ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

Respublika”.

 

(əvvəli 12, 13, 15, 16, 17, 19, 20, 21, 22, 23, 24, 26, 27 fevral, 1, 2 3 və 5 mart tarixli saylarımızda)

 

Ümumiyyətlə, 1988–1991–ci illər ərzində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə yaxın azərbaycanlı qovulmuşdu. Azərbaycanlılara məxsus 51 min ev, 165 sovxoz və kolxozun əmlakı ermənilərə qalır, azərbaycanlı əhalinin çoxlu mal–qarası ermənilər tərəfindən talanır. 225 nəfər azərbaycanlı öldürülür, 1.154 nəfər yaralanır, yüzlərlə adama işgəncələr verilir.

“Ülfət” qəzeti 1992–ci il fevralın 22–də SSRİ Prokurorluğu və Azərbaycan istintaq orqanlarının Ermənistandan qovularkən öldürülən azərbaycanlıların rayonlar üzrə adbaad siyahısını dərc etmişdi. Siyahı üzrə 216 nəfər, o cümlədən 57 qadın, 5 südəmər və 18 müxtəlif yaşlarda uşaqlar qətlə yetirilmişdir.

Bunun müqabilində isə Azərbaycandakı ermənilər nəinki sağ–salamat köçüb getmiş, hətta evlərini istədikləri kimi satmış, dəyişmiş, ev əşyalarını isə dövlət hesabına daşıyıb aparmışlar.

Maraqlıdır ki, azərbaycanlılar Ermənistan ərazisini tamamilə tərk etdikdən sonra M.Qorbaçov qaçqınlığın qarşısını almaq barədə fərman verir. Bu vaxt isə ermənilərin kütləvi surətdə Azərbaycanı tərk etməsi prosesi başlayırdı. Bu fərman məqsədli şəkildə ermənilərin Azərbaycandan getməsinin qarşısını almağı nəzərdə tuturdu. Ermənilər qaçdıqda belə Bakıda onların boş evləri dövlət tərəfindən qorunurdu. Digər tərəfdən, Bakıda yaşayan ermənilər aylarla işə çıxmır, bunun müqabilində isə hər ay təkcə maaşlarını deyil, həm də mükafat alırdılar. Erməniləri işdən çıxaran idarə və müəssisə rəhbərləri isə ciddi cəzalandırılırdı.

 

***

 

SSRİ–nin DAĞILMASI,

ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI SİLAHLI TƏCAVÜZÜ

 

d) Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan orduları tərəfindən işğalı.

Ermənilər M.Qorbaçovun 1985–ci ildə yenidənqurmasından mümkün qədər tam yararlanaraq Dağlıq Qarabağı və ətraf rayonları ələ keçirməyə müvəffəq oldu.

1987–ci ilin oktyabr plenumunda H.Əliyevin istefaya göndərilməsi ermənilərin əl–qolunu açdı. M.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi A.Ağanbekyanın Fransadakı erməni diasporu qarşısında etdiyi çıxışının nəticələri özünü çox gözlətmədi. Artıq 1988–ci il fevralın 13–də Xankəndidə Vilayət Partiya Komitəsinin binası qarşısında ilk mitinq keçirilir. Mitinqə 400 nəfərə yaxın adam çıxarılmışdı. Onların üzlərində ermənilərə məxsus qorxu və təlaş duyulmaqda idi. Mitinqin təşkilatçıları olan “Krunk”un üzvləri isə onları dağılmağa qoymurdu.

“Krunk”un sədri Qarabağ mərmər zavodunun direktoru təkcə Dağlıq Qarabağda deyil bütün Azərbaycanda mərmər paylamaqda “xüsusi səxavət sahibi” olan Arkadi Manuçarov idi. A.Manuçarov bu mitinqi Azərbaycan rəhbərliyindən və xalqından “xahiş mitinqi” adlandırırdı.

DQMV Partiya Komitəsinin, Şuşa rayonundan büro üzvü olan, Şuşa Rayon Partiya Komitəsinin birinci katibi Niyazi Hacıyevin verdiyi məlumata görə, həmin il fevralın 18–də Azərbaycan KP MK–nın ikinci katibi V.Konovalov Vilayət Partiya Komitəsinin büro iclasındakı çıxışında bildirir: “Bizə məlumdur ki, mitinqləri “Krunk”, “Krunk”u isə burada əyləşən bir qrup vilayət rəhbəri idarə edir. Tezliklə bu təşkilatçılar barəsində çox ağır və radikal ölçülər götürüləcəkdir”.

Azərbaycan Təhlükəsizlik Komitəsinin məlumatına görə, bu cür təxribatları başda Q.A.Poqosyan olmaqla təşkil edən Dağlıq Qarabağdakı 11 nəfər rəhbər işçi həbs olunmalı idi. Bu məlumata dərhal razılıq vermək əvəzində Azərbaycan KP MK–nın birinci katibi K.Bağırov məsləhət üçün M.Qorbaçova zəng edir. M.Qorbaçov isə ona qəti etirazını bildirir. Elə bu vaxt məlum olur ki, hələ V.Konovalov Xankəndidə olarkən artıq ermənilər Moskvaya Şahnazarova zəng etmiş V.Konovalovun dediklərini M.Qorbaçova çatdırmışlar.

Həmin il fevralın 19–da Vilayət Partiya Komitəsinin geniş büro iclası keçirilir. Müzakirələr zamanı ermənilər sosial–iqtisadi təzyiqə məruz qaldıqlarını bəyan etdikdə orada iştirak edən azərbaycanlılar daha konkret faktlara müraciət edirlər. Onlar göstərirlər ki, bu necə sosial–iqtisadi təzyiqdir ki, Q.Poqosyanın sədr olduğu Aqrar Sənaye Komitəsi sistemindəki 100 nəfərdən yuxarı rəhbər işçilər arasında bir nəfər də olsun azərbaycanlı yoxdur, kommunal təsərrüfat sistemində işləyən 300 nəfər işçidən (süpürgəçi, fəhlə və s.) 200 nəfərdən çoxu azərbaycanlıdır.

1988–ci il fevralın 23–də Sov. İKP MK katibi Q.Razumovski başda olmaqla Moskvadan gələn nümayəndə heyəti K.Bağırov Azərbaycan KP MK–nın bir neçə büro üzvünün iştirakı ilə DQMV Partiya Komitəsinin büro plenum iclaslarını keçirirlər. V.Gevorkov birinci katib vəzifəsindən azad edilərək onun yerinə Dağlıq Qarabağda baş verən bütün hadisələrin əsas təşkilatçısı H.Poqosyan seçilir. Həm iqtisadiyyat sahəsindəkiəməllərinə”, həm millətçilik ideyalarının qızışdırılmasındakıxidmətlərinə görəhəbsxanaya getməli olan H.Poqosyan vilayətdə birinci şəxsin kreslosuna oturdulur.

Fevralın 25–də Vilayət Partiya Komitəsinin fəallar yığıncağı adı iləKrunktəşkilatının xüsusi iclasını keçirən H.Poqosyan yığıncaq iştirakçılarını bütün kütlələri ayağa qaldırmağa çağırır. Bu işdə M.Qorbaçov, S.Şahnazarov Moskvada yaşayan, rəhbər vəzifədə olan digər ermənilərin onları dəstəklədiyini elan edir.

Fevralın 26–da M.Qorbaçov Azərbaycan Ermənistan zəhmətkeşlərinə müraciət edir. Onun müraciətindəki “DQMV– yığılıb qalan nöqsanlar çətinliklər az deyildir “biz müxtəlif ideyaların təkliflərin açıq müzakirəsindən boyun qaçırmağın tərəfdarı deyilikifadələri ermənilərə öz hərəkətlərini daha da fəallaşdırmağa ümid verir.

1988–ci il fevralın 27–də Sov. İKP MK–nın məsul işçisi, əslən Dağlıq Qarabağdan olan, Azərbaycanın çörəyi ilə böyüyərək firavan həyat sürmüş Karen Brutens guya məsələləri nizamlamaq məqsədilə Xankəndiyə göndərilir. O, burada məsələni nizamlamaq əvəzinə əslində ermənilərlə çox məxfi aparır. O, Moskvaya döndükdən sonra Qarabağ erməniləri təkcə Xankəndidə deyil, habelə vilayətin digər rayon mərkəzlərində mitinqlər keçirməyə başlayırlar.

Ermənilər açıq mübarizəyə keçmək üçün bəhanə axtarırdılar. Bəhanə üçün isə Sumqayıt seçilir. Bu da təsadüfi deyildi. Azərbaycanın digər şəhərlərində bu hadisəni törətmək qeyri–mümkün idi. Sumqayıt şəhərində, demək olar ki, keçmiş SSRİ–nin bütün millətlərinin nümayəndələri, əhali arasında çoxlu cinayətkar ünsürlərin olması buna əlverişli imkan yaradırdı.

Sumqayıt hadisələri zamanı cinayət törədənlər arasında təkcə azərbaycanlılar deyil, ləzgilər, ruslar, ermənilər var idi. Paşa ləqəbli erməni Qriqoryan isə bu hadisələr zamanı xüsusi qəddarlıq göstərmişdi. Bir sözlə, Sumqayıt hadisələri ermənilər tərəfindənməharətlə planlaşdırılmış xüsusi aksiya idi”.

Həmin hadisələrin sabahı günü bütün radio stansiyalarıqan iyindən ağıllarını itirən azərbaycanlıların erməniləri öldürdükləribarədə xəbərlər yayır. Avropa Amerikanın bütün televiziya kanallarıSumqayıt hadisələrini əks etdirən dəhşətli kadrlargöstərirlər. Hadisələrin ertəsi günü XankəndidəSumqayıt soyqırımı qurbanlarınaabidə ucaldılır.

Sumqayıt hadisələri haqqında respublikamızda ilk xəbər isə yalnız Azinform tərəfindən martın 3–də verilir. GuyaSumqayıtda bir dəstə xuliqan şuluqluq salmış, faciəli hərəkətlər baş vermiş, tələfatlar varCinayətkar hərəkətlərdə ifşa olunmuş şəxslər hüquq mühafizə orqanları tərəfindən yaxalanmışlar. SSRİ Baş prokurorunun istintaq qrupu cinayətlərin təhqiq olunması cinayətlərdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür”.

M.Qorbaçovun razılığı ilə başlanan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərəkatı getdikcə daha da genişlənir, xaricdəki erməni diasporu, Eçmiədzin kilsəsinin rəhbərlik etdiyi bütün dünyaya səpələnmiş erməni Qriqoryan kilsəsi Sumqayıt hadisələrini əldə dəstəvüz edərək Azərbaycana qarşı geniş təbliğat kampaniyası aparır.

1988–ci il martın 23–də Kremldə A.Qromıkonun sədrliyi ilə keçən SSRİ Ali Soveti Rəyasət heyətinin iclasında Dağlıq Qarabağda, Azərbaycan SSR– Ermənistan SSR–dəki hadisələr barəsindəki müttəfiq respublikaların müraciətləri ilə əlaqədar tədbirlər haqqında məsələ müzakirə edilir. Qəbul olunmuş qərarda deyilirdi: “Mürəkkəb milli ərazi məsələlərini dövlət hakimiyyət orqanlarına təzyiq yolu ilə, emosiyaların ehtirasların qızışdırılması, SSRİ Konstitusiyasında təsbit olunmuş milli dövlət sərhədlərini milli inzibati dəyişikliklər uğrunda çıxış edən cürbəcür özbaşına qurumlar yaradılması şəraitində həll etməyə cəhd göstərmək yolverilməz sayılsın, çünki belə cəhdlər gözlənilməz nəticələr verə bilər”.

Martın 28–də “Pravda” qəzetinin Azərbaycan üzrə müxbiri Z.Qədimbəyovun həmin qəzetdəQardaşlar arasındasənin–mənimolmamalıdırməqaləsi çıxır. Təəssüflər olsun ki, 1920–ci ildən başlayaraqQardaşlar arasındasənin–mənimolmamalıdırdeyə–deyə qədər torpaqlarımızı itirdik, şəhidlər verdik.

Azərbaycanda biz bu düşüncələrlə yaşadığımız bir zamanda artıq mart ayında Ermənistan SSR–dən Ermənistan rəhbərliyinin xeyir–duası ilə saqqallılar tərəfindən terrorizə edilərək qovulan azərbaycanlılar Azərbaycana pənah gətirir. Ermənistandan gələn qaçqınların bir hissəsi Şuşada sanatoriyalarda, internatlarda istirahət evlərində yerləşdirilirdi. Lakin axın gəlməkdə davam edirdi. Şuşa Qağlıq Qarabağın digər kəndlərinin azərbaycanlı əhalisi bir çox qaçqın ailələrini öz evlərində yerləşdirirdilər.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 7 mart.- S. 10.