Azərbaycanın ictimaisiyasi həyatında qadınların rolu

 

Qadınlar tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini vermişlər. Orta əsrlərdən bəri Azərbaycan qadını ləyaqətli ana olmaqla yanaşı, klassik poeziyanın gözəl nümunələrini yaratmış, at belində qılınc çalmış, dövlət idarəçiliyində öz qabiliyyətlərini göstərmişdir. Azərbaycan qadınları istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində əldə olunan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə səmərəli istifadə etmişlər.

 

Müstəqil Azərbaycan Respublikasında qadınların cəmiyyətdəki yerirolu yüksək qiymətləndirilir. Azərbaycan qadını gözəl ana olmaqla bərabər, həm də bacarıqlı siyasətçi, adamı, dövlət məmuru, millət vəkilidir. Şübhəsiz, bu fəallıq həm də ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvləri kimi bütün imkanlardan kişilərlə eyni səviyyədə istifadə etmələri üçün zəruri şəraitin yaradılması ilə bağlıdır. Qadınların ictimaisiyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu mənada ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

1995–ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnudemokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təsdiq etmişdir. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25–ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin 1998–ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2000–ci ildə ölkə Prezidenti tərəfindən qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalanmışdır.

Eyni zamanda 2000–ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000–2005–ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.

Hazırda respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin bərpa etdiyi ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezidentin hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbriki dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin və ehtiramının təcəssümüdür.

2006–cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Hazırda Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Prezidentin qanunvericilik təşəbbüsü əsasında 2006–cı ildə Milli Məclis “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir.

Digər mühüm sənədin “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi qadınların hüquqlarının pozulması hallarına qarşı mübarizədə səmərəli hüquqi mexanizm formalaşdırmışdır. Gender amili ailə–nikah münasibətlərində, qərarların qəbul olunmasında qadınların hüquqimkan bərabərliyinin təmin edilməsini şərtləndirir. Bu baxımdan Milli Məclis tərəfindən Ailə Məcəlləsinə əsasən evlilik yaşının 18 yaş müəyyən olunması müsbət bir addım kimi qiymətləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu da Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. 2008–ci il yanvarın 16–da Heydər Əliyev Fondu, BMT–nin Əhali Fondu (UNFPA) və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında zorakılıq əleyhinə birgə layihəyə dair sənədlər imzalanmışdır.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda çıxış edən Azərbaycanın birinci xanımı demişdir: “Qadın olan yerdə həmişə səmimiyyət var, sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər”.

2008–ci il sentyabrın 26–da Bakıda keçirilmiş Azərbaycan qadınlarının III qurultayı respublikanın sosialiqtisadidemokratik inkişafının keyfiyyətcə yeni mərhələsində qadın hərəkatına xüsusi diqqət yetirmiş, son illərdə bu sahədə görülən işlərə yekun vurmuş, gender siyasəti sahəsində qarşıda duran vəzifələri dəqiqləşdirmişdir.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2012–ci il yanvarın 1–ə ölkə əhalisinin 50,4 faizi qadınlardan ibarət olmaqla hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür. 2011–ci ildə doğulan körpələrin 46,2 faizi qızlardır. Birinci nikaha daxil olanların orta yaş həddi qadınlar arasında 23 yaş olmuşdur. Diqqətəlayiq haldır ki, 2011–ci ildə əvvəlki illə müqayisədə dövlət tərəfindən qeydə alınan nikahların sayı müəyyən qədər artmışdır. Bu da, şübhəsiz, ölkədə əhalinin sosial problemlərinin həlli sahəsində regionların sosialiqtisadi inkişafı, yoxsulluğun azaldılması, məşğulluq strategiyası və digər istiqamətlərdə mühüm uzunmüddətli dövlət proqramlarının həyata keçirilməsi ilə əlaqədardır.

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Son illərdə Milli Məclisdə, eləcə də bələdiyyə orqanlarında qadınların təmsil olunması əhəmiyyətli artım dinamikasına malikdir. İqtisadiyyatda qadınların iştirakı daha da artır, onların azad sahibkarlığın inkişafına meyilləri güclənməkdədir. Ölkənin regionlarında da qadınların ictimaisiyasi fəallığının artdığı nəzərə çarpır, onlar məsul vəzifələrə irəli çəkilirlər.

Ölkə Prezidenti yanında yaradılmış QHT–lərə Dövlət Dəstəyi Şurasının bir fəaliyyət istiqaməti də “Ailə, qadın və uşaqbölümüdür.

Bütün bunlar Azərbaycan qadınının ictimaisiyasi fəallığının yüksəldiyini, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunun artdığını əyani surətdə sübut edir. Beynəlxalq Qadınlar Günü ölkəmizdə hər il təntənə ilə qeyd olunur. Bu bayram bütün xalqımızın ən çox sevdiyi bayramlardan biridir.

 

 

Məmmədağa Sərdarov,

AMEA Fəlsəfə, Sosiologiya

Hüquq İnstitutunun aparıcı elmi

işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2013.- 8 mart.- S. 9.