Həyatın bütün çətinliklərini görmüş yaradıcı insan

 

İttifaq Mirzəbəyli (Qaçayev İttifaq Məmmədcan oğlu) 1953– il fevral ayının 10–da Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutu Mədəni–Maarif fakültəsinin məzunudur. Ali təhsil aldıqdan sonra peşə məktəbində müəllim,”Dalğa” qəzetində ədəbi işçi, müxbir,şöbə müdiri, Azərbaycan radiosunda redaktor, şərhçi, “Son xəbərlər” şöbəsinin müdiri vəzifələrində çalışıb.1996–cı ildən etibarən “Xalq qəzeti”ndə işləyir. “Səhər” mükafatına (1993) , Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Cenevrə) “Humanizm carçısı” mükafatına (1994) , “İlin ən yaxşı jurnalisti” adına (1996), “Kamil sənətkar” diplomuna (1999), “Həsən bəy Zərdabi” diplomuna (2003), əməkdar jurnalist fəxri adına (2005), “Heydər Əliyev fenomenipublisistika müsabiqəsinin qalibi adına (2009) layiq görülüb.

Bu kiçik yazının “qəhrəmanı” 9 kitabın müəllifi, bir çox kitabların tərtibçisi və redaktorudur. Sözlərinə yazılmış mahnılar Bakı, Təbriz, Tehranİstanbulda dövlət radiolarının qızıl fonduna qəbul edilib. Təxminən 15 dəfə jurnalist kimi İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya, Şimali Kiprbaşqa ölkələrdə “Xalq qəzeti”ni ləyaqətlə təmsil edib.

…Mənim ziyalılar, yaradıcı insanlar arasında çoxlu sayda dostum, tanışım, yaradıcılıq ünsiyyətində olduğum qələm sahibləri var. Hamısını böyük hörmətlə qəbul edir, adlarını uca tuturam. Ancaq İttifaq Mirzəbəylinin yeri, məqamı daha böyük hörmətə, ehtirama layiqdir. Çünki mənim digər dostlarım ömrü boyu birya uzaqbaşı iki sahədə çalışıb, indi dayandıqları məqama yüksəliblər. İttifaq Mirzəbəyli isə, həyatın demək olar ki, bütün ağırlıqlarını görmüş insandır. O, kolxozda mexanizator, neft mədənlərində fəhlə, peşə məktəbində müəllim, Bakı Şəhər “Bilik” cəmiyyətində mühazirəçi, müxtəlif kütləvi informasiya vasitələrində ayrı–ayrı vəzifələrdə çalışıb. Hətta radioda və “Xalq qəzeti”ndə çalışdığı dövrdə 7 il ulu öndər Heydər Əliyevin görüş və qəbullarını işıqlandırıb. Həmişə də fəaliyyəti uğurlu olub.

Buradakı “uğurlusözünün çox böyük məsuliyyəti var. Çünki İttifaq Mirzəbəyli sözün həqiqi mənasında üzərinə düşən vəzifənin uğurla yerinə yetirilməsinin və ona göstərilən etimadı doğrultmağın ustasıdır. Bir fakt. 1975–ci ildə Qutqaşen rayonunda çıxan “Qalibiyyət” qəzetinin redaktoru Ramazan İsmayılovun imzası ilə qəzetin ştatdankənar müxbiri İttifaq Qaçayevə verilən arayışda deyilir: “Biz İttifaq Qaçayevin gələcəkdə istedadlı jurnalist kimi tanınacağına inanırıq”. Maraqlıdır ki, İttifaq həmin arayışı bu günçox qiymətli bir sənəd kimi qoruyub saxlayır və 60 yaşı münasibətiylə tərtib olunacaq kitabda o sənədə də yer ayrılacağını bildirir. Rayon qəzeti redaktorunun həmin inamı, əminliyi çoxdan günün reallığıdır.

İttifaq Mirzəbəyli bu gün çox məsələlərlə fəxr edir. Gəncədə Nizaminin, Kərbəlada Füzulinin, Təbrizdə Şəhriyarın, Ərdəbildə Şah İsmayıl Xətai başda olmaqla Səfəvi hökmdarlarının, Nəcəfdə Həzrət Əlinin, Marağada Əhvədinin, İstanbulda türk sultanlarının məzarını ziyarət etdiyi məqamları həmişə fəxrlə yada salır. Ancaq bu səfərlər barədə söhbət düşəndə onun daha böyük şükranlıqla xatırladığı başqa bir ali məqam da var. Mədinədə Rəsuli–Əkrəm, Həzrət Peyğəmbərimiz Salavatullahın müqəddəs məzarının ziyarəti. O, Məkkədə və Mədinədə iki dəfə—2001–ci və 2006–cı illərdə olub.

O, müsəlman dünyasının 38 şəhərində azan eşitdiyini söyləyir. Ancaq 2006–cı il yanvarın 10–da Məkkədə eşitdiyi Bayram namazının azanını birheç zaman eşidə bilməyəcəyi qənaətindədir. Nə yaxşı ki xarici səfərlərinin təəssüratlarından ibarət “Bağdadı gəzdim”, gəldim, “Salam, qibləm olan diyar”, “Ülfət körpüsü” (İran səfərləri barədə) və Bəxtlərin səfəri “Həcc” kitablarını oxuculara təqdim edib. 1993– ildə – ölkənin ən ağır günlərində üç yaşlı oğlu Natiqin maraqla soruşduğuAta, hara gedirsən?” sualı əsasında yaranmış və bu sualla da başlanan şeirini çox sevir. Həmin şeirin adıyla işıq üzü görən ilk şeirlər kitabını bütün kitablarından üstün tutur. Deyirşair dostum Oqtay Rzanın “sısqa kitab” adlandırdığı bu əlli–altmış vərəqlik kitab mənim qüdrət qalamdır, kitablarımın şahıdır.

İttifaq Mirzəbəyli mənim atam—görkəmli tarzən Əhməd Bakıxanov, ulu babamız Abbasqulu Ağa Bakıxanov, əmilərim, qardaşım və mənim özüm barədə çox yazıb. Amma son 50 ildə Abbasqulu Ağa Bakıxanov haqqında yazılmış elmipublisistik yazıları toplayaraq tərtib etdiyiQüdsi əbədiyyəti” adlı kitabı ölkə ziyalıları tərəfindən daha böyük maraqla qarşılanmışdır. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, müasir kəlam məktəbinin banisi, yazıçı–filosof Hacı Fərhad Mirzənin “Kəlamlar” kitabı əsasında yazdığı “Dərsliknamə” monoqrafiyası İttifaqın yaradıcılığının elmi istiqaməti kimi xüsusilə yüksək dəyərləndirilir. Ötən ilin sonlarında isə onun yazdığı “Əhməd Bakıxanov xatirələrdə” kitabı Bakıdakı Beynəlxalq Muğam Mərkəzində atamın yubileyi münasibətiylə keçirilən tədbirdə böyük maraqla qarşılandı və xüsusi bir əks–səda verdi. O, bütün bunlara uca yaradanın möhtəşəm dəstəyi ilə, fəqət, təkbaşına, heç kəsin köməyini görmədən nail olub. Ona görə də şeirlərinin birində yazır:

 

Dişim dağı diddi, dırnağım daşı,

Çevriləndə gördüm təkəm dünyada.

Başımda o qədər turp əkdilər ki,

Düşündüm, turp üçün ləkəm dünyada.

 

Onun yaradıcılığı haqqında ölkənin görkəmli ziyalıları Hacı Allahşükür Paşazadə, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Qulu Xəlilov, Hacı Fərhad Mirzə, Nahid Hacızadə, Ağaverdi Paşayev, Tacəddin Şahdağlı, Telman Hacıyev, Oqtay Rza, Maqsud Hacıyev, Zakir Mirzəyev, Hidayət Səfərli, Mövlud Süleymanlı, Mailə Muradxanlı və bir çox başqaları ürək açıqlığı ilə təqdiredici fikirlər yazıb, səsləndiriblər. Mənim dostum, professor Teymur Əhmədov isə tərtib etdiyi XX əsr Azərbaycan yazıçıları kitabında İttifaq Mirzəbəyli haqqında səxavətlə söz açmışdır. Elə mən özüm də müxtəlif tədbirlərdə onun haqqında söz açmaqdan məmnun olmuşam. Çünki həm birlikdə xarici səfərlərdə olduğumuz müddətdə, həm də birgə yaradıcılıq prosesində onun çoxlu sayda müsbət keyfiyyətlərini görmüşəm. Birlikdə ona qədər mahnı yazmışıq. İranın Tus şəhərində Firdovsinin məzarını ziyarət edərkən İttifaq bəyə dedim ki, Firdovsi mövzusunda bir mahnı yazmaq istəyirəm. Bakıya qayıdandan sonra mənə Firdovsini yad edərkən adlı bir şeir verdi. Mən həmin şeirə musiqi yazdım və mərhum sənətkarımız, SSRİ xalq artisti Lütfiyar İmanovun məharətlə ifa etdiyi bu mahnının taleyi kifayət qədər uğurlu oldu. Mahnı Bakı, Təbriz, Tehranİstanbul radiolarının qızıl fonduna qəbul edildi.

İttifaq Mirzəbəyli mənim 70, 75 və 80 illik yubileylərimdə kiçik qardaşım kimi iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin mənim 80 illik yubileyim münasibətiylə təşkil etdiyi silsilə tədbirlərin bir neçəsinin aparıcısı məhz o idi. Həmin münasibətlə Bəstəkarlar İttifaqında təşkil olunan elmi konfransda isə ən əhatəli, ən dəyərli çıxışlardan biriİttifaq Mirzəbəylinin çıxışı idi.

Gənc dostum indi ömrünün 60–cı ilinibaşa vurdu. Hər sözündə, hər söhbətində Qəbələni yaşadan, vaxtilə radioda apardığı verilişlərin hamısından Qəbələ ətri gələn dostuma elə bu qədim diyarın dağı, daşı qədər ömür arzulayıram. Bir dəfə Nəriman Həsənzadə yarızarafat, yarıgerçək soruşdu ki, Mirzəbəyli, qələm səni ucaltdı, yoxsa sən qələmi? Dedi —qələmlik yoxdur, məni Qəbələ ucaltdı. Qəbələyə də, Qəbələnin yetirməsi olan dostum İttifaq bəyə də həmişə ucalıq arzulayıram.

 

 

Tofiq BAKIXANOV,

xalq artisti, professor.

 

Respublika.- 2013.- 3 mart.- S. 7.