Uğurlarımızı
daha da
artıracağıq
Əvvəlki illərdə
olduğu kimi 2012–ci il də ölkəmizin
idman ictimaiyyəti üçün
uğurlu olmuşdur.
Ötən il respublikamızda 40–dan artıq beynəlxalq yarış təşkil
edilmişdir. Müstəqil
respublikamızda idman siyasətinin banisi ümummilli lider Heydər Əliyev olmuşdur.
Ulu öndərin bu
sahədə başladığı strategiyanı Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev
uğurla davam etdirir. Son illər
Bakıda və bölgələrdə yeni
idman kompleksləri, qurğuları və
meydançaları tikilib istifadəyə
verilmiş, maddi–texniki bazası daha da möhkəmləndirilmişdir. 2012–ci il
idmançılarımız yüksək göstəricilərlə
başa vurmuşlar.
Belə ki, ötən il
700–dən çox medal
qazanılmışdır ki, bunun da 255–i
qızıldır.
Ötən
il dekabrın 24–də Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi 2012–ci ilin yekunlarına həsr
olunmuş təntənəli tədbir keçirmişdir. Mərasimdə
yola saldığımız ildə fərqlənən
idmançılara, məşqçilərə, federasiyalara,
klublara mükafatlar təqdim edilmişdir. Təltif olunanlar
arasında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları
Assosiasiyasının tabeliyində olan idman qurumları da
vardır. Belə ki, “Atilla” İdman Mərkəzi ilin ən
yaxşı idman klubu, “Gənclik” Tələbə İdman Cəmiyyətinin
Respublika Şurası isə ilin ən yaxşı idman cəmiyyəti
seçilənlər sırasındadır. Qeyd edək ki,
“Atilla” assosiasiyasının tabeliyində olan 4 idman klubundan
(“Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinist–turist”)
biridir. Klubun direktoru təcrübəli idman ustası Əsgərov
Yusif Yunis oğludur. O bizimlə söhbətində idmana
göstərilən dövlət qayğısından, əldə
etdikləri nailiyyətlərdən və qarşıda duran vəzifələrdən
danışaraq dedi:
—Ölkəmizdə idmanın inkişafına dövlət qayğısı ən yüksək səviyyədədir. İqtisadi qüdrətimiz artdıqca bu sahəyə ayrılan vəsaitin həcmi də çoxalır. İdmanda uğurlu nəticələrin qazanılması həm bu sahənin maddi–texniki bazasının möhkəmləndirilməsindən, həm də idmançılara məşqçilərə, mütəxəssislərə göstərilən qayğıdan asılıdır. Xüsusi vurğulamaq istərdim ki, hər ilin yekununda fərqlənənlər dövlət başçımız cənab İlham Əliyev, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də digər idman təşkilatları tərəfindən mükafatlandırılır, onların əməyi yüksək qiymətləndirilir. 2012–ci ilin yekununa görə “Atilla” klubu Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı klubu” nominasiyasının qalibi olmuş və diploma layiq görülmüşdür. Bu diplom klubumuza və onun hər bir üzvünün xidmətinə verilən qiymətdir. Klubumuzun yaxşı bazası var. Hər bir idmançı burada yüksək səviyyədə məşq edir və yarışlara ciddi hazırlaşır. İdmançılarımız Həmkarlar İttifaqları İdman təşkilatlarının üzvləri sırasında 2012–ci ildə bir sıra idman növləri üzrə respublikamıza milli yığma komandaları heyətində dünya, qitə yarışlarında, Yay Olimpiya Oyunlarında digər beynəlxalq turnirlərdə yüksək nəticələr göstərə bilmişlər. Bu da onu göstərir ki, yüksək səviyyəli idmançıların hazırlanmasında “Zenit”, “Spartak”, “Gənclik” idman cəmiyyətləri ilə yanaşı “Atilla” İdman Klubunun fəaliyyəti də Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti, əməkdar bədən tərbiyəsi və idman ustası Nadir Əliyev tərəfindən lazımınca dəyərləndirilir. 2013–cü ildə də bizi ciddi idman yarışları gözləyir. Çalışacağıq ki, bir çox idman növləri üzrə bu il keçiriləcək yarışlarda da uğurlu nəticələr əldə edək.
Ramiz YUSİFLİ
Respublika.- 2013.- 8 mart.- S. 11.