İstedadlı pedaqoqalim, gözəl insan

 

Əliyev Rahib Əşrəf oğlu 1938–ci il mart ayının 8–də Masallı rayonunun Mahmudavar kəndində dünyaya gəlmişdir. Rahib müəllimin şərəfli ömür yolu haqqında fikir söyləmək, onu olduğu kimi xarakterizə etmək–yazmaq həm çətin, həm də çox asandır. Çətindir ona görə ki, bu insan elmin–sənətin bir neçə sahəsində yüksək istedada malikdir, yazan zaman isə onun hansından başlayıb hansında qurtarmaq məsələsi o qədər də asan deyil. Asandır ona görə ki, onu yaxından tanıyanlar bilirlər: Rahib müəllim bütün bilik və bacarığını gəncliyin inkişafına həsr edib.

 

Mən Rahib müəllimlə son 6–7 ildir tanış olmuşam, baxmayaraq ki, dostum–qardaşım, professor Xudaverdi Qənbərov onun haqqında çox səmimi danışırdı. Yaxından tanış olandan sonra isə təəssüf etmişəm ki, nə üçün belə gözəl insanla gec tanış olmuşam, sonda taleyin qismətilə barışaraq Tanrıya şükür etmişəm. Onunla tanışlığımın tarixi də maraqlıdır. Sənədlərimi Azərbaycan Tibb Universitetinin Tibbi biologiyagenetika kafedrasının müdiri vəzifəsini tutmaq üçün təqdim etdikdə universitetin rektoru, dünyaşöhrətli alim, akademik, hazırda millət vəkili olan hörmətli Əhliman Əmiraslanov kafedranın ağsaqqalları və ümumən əməkdaşları ilə görüşməyi məsləhət bildi. Mən, ikinci müalicə–profilaktika fakültəsinin dekanı, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent N.Şıxəmmədovla birlikdə kafedraya gələrək görüş keçirdik. Görüş çox konstruktiv keçdi, əməkdaşların hamısı öz fikrini söylədi, gələcəkdə görüləcək işlərə önəm verildi. Əməkdaşlar arasında daha sağlam, yaddaqalan, yaranmış vəziyyətdən çıxış yolunu düzgün göstərən fikirləri Rahib müəllim söylədi, sonrakı fəaliyyətində də bunu sübut etdi. Artıq 6 ildir birlikdə fəaliyyət göstəririk, onun haqqında ancaq xoş sözlər demək olar.

Rahib müəllimin həyat salnaməsinə diqqət yetirdikdə Tanrının onu çox sınaqlara çəkməsinin şahidi olursan, hər dəfə Tanrıya məhəbbətinə, dərin zəkasına və zəhmətkeşliyinə görə bu sınaqlardan üzüağ cıxıb. Taleyi onu yaxşı insanlarla rastlaşdırıb, çünki onun özü də yaxşı insandır, insanlığı sevən, qiymətləndirməyi bacaran insandır.

Rahib müəllim istedadlı pedaqoqdur. Məhz bu istedad və bacarığına görə o, uzun illər Tibb İnstitutunun (Sovetlər Birliyi dövründə belə adlanırdı) tələbə qəbulunda biologiya ixtisası üzrə qəbul imtahan komissiyasının sədri və yaxud aparıcı üzvü olmuşdur. Rahib müəllimlə işlədiyim müddətdə dəfələrlə müşahidə etmişəm ki, o, ən mürəkkəb pedaqoji situasiyalardan çox ustalıqla çıxır. Xüsusilə açıq dərslərdə tələbələrlə dialoq aparması, onlara mövzunu ətraflı başa salması, əyani vəsaitlərdən yerli–yerində istifadə etməsi dediklərimə sübutdur. Mühazirələri yüksək elmi səviyyədə və elmin son nailiyyətlərindən istifadə etməklə təşkil etməsi, dil səlistliyi, aydın və hamının başa düşəcəyi səviyyədə danışması onu tələbələrin sevimlisinə çevirir. Klassik üsulla imtahan götürən zaman maraqlı faktlarla rastlaşırdıq: Rahib müəllimin imtahan götürdüyü tələbələrin hamısı, hətta tələbəyə qeyrikafi yazdıqda belə, ondan çox razı qalırdı. Tələbəni o qədər gözəl başa salırdı ki, tələbə çox sağ ol deyib zalı tərk edirdi. İstər Sovetlər Birliyi dövründə universitetə qəbul imtahanları zamanı və istərsə də ondan sonrakı fəaliyyətində Rahib müəllim dəfələrlə Apelyasiya Komissiyasının sədri, yaxud üzvü olub. Müşahidələr göstərir ki, bu zaman onun əsas amalı ədalət, vicdanlı olmaq, tələbəyə humanizm prinsipindən yanaşmaq, universitetin şərəfini qoruyub uca tutmaq olubindibu amalını davam etdirir. Əlbəttə, bu, onun bacarıqlı istedadlı pedaqoq olmasını bir daha əyani surətdə göstərir. Rahib müəllimin diqqətçəkən xüsusiyyətlərindən biribilik və bacarığını gənc nəslə öyrətməkdir. Son illər işə qəbul olunmuş gənc kadrlara məsləhətlər verməsi, elmin incəliklərini öyrətməsi dediklərimə sübutdur.

Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rahib Əliyev istedadlı pedaqoq olmaqla yanaşı, həm də yaxşı alimdir. Kafedraya rəhbərliyə başlayanda o zamankı dərsliklərlə tanış oldum, bəzi elmi qüsurların, çatışmazlıqların olmasını müşahidə etdim. Universitetimizin rektoru, akademik, millət vəkili Ə.Əmiraslanovun dəstəyi və xeyir–duası ilə yeni, formaca milli, məzmunca beynəlxalq standartlara uyğun, elmin son nailiyyətlərinə cavab verən dərsliklərin yazılmasına başlanıldı. Bunu yerinə yetirəcək alimlərin elmipedaqoji fəaliyyəti ilə tanış olarkən Rahib müəllim diqqətimi çəkdi və onun üslubu onu göstərdi ki, bu məsələdə yanılmamışam. Rahib müəllimin bir alim kimi faktları diqqətlə analiz etmək, ondan yeni elmi fikir sintez etmək qabiliyyəti var.

Məlum məsələdir ki, ali məktəb dərsliyi yazmaq nə qədər çətindir. Dərslik müəllifləri iki məqama xüsusi fikir verməlidir: bütün yazılan dərsliklərin öncə tərbiyəvi, sonra isə tədris əhəmiyyəti olmalıdır, başqa sözlə, alınan elmi nəticələrin heç də hamısı tədris əhəmiyyəti daşımadığından onların hamısını dərsliyə salmaq olmaz. Bu işlə məşğul olan hər bir alim onlarca eyniadlı dərslikləri oxuyub özününküləşdirdikdən, beyin süzgəcindən keçirdikdən sonra dərslik yazmağı qarşısına məqsəd qoya bilər. Müəllif hansısa bir dərslikdən köçürərsə və yaxud tərcümə edərsə, bu oğurluqdurelmi ictimaiyyətin qınağına çevrilə bilər. Bu baxımdan Rahib müəllim çox məsuliyyətli, öz üzərində çalışan bir alimdir. Onun qələmindən ali məktəblərin tələbələri üçün onlarca dərslik, dərs vəsaiti, proqramlar çıxmışdır. Mövcud dərsliklərin parazitologiyaya aid bütün bölmələrini məhz Rahib müəllim yazmışdır. Hər hansı elmi araşdırmalar zamanı müxtəlif elmi mənbələrə istinad etmək, düzgün nəticələr çıxarmaq, onun alim üçün vacib olan yüksək analitik təfəkküründən xəbər verir. Kafedrada biologiya elmləri üzrə fəlsəfə doktorubiologiya elmləri doktoru elmi dərəcələri almaq üçün yazılan dissertasiyaların müzakirəsi zamanı həmişə obyektiv çıxışları, tədqiqatçıya xeyirxahlıq baxımından yanaşmaq onun həyat kredosudur.

Rahib müəllim gözəl şairdir, çoxsaylı rübailəri və digər şeirləri onu tanıyanların dilində əzbərdir. Təəssüflər olsun ki, onları nəşr etdirib xalqa çatdırmaq bir qədər yaddan çıxıb, bəlkə də onun təvazökarlığından xəbər verir, bunların nə vaxt işıq üzü görəcəyini soruşduqda isə hər şeyin yaxşılığa doğru getməsini bildirir.

Rahib müəllimin şeirləri haqqında ədəbi–tənqidi fikir söyləmək iqtidarından uzaq olan, lakin bir vətəndaş, dost sözu olaraq demək istərdim ki, onun şeirlərində poetik tapıntılar çoxdur, axıcıdır, diləyatımlıdır, seviləndir, sözsüz ki, bu da Tanrının ona bəxş etdiyi istedadın bir formasıdır.

Rahib müəllim istedadlı pedaqoq, görkəmli alim, yaxşı şair olmaqla yanaşı, həm də gözəl rəssamdır. Onun otağına daxil olduqda hər şey gün kimi aydın olur. Təbiət mənzərələri, natürmortlar, portretlər göz oxşayır. Rahib müəllimin rəssamlıqda fəaliyyətinin qiymətli tərəfi ondan ibarətdir ki, o, vətənini dərindən sevir, xalqının dahilərini yüksək qiymətləndirir. Bütün bunları onun rəsmlərindən də aydın görmək olur.

Rahib müəllim, tələbələrinə qarşı həmişə qayğıkeş olub, hansı tibb müəssisəsinə getsən həkimlərin onu necə məhəbbətlə qarşılamasının şahidi olursan. Rahib müəllim dostlarına da qarşı əsl dost olub, hətta gündəlik həyatları ilə maraqlanıb, dost qayğısını heç vaxt əsirgəməyib. İnsanlara yaxşılıq etmək onun əsas amalıdır və bundan zövq alır desək, səhv etmərik.

Rahib müəllim gözəl ailə başçısıdır, iki övladı və iki nəvəsi var. Rahib müəllimin bütün nailiyyətinin, demək olar ki, yarı hissəsi onun ömürgün yoldaşı, qayğısını çəkən Roza xanımın payına düşür.

Rahib müəllim çox şərəfli bir ömür yaşayıb. Həyatın zirvəsindən dönüb geri baxanda onun vətənimiz üçün çox işlər gördüyünün, nailiyyətlərinin də yetərincə olduğunun şahidi oluruq.

 

 

Canbaxış NƏCƏFOV,

Azərbaycan Tibb Universiteti

Tibbi biologiya və genetika kafedrasının

müdiri, biologiya elmləri doktoru,

professor.

 

Respublika.- 2013.- 6 mart.- S. 7.