Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti demokratik, hüquqi qanunvericiliyə söykənir

 

Ömrümüzdən ötüb keçmişə çevrilən hər bir gün tarixə məxsusdur. Elə anlar da var ki, onlar yaddaşlara əbədi həkk olunur və xalqın hafizəsində xoş ovqatlı silinməz izlər buraxır. Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın taleyüklü məsələlərinin həll olunduğu ağır bir məqamda hakimiyyətə qayıdışı müasir tariximizə parlaq bir gün kimi daxil oldu. Elə bir gün ki, onun tariximizdə və taleyimizdə oynadığı rol illər ötdükcə daha dərindən dərk olunur. Bu gün görkəmli dövlət xadimi, nadir şəxsiyyət haqqında danışmaq çətin olduğu qədər də məsuliyyətlidir. Ona görə ki, Azərbaycanın bugünkü inkişafının hər bir mərhələsində Heydər Əliyev dühası, zəkası görünür. İstər demokratiya, qanunun aliliyi, insan hüquqlarının qorunması istiqamətində, istərsə də siyasi, iqtisadi, hüquqi və həyatımızın digər sahələrinin sürətli və dinamik inkişafının təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütərəqqi və qətiyyətli addımlar atılmışdır. Bu gün ömrünü bütünlüklə xalqının rifahına və dövlətinin gələcək inkişafına həsr etmiş Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövləti möhkəm təməllər üzərində dinamik tərəqqi yolu keçir, qüdrətlənir.

 

Bu il Azərbaycan xalqının dahi oğlu, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 90–cı ildönümü tamam olmaqdadır. Ümummilli liderimizin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimaisiyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətlənən ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuzbütün bunlar müasir Azərbaycanın həqiqətləridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli liderin 90 illik yubileyi haqqında sərəncamında qeyd olunduğu kimi, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev həm də müasir demokratik məhkəmə hakimiyyətinin banisidir. Ulu öndər tərəfindən ölkəmizdə aparılmış demokratikləşmə, hüquqi dövlət quruculuğu öz xüsusiyyətləri ilə fərqlənir, aparılan köklü məhkəmə–hüquq islahatları ciddi konsepsiyaya söykənir və onun əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanır. Hüquqi islahatların konsepsiyası azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat yaratmışdır.

Təsadüfi deyil ki, Heydər Əliyevin hakimiyyəti illərində insan hüquqlarının təmin olunması məqsədilə həyata keçirdiyi hüquqi islahatların ən mühümü yaşamaq hüququnun təmin olunması olmuş, dahi rəhbər ilk qərarlarından birini ölüm cəzasının tətbiqinə moratorium qoyulması ilə bağlı vermişdir. Və daha sonra ölüm cəzası ölkəmizdə Şərqdə ilk dəfə olaraq tamamilə ləğv edilmişdi.

Dövlət quruculuğunun və məhkəmə–hüquq islahatlarının həyata keçirilməsində və cəmiyyətin ardıcıl olaraq inkişafının təmin olunmasında ümummilli liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və 1995–ci ildə ümumxalq səsverməsi —referendum yolu ilə qəbul olunmuş, ümumbəşəri ideya və dəyərləri özündə birləşdirən ilk milli Konstitusiyanın, demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə cavab verən yeni qanunların əhəmiyyəti xüsusilə önəmli olmuşdur.

Yeni Konstitusiya qəbul edildikdən sonra məhkəmə–hüquq islahatlarının aparılması işi sürətlənmiş, ədalət mühakiməsini həyata keçirən müstəqil və qərəzsiz hakimlər korpusunun formalaşdırılması üzrə mühüm qərarlar qəbul olunmuş, bu sahədə köklü dəyişikliklər tam demokratik mahiyyətə və məzmuna malik olan bütöv bir proses olaraq, insan və vətəndaş hüquq və azadlıqlarını daha ardıcıl və dolğun şəkildə, daha genişdemokratik məzmunda təmin etmək məqsədlərinə xidmət etmişdir.

Qısa müddətdə aparılan islahatlar nəticəsində nüfuzlu beynəlxalq təşkilatların da təqdir etdiyi yeni — üçpilləli məhkəmə sistemi bərqərar olmuşdemokratik əsaslarla hakim korpusu formalaşdırılmış, hakimlərin müstəqilliyinin real təminatları yaradılmışdır.

Ümummilli liderimizin hüquq–mühafizə və məhkəmə hakimiyyəti təmsilçilərinə daim tələbi və tövsiyəsi bu olmuşdur ki, vətəndaşlara xidmət göstərərkən, qərarlar qəbul edərkən qanunun aliliyini gözləməklə insanların hüquq və azadlıqlarına məsuliyyət və diqqət göstərilsin. Dahi rəhbərin yüksək tələbləri bu gün hər birimizin qarşısında bir vəzifə kimi durur. Ömrünü bütünlüklə xalqına sədaqətlə xidmətə həsr etmiş ulu öndərimizin müəyyən etdiyi çevik dövlət idarəçiliyi siyasəti və islahatlar kursu hazırda onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müasirpraqmatik düşüncəyə, güclü siyasi iradəyə malik Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən 10 ilə yaxın bir müddətdə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, abadlıq–quruculuq işlərinin daha sürətlə aparılmasından, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsindən ibarətdir. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısının düşünülmüş və uzaqgörən inkişaf strategiyası nəticəsində respublikamızda bütün sahələrdə aparılan genişmiqyaslı və hərtərəfli islahatlar öz bəhrəsini verir. Bu gün iqtisadiyyatımızın inkişaf templərinə görə ölkəmiz regionun sürətlə inkişaf edən lider dövləti kimi öz mövqeyini gücləndirmiş, beynəlxalq aləmdə nüfuzu xeyli artmış, respublikamız yüksək səviyyəli mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ideal məkana çevrilmişdir.

Həmçinin informasiyakommunikasiya texnologiyalarının geniş vüsət aldığı müasir dövrdə ölkəmizdə məqsədyönlü addımlar atılmış, demək olar ki, bütün sahələrdə elektron sistemlər tətbiq olunmuş, yeni şəffaf və innovativ xidmətlər yaradılmışdır ki, bu da ilk növbədə vətəndaşların rahatlığının təmin olunması məqsədi daşıyır. Təsadüfi deyil ki, son dövrlər elektron hökumətin yaradılması, ən yeni texnologiyaların tətbiqi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi nəzərə alınaraq dövlət başçısının sərəncamı ilə 2013– ilİnformasiyakommunikasiya texnologiyaları ilielan olunmuş və artıq bu il ölkəmiz yeni bir tarixi nailiyyətə imza ataraq Azərbaycanın ilk “Azərspace–1″ telekommunikasiya peyki orbitə buraxılmışdır ki, bu da respublikamızda kosmik sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Bütün bu nailiyyətlər, eyni zamanda məhkəmə–hüquq sistemini də əhatə etmiş, son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması istiqamətində genişmiqyaslı islahatlar aparılmışdır.

Görülən tədbirlər çərçivəsində əhalinin ədalət mühakiməsinə çatımlığının təmin olunması, onların əlavə vaxt itkisindən və xərclərdən azad edilməsi məqsədilə respublika üzrə mövcud olan vahid Apelyasiya Məhkəməsi ləğv olunaraq regional apelyasiya məhkəmələri yaradılmışdır. Sözsüz ki, bu, məhkəməyə müraciət edən vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Sumqayıt Apelyasiya Məhkəməsi də yeni yaradılmış məhkəmədir. Məlumdur ki, cəmiyyətdə hakimin ədalətli qərarının insanların mənəvi dünyasına, inamının formalaşmasına son dərəcə böyük təsiri vardır. Dahi rəhbərimizin müdrik kəlamında deyildiyi kimi, cəmiyyət iki şeydən sarsıla bilər — günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Ona görə də məhkəmə yaradıldığı gündən öz ərazi yurisdiksiyası daxilində verilən apelyasiya şikayətlərinə baxılarkən yalnız qanunun tələblərinə üstünlük verir və ədalət mühakiməsini obyektiv və ədalətli şəkildə həyata keçirməklə vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına xidmət göstərir.

Eyni zamanda qeyd olunmalıdır ki, regional apelyasiya məhkəmələri ilə yanaşı, respublikamızın ayrı–ayrı bölgələrində ağır cinayətlər, inzibatiiqtisadi məhkəmələr də yaradılaraq fəaliyyət göstərir. Lakin təcrübə göstərir ki, ədalətli məhkəmə sisteminin formalaşdırılması baxımından yalnız təkmil sistem yetərli deyildir. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqdan çıxış edərək Azərbaycanda məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsini — onların yüksək statusuna malik bina, habelə madditexniki bazası, informasiyakommunikasiya texnologiyaları ilə təchiz edilməsini vacib sayır. Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində paytaxtımızda və regionlarda bir sıra məhkəmələr üçün yeni müasir binalar inşa olunaraq istifadəyə verilmişbu proses hazırda da davam etməkdədir. Ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində müasir informasiyakommunikasiya texnologiyaların müsbət təsiri nəzərə alınaraq yeni inşa olunan binalarda bu texnologiyalardan maksimum istifadə olunmuş, əhalinin məhkəmələrə çıxışı xeyli asanlaşmışdır.

Həmçinin vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimdə müraciət etmək və cavab almaq imkanı yaradır.

Qeyd olunmalıdır ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması da vacib şərtlərdən biridir. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində çətinlik yaratdığını nəzərə alan Prezident İlham Əliyev tərəfindən hakimlərin sayı xeyli artırılmış, ölkədə hakimlərin seçimi ilə bağlı Avropada ən mütərəqqi qayda tətbiq olunmuşdur. Hazırda Azərbaycanda mövcud hakim korpusunun yarısı bu şəffaf prosedurlar əsasında seçilərək fəaliyyət göstərirlər. Bu sahədə aparılan islahatlar və qazanılan nailiyyətlər həm də beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanın hakimlərin seçimi ilə bağlı müsbət təcrübəsini örnək kimi qiymətləndirərək digər dövlətlərə tövsiyə etmişdir.

Bütün bu islahatlar yalnız bir məqsədə — ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına xidmət edir.

Bu gün müasir Azərbaycanımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə özünəməxsus inkişaf yolu keçirmüasir tariximizə yeniyeni parlaq səhifələr yazır. Hər bir Azərbaycan vətəndaşının borcu isə bu inkişafa, bu tərəqqiyə daim dəstək olmaqla Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaqdır.

 

 

Gülnarə Tağızadə,

Sumqayıt Apelyasiya Məhkəməsinin

hakimi.

 

Respublika.- 2013.- 6 mart.- S. 5.