Aztelekom” İB–nin möhtəşəm tədbiri

 

İnformasiyakommunikasiya texnologiyaları sahəsinin ən son nailiyyətlərini ölkəmizin bütün regionlarında da tətbiq etməklə “rəqəmsal uçurumun aradan qaldırılması istiqamətində mühüm islahatlara həyat vəsiqəsi vermişAztelekomİstehsalat Birliyi regionlarda, xüsusilə də ucqar yaşayış məntəqələrində yaşayan sakinlərin elektron xidmətlərdən daha aktiv istifadə etmələri üçün yeni layihəyə start verir. Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, şəbəkənin tam elektronlaşdırılması, istənilən yerdə internetə məhdudiyyətsiz çıxış imkanının yaradılması kimi layihələri uğurla həyata keçirmişAztelekomİstehsalat Birliyinin kollektivinin cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “İnformasiyakommunikasiya texnologiyaları ilielan edilmiş və İKT sahəsində köklü dəyişikliklərin başlanğıc ili olacaq 2013– ildə daha böyük layihələrə imza edəcəyi sübhəsizdir.

Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003–2012–ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycanda “Elektron hökumət” quruculuğu istiqamətində işlər intensivləşdikcə müxtəlif dövlət qurumları tərəfindən əhaliyə təklif olunan elektron xidmətlərin çeşidi də artır. Dövlət strukturları haqqında müvafiq məlumatların açıq şəbəkədə yerləşdirilməsi ilə artıq hər bir vətəndaş istənilən nazirlik, komitə, mənzil–təsərrüfat idarəsi, səhiyyə, təhsil müəssisələri və s. qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etməklə məmurla vətəndaş arasında birbaşa təması minimuma endirərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasında mühüm amil olan elektron xidmətlərdən regionlarda geniş istifadənin təməlində əlbəttə ki, ilk növbədə sürətli internetin hər bir potensial istifadəçi üçün əlçatan olması dayanır.

2013– ilin Azərbaycan Respublikasında “İnformasiyakommunikasiya texnologiyaları ilielan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamında göstərilən istiqamətlər və tapşırıqlara uyğun olaraq, “Aztelekom” İB–də də geniş proqram hazırlanıb, həyata keçirilməsinə başlanılmışdır. 2013–2015–ci illəri əhatə edən “Aztelekomİstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi” çərçivəsində 300 min nömrənin rekonstrusiya edilməsi şərtilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsi nəzərdə tutulur.

Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetsiz keçinmək, demək olar ki, mümkünsüzdür. Ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyasının təmin edilməsində “Aztelekom” İB–nin payı kifayət qədər böyük və əhəmiyyətlidir. Belə ki, regionlarda genişzolaqlı internetin inkişafı, istifadəçilərin bu xidmətdən daha rahatdaha çox yararlanması “Aztelekomİstehsalat Birliyi üçün başlıca şərtlərdəndir. Məhz bu baxımdan birlik kommersiya maraqları güdmədən, bölgələrdə internetin daha geniş istifadəsinə nail olmaq üçün 2004– ildə “aztelekom.net” internet provayderini təsis etdi. Regionlarda internetin hər kəsə əlçatan olmasında müstəsna rolu olan “aztelekom.net” internet provayderiAztelekomİstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə “parolsuz giriş imkanı verən xidmətin tətbiqinə başladı. Belə ki, “178 – “parolsuz İnternet” xidməti istifadəçiləri internetə qoşulmaq üçün müqavilə bağlamaqya internet kartlarını əldə etmək məcburiyyətindən azad etdi.

Tədbirdə “Aztelekomİstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi” çərçivəsində şimal bölgəsində – Quba, XaçmazQusar Telekommunukasiya qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olundu.

Quba Telekommunukasiya Qovşağında 16956 nömrə və 2244 ADSL tutumlu 37 ədəd EATS var ki, bunlardan 3 ədəd şəhər EATS, 34 ədəd kənd EATS–dir. 34 kənd–qəsəbə EATS–in birləşdirici xəttlərindən 28–i fiberoptik kabel üzərindəndir.

Layihə üzrə 80 kənddə 11872 nömrə abunə tutumlu və 7992 ADSL portlu yeni EATS–lərin tikintisi nəzərdə tutulub.

Xaçmaz Telekommunukasiya Qovşağında 14224 nömrə və 1466 ADSL tutumlu 33 ədəd EATS var ki, bunlardan 4 ədəd şəhər EATS, 29 ədəd kənd EATS–dir. 29 kənd–qəsəbə EATS–in birləşdirici xəttlərindən 22–si fiberoptik kabel üzərindəndir.

Layihə üzrə 79 kənddə 11264 nömrə tutumlu və 7248 ADSL portlu yeni EATS–lərin tikintisi nəzərdə tutulub.

Qusar Telekommunukasiya Qovşağında 9792 nömrə və 2244 ADSL tutumlu 39 ədəd EATS var ki, bunlardan 2 ədəd şəhər EATS, 37 ədəd kənd EATS–dir. 37 kənd–qəsəbə EATS–in birləşdirici xəttlərindən 23–ü fiberoptik kabel üzərindəndir.

Layihə üzrə 52 kənddə 5392 nömrə tutumlu və 3600 ADSL portlu yeni EATS–lərin tikintisi nəzərdə tutulub.

Aztelekomİstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi” çərçivəsində alternativ Şamaxı–Quba fiberoptik magistral kabel xəttinin çəkilişi, “aztelekom.net” İnternet Şəbəkəsinin genişləndirilməsi, Quba mərkəzi S–12 TOLL (şəhərlərarası) stansiyalarının və QusarXaçmaz TKQ–lərin mərkəzi EATS–lərinin NGN texnologiyası əsasında yenidən qurulması, daxili xətt şəbəkəsində optik kabelin abunəçilərə yaxınlaşdırılması texnologiyasının (ONU) tətbiqi (mərkəzi stansiyamagistral Paylayıcı Şkaf arası), mövcud və layihələndirilən kənd EATS–lərində əlavə olaraq eyni zamanda səs, data və video xidmətləri göstərməyə imkan verən Multiservise and Accsess Node (MSAN) avadanlığının quraşdırılması, layihələndirilən kənd EATS binalarının tikilməsi, layihələndirilən kənd EATS–lərinə birləşdirici optik kabelin çəkilməsi və daxili xətt şəbəkəsinin tikintisi, genişzolaqlı xidmətlərin tətbiqilə əlaqədar texniki parametrləri normada olmayan son mil abunəçi xətlərinin (S–1, S–2, P–274 və s.) dəyişdirilməsi reallaşdırılacaq.

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etməsi tədbirin xanım iştirakçılarına hədiyyələrin verilməsi və mügənnilərin bir–birindən gözəl ifaları isə tədbirə xüsusi təravət qatdı.

“Aztelekom.net” internet provayderi tərəfindən internetdə “online” rejimdə yayımlanan tədbirdə “Aztelekomİstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun təbriki səsləndi, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə yaradılmış şəraitə görə minnətdarlıq bildirildi.

 

 

Əli SADIQOV

 

Respublika.- 2013.- 8 mart.- S. 13.