Tovuz:
inkişafın yeni mərhələsində
Tovuz Rayon İcra
Hakimiyyəti başçısı yanında
keçirilmiş şura iclasına rayonun idarə və
müəssisə rəhbərləri, hüquq–mühafizə
işçiləri, ziyalılar, sahibkarlar, bələdiyyə
və icra nümayəndəlikləri dəvət
edilmişdi. Tədbirdə rayonun 2012–ci ilin sosial–iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələr
müzakirə olunmuşdur. Gündəlikdə duran məsələ
barəsində Tovuz Rayon İcra Hakimiyyətinin
başçısı Tofiq Zeynalov məruzə ilə
çıxış etmişdir.
Məruzəçi bildirmişdir ki, 2012–ci il tovuzlular üçün çox əlamətdar olmuşdur. Keşən il aprel ayının 12–də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonunda olmuş, bir sıra obyektlərin açılişında iştirak etmiş, rayonumuzun sosial–iqtisadi inkişafı və qarşıda duran vəzifələr barədə öz tapşırıq və tövsiyələrini vermişdir. Rayon ictimaiyyəti bu gün də Prezidentin rayona səfərinin xoş təəssüratı altında yaşayır. Vaxt ayırıb Tovuz rayonunun inkişafı və əhalinin həyat tərzi ilə maraqlandığına, qaldırdığımız məsələlərə çox böyük qayğı və həssaslıqla yanaşaraq rayon ilə bağlı mühüm əhəmiyyət kəsb edən tarixi sənədlər – “Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında”, “Tovuz rayonun sosial–iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”, “Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” və “Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun tikintisi barədə” Sərəncamlar qəbul etdiyinə, Tovuz şəhərində 85 mənzilli iki binanın tikintisinə vəsait ayrılması barədə tapşırıq verdiyinə görə cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezidentin sərəncamlarına uyğun olaraq ötən il “Göytəpə” qədim yaşayış məskənində “Arxeopark” yaradılması işlərinin maliyyələşdirilməsi üçün Milli Elmlər Akademiyasına 300 min manat, Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun tikintisi məqsədi ilə ilkin olaraq 3 milyon manat, Tovuz rayonunda abadlıq–quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə 2 milyon manat vəsait ayrılmışdır. Yolun tikintisində ilkin olaraq ayrılmış vəsait həcmində iş görülmüşdür. Tikinti indi də davam etdirilir. Cənab Prezidentin tapşırığı ilə “Semzavod qəsəbəsi” adlanan ərazidə yerləşən baraklarda yaşayan ailələri yeni mənzillərlə təmin etmək məqsədi ilə 50 mənzilli və 35 mənzilli iki beşmərtəbəli binanın tikintisinə başlanmışdır
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində işlər rayonda ardıcıl olaraq həyata keçirilir. Ötən il taxılçılıq, üzümçülük, şərabçılıq, kartofçuluq, heyvandarlıq və digər kənd təsərrüfatı məhsullarının istehsalının və emalının genişləndirilməsi ilə əlaqədar işlər davam etdirilmiş, sahibkarlığın inkişafına lazımi dəstək verilmişdir. Keçən il rayon üzrə 9105 hektar sahədə buğda əkilmiş və hər hektardan 28.5 sentner məhsul götürülmüşdür. Dövlət Proqramının icrasının dordüncü ildönümünün yekunlarına həsr olunmuş konfransda Prezident ölkə üzrə taxılın orta məhsuldarlığının indiki 27 sentnerdən 40–50 sentnerə çatdırılması vəzifəsini qarşıya qoymuşdur. Biz taxılçılığı intensiv inkişaf etdirməklə bu hədəflərə çatmaq üçün tədbirlər üzərində işləyirik. Bununla yanaşı ölkədə yaradılacaq böyük fermer–taxılçılıq təsərrüfatlarına bizim rayondan da 2000 hektar sahə ayrılması nəzərdə tutulmuşdur.
Ötən
il rayonda 217 min 399 ton kartof, 27 min 536 ton tərəvəz, 1518
ton bostan məhsulları istehsal edilmişdir. Əkinçiliklə
məşğul olanlara lizinq xidmətinin təşkilində,
aqrotexniki tədbirlərin həyata keçirilməsində
lazımi köməkliklər göstərilmişdir. Lizinq
yolu ilə 2150 hektar şum aparılmış, fermerlərə
lizinq yolu ilə 90 ton azot, 33 ton superfosfat kübrəsi
satılmışdır.
Rayonda
üzümçülüyün inkişafı ilə
yaxından məşğul olunur. 2012–ci ildə 62 hektar sahədə
yeni bağ salınaraq üzüm sahələri 600 hektara
çatdırılmış, 7850 ton məhsul istehsal
edilmişdir. Konfransdakı nitqində Prezident rayonlar
arasında ixtisaslaşma aparılmasının zəruriliyini
qeyd etmiş və bu sahədə təkliflər
hazırlanması barədə tapşırıq vermişdir.
Tarixi təcrübədən çıxış edərək
qeyd edilməlidir ki, Tovuz rayonunun ixtisaslaşma istiqaməti məhz
üzümçülük olmalıdır.
Heyvandarlığın
inkişaf etdirilməsi və məhsul istehsalının
artırılması istiqamətində tədbirlər davam
etdirilir. 2012–ci ildə rayon üzrə ət istehsalı 14,2
faiz, süd istehsalı isə 4.6 faiz artmışdır. Eyni
zamanda əvvəlki illə müqayisədə mal–qaranın
sayı 446 baş, qoyun və keçilərin sayı isə
1916 baş artmışdır. Mal–qaranın cins tərkibini
yaxşılaşdırmaq məqsədi ilə rayonda 227
baş yüksək məhsuldarlıqlı cins inək və
düyə bəslənilir, onlardan cari ildə 104 baş bala
alınmışdır. 2012–ci ildə 889 baş inək
süni yolla mayalandırılmış və bunların 443
başından bala alınmışdır. Əhali
arasında süni mayalanma məsələləri ilə əlaqədar
lazımi marifləndirmə işləri
aparılmışdır.
Dövlət
Proqramı çərçivəsində keçən il ərzində
yaşayış məntəqələrinin qaz təchizatının
yaxşılaşdırılması istiqamətində müəyyən
işlər görülmüş, ayrı–ayrı kəndlərə
müxtəlif diametrli daşıyıcı və
paylayıcı qaz xətti çəkilmiş, 2639 p/metr
müxtəlif diametrli qaz xətləri dəyişdirilmişdir.
Artıq
bir neçə ildir ki, rayon əhalisi elektrik enerjisi ilə
fasiləsiz təmin olunur.
Cənab
Prezidentin qarşıya qoyduğu əsas infrastruktur
tapşırıqlarından biri də əhalinin içməli
su ilə təminatının
yaxşılaşdırılması məsələsidir. Bu
məqsədlə 2011–ci ilin oktyabr ayından Tovuz şəhərinin
içməli su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması layihəsi üzrə işlərə
başlanmışdır. Artıq hər birinin tutumu 2500
kubmetr olan iki ədəd su anbarı, suqəbuledici qurğu,
laboratoriya binası, xlorator binası, keçid məntəqəsi,
nasos stansiyası tikilmiş, şəhərdaxili şəbəkələrə
sağ və sol istiqamətlərdə su xəttinin çəkilməsi
başa çatdırılmışdır. 2012–ci ildə
şəhərdaxili şəbəkə üçün 103
km su xətti, 101 km kanalizasiya xətti çəkilmişdir.
Rayonda əkin
sahələrinin su təminatının
yaxşılaşdırılması istiqamətində
işlər davam etdirilmişdir. Tovuzçay su
anbarının tikintisində işlərin davamı
üçün 17.46 milyon manat vəsait ayrılmış və
həmin həcmdə iş görülmüşdür.
2003–2012–ci
illərdə rayonda 6572 şagird yerlik 18 yeni məktəb
binası tikilmişdir. Bu məktəblərin 15–i müvafiq
dövlət proqramlarına əsasən, 3–ü isə Heydər
Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən
Azərbaycana yeni məktəb” devizi altında inşa
olunmuşdur. 2012–ci ildə rayonda 2616 şagird yeri olan 6 məktəb
– 80 şagird yerlik X.Cəfərov adına Qazıqulu kənd
ümumi orta məktəbi, 640 şagird yerlik S.Kazımov
adına Qovlar şəhər tam orta məktəbi, 1176
şagird yerlik N.Tusi adına Tovuz şəhər məktəb–liseyi,
360 şagird yerlik E.Məmmədov adına Tovuz şəhər
tam orta məktəbi, 180 şagird yerlik M.Yusifov adına Məşədivəllər
və 180 şagird yerlik Səfərli kənd orta məktəbləri
tikilib istifadəyə verilmiş, 10 məktəbdə cari təmir
işləri aparılmışdır. Həmçinin ötən
il Tovuz şəhərindəki “Qərənfil” uşaq
bağçası–körpələr evi müasir standartlara
uyğun şəkildə əsaslı təmir edilmişdir.
Yeni məktəb binaları yüksək zövqlə inşa
olunmuş, təzə inventar və avadanlıqlarla təmin
edilmiş, lokal istilik sistemi yaradılmış,
informasiya–kommunikasiya texnologiyaları ilə təchiz
olunmuşdur. Yeni tikilən təhsil müəssisələrinin
hamısında lazımı səviyyədə kommunal xidmətlərdən
istifadə olunur.
2012–ci ildə
rayonda tikinti–quruculuq və abadlıq işləri davam
etdirilmişdir. Tovuz və Qovlar şəhərlərinin bir
sıra küçələrində orijinal dizaynla dekorativ
divarlar inşa edilmiş, işıqlanma dirəkləri
ucaldılmış, abadlıq işləri
görülmüşdür. Küçələrə və
yollara 615 min manatlıq asfalt–beton örtük qoyularaq nəzərdə
tutulan illik proqram tam yerinə yetirilmişdir. Tovuz və Qovlar
şəhərlərində 49 ədəd yöndəmsiz
sahibkar obyekti götürülərək yerində müasir
tələblərə cavab verən layihələr əsasında
yeni obyektlər inşa edilmişdir, 35 sahibkar obyektinin
fasadı yenidən qurularaq milli ornamentlərdən istifadə
etməklə “aqlay ” tavalarla üzlənmişdir.
Rayonda
sahibkarlığın inkişaf etdirilməsi, onlara lazımi
şərait yaradılması ilə bağlı müxtəlif
tədbirlər görülür, vaxtaşırı iş
adamları ilə görüşlər keçirilir,
qaldırdıqları yerli problemlər öyrənilir və
həll edilir.
2011–ci ildə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
sahibkarlara 43 layihə üçün 1 milyon 340 min manat vəsait
ayrılmasına və bu layihələrin icrası ilə 96
yeni iş yerinin açılmasına baxmayaraq 2012–ci ildə
sahibkarlara 37 layihə üçün 645.5 min manat kredit
ayrılmışdır ki, bu da 81 yeni iş yerinin
yaradılmasına şərait yaratmışdır. 2012–ci
ildə banklar və kredit təşkilatları tərəfindən
sahibkarlığın inkişafı üçün 19 milyon
339 min manat kredit verilmişdir. Bu da 2011–ci ildə
sahibkarlığın inkişafı üçün
verilmiş kreditlərdən 4 milyon 204 min manat çoxdur.
Rayonda kənd
təsərrüfatı məhsulları
istehsalçılarına yanacaq və motor yağlarına,
gübrələrin güzəştlə satılmasına,
buğda əkininə və sairəyə görə 1 milyon
166 min manat kompensasiya verilmişdir. Bu 2011–ci ildə kənd təsərrüfatı
məhsulları istehsalçılarına verilən
kompensasiyadan 409 min manat çoxdur. Təbii ki, bu əkin sahələrinin
genişləndirilməsi hesabına artmışdır.
Hesabat
dövründə dövlətin ünvanlı sosial yardım
proqramına uyğun olaraq 2220 nəfərə 3 milyon 993 min
manat sosial yardım təyin edilmiş və ödənilmişdir.
Bu əvvəlki ildə olduğundan 26 min manat çoxdur.Əhalinin
aztəminatlı təbəqəsinin, əlillərin və
şəhid ailələrinin pensiya və müavinətlərinin
vaxtında çatdırılması, artımlarının
hesablanması təmin olunmuşdur. Rayon üzrə
imtiyazlı təbəqəyə aid şəxslərin mənzil
növbəsinin uçotu aparılmış və 90 nəfər
imtiyazlı şəxs mənzil növbəsinə
götürülmüş, tikinti üçün torpaq sahəsi
ayrılmışdır.
2012–ci il ərzində
rayon üzrə 1216–si daimi olmaqla 1819 yeni iş yeri
açılmışdır. Ənənəvi olaraq hər
il keçirilən Əmək Yarmarkası 2012–ci ilin iyun ayında
da keçirilmiş, yarmarkada 41 müəssisədən 260
boş iş yeri təqdim olunmuş, 87 nəfərə
işə göndəriş verilmiş, 73 nəfər daimi
işlə təmin olunmuşdur. Bu cür tədbirlərin
2013–cü ildə də davam etdirilməsi nəzərdə
tutulur.
Son illərdə
rayonda təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində
aparılan işlər 2012–ci ildə də qətiyyətlə
davam etdirilmişdir. Keçən il orta məktəbi bitirənlərin
88 faizi tam orta təhsil haqqında attestat almış, 7 nəfər
şagird buraxılış imtahanları zamanı yüksək
nəticələr göstərdiklərinə görə
qızıl medalla təltif olunmuşlar. Ötən il
2010–2011–ci dərs ili ilə müqayisədə ali məktəblərə
qəbul olunanların sayı 40 nəfər, 2006–2007–ci illərlə
müqayisədə isə 215 nəfər
artmışdır. Ali məktəblərə qəbul
olunanlardan 18 nəfəri (2011–ci ildə 16 nəfər olmuşdur)
600–dən yuxarı bal toplamışlar. Y.Sadıqov adına
Bozalqanlı kənd tam orta məktəbinin məzunu Əliyeva
Səlmi Mehman qızı 687 bal toplayaraq rayon üzrə ən
yüksək nəticə göstərmiş və Azərbaycan
Respublikası Prezidentinin təqaüdünə layiq
görülmüşdür.
Artıq
bir neçə ildir ki, gənclərin ali hərbi məktəblərə
və hərbi liseylərə hazırlanması sahəsində
məqsədyönlü iş aparılır. 2012–ci ildə
79 nəfər məzunumuz hərbi məktəblərə
daxil olmuşlar. Onlardan 46 nəfəri ali hərbi məktəblərə,
12 nəfəri hərbi tibb məktəbinə, 21 nəfər
isə C.Naxçıvanski adına hərbi Liseyə qəbul
olmuşdur. 2006–2007–cı dərs ilində rayonun ümumtəhsil
məktəblərindən cəmi 2 nəfər hərbi məktəblərə
qəbul olunduğu halda, son beş ildə bu nəticələr
ilbəil artaraq cəmi 324 nəfər təşkil
etmişdir. Biz bu işi müntəzəm şəkildə
davam etdirməliyik. Bu dərs ilində də 209 nəfər məktəblinin
hərbi məktəblərə hazırlanmaları
üçün müvafiq tədbirlər həyata
keçirilir.
Bunlarla
yanaşı qeyd edilməlidir ki, rayon təhsil şöbəsinin
fəaliyyətində müəyyən nöqsanlar vardır.
Təhsil sisteminin fəaliyyətini istədiyimiz səviyyədə
qurmaq üçün bizim kifayət qədər
potensialımız vardır. Hesab edirik ki, bundan sonra təhsil
sistemində əsaslı dəyişikliklər baş verəcək,
qarşıya qoyduğumuz hədəflərə nail
olacağıq. İlkin hədəfimiz isə növbəti tədris
ilində 700 bal toplaya biləcək şagirdin yetişdirilməsidir.
Hesabat
dövründə rayonda səhiyyənin maddi–texniki
bazasının möhkəmləndirilməsi, əhaliyə
göstərilən tibbi xidmətin
yaxşılaşdırılması istiqamətində müəyyən
işlər görülmüşdür. 80
çarpayılıq mərkəzi rayon xəstəxanasının
yeni binasının istifadəyə verilməsi, xəstəxananın
köhnə binasının birinci mərtəbəsinin təmir
edilməsi, bütövlükdə binanın su–istilik
sisteminin yenidənqurulması, poliklinika şöbəsinin həmin
binaya köçürülməsi əhaliyə keyfiyyətli
səhiyyə xidmətinin göstərilməsi
üçün lazımi şərait yaratmışdır.
Qovlar şəhər xəstəxanasının istilik sistemi
yenidən qurulmuşdur. Səhiyyə müəssisələrinin
texniki təminatı da xeyli
yaxşılaşdırılmışdır.
Prezidentimizin
qeyd etdiyi kimi hər bir Azərbaycan vətəndaşı ən
azı ildə bir dəfə əhatəli tibbi müayinədən
keçməlidir. Milli genefonumuzun qorunmasında və
sağlam nəslin yetişdirilməsində bu məsələnin
xüsusi önəmi vardır. Bu sahədə artıq müəyyən
işlər görülmüşdür. Eyni zamanda
görülən işlərin davamlılığı təmin
olunmalıdır. Bununla belə rayonda əhaliyə göstərilən
tibbi xidmətin lazımi səviyyədə qurulması
üçün hələ çox işlər
görülməlidir. Rayonda epidemioloji stabillik mövcuddur,
yoluxucu xəstəliklərlə yoluxma halları baş verməmişdir.
Hesabat
ilində Tovuz və Qovlar şəhərlərində kommunal
müəssisələrinin maddi–texniki bazası xeyli möhkəmləndirilmiş
və bu onların fəaliyyətlərində müsbət
irəliləyişlərə səbəb olmuşdur. Kənd
və qəsəbələrdə 22 təmizlik müəssisəsi
yaradılmışdır. Əksər ərazilərdə bu
müəssisələr müvəfəqqiyyətlə fəaliyyət
göstərir. Bu sahədə işlərin nizamlanması
üçün müvafiq qanunvericilik bazası
yaradılmışdır. Bu əsasda ərazilərin təmizliyinin
təmin olunması istiqamətində aparılan işlər
daha da gücləndirilməlidir.
Ötən
il Mərkəzi kitabxana və Tovuz şəhər Musiqi məktəbi
yeni binaya köçürülmüş, Qovlar şəhər
müsiqi məktəbi üçün yeni bina tikilib istifadəyə
verilmişdir. Bununla belə mədəiyyət müəssisələrindən
25–i uyğunlaşdırılmış binalarda yerləşir.
ümumilikdə 65 mədəniyyət obyektinin əsaslı təmir
olunmasına və ya yenisinin tikintisinə ehtiyac vardır.
Tarix diyarşunaslıq muzeyinin və rəsm
qalareyasının fəaliyyəti nəzərə
çarpsa da bina şəraiti indiki tələblər səviyyəsində
deyildir.
Azərbaycan
Respublikasında 2010–2014–cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramının və
2011–ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planının icrasının təmin olunması istiqamətində
rayonda görülmüş işlər 2012–ci ildə də
ardıcıllıqla davam etdirilmişdir. Bu sahədə
görülən işləri daha da genişləndirməyi,
mədəniyyətimizi, tarixi abidələrimizi, milli–mənəvi
dəyərlərimizi təbliğ etməyi davamlı vəzifə
hesab edilməlidir. Rayonda da müasir mədəniyyət və
istirahət parkının salınması, Qala komplekslərinin,
Bayraq Meydanının tikintisi, Tovuz – Böyük
Qışlaq–Qaralar avtomobil yolunun tikintisi, beş ulduzlu
“Ayan–Palace” otelinin istifadəyə verilməsi, Cənubi
Qafqazın ən qədim yaşayış məskəni olan
Göytəpədə arxeoparkın yaradılmasının qərara
alınması, Tovuz–Qovlar–Ağbaşlar avtomobil yolunun
tikintisinə başlanması və sair bu qəbildən görülən
işlər turizmin inkişafı üçün
böyük stimul yaratmışdır.
2015–ci ildə
keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının
Bakıda təşkil olunması haqqında qəbul
edilmiş qərar rayon ictimaiyyəti tərəfindən
sevinclə qarşılanmışdır. Bu, cənab
Prezidentimizin rəhbərliyi altında ölkəmizin beynəlxalq
nüfuzunun, mövcud siyasi sabitliyin və iqtisadi yüksəlişin
nəticəsidir. Avropa Olimpiya Oyunlarında iştirak etmək
üçün rayon idmançılarının
yetişdirilməsi məqsədilə RİH
başçısı yanında keçirilən Şura
iclasında təşkilat komitəsi yaradılmış və
tədbirlər planı təsdiq edilmişdir.
İdeoloji
işin təşkilində müasir informasiya–kommunikasiya
texnologiyaları ilə təchiz olunmuş Heydər Əliyev
Mərkəzinin fəaliyyətindən maksimum səviyyədə
bəhrələnməyə səy göstərilir. Ötən
il Mərkəzdə fəaliyyət göstərən təbliğat
qruplarının və dərnəklərin işi
canlandırılmış, əhalinin bütün təbəqələri
cəlb edilməklə keçirilən tədbirlərin
sistemliliyi təmin edilmişdir. Yetişməkdə olan gənc
nəslin vətənpərvərlik, dövlətçilik
ruhunda formalaşması istiqamətində Mərkəzin
imkanlarından səmərəli istifadə olunmuşdur.
Yığıncaqda
qeyd edilmişdir ki, rayonun 39 inzibati ərazi dairəsinin hər
birində yaşayan ziyalılar, ağsaqqalar və nüfuzlu
şəxslərdən ibarət yaradılmış təşviqat
qruplarının hər həftə əhalinin müxtəlif
zümrələri qarşısında
çıxışları təşkil olunmuş, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi
daxili və xarici siyasət nəticəsində müstəqil
Azərbaycan Respublikasının nailiyyətləri incəliklərinə
qədər sakinlərə
çatdırılmışdır. Bundan sonra da təşviqat
qruplarının işinin daha da canlandırılması,
vaxtında metodiki tövsiyyələrlə təmin
olunması və müntəzəm olaraq əhali ilə
görüşlərin keçirilməsi nəzərdə
tutulur.
Hesabat
dövründə şəhər və kəndlərin
sosial–iqtisadi inkişafında, abadlıq–quruculuq işlərində
və yerli əhəmiyyətli məsələlərin həllində
bələdiyyələrin Əlaqələndirmə
Şurasının yerli icra hakimiyyəti orqanları ilə
qarşılıqlı fəaliyyətinin gücləndirilməsi
ilə bağlı tədbirlər həyata
keçirilmişdir, 66 birgə layihə icra olunmuşdur.
2013–cü ilin yanvar ayında ərazi nümayəndəliklərinin
2012–ci ilin yekunlarına dair hesabatları keçirilmişdir.
Hesabat yığıncaqlarında 2177 nəfər iştirak
etmiş, 209 nəfər tənqidi qeyd və təkliflərlə
fikirlərini bildirmiş, ərazilərin sosial–iqtisadi
inkişafı ilə əlaqədar 197 təklif səslənmişdir.
Tənqid və özünütənqid şəraitində
keçirilən hesabatlarda səslənən qeydlər və
təkliflər, qaldırılan problemlər ümumiləşdirilərək
təhlil edilir, nəticələri iş prosesində nəzərə
alınır.
2012–ci ildə
RİH başçısı aparatında vətəndaş
müraciətlərinə baxılması sahəsində
müəyyən irəliləyişlərə nail
olunmuşdur. İl ərzində RİH
başçısı aparatına 932 vətəndaş
müraciəti daxil olmuşdur. Onlardan 432 ədədi rəhbər
orqanlardan, o cümlədən 378 ədədi Prezident
Administrasiyasından, 500 ədədi isə birbaşa rayon icra
hakimiyyəti başçısına ünvanlanan müraciətlərdir.
2011–ci illə müqaisidə daxil olan müraciətlərin
sayı 264 ədəd və ya 22 faiz azalmışdır.
Ötən
il ərzində rayon icra hakimiyyəti başçısı
tərəfindən yerlərdə 46 səyyar
görüş–qəbul keçirilmişdir. Bu
görüşlərdə sakinlər tərəfindən
ümumilikdə 208 məsələ
qaldırılmışdır ki, bunlardan da 151 faizi icra
edilmiş, 34–ü faizi hazırda icra edilir, 23–ü faizi isə
həlli rayonun imkanı xaricində olduğu üçün
müvafiq orqanlar qarşısında məsələ
qaldırılmışdır. Yerlərdə
qaldırılan məsəllələrin əksəriyyəti
ərazilərin sosial–iqtisadi inkişafı ilə
bağlı məsələlərdir.
Bəli,
vətəndaş müraciətlərinə diqqətlə
yanaşılması, bu sahədə aparılan işlərin
qanunvericiliyə uyğun qaydada təşkil olunması,
süründürməçilik və bürokratizm
hallarına yol verilməməsi, ərizə və şikayyəti
doğuran səbəblərin ətraflı
araşdırılması və aradan qaldırılması
üçün tədbirlər görülməsi, vətəndaşlara
vaxtında konkret cavab verilməsi hər bir rəhbər
işçinin və vəzifəli şəxsin vəzifə
borcudur. Cənab Prezidentin tapşırığı və tələbi
budur ki, hər bir dövlət məmuru öz vəzifə
borcunu şərəflə yerinə yetirməlidir, insanlara
qulluq etməlidir və təvəzökar olmalıdır. Cəmiyyətdə
rəhbər işçilər, məmurlar özləri
nümunə olmalı, normal davranış qaydalarına riayət
etməli, adət–ənənələrimizə hörmətlə
yanaşmalı və onu qorumalıdırlar.
2012–ci ildə sosial–iqtisadi inkişaf sahəsində ölkəmizdə böyük uğurlar qazanılmışdır. Bu uğurlar onu göstərir ki, 2013–cü il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mövcud iqtisadi potensialından xalqımızın maraqlarına uyğun istifadə edilir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Qədirbilən tovuzlular birmənalı şəkildə ölkə başçısının daxili və xarici siyasət xəttini ürəkdən bəyənir və dəstəkləyirlər.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanov, sahibkar Zeynalabdın Zeynalov, səhiyyə şöbəsinin müdiri Paşa Muradov, telekominikassiya qovşağının müdiri Yaşar İbrahimov, Bayramlı kənd məktəbinin direktoru Ramiz Məmmədov, millət vəkilləri Rafiq Məmmədhəsənov, İlyas İsmayılov və Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov çıxış etmişlər.
Yığıncaq iştirakçıları adından Prezdent İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Qəhrəman
Qurbanov
Respublika.- 2013.- 3 mart.- S. 3.