Yüksək peşəkarlıq və operativlik

 

Müstəqillik illərinin ötən dövründə respublikamızın güc strukturlarının peşəkarlığında, işə səriştəli münasibətində yaxşılığa doğru böyük dəyişikliklər, təqdir və təbliğ olunmaqla yeniyeni uğurlar qazanılmışdır. Respublika Daxili İşlər Nazirliyinin fəaliyyəti də bu baxımdan diqqəti cəlb edir. Məhz Azərbaycan polisinin mübarizliyi, tapşırılan vəzifəyə yüksək məsuliyyəti sayəsində ölkədə cinayətkarlığa qarşı mübarizə daha da gücləndirilir, ictimai, siyasi sabitliyin təmin olunması üçün lazımi tədbirlər həyata keçrilir. Baş verən cinayət axtarışsız, onu törədən cinayətkarlar isə cəzasız qalmır.

Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Arif Babayevlə söhbətimizdə bu məsələlərə ötən ilin yekunlarını əks etdirən konkret faktlarla aydınlıq gətirildi.

 

Öncə bir məsələni qeyd edək ki, şöbədəki qaynarlıq, işgüzarlıq növbətçi polislərinin ayrı–ayrı ünvanlardan daxil olan buya digər siqnallarla əlaqədar birbaşa rəisə məruzə etmələri, hətta bəzi məlumatlarla əlaqədar təcili tədbir görülməsi üçün verilən tapşırıqlar, onların icrasına göstərilən operativ reaksiya Zaqatala polisinin hər bir cinayətin isti izlərlə açılmasına ciddi münasibəti barədə eşitdiklərimizin əyani təsdiqi idi. Polis həyatının adi bir mənzərəsini əks etdirən məqamların diqqətimizi cəlb etdiyini görən rəis Arif Babayevin “əməkdaşlarımız əməliyyat zamanı bundan bəlkə min dəfə artıq peşəkarlıq, operativlik göstərirlər” – deməsi həmin anlardan fikrimizi yayındırıb bizi əsas məsələyə, ötən ilin yekunları barədə qərarlaşdığımız söhbətə istiqamətləndirdi. O, söhbətinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009–2013– illəri əhatə edən regionların sosialiqtisadi inkişafına dair Dövlət Proqramının icrasının dördüncü ilinə həsr olunan respublika müşavirəsindəki çox kəskin, dəqiq ünvanlı, ölkədə qanunqaydalara riayət etməyin sıravi adamdan tutmuş dövlət məmuruna kimi hamının mütləq əməl etməsi tələbini qarşıya qoyan nitqinin polis orqanlarının da qarşısında daha ciddi, məsuliyyətli vəzifələr qoyması ilə başladı. Bildirdi ki, bütün bunlar dərhal operativ müzakirə olunub, bütövlükdə şöbənin, həmçinin ayrı–ayrı sahələrin tədbirlər və planlarına prioritet məsələ kimi daxil edilib, icrası gündəlik nəzarətə götürülüb. Rəis qarşıya qoyulan bu tapşırıqların, vəzifələrin icra edilməsi üçün kifayət qədər güclərinin də peşəkarlıqlarının da olduğunu vurğuladı. Çünki bunun üçün şöbədə sağlam mühit, qarşılıqlı inam, polisə xas olmalı mübarizliyin vəhdəti var. Bax elə buna görə də 2012–ci il kollektiv üçün uğurlu nəticələrlə yadda qalmışdır. Hüquq qaydalarının mökəmləndirilməsi, cinayətlərin törədilməsinə zəmin yaradan neqativ amillərin aradan qaldırılması və digər tədbirlərin həyata keçirilməsi sayəsində 2012–ci ildə ümumi cinayətlərin sayı 2011–ci illə müqayisədə 4,5 faiz azalmışdır. Ötən il ərzində baş vermiş 127 cinayət hadisəsinin 124–nün istintaqı tamamlanıb məhkəməyə göndərilmişdir. Ümumi cinayətlərin isə 96,9 faizi açılmışdır. Bu göstərici də 2011–ci ildəkinə nisbətən xeyli yaxşıdır. Şöbə əməkdaşlarının yüksək əzmkarlığı sayəsində cinayət törətdiklərinə görə axtarışda olan 8 nəfər təqsirləndirilən şəxsdən 7–nin il ərzində tutulması təmin olunmuşdur. İl ərzində rayon ərazisində baş vermiş 8 ağır və xüsusilə ağır növ cinayətlərin hamısı polisin peşəkarlığı və mübarizliyi sayəsində açılmışdır. 12 nəfərdən ibarət 5 cinayətkar dəstənin zərərsizləşdirilməsi və aparılan əməliyyat tədbirləri nəticəsində həmin dəstə tərəfindən törədilən 13 cinayətin üstünün açılması da Zaqatala polisinin yuxusuz gecələrinin, səriştəliliyinin bəhrəsi kimi qiymətləndirilməlidir. Keçən il rayon ərazisində xeyli sayda qanunsuz saxlanılan silahsursat aşkarlanıb götürülmüşdür.

İcraya qəbul olunan cinayət işlərinin 57–sinin istintaqı şöbə müstəntiqlərinin səyi ilə tamamlanıb. 62 nəfər barəsində 50 cinayət işi üzrə ittiham aktı məhkəməyə göndərilmişdir. Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi də diqqət mərkəzində olmuşdur. Bu barədə söhbət düşəndə dedilər ki, istintaqı tamamlanmış işlər üzrə zərərçəkmişlərə dəymiş 16 min 562 manat maddi zərərin ödənilməsi tam təmin edilmişdir.

Şöbənin təhqiqat qrupunun fəaliyyətində də uğurlu göstəricilər yetərincədir. 2012–ci ildə rayonda narkomaniya ilə bağlı təsirli tədbirlər həyata keçirilmişdir. Aparılan əməliyyat–axtarış tədbirləri nəticəsində bu istiqamətdə 8 fakt aşkar olunmuşdur. Onlardan 2–si narkotik vasitələrin qanunsuz saxlanılması, 1–i isə narkotik tərkibli bitkilərin əkini ilə bağlı olmuşbuna görə 3 nəfər barəsində inzibati qaydada tədbir görülmüşdür. Yuxarıda qeyd olunan cinayət faktları üzrə 5 kiloqram 487,61 qram çəkidə marixuana aşkar olunub götürülmüşdür. 9,1 hektar ərazidə 28 ton 100 kiloqram çəkidə yabanı halda bitmiş çətənə kolları aşkar olunub yandırılaraq məhv edilmişdir.

Şöbənin sahə inspektorlarının, ictimai təhlükəsizlik bölməsinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun, dövlət yol polis bölməsinin fəaliyyətinin də tələblər səviyyəsində olması üçün tədbirlər həyata keçirilmiş, uğurlu nəticələrin sayı xeyli artırılmışdır. Bu sahələrin işindən söhbət düşəndə şöbə rəisi Arif Babayev aşağıdakıları söylədi:

–Sahə inspektorları yerlərlə əlaqənin möhkəmləndirilməsində mühüm rol oynayırlar. Şəhər, kənd və qəsəbələrimizdə hüquq qaydalarına necə nəzarət olunması, profilaktik tədbirlərin aparılması, narahat adamların nəzarətdə saxlanılması, onlarla işin gücləndirilməsi birbaşa onların gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir. Qeyd edim ki, onlar vəzifələrinin öhdəsindən gəlmək üçün əllərindən gələni əsirgəmirlər. Təkcə ötən il ərzində sahə inspektorlarımız tərəfindən ayrı–ayrı hüquqa zidd əməllər törətmiş 268 nəfər şəxs barəsində inzibati protokol tərtib edilmiş və onların hər biri barəsində tədbir görülmüşdür. Ötən il sahə inspektorları tərəfindən 19 nəfər münaqişəli ailə qeydiyyata götürülmüş və onların ətrafında zəruri profilaktik tədbirlər həyata keçirilir.

Dövlət Yol Polisi bölməsinin fəaliyyəti də daim şöbə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. 2012–ci il ərzində bölmənin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər həyata keçirilmişdir. Qaydaları buya digər şəkildə pozan 5080 nəfər barəsində inzibati protokol tərtib olunmuşdur. Təhlil göstərir ki, sükan arxasına sərxoş halda, sürücülük vəsiqəsi olmadan əyləşənlər, yol hərəkəti nişanlarına riayət etməyənlər hələ də varonlara qarşı mübarizə günün başlıca vəzifəsidir. Prezident İlham Əliyevin bu günlərdə keçirilən ümumrespublika tədbirindəki nitqində bu sahədə də qarşıya qoyduğu çox ciddi vəzifələrlə əlaqədar şöbəmizdə geniş tədbirlər müəyyənləşdirilmiş, bölmənin əməkdaşlarına ciddi tapşırıqlar verilmişdir. Artıq əməli fəaliyyətə başlanmış, ilkin olaraq çox kəsərli tədbirlər görülmüşdür.

Ümumiyyətlə, Zaqatalada ictimaisiyasi sabitliyin qorunması, hüquq qaydalarının daha da möhkəmləndirilməsi işlərində ictimaiyyətin qüvvəsindən istifadəyə, ən başlıcası rayonda bu istiqamətdə maarifləndirilmə işlərinin gücləndirilməsinə xüsusi önəm verilir. Rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Tofiq Əhmədov həmin fikrə belə aydınlıq gətirdi:

—Bəli, cinayətkarlığa qarşı mübarizədə hüquqi biliklərin təbliğinin, maarifləndirilmənin rolu danılmazdır. Biz rayonun hüquq–mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətimizdə bu məsələyə xüsusi önəm veririk. Onların nümayəndələrinin iştirakı ilə keçirilən səyyar görüşlərdə, digər müxtəlif tədbirlərdə bu barədə konkret təhlillər aparılır.

2013– ilin başlanğıcı onu deməyə əsas verir ki, Zaqatalada sosialiqtisadi həyatın bütün sahələrində görülən uğurlu işlər rayonun hüquq–mühafizə orqanlarının, o cümlədən sözügedən polis şöbəsinin gündəlik fəaliyyətində də aydın görünür.

 

 

Rasim AMANOV

 

Respublika.- 2013.- 5 mart.- S. 5.