ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

“Respublika”.

 

(əvvəli 12, 13, 15, 16, 17, 19, 20, 21, 22, 23, 24, 26, 27 fevral, 1 və 2 mart tarixli saylarımızda)

 

Əlbəttə, o illərdə ermənilər bu işə ciddi surətdə hazırlaşır, bütün dünyada öz təbliğatlarını davam etdirirdilər. Lakin Heydər Əliyevin SSRİ rəhbərliyində olması, onlara açıq şəkildə fəaliyyətə başlamağa imkan vermirdi. 1987–ci ilin oktyabrında H.Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılan kimi ermənilər Azərbaycana qarşı açıq şəkildə hücuma keçdilər. 1987–ci ilin noyabrında M.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi akademik A.Ağanbekyan Fransada olarkən oradakı erməni lobbisi ilə görüşündə Dağlıq Qarabağın Ermənis–tana birləşdirilməsinin mümkünlüyü barədə ona verilmiş suala Fransanın “Hümanite” qəzetinin 18 noyabr tarixli nömrəsində dərc olunmuş cavabda deyir: “Bir iqtisadçı kimi mən hesab edirəm ki, o, daha çox Ermənistanla bağlıdır, nəinki Azərbaycanla. Bu barədə mən bir təklif irəli sürmüşəm. Mən ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində bu problem öz həllini tapacaq”.

A.Ağanbekyanın Parisə uçmasından bir ay əvvəl, həmin ilin oktyabrında İrəvanda Puşkin bağında “Qarabağ” komitəsinin keçirdiyi ilk mitinqə onun liderləri İqor MuradyanLevon terPetrosyan o zaman 250–dən yuxarı adam yığa bilməmişdilər. Burada onlar əvvəlcə döyüş himni səsləndirirlər: “Bu gün Qarabağa olduqca mübariz sonluqla bitən canlı büt lazımdır”, “Bizim Qarabağımızı qurtarmaq üçün ölümdən və həbsxanadan qorxmamağı bacarmalıyıq”. S.Kaputikyan bu yığıncağı “yenidənqurmanın, kütlənin sosial fəallığının bəhrəsi” adlandırmışdı.

Ümumiyyətlə, 1987–ci il İrəvandan Qarabağa gələn emissarlar bütün il ərzində burada sənaye müəssisələrində, ermənilər yaşayan kəndlərdə təbliğat aparır, muxtar vilayətin Ermənistana birləşdirilməsi barəsindəki təklifin altında imzalar toplayırdılar. Azərbaycanlı müəlliflərin kitabları DQMV–nin kitabxanalarından yığışdırılır. Z.Balayanın “Ocaq” kitabı kütləvi tirajlarla çap olunaraq erməni ailələrinin stolüstü kitabına çevrilirdi.

b) Dağlıq Qarabağ hadisələrinin başlanması, ermənilərin sözdən işə keçmək taktikası.

Məhz belə bir zamanda bu üçün görülmüş bütün tədbirlərin başa çatdırıldığını, sözdən hərəkətə keçməyin vaxtı yetdiyini hiss edən ermənilər 1988–ci il fevral ayının 20–də DQMV Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasını keçirir. Sessiyada Vilayət Sovetinin azərbaycanlı deputatları iştirak etmirdi. Uzun müzakirədən sonra növbədənkənar sessiya Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət edərək Dağlıq Qarabağdakı “erməni əhalisinin arzusunu nəzərə alaraq” DQMV–nin Azərbaycan SSR–in tərkibindən Ermənistan SSR–in tərkibinə verilməsi məsələsini həll etməyi xahiş edir.

Bununla əlaqədar Y.Pompeyev yazırdı ki, bu vaxtPravda” və “İzvestiya” qəzetlərinin müxbirləri Qarabağ ermənilərindən öyrənməyə çalışırlar ki, DQMV–nin Ermənistana verilməsinin hansı konkret müsbət cəhətləri var? A.Ağanbekyanın iqtisadi cəhətdən məqsədəuyğunluğunu yaddan çıxaran müxbirlərə cavab verirlər: “Necə ola bilər ki, müqəddəs haqqında söhbət gedərkən bütün hər şeyi hansısa haqqhesabla müqayisə edəsən”, Sero Xanzadyan isə: “Qarabağ olmasa, bizə heç bir yenidənqurma lazım deyil” deyə xalqı qorxudurdu.

Çox maraqlıdır ki, belə bir vaxtda Azərbaycan Respublikasının rəhbərliyindən təcili tədbirlər görmək əvəzinə çaşqınlıqda qalıb lənglik göstərərək Moskvadan tapşırıq gözləyirdilər. 1988–ci il fevralın 23–də “Bakinsi raboçi” qəzetində dərc olunmuş məlumatda deyilirdi: “Dağlıq Qarabağ Muxtar Vilayəti dinamik inkişaf edir. Dəmir yolu, elektrik xətti kimi başlıca arteriyalar – DQMV–ni Azərbaycan SSR ilə sıx bağlayır. Vilayətdə çoxlu sənaye müəssisələri fəaliyyət göstərir. Stepanakert iri sənaye, mədəniyyət mərkəzinə çevrilib. Faktlar göstərir ki, mühüm iqtisadisosial göstəricilərə görə DQMV orta respublika göstəricilərindən qabaqda gedir”.

Həmin vaxtdan Stepanakert şəhərində mitinqlər başlayır. Mitinq iştirakçıları “Lenin, Partiya, Qorbaçov!” şüarını səsləndirirdilər. Bu, M.Qorbaçovun yenidənqurmasının arsenalında yenilik: aşağıdan təzyiq, kütlənin despotiyası idi.

Jurnalistlər mitinq iştirakçılarına sual verirdilər: “DQMV–nin əhalisinin dörddə–birini azərbaycanlılar təşkil edir, bəs onlar necə olsun?” Cavabında isə eşidirdilər: “Bütün bu suallarüçündür? Sadəcə onlara izah etmək lazımdır ki, DQMV–nin Ermənistana verilməsindən heçpis olmayacaq”. Y.Pompeyev yazırdı: “Bax belə, onlardan (azərbaycanlılardan – A.P.) soruşmaq yox, dilsiz məxluq kimi onlara izah etmək lazımdır”.

Dağlıq Qarabağda çıxan “Sovetski Karabax” qəzetinin səhifələrində, vilayətin radioteleviziya qovşağı ilə Azərbaycan və azərbaycanlıların ünvanına hər cür yalanböhtanlar yağdırırdılar. Ermənilər artıq öz təbliğat maşınını təkcə Dağlıq Qarabağda, Ermənistanda, Sovetlər İttifaqında deyil, həm də bütün dünyada işə salmışdılar.

Ermənilər Stepanakertə gələn jurnalistlərdən tələb edirdilər ki, “Bizim haqqımızda ya yaxşı yazın, ya da heç nə yazmayın”, “pis cəhətlər barədə necə məlumat verilsin?” sualına “pis sözləri yalnız azərbaycanlılar barəsində yaza bilərsiniz” deyirdilər.

Həqiqətən də tezliklə mərkəzi mətbuatda ermənilərin bu “ağıllı məsləhətləri” öz əksini tapır. Belə ki əvvəllər bu hərəkatın milli zəmində kortəbii şəkildə yarandığı barədə məlumatlar verilirdisə, getdikcə bu kimi yazılar qəzet səhifələrindən yoxa çıxırdı.

1988–ci il martın 24–də “İzvestiya” qəzetinin müxbirləri “Mitinqlərdən sonra görüş” başlığı ilə Dağlıq Qarabağdan verdikləri xəbərdə yazırdılar ki, ezamiyyəyə gedən vaxt biz qarşımızda bir vəzifə qoymuşduq: “Obyektiv olmaq, hər hansı birtərəfliliyə və ya yanlış qənaətə uymamaq”. Ermənilər bizdən tələb edirdilər ki, “Həqiqəti söyləməyə sizə nə mane olur?” Prinsipcə heç nə. Həqiqətdə fevral ayının iki həftəsi müddətində gecə və gündüz keçirilən çoxminlik mitinqlərin “başlıca şüarı DQMV–ni Azərbaycan SSR–in tərkibindən Ermənistan SSR–in tərkibinə verilməsi idisə, səbəb kimi isə çoxlu sosialiqtisadi, etnik, mədəni–tarixi…” məsələlər gətirilirdi.

Dağlıq Qarabağda olan mitinqlər kimi, ondan da daha çox adamın iştirak etdiyi mitinqlər İrəvanda keçirilirdi. Həm Stepanakertdə, həm də İrəvanda hərəkata rəhbərlik etmək üçün komitələr yaradılmışdı. İrəvanda bu komitə “Qarabağ”, Stepanakertdə isə “Krunk” (“Durna”) adlanırdı.

Mitinqlər zamanı müxbirlər mitinq iştirakçıları ilə söhbətdə bildirəndə ki, Dağlıq Qarabağ ermənilərinin səs verməsi hələ məsələnin həlli demək deyil, SSRİ Konstitusiyasına görə bu məsələyə Azərbaycan SSR, Ermənistan SSR, sonra isə SSRİ Ali Sovetlərində baxılmalıdır. Həmin vaxtKrunkun üzvü istefada olan podpolkovnik A.Laçiçyanonda biz partiya biletlərini atacağıq”, Stepanakert Pedaqoji İnstitutunun dosenti Q.Qriqoryants isə “Partizan müharibəsinə başlayacağıq” deyirlər. İrəvanda isə S.XanzadyanQarabağ olmayacaqsa, bizə heç bir yenidənqurma lazım deyildeyirdi. Ermənilərin cavabları barədə müxbirlər istehza ilə yazırdılar: “Bax budur demokratiya – hər şey əvvəlcədən məlumdur”.

Maraqlıdır ki, çoxlu mərkəzi mətbuat orqanları Qarabağ hadisələri başlandığı vaxtda onun həqiqi məramını, millətçilik psixozunu, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq məqsədini ya başa düşməmişlər, ya da bilərəkdən ermənilərin tərəfini saxlamışlar. Komsomolskaya pravda” qəzetinin yazdığına görə, guya ermənilər muxtar vilayətdə sosial vəziyyətdəki çatışmazlıqlar barədə yazılanlara, deyilənlərə birbaşa ədalətli cavab gözləmişlər, bu cavabı almadıqda “Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi hərəkatı yaranmışdı”. 1988–ci il mart ayının 24–də “1988–1995–ci illərdə Azərbaycan SSR–in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosialiqtisadi vəziyyətinin inkişaf etdirilməsinin sürətləndirilməsi tədbirləri haqqında” Sov. İKP MK və SSRİ Nazirlər Soveti xüsusi qərar qəbul edir. Qərarda deyilirdi: “Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti qeyd edir ki, Sovet İttifaqının bütün xalqlarının qardaşlıq köməyi sayəsində DQMV – sosialiqtisadi inkişaf sahəsində xeyli müvəffəqiyyətlərə nail olub. Xalq təsərrüfatının madditexniki bazasının möhkəmləndirilməsi təmin edilib. Təkcə son üç beşillik dövründə vilayətdə sənaye məhsullarının həcmi üç dəfədən çox, kənd təsərrüfatı məhsullarının həcmi 1,5 dəfə çoxalmışdı… Əhalinin mənzil şəraiti, xəstəxana, kitabxanaklublarla təmin işi yaxşılaşdırılmışdı”.

Əlbəttə, məqsədləri Dağlıq Qarabağı Ermənistana birləşdirmək olan erməni millətçiləri heç cür bununla razılaşmaq istəmirdilər. Özlərinə sərfəli təbliğatlar aparmaq üçün əsrlərlə təcrübə toplamış erməni şovinistləri xarici mətbuatda və SSRİ–nin mərkəzi mətbuatında–”Pravda”, “İzvestiya”, “Trud”, “Sovetskaya kultura”, “Arqumentı i faktı”, “Literaturnaya qazeta”, “Moskovskiye novosti”, “Komsomolskaya pravda”, “Drujba narodov” və başqa bu kimi qəzet və jurnallarda Azərbaycan və azərbaycanlılar əleyhinə ağıla belə gəlməyən böhtanlar uydururdular. Onlar Qərb mətbuatından, habelə “Azadlıq”, “Amerikanın səsi”, “BBC” kimi Qərbin qızışdırıcı radio stansiyalarından da öz millətçilik təbliğatlarında məharətlə istifadə edirdilər.

DQMV–nin sosial–iqtisadi inkişafı haqqında Sov. İKP SSRİ Nazirlər Soveti qərarının qəbulundan sonra İrəvandaQarabağkomitəsi özünün iclaslarından birində bu qərarın müzakirəsi zamanı bildirmişlər ki, “əgər Azərbaycan rəhbərliyi bu tələbləri yerinə yetirəcəksə, Ermənistan Dağlıq Qarabağı görməyəcək”.

HəttaQarabağkomitəsi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün SSRİ–nin müttəfiq respublikaların qüvvədə olan konstitusiya qanunlarının tələbindən yan keçmək məqsədi ilə belə bir sərsəm ideya da irəli sürürdülər ki, Qarabağ erməniləri SSRİ–nin tərkibindən çıxsınlar. Sonra isə SSRİ hökumətinə müraciət edərək yenidən Ermənistan SSR–ə daxil olsunlar. Əgər DQMV SSRİ–dən çıxmaq hüququna malik deyildirsə, onda Ermənistan SSR özü Dağlıq Qarabağın tərkibinə daxil olmaqla mərkəzi Stepanakert olmaqla yeni Artsax Respublikasını yaratsınlar.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 2 mart.- S. 5.