Ucarın bugünü və sabahı

 

2012–ci ildə ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq Ucar rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, maddi rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İl ərzində Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramının icrası uğurla davam etdirilmiş rayonun sosialiqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrin icrası təmin olunmuşdur.

Hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov geniş məruzəsində rayonun sosialiqtisadi həyatında inkişaf dinamikasının qorunub saxlanmasından danışmış və bir sıra sahələrdə yüksək göstəricilərin əldə olunmasına nəzər salaraq qarşıda duran mühüm vəzifələri təhlil etmişdir.

Qeyd etmişdir ki, şəhər ərazisində 22 yaşayış binasının dam örtüyü dəyişdirilmiş, şəhərdaxili və məhəllədaxili yollara, o cümlədən Oğuz, Azərbaycan, M.Ə.Rəsulzadə, N.Nərimanov küçələrinə, Heydər Əliyev prospektinə və prospektdə yerləşən ictimai yaşayış binalarının həyətlərinə 64440 kvadratmetr asfalt örtük vurulmuşdur.

2012–ci ildə rayonda Bayraq meydanının inşası başa çatdırılmış, meydanda 60 kvadratmetr sahəyə mərmər, 600 kvadratmetr sahəyə beton plitə döşənmiş, Heydər Əliyev prospektində 250 nəfərlik mərasim evi tikilərək istifadəyə verilmişdir.

Şəhərin Heydər Əliyev, Koroğlu, Azərbaycan küçələrində 5910 metr məsafəyə beton səki daşları düzülmüş, 405 kvadratmetr hörgü işləri, 2600 kvadratmetr aqlay, 800 kvadratmetr qaya daşlarından üzlük plitə vurulmuş, Koroğlu küçəsində divarların 1100 kvadratmetr hissəsi üzlənmişdir.

2012–ci ildə 11971 hektar taxıl sahəsindən 25679 ton məhsul toplanmışdır ki, bu da əvvəlki illə müqayisədə 961 ton çox olmaqla hər hektardan məhsuldarlıq 21,4 sentner olmuşdur. Eləcə də 336 hektar pambıq sahəsindən 552 ton məhsul toplanmış, istehsal əvvəlki illə müqayisədə 41 ton çox olmuşdur. İl ərzində 1780 hektar sahədən 15788 ton tərəvəz, 215 hektar sahədən 2010 ton bostan məhsulu toplanmış, keçən illə müqayisədə 395 ton çox tərəvəz, 44 ton çox bostan məhsulu əldə edilmişdir.

İl ərzində rayonun ərazisindən keçən TüryançayGöyçay çayının sağsol sahilləri boyunca 464,3 min kubmetr həcmində betonla, 656 kubmetr həcmində digər vasitələrlə sahilbərkitmə işləri görülmüşdür.

Rayonun ümumtəhsil məktəblərinin yenidən qurulması ilə əlaqədar işlər davam etdirilmiş, il ərzində 2 tam orta məktəb binası istifadəyə verilmiş, daha 2 məktəbin tikintisi isə əsasən başa çatdırılmaq üzrədir.

Dövlət Proqramı çərçivəsində rayon Statistika İdarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmışdır.

Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün il ərzində 10 kilovoltluq elektrik verilişi xətlərinin 5,4 kilometr hissəsində, 0,4 kilovoltluq elektrik verilişi xətlərinin 14,7 kilometr hissəsində əsaslı təmir, 236 ədəd 10/0,4 kilovoltluq yarımstansiyada 22730 manatlıq cari təmir işləri görülmüş, 657 ədəd yeni sayğac quraşdırılmışdır.

2012–ci ildə rayonun Qazıqumlaq, Məlikballı və Xələc kəndlərinin qazlaşdırılması başa çatdırılmış və həmin kəndlərdə 7307 nəfəri əhatə edən 1419 abonentə təbii qaz verilmişdir. Hazırda QazyanÇiyni kəndlərinin qazlaşdırılması işləri davam etdirilir.

Qeyd olunan dövrdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün tədbirlər görülmüş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni inzibati binanın tikintisi davam etdirilmiş, 49 abonentə yeni su xətti çəkilmişdir.

Dövlət Proqramı çərçivəsində 2011–ci ilin sonlarında Ucar şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanılmış və bu sahədə işlərin 2013– ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

Görülmüş tədbirlərin nəticəsidir ki, 2012–ci ildə rayonda ümumi məhsul buraxılışı 6,4 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 8,8 faiz, investisiya qoyuluşu 43,2 faiz, tikinti–quraşdırma işlərinin həcmi 31,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 10,9 faiz, büdcənin mədaxili 6,1 faiz, əhalinin pul gəlirləri 13,8 faiz, orta aylıq əməkhaqqı 1,6 faiz artmış, yoxsulluq səviyyəsi 7,6 faizdən 6 faizə düşmüşdür.

2012–ci il ərzində rayon üzrə 578 yeri açılmışdır ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, sahibkarlara dövlət qayğısı davam etdirilmişdir.

Rayonda sahibkarlığın inkişaf etdirilməsinə kömək məqsədilə 2012–ci il ərzində 2680 nəfərə 4387,7 min manat o cümlədən, 2576 nəfərə 4029,1 min manat qısamüddətli və 104 nəfərə 358,6 min manat uzunmüddətli kreditlər verilmişdir.

2012–ci ildə Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirmiş, yerli daxilolmalar keçən ilin müvafiq dövrü ilə müqayisədə 160,6 min manat artmış, proqnoz göstərici 270,7 min manat az olmaqla 91,4 faiz yerinə yetirilmişdir.

Hesabat dövründə rayonda 320 nəfərə yeni əmək pensiyası təyin olunmuş, cəmi 10274 nəfər pensiyaçıya xidmət göstərilməklə 16,7 milyon manat vəsait ödənilmişdir.

Hesabat dövründə rayon əhalisinə göstərilən poçttelefon rabitəsi xidmətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, cəmi 462,9 min manatlıq, o cümlədən əhaliyə 374,2 min manatlıq poçttelefon rabitəsi xidməti göstərilmiş, bundan 115,1 min manatını (əvvəlki ildəkindən 18,9 min manat çox) poçt rabitəsi xidməti, 347,8 min manatını (əvvəlki ildəkindən 25,3 min manat çox) telefon rabitəsi xidməti təşkil etmişdir.

İl ərzində rayon telekommunikasiya qovşağından kənd elektron ATS–lərinin hər birinə fiberoptik kabel çəkilmiş, Rəstəcə, Ramal, Qazıqumlaq, Alpout, Qaradağlı, Boyat və Yuxarı Şilyan kəndlərində gedən kabelləşmə işləri sona çatdırılmış, geniş zolaqlı telefon rabitəsi istifadəçilərinin sayı 865–ə yüksəlmişdir.

Sərnişindaşıma fəaliyyətini yaxşılaşdırmaq üçün Ucar şəhərindən Göyçay, Gəncə, Sumqayıt və Bakı şəhərlərinə 3 iritutumlu, 6 mikroavtobus, rayonun Qaradağlı, Alpout, Qaracallı, Lək, Müsüstü və Əlikənd kəndlərinə fiziki şəxsə məxsus 5 avtobusla xidmət göstərilmişdir.

İl ərzində “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında məktəb tikintiləri davam etdirilmiş, dövlət vəsaiti hesabına hər biri 220 şagird yerlik şəhər 5 saylı və Qazyan kənd 3 saylı tam orta məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilmiş, 220 şagird yerlik Bərgüşad kənd 2 saylı və 180 şagird yerlik Xələc kənd tam orta məktəblərinin yeni binalarında isə inşaat işləri əsasən başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə verilməsi təmin ediləcəkdir. Qeyd etmək lazımdır ki, istifadəyə verilən hər iki məktəb yeni mebellər, həmçinin kompyuter dəstləri ilə təmin olunmuş, rayon məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı daha da yaxşılaşmış, məktəblərdə kompyuterlərin sayı 393 ədədə çatdırılmışdır ki, bu da əvvəlki ildəkindən 16 ədəd çoxdur.

Respublikamızda sosial məsələlər sırasında əhalinin sağlamlığının qorunması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi öncül yerdədir.

Qeyd etmək lazımdır ki, hazırda rayon əhalisinə 4 xəstəxana, 11 həkim məntəqəsi, 11 tibb məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. Rayon üzrə stasionarda çarpayıların sayı 197 ədəd olmaqla əhalinin hər 10 min nəfərinə 24,6 çarpayı düşür.

Son zamanlar rayonda səhiyyənin madditexniki bazasının gücləndirilməsi istiqamətində bir sıra işlər görülmüş, 2011–ci ildə rayon mərkəzində xəstəxana kompleksinin qurulması istiqamətində həyata keçirilən işlər 2012–ci ildə davam etdirilmiş, 118 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisində işlər sürətlə davam etdirilmiş və binanın bu ilin ikinci yarısında istifadəyə verilməsi üçün zəmin yaranmışdır.

Keçən il rayonun mədəni–maarif müəssisələri də səylərini bir məqsəd uğrunda birləşdirməyə çalışmış, mövcud 18 mədəniyyət evi, 8 klub, 41 kitabxana, 1 Tarix–diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzinin gücü dövrün mədəniyyət işçiləri qarşısında qoyduğu vəzifələrin həllinə yönəldilmişdir.

2012–ci ildə həmçinin rayondakı mövcud tarixi və mədəni abidələrin qorunması və təmiri də həyata keçirilmiş, abidələr ətrafında abadlıq işləri aparılmışdır.

 

 

Zabit XƏLİLOV

 

Respublika.- 2013.- 2 mart.- S. 4.