Dünya ictimaiyyəti Azərbaycanla həmrəylik nümayiş etdirir

 

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifikböyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiyaetnik təmizləmə kimi bəşəri cinayətlər törədildiyini vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı səhifəsi idi: “Bu ağır cinayətə görə siyasihüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”.

 

26 fevral 1992–ci il Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən yüzlərcə insanın görünməmiş vəhşilik və işgəncələrlə qətlə yetirilməsinin tarixidir. Bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girovların 150 nəfərinin taleyi bu günədək məlum deyildir. Faktlar təsdiqləyir ki, Xocalı şəhəri təcavüz, işğaletnik təmizləmə üçün obyekt kimi seçilmiş, ağlasığmaz vəhşiliklər törədilmiş, hamilə qadınların dərisi soyulmuş, başları kəsilərək süngüdən keçirilmiş, cəsədlər tanınmaz hala salınmışdır. Azərbaycanın hüquq— mühafizə orqanları çoxsaylı müstəqil mənbələrə bu faciənin şahidlərinə və sənədlərə əsaslanaraq Xocalıda törədilmiş cinayətlərdə Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu məsuliyyət beynəlxalq hüququn ümumi normalarından və insan hüquqları haqqında Avropa Konvensiyasından irəli gəlir.

XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımının məhz azərbaycanlı olduqlarına görə bu şəhərin əhalisinə qarşı törədildiyi inkarolunmaz faktdır. Bu, ermənilərin azərbaycanlılara qarşı qeyriinsani davranışlarının genosid (soyqırımı) kimi tövsifi üçün ciddi hüquqi əsaslar verir. BMT Baş Məclisinin 9 dekabr 1948–ci il tarixli qətnaməsi ilə qəbul olunmuşGenosid cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında” Konvensiyada insanlığa qarşı yönəlmiş bu qeyrihumanist aktın hüquqi əsasları təsbit olunmuşdur. Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq prinsiplərinə məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3– maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33 – maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34– maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1300–ə yaxın insanı girov götürən ermənilər bu prinsipə də hörmətsizlik nümayiş etdirmişlər. Faktlar göstərir ki, Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullar həyata keçirmişlər.

Xocalı soyqırımını törətməklə düşmənin məqsədinin Azərbaycan xalqını sarsıtmaq olduğunu bildirən dövlətimizin başçısı cənab İlham Əliyev vurğulayıb ki, azərbaycanlıları suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir.

Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi bir ildir ki, dövlətimiz tərəfindən məqsədyönlü və sistemli aparılır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq dünya birliyi Azərbaycan həqiqətlərini görüreşidir. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “İnsanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasihüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir.

Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət Çexiya Respublikası olmuşdur. Bu ölkənin ali qanunvericilik orqanının — Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Sənəddə qeyd olunur ki, “bu qırğın haqqında dünyanın bir çox kütləvi informasiya vasitələri məlumat yaymış və bu hadisə erməni hərbi qoşunlarının münaqişə zonalarında dinc əhaliyə münasibətdə beynəlxalq hüququn adi normalarının pozulması kimi bəyan edilmişdir. Sənəddə xüsusi vurğulanır ki, Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalına son qoyulmasına çağıran BMT–nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri indiyədək yerinə yetirilməmişdir. BMT Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurası və ATƏT Parlamenti Assambleyası öz qətnamələrində Azərbaycan Respublikasının Dağlıq Qarabağ da daxil olmaqla suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər.

Nəhayət yekdilliklə qəbul edilmiş qətnamənin sonuncu paraqrafında deyilir: “Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, qırğın və soyqırım hallarını törədilmə vaxtından və yerindən asılı olmayaraq pisləyir. Bütün bu cür aktları pisləyən qəbul edilmiş qətnamələrin ardıcıllıqla yerinə yetirilməsinə çağırırıq. Bu kontekstdə Xocalıda törədilmiş qırğını insanlığa qarşı cinayət hesab edərək onu pisləyir və rədd edirik. Bununla həmin faciənin 21–ci ildönümünü anır və Azərbaycan xalqına başsağlığı veririk.

Beləliklə, Çexiya parlamenti Avropa İttifaqında Ermənistanı Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə pisləyən ilk qanunverici orqan olmuşdur. Çexiya bu qətnamə ilə Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının tərkib hissəsi kimi, Ermənistanı isə bu ərazini işğal etmiş, Xocalıda ən ağır cinayətlərin törədilməsində təqsirkar olan dövlət kimi tanıdığını bir daha rəsmən təsdiq etmişdir.

Bu günlərdə bütün dünyada 21 il əvvəl Azərbaycanda yaşamış ermənilər tərəfindən törədilən vəhşi soyqırım əleyhinə tədbirlər keçirilir. Diaspor nümayəndələri, azərbaycansevərlər erməni xislətini, onların törətdikləri vandalizmi ifşa etmək məqsədilə fəal təbliğat işi aparırlar. Planetimizin hər yerində dünya ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı Azərbaycanla həmrəylik nümayiş etdirir.

 

 

Şükur ƏLİZADƏ

 

Respublika.- 2013.- 2 mart.- S. 3.