ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

Respublika”.

 

(əvvəli 12, 13, 15, 16, 17, 19, 20, 21, 22, 23, 24, 26, 27 fevral, 1, 2 3, 5 və 7 mart tarixli saylarımızda)

 

Yuxarıda ətraflı qeyd edildiyi kimi, 1988–ci il martın 24–də Sov. İKP MK və SSRİ Nazirlər Soveti “1988–1995–ci illərdə Azərbaycan SSR DQMV–nin sosial–iqtisadi inkişafını gücləndirmək tədbirləri haqqında” xüsusi qərar qəbul edir.

Xankəndi şəhər İcraiyyə Komitəsi özünün 1988–ci il 5 mart tarixli qərarı ilə gizli işləyən “Krunk” təşkilatını rəsmi olaraq Dağlıq Qarabağı Ermənistanla birləşdirici komitə kimi təsdiq edir.

Aprelin 24–də Xankəndi şəhər İcraiyyə Komitəsinin qərarı ilə ilk dəfə olaraq 1915–ci il erməni “Soyqırımı”nın anma mərasimi keçirilir və orada 9 minə yaxın erməni iştirak edir.

Dinc tətillər vasitəsilə təzyiq edərək DQMV–nin Ermənistana birləşdirilməsinə inamlarını itirən ermənilər terror, güc tətbiqi və müharibə variantlarına hazırlaşırlar. Sosialiqtisadi əməkdaşlıq adı altında İrəvana mina hazırlamaq sifarişi verən Q.Poqosyan minaaxtaran qurğuların istehsalını öz üzərinə götürürŞuşa radio zavodunu müxtəlif bəhanələrlə Xankəndiyə köçürmək qərarına gəlir. Bunun üçün o, vilayət partiya komitəsinin 2–ci katibi V.MalkovuQarabağ ipək kombinatının partkomu Robert Köçəryanı Şuşaya göndərir. Lakin erməni fitnəkarlıqlarına bələd olan şuşalılar buna yol vermirlər.

Həmin il mayın 14–də Şuşada da 5 min azərbaycanlının iştirak etdiyi mitinq keçirilir. Onlar azərbaycanlılara qarşı başlanmış terror aktlarına, “özünümüdafiə” dəstəsi adı altında yaradılmış hücumçu erməni qruplarına, respublikaittifaq rəhbərlərinin DQMV–dəki ekstremistlərə qarşı tədbirlər görmədiklərinə görə öz etirazlarını bildirirlər. Mitinq iştirakçıları DQMV–nin ləğv edilməsini, kütləvi surətdə işdən çıxarılmış azərbaycanlıların öz yerlərinə bərpa olunmasını, separatizmə son qoyulmasını tələb edirlər.

1988–ci ilin mayın 21–i Azərbaycan xalqının tarixində qara həriflərlə yazılmalıdır. Şahnazarovların, brutenslərin əli altında işləyən, söz yox ki, onların diktəsi ilə sonralar adamlar arasında “bambılı” ləqəbi qazanmış Ə.X.Vəzirov Azərbaycan KP MK–nın birinci katibiseçildi”. Həmin gün İrəvanda da S.Q. Arutyunyan Ermənistan KP MK–nın birinci katibi seçilir. Bakıda keçirilən plenumda iştirak edən Y.Liqaçov DQMV–in Ermənistan SSR–ə birləşdirilməsinin yolverilməz olduğunu, İrəvanda keçirilən plenumda iştirak edən A.Yakovlev isə demokratiya ideyalarını həyata keçirməkdə erməniləri dəstəklədiyini bildirdi.

Respublika rəhbərlərinin dəyişdirilməsinə baxmayaraq, iki respublika arasında münasibətlər getdikcə daha da mürəkkəbləşirdi. Xankəndi və Şuşada iki xalq arasında toqquşmanın qarşısını almaq üçün SSRİ Daxili İşlər Nazirliyinin QafqazŞimali Qafqaz üzrə qərargah rəisi generalmayor V.N.Safonovun rəhbərlik etdiyi hərbi kontingent Xankəndi və Şuşa şəhərində yerləşdirilir.

1988–ci il iyunun 13–də Bakıda Lenin meydanında Ə.Vəzirovun tapşırığı ilə Bakı şəhərinin sənaye müəssisələri, təşkilatları, idarələri, tədris müəssisələri, əmək kollektivlərinin mitinqi təşkil edilir. Öz çıxışında Vəzirov deyir: “Bugünkü mitinq əvvəllər olmuş fitnəkar çıxışlara əməkçilər Bakısının qəti cavabıdır”. Mitinq iştirakçılarını sakitliyə çağıran Vəzirov bildirir: “Ermənistandan qaçanların böyük əksəriyyəti aparılan sayəsində doğma yerlərinə qaytarılmışlar”. Əslində isə Respublika Statistika İdarəsinin verdiyi rəsmi məlumata görə, 1988–ci il iyun ayının 14–də həmin tarixə qədər Ermənistandan Azərbaycana 17.256 nəfər qaçqın gəlmişdi.

1988–ci il iyunun 15–də Ermənistan SSR Ali Sovetinin sessiyası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. Azərbaycan SSR Ali Sovetinin 11–ci çağırış 7–ci sessiyası isə iyunun 16–da DQMV–nin Azərbaycan SSR–in tərkibindən çıxarılaraq Ermənistan SSR–in tərkibinə verilməsinin mümkün olmadığı barədə qərar qəbul edir.

Bununla əlaqədar iyunun 20–də DQMV–də vilayət icraiyyə komitəsinin təcili növbədənkənar sessiyası çağırılır. Məqsəd Azərbaycanın tərkibindən çıxmaq barədə qərar vermək və vilayət icraiyyə komitəsinin binası üzərindən Azərbaycan bayrağını Ermənistan bayrağı ilə əvəz etmək idi. Bu zaman meydanda toplaşan ermənilər “miatsum” deyə qışqırırdılar. Orada general Krayev bir çox erməniləri susdura biliro, hərbiçilər vasitəsi ilə Azərbaycan bayrağını öz yerinə asdırır.

Elə həmin vaxtlar Ermənistan SSR–də yaşayan azərbaycanlıların kütləvi surətdə sıxışdırılması və qovulması işi davam etdirilirdi. Hətta “Kommunist” qəzeti 19 iyun tarixində “Ermənpress” Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına istinadən bildirirdi ki, “iyunun 17–də təqribən saat 21–də Masis qəsəbəsində, habelə Masis rayonunun Sayat Nova kəndində iğtişaşlar və xuliqanlıq hərəkətləri törədilmişdir. Vətəndaşlar bədən xəsarəti almamış, həyatlarına və sağlamlıqlarına digər qəsdlər edilməsinə yol verilməmişdir.

Azərbaycana yeni rəhbər təyin olunmuş Ə.Vəzirov öz fəaliyyətini Qarabağ məsələsinə yönəltmək əvəzinə iki istiqamətə yönəldir. Birinci, erməniləri razı salmaqla Dağlıq Qarabağ məsələsini həll etmək, ikincisi isə Dağlıq Qarabağ məsələsindən daha çox Heydər Əliyev əleyhinə təbliğat aparmaq. Əlbəttə, ikinci məsələyə o, daha çox üstünlük verir, bu istiqamətdə xüsusi fəallıq göstərirdi. Məsələn, Sov.İKP XIX ümumittifaq konfransında Ermənistan KP MK–nın birinci katibi S.Arutunyan öz çıxışında DQMV–də ədalətin bərpa edilməsindən söz açdığı bir vaxtda Ə.Vəzirov öz çıxışında Qarabağ hadisələri barədə demişdi: “Dağlıq Qarabağdaonun ətrafında baş verən hadisələrdə respublikanın və vilayətin keçmiş rəhbərlərinin təqsiri çox böyükdür. Biz istər siyasi, istər sosial və istərsə də iqtisadi sahələrdə vəziyyəti qətiyyətlə düzəltməyə girişmişik”.

Həqiqətdə isə iyul ayında Xankəndidə vəziyyət gərgin olaraq qalır, şəhərdə tətillər davam edirdi. Ermənistan SSR–dən isə azərbaycanlılar kütləvi surətdə qovularaq Azərbaycana pənah gətirirdi. Ermənistandan gəlmiş azərbaycanlılar müvəqqəti olaraq Azərbaycanın 43 rayonunda yerləşdirilmişlər. Azinformun məlumatında bildirilirdi ki, bu günədək Ermənistandan Azərbaycana 20 min nəfərədək adam (4 mindən çox ailə) gəlmişdi.

Bu vaxt Ermənistandan gələn qaçqınların çoxu Dağlıq Qarabağda Şuşaya və azərbaycanlılar yaşayan kəndlərə üz tuturdu. Bu isə təkcə Dağlıq Qarabağ ermənilərini deyil, Ermənistan ermənilərini də vahiməyə salır. 1988–ci il iyulun 4–də DQMV İcraiyyə Komitəsi qaçqınları Şuşadaonun kəndlərində yerləşdirməyi qadağan edən qərar qəbul edirbununla əlaqədar Şuşa rəhbərləri barədə qəti tədbirlər görmək barədə respublika rəhbərliyi qarşısında məsələ qoyur.

Nəinki bu qərar, hətta vilayətin inzibati orqanlarının yollara qoyduqları yolbəndlər belə qaçqınların Şuşaya gəlməsinin qarşısını ala bilmir. N.Hacıyevin yazdığına görə, hətta iyulun 6–da Ermənistan SSR kənd təsərrüfatı nazirinin müavini Aslanyan başda olmaqla 4 nəfərlik nümayəndə heyəti İrəvandan Şuşaya gələrək Ermənistandan gələn qaçqınların Şuşaya yığılmasından narahat olduqlarını bildirirlər. Gərgin danışıqlardan sonra qərara alınır ki, qaçqınlar ya Şuşada qalacaqlar, ya da Ermənistana, öz doğma yerlərinə qayıdacaqlar. Aslanyan bildirir ki, onlar üçün qaçqınları Ermənistana qaytarmaq daha münasibdir, nəinki Şuşada, DQMV–də saxlamaq. Onlar bu fikirlə də razılaşaraq Xankəndiyə gedirlər.

Görünür, Xankəndidən Moskvaya M.Qorbaçovun ətrafında olan ermənilərə zəng nəticəsində Ə.Vəzirova güclü təzyiq göstərilir. Ə.Vəzirov 1988–ci il iyulun 7–də rayon rəhbərliyinə zəng edərək qaçqınları Şuşadan çıxarmağı tələb edirbildirir ki, hətta M.Qorbaçova da çatıb ki, Şuşadakı qaçqınlar Xankəndi ermənilərini sıxışdırırlar.

Ə.Vəzirovun tapşırığı ilə şuşalıların və qaçqınların etirazlarına baxmayaraq, bir neçə gün ərzində DQMV–dəki, o cümlədən Şuşadakı 4 minə yaxın qaçqından 3 mindən çoxu respublikanın Dəvəçi, Lənkəran, Şamaxı, Beyləqan, Yevlax, Kürdəmir, Salyan, Neftçala, Astara, Şəmkir, Xaçmaz, Bərdə və Tərtər rayonlarına köçürülür. Bu işin təşkili üçün Ə.Vəzirov büro üzvlərini, nazirləri, komitə sədrlərini və digər rəhbər işçiləri Şuşaya göndərir.

Getdikcə vəziyyət daha da pisləşir. Sentyabr ayında artıq Xankəndi və Dağlıq Qarabağın rayon mərkəzlərindən başqa, Ermənistanın İrəvan, Leninakan, Abovyan, Çarentsavan, Eçmiədzin şəhərlərində də bir sıra müəssisələr tətil edərək işi dayandırırlar. Sentyabrın 18–21–i arası Xankəndidə azərbaycanlılar yaşayan evlər yandırılır, adamlar döyülərək Şuşaya qovulurlar. Eyni zamanda Şuşada buna adekvat cavab reaksiyası verilir. Sentyabrın 21–də DQMV–də və Ağdam rayonunda xüsusi vəziyyət elan olunur. Oktyabrın 4–nə qədər Dağlıq Qarabağın Xankəndi və Xocalı ərazilərində yaşayan bütün azərbaycanlılar döyülərək köçüb getməyə məcbur edilirlər.

Həmin ilin noyabrdekabr aylarında vəziyyət daha da gərginləşir. Bakıda Azadlıq meydanında izdihamlı mitinqlər keçirilir. İlk dəfə olaraqKommunist” qəzeti noyabrın 22–də keçirilən mitinq haqqında İlham Rəhimli və Şahmar Əkbərzadənin “Yenilməz iradə” başlıqlı reportajları çap olunur. Aydın Məmmədov mitinqdəki çıxışında demişdi: “On aydır Azərbaycan xalqının rahatlığı, dincliyi pozulub. On aydır Dağlıq Qarabağ fitnəkarlar ocağına çevrilib. On aydır balayanlar, kaputikyanlar, xanzadyanlar, aqanbekyanlar nifaq dəyirmanına rəvac verir, vilayət partiya komitəsinin katibi H.Poqosyanonun əlaltıları Azərbaycan hökumətini tanımaq istəmirlər”.

Noyabrdekabr aylarında Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Azərbaycanla Ermənistan arasında vəziyyətin kəskinləşməsindən istifadə edən ermənilər orada yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması işini təşkil edirlər. Nəticədə hökumət komissiyasının verdiyi məlumata görə, artıq dekabrın 8–nə qədər Ermənistandan Azərbaycana 119.094 nəfər, dekabrın 14–nə qədər 130 min nəfər, dekabrın 25–nə qədər isə artıq 165 min nəfərdən çox azərbaycanlı gəlmişdi.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 8 mart.- S. 12.