Azərbaycan idmanı yeniyeni zirvələri fəth edir

 

Ulu öndərin zəngin siyasi təcrübəsi, uzaqgörənliyi və dəyanəti sayəsində 1993–cu ildən keçən müddət ərzində həyatın bütün sahələri üzrə mühüm dəyişikliklər baş verdi. Bazar iqtisadiyyatına keçid sürətləndi. Heydər Əliyev müstəqil dövlət yaratdı, insanlara ümid verdi. Müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin–amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb oldu. Qısa müddət ərzində Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib. Artıq iqtisadi inkişafın Azərbaycan modeli özünü dünyada təsdiq etməkdədir.

 

1993– ildən ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, idmana da diqqət artırıldı. Məhz ulu öndərin Azərbaycanda idmana göstərdiyi diqqət və qayğı, idman sahəsindəki siyasət ölkə idmanında qazanılan nailiyyətlərin təməlini qoydu. İdmançılarla görüşlər keçirildi, fərqlənənlər mükafatlandırıldı və Prezidentin fərdi təqaüdlərinə layiq görüldülər, ordenmedallarla təltif olundular. Ulu öndərin təşəbbüsü ilə respublikamızda idmanı daha da inkişaf etdirmək məqsədilə bir sıra mühüm qərarlar qəbul edildi, müvafiq fərman və sərəncamlar imzalandı.

Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması, idmanın inkişafı məqsədilə ulu öndərimiz 1994– ilin 26 iyul tarixindən Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzaladı. Heydər Əliyev yeni yaratdığı Gənclər və İdman Nazirliyi qarşısında konkret vəzifələr müəyyənləşdirdi. Bu vəzifələr Azərbaycan dövlətinin gənclər siyasətinin düzgün icrasından, Azərbaycanda idmanın inkişafından, ölkəmizin qüdrətli bir dövlətə çevrilməsi naminə gənclərın imkanlarından daha dolğun istifadə edilməsi və bütün bunlar üçün sosialiqtisadi, siyasihüquqi təşkilati şərait yaradılmasından ibarət idi.

1995–ci ilin martında respublika gəncləri ılə görüşən ulu öndərimiz onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. “İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, siz bunu daima hiss edəcəksiniz, – deyən ölkə başçısı, doğrudan da, idman tariximizdə misli görünməmiş səvıyyədə nailiyyətlənn qazanılmasına şərait yaratmışdır. Həmçinin, bizə medallardan daha vacib insanların sağlamlığının lazım olduğunu önə çəkmişdır. Bu dövrdə “Bədən tərbiyəsi və idman haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanunlar qəbul edildi, ölkə idmanının inkışafına xidmət edən təkmilləşdirilmiş qanunvericilik bazası yaradıldı. İdmançıların yaşayış səviyyəsi və təlim–məşq şəraiti ildən–ilə yaxşılaşdırıldı.

Ulu öndərimiz ölkə həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər sırasında idman nailiyyətlərinin öz dəyərinin olduğunu xüsusi önə çəkmişdir. 1995–ci ilin dekabrında beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılarla görüşündə Heydər Əliyev bu məsələ ilə bağlı demişdir: “Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək nailiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasının dünyada tanıdılmasından ibarətdir”.

1997–ci il iyul ayının 31–də Azərbaycanın idman tarixində yeni bır mərhələnin əsası qoyuldu. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə cənab İlham Əliyev seçildi. İdman federasiyaları və cəmiyyətlərı MOK–un bayrağı altında vahid bir ailə kimi birləşdilər. 2004– ildə ölkədə bədən tərbiyəsi və idmanın gələcək illərdə sistemli inkişafı, bu sahənin hüquqi, iqtisadi, sosial bazasının möhkəmləndirilməsini təmin edəcək “Azərbaycan Respublikasında 2004–2008–ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramı” təsdiqlənmişdir. Daha sonra idmanın kütləviləşməsi və inkişafı yolunda görülən tədbirlərin davamı kimi dövlət başçısı İlham Əliyev 2005–ci ilin 4 martında sərəncam və fərman imzalamışdır. Sərəncam “Bədən tərbiyəsi və idman gününün müəyyənləşdirilməsi, fərman isə ölkə idmanının inkişafında yüksək xidmət göstərmiş şəxslərə veriləcək “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adının təsis edilməsi ilə bağlıdır.

Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2012–cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2012–ci ilİdman ilielan edilmişdir. Sərəncamda deyildiyi kimi, məqsəd ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genışləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idmanOlimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın London olimpiadasında, dünyaAvropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsidir.

Olimpiya oyunları dünyada keçirilən ən möhtəşəm, ən mötəbər tədbirdir. Milyonlarla insan bu oyunları böyük maraqla izləyir. Milyonlarla insan Olimpiya oyunlarında Azərbaycan himninin səslənməsini, bayrağının ucalmasını, qələbələrini izləyib. Bu, bizim üçün olduqca böyük şərəfdir. Ümummilli liderimiz Heydər Əliyevin bu barədə ibrətamiz bir fikri var: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

London Yay Olimpiya Oyunları Azərbaycanın sözün əsl mənasında idman dövləti olduğunu bir daha sübut etdi. Ölkə rəhbəri möhtərəm İlham Əliyevin Olimpiya hərəkatında məqsədyönlü və səmərəli fəaliyyəti, idmana, idmançılara, məşqçilərə davamlı diqqət və qayğısı sayəsində Azərbaycanın dövlət himni və üçrəngli bayrağı dünyanın qitələrini fəth etməkdədir. Bu Olimpiya oyunlarında 204 ölkə iştirak edirdi. Azərbaycan bu yarışda 30–cu yeri tuta bildi. Medalların sayına görə 24– yerə çıxa bildik. Avropa ölkələri arasında 15–ci, müsəlman ölkələri arasında isə 3– yer… Azərbaycan idmançıları 10 medal qazandı—2 qızıl, 2 gümüş, 6 bürünc medalBu, doğrudan da, böyüktarixi nailiyyətdir. Onu da qeyd edim ki, 2000–ci ildə Sidneydə keçirilən Olimpiya yarışlarında 2 qızıl, 1 bürünc medal, 2004– ildə isə Afinada 1 qızıl, 4 bürünc medal, 2008–ci ildə Pekində 1 qızıl, 2 gümüş 4 bürünc medal qazanmışdılar. Bu nailiyyyətlər ilbəil artır, Azərbaycan dövlətinin siyasi kursunda idman və bədən tərbiyəsinin inkişafı məsələlərinin çox mühüm yer tutduğunu təsdiqləyir.

Olimpiya hərəkatında fəal iştirakımız Azərbaycanda beynəlxalq yarışların, o cümlədən Avropa, dtinya çempionatlarının, dünya kuboku yarışlarının və olimpiya lisenziya turnirlərinin keçirilməsi, idmançılarımızın xarıcı ölkələrdəki yarışlarda müvəffəqiyyətlə çıxış etmələri, güclü idman infrastrukturunun yaradılması, idmana dövlət qayğısının artması və digər amillər Azərbaycanın idman ölkəsi kimi imicini formalaşdırır.

Bundan başqa, respublikada idman növlərinin inkişaf etdirilməsi və təbliğ olunması, yeniyetmələrın ıdman ustalıqlarının artırılması, idman məktəblərinin işinə baxış, yığma komandaların heyətlərinin müəyyənləşdirilməsi, istifadəyə verilmiş Olimpiya idman komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi məqsədilə xeyli görülmüşdür.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın madditexniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə digər dünya çempionatlarının keçirilməsi, bunu bir daha təsdiq edir.

Artıq mübaliğəsiz demək olar ki, Azərbaycan idman ölkəsi kımi dünyada özünə layiqli yer tutub. Bu uğurlarla fəxr etməyə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının da haqqı var. Belə ki, Azərbaycanı Olimpiya oyunlarında və digər yarışlarda təmsil edən idmançılar və onların məşqçilərinin hamısı akademiyamızın tələbə və məzunlarıdır.

Bakıda Zaqafqaziya Cismani Mədəniyyət İnstitutu adı ilə 1930–cu ildə fəaliyyətə başlamış təhsil ocağı bölgədə ali bədən tərbiyəsi təhsili üzrə kadrlar hazırlayan ilk tədris müəssisəsi olmuşdur. 1972–ci ildən institut yeni binaya köçdükdən sonra tələbələrin və kafedraların sayı artmış, tədris müəssisəsinin stadionu istifadəyə verilmiş və tədrisin keyfiyyəti yüksəlmişdir. Hazırda Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında 3000–dən çox tələbə təhsil alır. Bu nailiyyətlər ilbəil artır, Azərbaycan dövlətinin siyasi kursunda idman və bədən tərbiyəsinin inkişafı məsələlərinin çox mühüm yer tutduğunu təsdiqləyir. Uğur əldə etmiş idmançılarımız “Şöhrət’” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Eləcə də onlara ölkə rəhbəri tərəfindən olimpiya təqaüdləri və Heydər Əliyev Fondunun təsis etdiyi təqaüdlər verilmişdir. Bu bir daha sübut edir ki, hər bir idmançı və onların uğuru dövlətin diqqət mərkəzindədir. Bu isə onları növbəti uğurlara, qələbələrə daha da ruhlandırır. Azərbaycan idmanı inkişaf dövrünü yaşayır.

Fürsətdən istifadə edib bütün idmançıları “Bədən tərbiyəsi və idman günü” münasibətilə təbrik edir, yarışlarda Azərbaycanın üçrəngli bayrağının həmişə uca zırvələrdə dalğalanmasını arzulayıram.

 

 

Ağacan ABİYEV,

Bədən Tərbiyəsi və İdman

Akademiyasının rektoru, Milli Olimpiya

Komitəsinin baş katibi, Milli Məclisin üzvü.

 

Respublika.- 2013.- 5 mart.- S. 4.