Poçt rabitəsi müasir
tələblər səviyyəsində
Son illər Azərbaycanda informasiya cəmiyyətinin bərqərar olması, İnformasiya–kommunikasiya Texnologiyalarının respublikamızda geniş tətbiqi məqsədilə ardıcıl, məqsədöynlü iş aparılır. Ölkə rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması əsas məsələ kimi daim Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Onun rəhbərliyi ilə İKT–nin ölkəmizdə müasir tələblərə uyğunlaşdırılması üçün zəruri islahatlar aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması, onun yeni əsasnaməsinin təsdiq edilməsi, yeni struktur dəyişikliklərinin aparılması, akademik Əli Abbasovun bu sahəyə nazir təyin olunması, onun işə elmi yanaşma prinsipi və səriştəli rəhbərliyi sayəsində ölkə rabitəsinin dünya standartlarına uyğunlaşdırılmasına möhkəm əsas yaratdı. Artıq Azərbaycan rabitə və informasiya sahəsində regional mərkəzə çevrilib. Dövlətimizin apardığı uğurlu siyasi kurs nəticəsində bütün sahələrlə yanaşı, poçt rabitəsi sektorunda da beynəlxalq əlaqələrin qurulmasına və inkişafına nail olunmuşdur. Poçt İnfrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsi, keyfiyyətli telekommunikasiya xidmətlərindən istifadə mühüm əhəmiyyət kəsb edir və bu məqsədlə Dövlət Proqramı qəbul olunmuşdur.
Azərbaycan Respublkiasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş məruzə ilə çıxış edən ölkə başçısı respublikamızda İKT–nin inkişafından danışaraq qeyd etmişdir ki, müstəqillik dövründə biz bu sahədə elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Ölkə başçısı vurğulamışdır ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013–cü ili “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edirəm.
İclasda çıxış edən rabitə və İnformasiya texnologiyaları naziri, akademik Əli Abbasov qeyd etmişdir ki, İKT sektoru 2004–2013–cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir. 2012–ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə ümumdünya orta artım tempindən 2,5 dəfə yüksəkdir. Dünya Bankı və Azərbaycan Mərkəzi Bankı ilə birlikdə poçt sisteminin müasir kompyuter şəbəkəsi qurulmuş, müasir idarəçilik və yeni iş prinsipləri üzrə fəaliyyəti təmin edilmiş, qeyri ənənəvi xidmətlərin, o cümlədən bank–maliyyə, elektron dövlət xidmətləri, logistika və digər xidmətlərin göstərilməsinə başlanmışdır.
O qeyd etmişdir ki, poçt sisteminin rəqabətlilik qabiliyyətini yüksəltmək və rentabelliliyini təmin etmək üçün işlər uğurla davam etdirilir. Çıxışında akademik Əli Abbasov Azərbaycanın ilk telekommunikasiya peyki haqda da ətraflı məlumat vermiş və qeyd etmişdir ki, BMT–nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın sülh məqsədilə istifadəsi üzrə öhdəliklər götürmüşdür.
“Azərpoçt” MMC–nin tabeliyində fəaliyyət göstərən
2 saylı poçt filialının əmək
kollektivi də ölkədə
yaradılan sürətli inkişaf, tərəqqi
mühitindən yararlanır, öz işəlrini
müasir tələblərə uyğun qurur, əhaliyə
göstərilən poçt–rabitə xidmətinin
keyfiyyətini daha da
yüksəldir. Poçt filialının
kollektivi 2012–ci ildə
əzmlə çalışmış, “Azərpoçt”
MMC–nin qarşımızda qoyduğu
plan–tapşırıqların öhdəsindən gəlməyə
çalışmışdır. Filialın poçt şöbələrində ənənəvi
xidmətlərlə bərabər, müasir
dövrün tələblərindən yaranan qeyri–ənənəvi xidmətlər, o cümlədən bank
xidmətləri də göstərilir. 2 saylı Poçt filialı 2012–ci
ildə görülmüş işlər
və həyata keçirilən tədbirlər nəticəsində
“Azərpoçt” MMC tərəfindən 12 aylığın
yekunlarına görə ümumi gəlirlərin
1507,02 min manat proqnozuna qarşı 1507,3 min
manat gəlir əldə etmişdir.
Yəni plan 100 faiz
yerinə yetirilmişdir. Əhaliyə
göstərilən xidmətlərdən əldə olunmuş gəlir proqnozu da 1107,6 min manata
qarşı 1252,7 min manat
olmuşdur. Plan 113 faiz və
ya 145,1 min manat çox gəlir əldə edilmişdir.
Poçt
filialı üzrə ötən il ərzində proqnoz
tapşırıqlarını 25 poçt şöbəsindən
19–u yerinə yetirmişdir. Gəlir itkilərinin aradan
qaldırılması üçün poçt filialı tərəfindən
müəyyən istiqamətlərdə təxirə
salınmaz tədbirlər görülmüşdür. Belə
ki, kart satışından gəlirləri artıraraq 135,8 min
manat, pul baratları qəbulundan 39,1 min manat, bağlama qəbulundan
5,8 min manat, telefon abunə haqlarının
yığımından 11,9 min manat, digər ticarət
mallarının satışından 7,0 min manat artıq gəlir
əldə edilmişdir.
Bütün
poçt şöbələrində bank əməliyyatlarından
olan valyuta mübadiləsi, fiziki şəxslər və təşkilatlar
tərəfindən bank hesablarının açılması,
elektron imza, WesterUio–17 poçt şöbəsində,
CasriaMoey Trasfer–2 poçt şöbəsində, MİGOM–6
poçt şöbəsində, CONTAKT MDB–8 şöbədə
olmaqla beynəlxalq pul köçürmələri
aparılır. Atəşgah sığorta isə 23 poçt
şöbələrində tətbiq olunmuşdur. Bundan
başqa yol polisinin cərimələrinin
yığılması, vergilərin rüsumlarının
yığılması, avtomaşınların
sığortası və digər xidmətlər poçt
şöbələrində uğurla həyata keçirilir.
Ötən ildə tikinti–quruculuq işləri də uğurla
aparılmışdır. Tikintisinə başlanmış
filialın yeni inzibati binasında işlər artıq
yekunlaşmaq üzrədir. İl ərzində 138, 117, 141
saylı poçt şöbələri əsaslı,
müasir üslubda təmir olunub. Yeni Yasamalda 70 saylı, Xocasəndə
isə 144 saylı yeni poçt şöbələri
tikilmiş, müasir texniki avadanlıqlar, mebel dəstləri
ilə təchiz olunaraq istifadəyə verilmişdir.
Bu işlərin
aparılması RİTN–i və “Azərpoçt” MMC–nin rəhbərliyinin
filialımıza göstərdikləri diqqət və
qayğının sayəsində mümkün olmuşdur.
Filialın kollektivi bundan sonra da səylə
çalışacaq, 2013–cü ildə də uğurlu nəticələr
əldə edəcəkdir.
Arif MAQSUDOV,
“Azərpoçt”
MMC 2 saylı poçt
filialının
rəisi.
Respublika.- 2013.- 1 mart.- S. 13.