Azərbaycanın
dünya iqtisadiyyatına uğurlu
inteqrasiyası
Bu gün Azərbaycan
müasir və demokratik
dövlət kimi sürətlə və
yüksək templə inkişaf edir. Mütərəqqi sosial–iqtisadi islahatlar davamlı
surətdə həyata keçirilir.
Yaradılan istehsal, emal
və xidmət sahələrinin müasir
və rəqabətqabiliyyətli olması üçün
operativ surətdə lazımi tədbirlər
həyata keçirilir, beynəlxalq əhəmiyyətlü
ən müasir layihələr
reallaşdırılır. Buna görə
də ölkədə ümumi daxili məhsul istehsalının artımı
davamlıdır. Azərbaycanda gedən quruculuq
və abadlıq işləri dünya birliyinin də diqqət mərkəzindədir.
Bu səbəbdəndir ki,
nüfuzlu beynəlxalq qurumlar
tərəfindən Azərbaycan ən islahatçı
ölkə kimi qeyd olunur. Dünyada gedən siyasi, iqtisadi
və sosial prosesləri vaxtında, düzgün qiymətləndirən, nəticə
çıxaran, milli mənafeləri nəzərə
alaraq operativ, səmərəli
təşəbbüslərlə fəaliyyət göstərən
Aərbaycan rəhbərliyinin siyasi iradəsi
bu uğurların zəminidir.
Beləliklə, artıq ölkə özünü bölgədə müasir, dünyəvi, güclü dövlət kimi təsdiqləyib və beynəlxalq əməkdaşlığımız bütün qitələrdə durmadan genişləndirir. Ölkənin hərtərəfli davamlı və uğurlu gələcəyə istiqamətlənmiş inkişafı artıq reallıqdır. Dövlətdə inkişaf yalnız neft sektoruna bağlı deyildir.
Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul zamanı ölkəmizin iqtisadiyyatının neft sektorundan asılığının minimuma endiyini və qeyri–neft sektorunun intensiv inkişaf etdirildiyini qeyd etmişdir: “Biz iqtisadiyyatın neft–qaz sektorundan asılılğını xeyli azaltmağa müvəffəq olmuşuq. Hətta ötən ilin yekunlarına görə, Azərbaycanda məhz texnologiyalar, innovasiyalar, iqtisadiyyatın qeyri–neft sektoruna qoyulan investisiyalar hesabına qeyri–neft–qaz sektorunda iqtisadi artım 10 faizə yaxın olub. Beləliklə, bu sahə, artıq dediyim kimi, bizim üçün mühüm prioritetlərdəndir”. Ölkə rəhbərliyi qarşıya məqsəd qoyub ki, iqtisadiyyat çoxşaxəli olsun və sahələr dominant tərəqqi etsin. Buna görə də ölkədə reallaşan infrastruktur layihələri ölkənin gələcək perspektivinə hesablanır. Dövlət proqramlarına əsaslanaraq həyata keçirilən bu layihələr ölkənin iqtisadiyyatının çoxşaxəliliyinə, yəni qarşıya qoyulan məqsədə çatmağa səbəb olub. Bu proses artıq yeni, daha yüksək mərhələyə keçib və davamlı surətdə genişlənir.
Regionların sosial–iqtisadi inkişafının ikinci Dövlət Proqramının son ilinin də uğurla yekunlaşacağıl şübhəsizdir. İqtisadi inkişafda beynəlxalq əməkdaşlıq məsələsinə çox böyük əhəmiyyət verən Azərbaycan ikitərəfli və çoxtərəfli əlaqələrin daim genişlənməsinə, dərinləşməsinə və strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına çalışır. Çünki bu keyfiyyətə malik əlaqələr sonda həm də siyasi mövqelərin yaxınlığına, eyni mövqelərə və nəticədə dünyada həm davamlı sülhə, stabilliyə, əməkdaşlığa səmərəli, möhkəm zəmin yaratmaqdadır.
Azərbaycan enerji mənbələrindən öz iqtisadiyyatının inkişafı üçün səmərəli istifadə edir. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə social–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı bu enerji siyasətinin mahiyyəti barədə demişdir: “Əlbəttə, enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir. Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Azərbaycan tərəfindən irəli sürülmüş yeni layihələr, yeni təşəbbüslıər dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan artıq öz üzərinə çox böyük məsuliyyət götürür. Xarici tərəfdaşlarla həm Azərbaycanda, həm də xaricdə birgə fəaliyyətimiz yeni pilləyə qalxır. Bu gün artıq Azərbaycan öz investisiyalarını xarici ölkələrə qoymağa başlayır. Bu, bizim üçün yeni bir prosesdir. Ancaq biz hazırlaşmışıq və dünyada Azərbaycan çox etibarlı investor və dost ölkə kimi tanınır”. Əlbəttə, beynəlxalq əlaqələrimiz, xüsusilə dost ölkələrin sayının artması və yeni biznes layihələri bizim iqtisadi maraqları təmin etməlidir.
Hər ilin sosial–iqtisadi inkişafının yekunları ölkədə gedən tərəqqinin əyani göstəricisidir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabətqabiliyyətliliyi baxımından bizim iqtisadiyyatımız MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə bağlı verilən məlumatlar da sübut edir ki, ölkə iqtisadiyyatı və həyata keçirilən iqtisadi–sosial islahatlar çox uğurludur. Beynəlxalq aparıcı reytinq agentlikləri dünyada böhranın sona çatmadığı bu illərdə belə bizim reytinqlərimizi artırıblar. Yəni bu onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir.
Ölkə, ümumiyyətlə, sosial–iqtisadi sahədə hazırlanan bütün layihələri uğurla həyata keçirməyə nail olmuşdur və bu proses çox operativ və uğurlu şəkildə davam edir. Təkcə 2009–cu ildən bəri Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyət başlamış və 360 min yeni iş yeri açılmışdır ki, bunun da 270 mini daimidir. Sosial–iqtisadi inkişafın sürəti Azərbaycanın maliyyə imkanlarının da durmadan artmasına güclü zəmin yaradıb. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 46 milyard ABŞ dollarından çoxdur. Bu da Azərbaycan kimi müstəqilliyini yeni qazanmış, bazar iqtisadiyyatına yeni keçən, həm də işğala məruz qalmış, ərazisinin 20 faizi zəbt olunmuş, bir milyon qaçqın və məcburi köçkünü olan bir ölkə üçün çox böyük və uğurlu göstəricidir. Digər tərəfdən, bu müvəffəqiyyətin 2009–cu ildən başlayan beynəlxalq iqtisadi və maliyyə böhranı şəraitində qazanıldığını nəzərə alsaq, bu inkişafın nə qədər əhəmiyyətli olduğu bir daha aydın olar. Aparılan uğurlu siyasət nəticəsində bütün bu illər ərzində ölkə iqtisadiyyatı dinamik inkişaf edib. Bir diqqətəlayiq mühüm cəhəti də qeyd etmək vacibdir. Qlobal böhran dünya iqtisadiyyatına çox ciddi zərbə vurmuş, xüsusən nəhəng beynəlxalq bazar olan Avropanın əksər dövlətlərində resessiyaya səbəb olmuşdur. Ən iri maliyyə qurumları belə iflasa məruz qalmışlar. Məhz belə bir şəraitdə Azərbaycan iqtisadi modelinin üstünlüyü özünü təsdiq etmişdir. Bir çox ölkələrin valyutaları devalvasiyaya uğramış, Azərbaycan isə valyutasının məzənnəsini sabit saxlamaq qərarı vermiş və ötən müddət bu addımın doğruluğunu da sübut etmişdir. Yəni belə şəraitdə ölkədə iqtisadi artım davamlı olmuş, makroiqtisadi və maliyyə sabitliyi qorunmuşdur. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun bir çox ölkələrə verdikləri tövsiyyələrin də heç bir xeyri olmamış, əksinə, onların həm iqtisadi, həm də maliyyə sahəsində vəziyyətlərini daha da ağırlaşdırmışdır. Lakin Azərbaycanda inkişaf davam etmişdir. Diqqət edin, yalnız 2008–2010–cu illərdə ölkənin valyuta ehtiyatları 23 milyard ABŞ dolları artmışdır. Maliyyə dövriyyəsində ən mühüm sahə olan bank sektoru da görülən vacib və səmərəli tədbirlərin nətricəsində inkişaf etmişdir. Göründüyü kimi, bütün bunlar iqtisadiyyat və maliyyə sahəsində aparılan müstəqil siyasət yürüdüqlməsi nətricəsində əldə olunmuşdur.
Azərbaycan regionun qüdrətli, Avropanın enerji təhlükəsizliyində ən etibarlı tərəfdaşı, mühüm beynəlxalq nəqliyyat mərkəzi və şaxələndirilmiş təchizat infrastukturuna malik dövlətidir. Lakin bu son hədd deyildir. Bu gün yenə də enerji təchizatı dövlətlərin sosial–iqtisadi inkişafında həlledici rola malikdir. Ona görə bu ölkələr özlərinin enerji təhlükəsizliklərinin təmini üçün etibarlı tərəfdaş axtarırlar. Azərbaycan isə artıq beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi özünü təsdiq edib. Azərbaycanın təbii ehtiyatları yeni enerji dəhlizləri yaratmağa imkan verir. Bu amil bir çox ölkələrin Azərbaycanla xüsusən enerji sahəsində əməkdaşlığa cəlb edir. Enerji dəhlizlərinin artması isə Azərbaycanın həm iqtisadi, həm siyasi, qüdrətinin,o cümlədən beynəlxalq nüfuzunun artmasında və milli təhlükəsizliyinin möhkəmlənməsində önəmli rol onayır. Səmərəli əməkdaşlıq digər ölkələrin də sosial–iqtisadi inkişafında və nəhayətdə milli təhlükəsizliyinin qorunmasında və möhkəmlənməsində mühüm prosesdir, bəzi hallarda isə bir çox dövlətlərin müstəqilliyinin və tərəqqisinin təminatçısına çevrilir. Bu iqtisadi əlaqələr dünya iqtisadiyyatının inkişafına yardım etməklə yanaşı, dövlətlərin iqtisadi inteqrasiyasına, sülhə və sosial tərəqqiyə dəstəyinin durmadan armasına səbəb olur. Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu il fevralın 27–də Azərbaycana rəsmi səfəri zamanı verdiyi bəyanatda bu həqiqəti təsdiq etmiş və geniş ictimaiyyətin də diqqətinə çatdırmışdır: “Azərbaycan həm regionda, həm qlobal müstəvidə vacib bir dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir. İstər regionda, istər geniş Avrasiya məkanında müsbət ab–havanın yaranmasında Azərbaycanın müstəsna xidmətləri vardır. Eyni zamanda, Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır… Bu gün Gürcüstanın iqtisadi təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilmişdir”.
Azərbaycan iqtisadiyyatının bütün sahələrində davamlı inkişaf vardır. Diqqətəlayiq haldır ki, sənaye potensialının inkişafı sabit hal almışdır. Prezident İlham Əliyev ölkəmizin dünya bazarına uğurla inteqrasiya etdiyi barədə demişdir: “Əlbəttə, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, biz dünya iqtisadiyyatına çoxdan intqrasiya etmişik və bazar iqtisadiyyatı prinsiplərinə sadiqik… Biz bütün ölkələrlə səmərəli, işgüzar münasibətlərə malikik. Bizim yeganə istəyimiz ondan ibarətdir ki, hər bir ölkə Azərbaycan ilə öz hüquqlarını bərabərhüquqlu tərəfdaş kimi qursun… Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir.
Ataş CƏBRAYILOV
Respublika.- 2013.- 3 mart.- S. 1.