Rabitəçilərin səyi öz bəhrəsini verir
2013–cü il İnformasiya–kommunikasiya
texnologiyaları ilidir
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012–ci
ilin sosial –iqtisadi inkişafının
yekunlarına və
2013–cü ildə qarşıda
duran vəzifələrə
həsr olunmuş iclasında ölkə başçısı demişdir:
“… Bu müstəqillik dövründə doğrudan
da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir
Azərbaycan vətəndaşı
bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi
yer tutur. Bu, həm böyük
məna daşıyır,
həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə
müasirliyə, inkişafa
doğru atılan addımlarımızı artıracaqdır.
Bu hadisəni və ümumiyyətlə İKT sahəsinə
verilən diqqəti və bu sahədə
əldə edilmiş
uğurları nəzərə
alaraq mən
2013–cü ili “İnformasiya–kommunikasiya texnologiyaları
ili” elan edirəm və hesab edirəm ki 2013–cü ildə bu sahədə biz daha da böyük
nailiyyətlərə çatmalıyıq”.
Ölkə başçısının bu
proqram xarakterli tövsiyəsi respublikanın
bütün rabitə
işçilərinin qarşıdakı
illər üçün
həyat devizinə çevrilmişdir.
Son illər ərzində
Azərbaycanda rabitə
sisteminin müasir standartlara uyğun şəkildə qurulması,
sahənin inkişafında
dünyanın qabaqcıl
ölkələrinin uzun
illərdən bəri
əldə etdikləri
ən yeni nailiyyətlərindən istifadə
olunması respublikanı
bu sahədə nəinki MDB məkanında,
eləcə də dünyanın qabaqcıl ölkələri səviyyəsinə
qaldırmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin gündəlik diqqəti, göstərdiyi hərtərəfli
qayğı bütün
qeyri — sahələrlə
birlikdə Azərbaycan
rabiəsini də sözün həqiqi mənasında tənəzzüldən
tərəqqiyə çıxarmışdır.
Bu gün ölkəmiz
iqtisadi inkişaf sürətinə görə
dünyanın ən qabaqcıl ölkələri
sırasında layiqli
yer tutur. Azərbaycan
dünya miqyaslı kütləvi tədbirlərə
uğurla ev
sahibliyi edir. Dövlətimizin apardığı siyasətin nəticəsində
Azərbaycanın ilk Kommunikasiya
peykinin orbitə çıxarılması həyatımızın
analoqu olmayan sevindirici hadisələrindən
biri kimi dəyərləndirilməlidir. Bu tarixi hadisə
Azərbaycanı dünyanın
kosmik ölkələri
sırasına çıxarmaqla
ona həm də böyük hörmət gətirmişdir.
Ölkə Prezidenti cənab
İlham Əliyevin
2012–ci ilin dekabrında
imzaladığı “Azərbaycan
2020: gələcəyə baxış” inkişaf konsepsiyası ilə əlaqədar fərmanından
irəli gələn vəzifələrin ilkin mərhələsinin uğurlu
başlanğıcı kimi
dəyərləndirilməli olan Kommunikasiya peyki ölkəmizə iqtisadi dividenddən də artıq siyasi dividend gətirəcəyi
şəksizdir.
Respublikanın Rabitə və İnformasiya Texnologiyaları
naziri Əli Abbasov İnformasiya və Telekommunikasiya sahəsində əldə
edilən uğurlardan
bəhs edərkən
son üç ildə
Azərbaycanın MDB ölkələri
arasında geniş regionda internet istifadəçilərinin
sıxlığına görə
lider olmasını fəxrlə bildirmişdir.
“İKT sektoru 2004–2013–cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir. 2012–ci ildə sektorun artım tempi təxminən
18 faiz omuşdur.
Bu isə ümumdünya
orta artım tempindən təxminən
2,5 dəfə yüksəkdir. MDB ölkələri sırasında
ilk dəfə 2008–ci ildə
Azərbaycanda bütün
yaşayış məntəqələri
telefonlaşdırılmış, 2010–cu ildə isə tam elektronlaşdırılmış, yəni rəqəmləşdirilmişdir.
Keçən il şəbəkəyə
təxminən 20 min nömrə
də əlavə olunaraq, “Yeni nəsil şəbəkəsi”
texnologiyaları tətbiq
olunmuşdur. Hesabat ilində
sektora 400 milyon ABŞ
dollarından çox
investisiya qoyulmuşdur”.
Bütün bu uğurları indi ölkəmizin hər bir bölgəsində
aydın görmək
mümkündür. “Regionların
sosial–iqtisadi inkişafı
Dövlət Proqramı”nın tələblərinin
vaxtında həyata keçirilməsini təmin
edən rabitəçilər
arasında Şamaxı
Telekommunikasiya Qovşağının
əməksevər kollektivinin
öz payı vardır.
Rayon Telekommunikasiya Qovşağına
təcrübəli mühəndis
Faiq Hümbətov rəhbərlik edir. Onun idarəetmə
səriştəsi, kollektivdə
yaratdığı möhkəm
əmək intizamı
əldə olunan uğurların mayasını
təşkil edir.
Bacarıqlı rabitəçi ilə
söhbətimiz ilin
ilk günlərinə təsadüf
edirdi. Yola saldığımız 2012–ci ildə kollektivin qazandığı nailiyyətlərdən
söhbət açan
Faiq müəllim vurğuladı ki, möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən
genişmiqyaslı sosial–iqtisadi
tədbirlərdən, ölkəmizin
hər bir bölgəsində gedən
inkişafdan Şamaxı
rabitəçiləri də
kənarda qalmamışdır.
Hələ bir neçə
il əvvəl,
respublikada pilot layihə
kimi ilk dəfə olaraq “Yeni nəsil”
rabitəsi Şamaxı
rayonunda tətbiq edilmiş, rayonun yaşayış məntəqələri
ilə mərkəzi
EATS arası fibrooptik kabeli ilə birləşdirilmişdir.
Rayonun 27 kəndində
elektron ATS qurularaq cəmi 48 kəndi rabitə ilə təmin edilmişdir. Yerdə qalan
kəndlər isə digər rabitə növlərindən istifadə
edir. İnternet abunəçilərinin sayının artmasını
qeyd etmək yerinə düşər.
Şəhərin S.Ə.Şirvani, Şirvan, H.Əliyev, Nərimanov və Azərbaycan küçələrində
hava rabitə xətləri yeraltı kabel xətləri ilə əvəz olunmuşdur. 2012–ci ilin iqtisadi göstəricilərini
idarə yüksək
naliyyətlərlə başa
vurmuşdur. Belə ki,
tarif gəliri 102 faiz yerinə yetirilmişdir.
2011–ci ildə rayon üzrə
500 internet abunəçisi var idisə, hazırda onların sayı 2200–ə çatmışdır. Əgər
ilk olaraq bir provayder fəaliyyət göstəribsə, indi beş provayder
internet xidməti göstərir.
Bundan əlavə Aip TV xidməti bu il daha da təkminləşərək
əhalinin istifadəsinə
verilmişdir.
Cənab
Prezidentin məlum sərəncamı ilə
“2013–cü il İKT ili”
elan etməsi əlaqədar yerlərə
göndərilmiş tədbirlər
planına uyğun olaraq rayonumuzda cari ildə EATS rabitəsi olmayan kəndlərdə ATS–lər
tikiləcək və
mərkəzlə birləşdiriləcək,
həmçinin “hər
evə 10–100 mqb” layihəsi ilə evlərə FO kabel çəkilməsi nəzərdə
tutulmuş işləri
həyata keçirəcəyik.
Təbii ki, bu layihəni
yerinə yetirən zaman bütün rabitə dirəkləri yenisi ilə əvəz olunacaq və yaxud təmir
ediləcəkdir.
Ölkəmiz üçün dünya əhəmiyyətli hadisələr
2012–ci ildə çox
olmuşdur.
Lakin bizim üçün ən əhəmiyyətli hadisə
2013–cü ildə öz
milli peykimizin kosmosa buraxılmasıdır. Belə ki,
cənab İlham Əliyevin şəxsən
birbaşa kosmik idarəetmə mərkəzindən
müşahidə etdiyi
peykin orbitə çıxarılması prosesini
Azərbaycan xalqı çox həyəcan və sevinclə izlədi. Peykin orbitə çıxarılmasında
iştirak edən və gələcəkdə
onu idarə edəcək kadrların azərbaycanlılar olmasını
çox böyük ruh hissi ilə
qeyd edən Prezidentimiz kollektivə uğurlar arzuladı.
Rabitə peykinin orbitə çıxarılması bir
daha sübut etdi ki, Azərbaycan
Respublikası bütün
sahələr üzrə
sürətlə inkişaf
edir.
Biz isə öz növbəmizdə cari ildə uğurları daha artırmaqla qaşımıza qoyulmuş
şərəfli vəzifələrin
həllinə nail olmaq
üçün var qüvvəmizi sərf edəcəyik.
İlham PƏNAHOV
Respublika.- 2013.- 6 mart.- S. 6.