Yeni dərs vəsaiti

 

Azərbaycan Dillər Universitetinin ingilis dilinin qrammatikası kafedrasının baş müəllimi Səadət Nuriyevanın ingilis dilinə məxsus “Cerund” adlı dərs vəsaiti ali məktəblərin ingilis dili fakültələrinin müəllim və tələbələrinin geniş marağına səbəb olmuşdur.

Məlumdur ki, ingilis dili istər genealoji, istərsə də tipolojimorfoloji baxımdan Azərbaycan dilindən fərqlənir. Genealoji baxımdan ingilis dili hindAvropa dillərinin german qurupuna, Azərbaycan dili isə türk dillərinin Oğuz qrupuna daxildir.

S.Nuriyevanın bu dərs vəsaitini hazırlaması onun elmi axtarışlarının nəticəsi və bu mövzuya tələbatdan irəli gəlmişdir. Müəllif uzun illər ingilis dilində “cerundmövzusu ilə maraqlanmış, bu sahədə alimlərin, qrammatistlərin fikirlərini birbir toplamış, cəmləşdirmiş və ona yeni fikirlər əlavə etmişdir.

Dil mütəxəssisləri bilirlər ki, nitq hissələri içərisində fel bəhsi mürəkkəb sistemə malikdir. Heç də təsadüfi deyil ki, rus alimi V.V.Vinoqradov fel bəhsini sistemlər sistemi adlandırmışdır. İngilis və Azərbaycan dillərində nitq hissələri içərisində fel bəhsinin tədrisi bir qədər çətinlik törədir. Bəs “cerund” anlayışı nə deməkdir? Azərbaycan dilli oxucular üçüncerundtermini maraqlı görünür. İngilis və Azərbaycan dillərində leksik mənalı fellər həm şəxsli, həm də şəxssiz formalarda işlənir. Azərbaycan dilində əsas mənalı fellərin məsdər, feli sifət, feli bağlama kimi üç şəxssiz forması vardır. İngilis dilində isə felin şəxssiz formaları məsdər, feli sifət, cerundla ifadə olunur. “Cerundingilis dilinə aid olan bir anlayışdır. Azərbaycan dilinin fel sistemində işlənmədiyi üçün bu anlayışın tədrisi çətinlik törədir. Biz hesab edirik ki, bu dərs vəsaiti “Cerund” bəhsinin tədrisində həm bu mövzunu tədris edən müəllimlərə həm də tələbələrə kömək edəcəkdir.

İngilis dilinə məxsus “Cerund” adlı dərs vəsaiti müəllifin uzun illər axtarışlarının nəticəsidir. Kitabda cerundun xüsusiyyətləri nəzəri cəhətdən araşdırılır, geniş çeşiddə tapşırıqlar verilir. Tələbənin bu sahədə əldə etdiyi bacarıqlar ayrı–ayrılıqda kitabda ingilis ədəbi dilində verilmış testlərdə yoxlanılır və kitabın sonunda göstərilən testlər vasitəsilə dəqiqləşdirilir. Bu dərs vəsaitində verilmiş tapşırıqlar, testlərin seçilməsi müasir ingilis ədəbi dilinin fonetik, leksik, qrammatik tələblərinə cavab verir. “Cerund” haqqında kitabda verilmiş bilgiləri iki istiqamətdə qruplaşdırmaq olar. “Cerundingilis dillinə aid bir anlayış olmaqla ikili xüsusiyyətə malikdir. “Cerundfelin şəxssiz formalarından biri kimi həm ismə, həm də felə məxsus bir sıra oxşar xüsusiyyətlərə malikdir.

Kitabda cerundun ismi xüsusiyyətləri iki səviyyədə — həm sintaktik, həm də morfoloji səviyyədə izah olunur. Sintaktik səviyyədə cerundun isimlə bağlılığı ondan ibarətdir ki, “cerundisim kimi cümlədə mübtəda, tamamlıq, ismi xəbərin ad hissəsi kimi işlənir. Cerundun isim ilə morfoloji bağlılığı onun yiyəlik əvəzlikləri, yiyəlik halda, bəzən də adlıq halda işlənən isimlərlə və söz önləri ilə işlədilməsidir. Müəllif doğru olaraq bu nəticəyə gəlir ki, cerundun feli xüsusiyyətləri felin təsirlilik və təsirsizlik kateqoriyası ilə bağlı öyrənilməlidir. Cerundun zamannöv kateqoriyasına malik olması, tamamlıqla və zərfliklə işlənməsi onun felə aid olmasının göstəricisi kimi çıxış edir.

Kitabda düzgün olaraq göstərilir ki, cerundun məchul növdə işlənməsi və özünə tamamlıq qəbul etməsi felin təsirlilik kateqoriyası ilə bağlıdır. Dərs vəsaitində “cerund” anlayışının xüsusiyyətləri elmi şəkildə geniş izah olunmuşdur. 271 səhifədən ibarət bu dərs vəsaitində cerundun əmələgəlmə yolları, inkar formasının düzəldilməsi, cerundun cümlədə funksiyaları, Azərbaycan dilinə tərcümə yolları kimi məsələlərə aydınlıq gətirilmişdir. Kitabda diqqəti çəkən məsələlərdən biriing” şəkilçisi ilə düzələn, cerundla omonim olan bir sıra isim, feli sifət, feli isim, bağlayıcı, sözönləri kimi nitq hissələrinə aydınlıq gətirmək cəhdidir ki, müəllif bu məsələnielmi şəkildə izah edə bilmişdir.

Dərs vəsaitini həm elmi cəhətdən, həm praktik misalların müasir ingilis dilinin tələblərinə cavab verməsi baxımından və həm də poliqrafik, estetik, nəfis şəkildə çap olunması baxımından uğurlu hesab etmək olar.

Kitabda maraq doğuran cəhətlərdən biri tərkibində cerund işlənən “Olacağa çarə yoxdur”, “İnsan yıxıla–yıxıla yeriməyi öyrənir”, “Yalan ayaq tutar, yeriməz”, “İsrafçılıq aclıq gətirər” kimi bir sıra atalar sözləri və zərbi–məsəllərin ana dilimizə tərcüməsidir. İstərdik ki, növbəti nəşrdə müəllif cerundun zaman kateqoriyası daşıması və cerundun inkar formada işlənməsi kimi fikirlərini bir qədər dəqiqləşdirsin.

Kitabda cerundla bağlı oxucunu düşündürən hər bir suala ayrılıqda elmi cavab tapmaq mümkündür. Çoxçeşidli tapşırıqlar, tapşırıqlarda verilmiş cümlələrin orijinallığı oxucunu maraqlandıran cəhətlərdir. Dərs vəsaiti S. Nuriyevanın uzun illər axtarışlarının, sərf etdiyi ağır zəhmətin nəticəsidir. Hətta Qərbi Avropa qrammatistlərinin bizə məlum əsərlərində “cerund” anlayışına bu qədər ətraflı yer verilməmişdir.

 

 

Cavanşir QULİYEV,

filologiya elmləri üzrə

fəlsəfə doktoru, dosent.

 

Respublika.- 2013.- 12 mart.- S. 9.