxanada da hər an yanında olmuşam. Vəziyyəti yaxşılaşırdı. Həkimlər onu sağaltmaq uğrunda səylərini tam səfərbər etmişdilər. Elman həkim elə sevinirdi ki… Bədənindəki yaralar sepsis verdiyindən qəflətən nəbzi tezləşir. Biz də daxilən sevinirdik…
ATASI: Növbətçi qadın nəzarət edirmiş. Ağzından qan gəldiyini həkimə xəbər verəndə Elman həkim qeyri–ixtiyari əlini stolun üstünə çırpıb və İlqarın yanına qaçıb.
ANASI: Komadan ayılanda dodaqları qaçıb. Bacım Təranə həmin an başının üstündə olub. Yaralı zabiti soruşub. Təranə “Yaxşıdır”,–cavabını verəndə gülümsünüb.
Bəli! İlqarın arzuları da özü kimi şəhid oldu. Üç azyaşlı uşaq və həyat yoldaşı Dilarə xanım ONSUZ qaldı.
İlqarı düşündürən zabit dostunun taleyi idi. O, özünü deyil, şəxsi heyətin məsuliyyətinə, cavabdehlik daşıdığına son ana qədər sadiq qaldı.
Natella ASENA
Respublika.- 2013.- 26 iyun.- S. 9.