Rəssam ömrünü bəzəyən rənglər

 

Təsviri sənətimizdə öz dəst–xətti olan, imzasını təsdiqləyən Nağdəli Xəlilov 1946–cı ildə Qərbi Azərbaycanın Sarcalar kəndində dünyaya göz açıb. Ermənilərin mənfur siyasəti nəticəsində 1950–ci ildə ailəsi ilə birlikdə deportasiya olunan rəssam Beyləqan şəhərində boyabaşa çatıb. O, hələ 4– sinifdə oxuyarkən rəsm çəkməyə başlayıb. Belə ki, günlərin birində sinif yoldaşlarının tanınmış rus şairi A.S.Puşkinin rəsmini vərəq üzərinə qoyub üstündə cızaraq çəkməsi onun da diqqətini cəlb edir. O da böyük şairin rəsmini çəkir və çəkdiyi şəkli kəndlərindəki incəsənətin bir çox növündən, eləcə də rəssamlıqdan xəbərdar olan Talıb müəllimin əlinə keçir. Uşaqda olan həvəs və bacarığı sezən Talıb müəllim bu texnika ilə şəkil çəkməyin düzgün olmadığını balaca Nağdəliyə başa salmaqla yanaşı eyni zamanda rəsm çəkməyin yollarını da ona öyrədir. Elə o gündən həvəslə rəsm çəkməyə başlayan Nağdəli az bir müddətdə yoldaşları arasında rəssam kimi tanınır. Lakin atası onu hər vəchlə fikrindən daşındırmağa çalışır, onun rəssam olmasına heç cür razılıq vermirdi. Çünki yaxşı bilirdi ki, rəssam olmaq üçün böyük şəhərlərdə oxumaq, təhsil almaq lazımdır. Həm maddi vəziyyətinin çətinliyi, həm də Nağdəlinin fiziki cəhətdən zəif olması buna imkan vermirdi. Elə bu səbəbdən 1959–cu ildə ailəsi ilə birilkdə yenidən doğma yerlərinə qayıdan Nağdəli burda orta məktəbin 7–ci sinfini bitirərək kənd təəsrrüfatı texnikumuna daxil olur. Başqa sahədə təhsil alsa da, o, yenə rəsm çəkməklə müntəzəm məşğul olurbu sənətə həvəsi gün–gündən artırdı. Günlərin birində rəssam Cabbar Quliyev haqqında qəzetdə dərc olunan yazını oxuyandan sonra Nağdəli onunla görüşməyi qərara alır və buna nail olur. Cabbar Quliyev onun işlərini bəyənir və bir sıra məsləhətlər verir. Bundan sonra rəssamlığa daha çox bağlanan N.Xəlilov kənd təsərrüfatı texnikumunu bitirdikdən sonra kəndlərindəki orta məktəbdə rəsm müəllimi kimi düzəlir. Sevdiyi sənəti ilə bağlı bir sahədə çalışmaqdan mənəvi zövq alan və sənətdə ilk kövrək addımlarını atan müəllim həm şagirdlərini öyrədir, həm də özü çox böyük həvəslə rəsmlər çəkirdi. 2 il məktəbdə müəllim işlədikdən sonra sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq məktəbinə verir. İmtahanlardan müvəffəqiyyətlə keçərək 1968–ci ildə rəsm–rəsmxət şöbəsinə qəbul olunur.

Gənc rəssamın oxuduğu müddətdə sevibseçdiyi sənətini böyük həvəslə öyrənməsi müəllimlərinin də nəzərindən yayınmır. Onlar N.Xəlilovun gələcəkdə əsl rəssam olacağına şübhə etmir, teztez onunla bu haqda maraqlı söhbətlər edir, yaradıcılığını diqqətlə izləyirdilər.

1972–ci ildə rəssamlıq məktəbini əla qiymətlərlə başa vuran rəssam sənətin sirlərini daha dərindən öyrənmək, ali təhsil almaq məqsədilə Tbilisidəki Rəssamlıq Akademiyasının boyakarlıq fakültəsinə daxil olur. Ali məktəbdə sənəti daha dərindən öyrənməyə nail olan rəssam həm də yaradıcılıqla ciddi şəkildə məşğul olur. Mütəmadi olaraq müxtəlif miqyaslı sərgilərdə, müsabiqələrdə iştirak etməsi və uğur qazanması bu sənət ocağından yetərincə bəhrələnməsi və ustadlarının zəhməti hesabına reallaşırdı. Aşıq Ələsgərə həsr etdiyi diplom işinin kompozisiya – rəng həllində nail olduğu yüksək nəticə də gənc rəssamın akademiyada aldığı yüksək təhsilin bariz nümunəsi idi.

Bütün janrlarda fırçasını sınayan rəssam hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçısına təqdim edir. Onun natürmort və mənzərə janrında olan əsərlərində özünəməxsusluq, sənətkarın nəyə qadir olduğu aydın nəzərə çarpır.

Nağdəli Xəlilovun uzaq–yaxın tariximizi əhatə edən “Qurtuluş ağacı”, “Dinin əsasları”, “İlk İslam Akademiyası”, “Adəm və Həvva”, “Kəbə”, “Mirac”, “Hicrət”, “İlk İslam həmrəyliyi” və s. bu kimi əsərləri ilə əbədi–mənəvi dəyərlərimizi, dinimizi, dilimizi yaşadan şəxsiyyətlərin ömür yoluna müraciəti də bunu təsdiqləyir. Belə ki, rəssamın İslam tarixinə bələd olması insanları saflığa, təmizliyə, birliyə səsləyən belə əsərlərin yaranmasına zəmin olmuşdur. Bu əsərlərdə rəssam İslam dininin aşıladığı müsbət insani keyfiyyətləri bədiiləşdirərək, obrazlı şəkildə tamaşaçısına təqdim edir.

N.Xəlilovun yaradıcılığında aparıcı janrlardan biriportret janrıdır. Rəssamın bu janrda yaratdığı əsərlərdə həyat realizminin qaynaqlarının bədii məcmusu aydın nəzərə çarpır. Eyni zamanda rəssam ifadəli poza, jest vasitəsilə çəkdiyi portretlərdə rəsmin kompozisiyasının olduqca ifadəli və lakonik olmasına xüsusi diqqət yetirir. Nəsirəddin Tusi, Cəlaləddin Rumi, Şəhriyar, Xəstə Qasım, Heyran xanım, İrəvan xanı Hüseynxan, Füzuli, Mir Möhsün Nəvvab kimi müxtəlif dövrlərdə yaşamış şəxsiyyətlərin portretləri onun incə duyumlu portret ustası olduğundan xəbər verir.

“Tək ağac”, “Heyva ağacı”, “Nar ağacı”, “İki ağac” və s. mənzərələrində də dərin müşahidə qabiliyyətinə malik olan müəllifin gündəlik həyatımızda adiləşən motivlərə fərqli münasibətinin şahidi oluruq.

Ümumiyyətlə, Nağdəli Xəlilovun yaratdığı hər bir obrazın öz dili, öz ruhu varbu obrazlar öz tamaşaçısı ilə həmsöhbət olmaq, sanki dil açıb danışmaq istəyir.

Bədii ifadə vasitələrinə fərqli baxışları olan rəssam hər bir əsərində klassik rəssamlıq məktəbinin əhəmiyyətini və müstəsnalığını təbliğ edir. Onun fırçasına məxsus portret, mənzərə və natürmort janrında işlənmiş bütün əsərlərində özünəməxsus dəst–xətt və sənətkarlıq görünür.

1996–cı ildə 50 illik yubileyi ilə əlaqədar Bakıda Vəcihə Səmədova adına sərgi salonunda, 2006–cı ildə isə 60 illik yubileyi ərəfəsində Ankaranın Nefertita qalereyasında fərdi sərgisini nümayiş etdirən rəssam bu günədək Bakı, Türkiyə, Rusiya, Koreya, Ukrayna, Gürcüstanbir çox ərəb ölkələrində təşkil olunmuş sərgilərdə sənətsevərlərin zövqünü oxşayan əsərlərlə çıxış etmişdir.

Keçmiş SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Nağdəli Xəlilov 2011–ci ildə “Yeni EraDünya Rəssamlıq Akademiyasına üzv qəbul edilmişakademik adı almışdır.

Taleyi tükdən asılı dünyamızın qayğıları, ağrı—acıları rəssamı da ciddi narahat edir. Onun əsərlərində bəşəri doğmalıq həmişə ön plandadır.

Yüzlərlə əsərlər müəllifi olan Nağdəli Xəlilov bu gün yorulmadan, usanmadan yeniyeni əsərlər üzərində işləyir. Son vaxtlarda işlədiyi “Xan qızı Natəvan” portreti, və “Sac üzərində çörək yapanlar” kompozisiyası da rəssamın sevgi və həyəcanla kətan üzərinə köçürdüyü, ürəyinin odunu, alovunu verdiyi sənət əsərlərindəndir. Bəli, sevmədən, heyran olmadan, pərəstiş etmədən qəlbini qoymadan yaratmaq mümkün deyil. Biz də tanınmış rəssama hər zaman tamaşaçısının zövqünü oxşayan, onu düşündürən, sözün əsl mənasında heyran qoyan yeniyeni əsərlər arzulayırıq.

 

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2013.- 3 mart.- S. 6.