Milli teatrın inkişafına dövlət qayğısı

 

2013– il mart ayının 10–da Azərbaycan teatrının yaranmasının 140 illiyi tamam olacaqdır. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə baş verən mühüm ictimaisiyasi hadisələri özündə əks etdirən Azərbaycan xalq teatrı zamanla formalaşaraq Azərbaycan Milli Peşəkar Teatrının bünövrəsini qoymuşdur.

Ölkə Prezidentinin 1 mart 2013– il tarixli Milli Teatr Gününün təsis edilməsi və Azərbaycan peşəkar Milli Teatrının yaradılmasının 140 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncam bütün teatrsevərlər kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivində də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Bununla bağlı ölkə başçısına teatrdan ünvanlanmış məktubda cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sənətinə göstərdiyi yüksək diqqət və qayğının teatr kollektivini yeni yaradıcılıq uğurlarına sövq etdiyi diqqətə çatdırılmışdır.

Uzun, kəşməkəşli və eyni zamanda şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı yarandığı gündən etibarən öz zəngin repertuarının təməlini qoymuş və dərin ictimai məzmunlu əsərlərin səhnələşdirilməsinə xüsusi əhəmiyyət vermişdir. Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr olan Azərbaycan teatrı zaman keçdikcə şəxalənərək ayrı–ayrı müstəqil teatrların yaranmasına gətirib çıxarmışdır.

Ölkə Prezidentinin ayrı–ayrı illərdə imzaladığı sərəncamlar onun bütün sahələrdə olduğu kimi, teatr sənətinin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğısından xəbər verir. Teatr binalarının əsaslı təmir olunması, teatrların madditexniki bazalarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009–2019–cu illərdə Dövlət Proqramı”na uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir–bərpa, yenidənqurma işləri aparılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.

 

 

Məhəmməd Vəliyev

 

Respublika.- 2013.- 6 mart.- S. 6.