Quba: qarşıda daha mühüm vəzifələr durur

 

Arxada qalan 2012–ci ildə Qubanın sosialiqtisadi, mədəni həyatında bir sıra yeniliklər baş vermiş, bütün sahələrdə inkişaf, irəliləyiş müşahidə olunmuşdur. Rayonda təzə tikililərin sayı artmış, yeniyeni obyektlər ucaldılmışdır. Abadlıq, quruculuq işləri yüksək templə davam etmişdir. Cari ildə daha genişmiqyaslı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən ilin sosialiqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin hesabat məruzəsində görülən işlər geniş təhlil olunmuş, yeni vəzifələr müəyyənləşdirilmişdir. RİH başçısı demişdir:

 

“Ötən dövr ərzində ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da bütün sahələr üzrə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 2012–ci il üzrə rayonun cəmi gəlirləri 44 milyon 576 min manat təsdiq olunmuşdur ki, bu da ötən ildəki məbləğdən 10 milyon 658 min manat çoxdur. Ümumi gəlirlərin proqnozunda yerli gəlirlər 12 milyon 52 min manat, yerli xərcləri tənzimləmək üçün respublika büdcəsindən ayrılan dotasiya 13 milyon 508 min manat təşkil etmişdir. 2012–ci ildə rayonun yerli gəlirləri 12 milyon 52 min manat əvəzinə 12 milyon 481 min manat, yəni 103,6 faiz icra edilmişdir. Ümumilikdə rayonun yerli gəlirləri (dotasiya ilə birlikdə) 44 milyon 576 min manat əvəzinə, 44 milyon 128 min manat olmuşdur. Ötən illə müqayisədə rayonun yerli gəlirlərindən büdcəyə 2 milyon 42 min manat çox vəsait daxil olmuşdur.

Vətəndaşlara sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi rayonda uğurla həyata keçirilmişdir. 15 min 338 əmanətçinin ərizəsi qəbul olunaraq 6 milyon 778 min 582 manat vəsaitin ödənilməsi təmin edilmişdir.

Əhaliyə göstərilən xidmətin səviyyəsi xeyli yüksəlmişdir. Quba şəhərinin və rayonun digər yaşayış məntəqələrinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması, əhalinin fasiləsiz təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. 6–10 kvluq elektrik verilişi xətləri üzrə 146 ədəd, 0,4 kvluq elektrik verilişi xətləri üzrə 50 ədəd istismara yararsız dayaqlar yenisi ilə əvəz olunmuş, istismar müddəti keçmiş və köhnəlmiş naqillər dəyişdirilmişdir. Quba şəhərində 637 metr uzunluğunda yeni SİP kabel xətti, 14 km uzunluğunda isə kabel xətti çəkilmişdir. Rayonun İspik, Susay, Küsnət, Paşaoba, Qəçrəş, Qələdüz, Amsar, Dağlı, Hacıqayıb və Haput kəndlərində istismar müddətini başa vurmuş transformatorlar yeniləri ilə əvəz olunmuşdur. İl ərzində 975 ədəd elektrik sayğacı quraşdırılmışdır. 2012–ci il ərzində rayona ümumilikdə 8 milyon 341 min manat dəyərində elektrik enerjisi verilmişdir.

Əhalinin təbii qaza olan tələbatının ödənilməsi sahəsində müəyyən işlər görülmüşdür. Quba şəhərinin Heydər Əliyev prospektində, Fətəli xan, Mövlud Qonaq, Əliqulu Nərimanov, 20 yanvar, Memar Əcəmi və Səkinə xanım Axundzadə küçələrində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəz edilmişdir. Dövlət Proqramına əsasən həyata keçirilən tədbirlər nəticəsində rayonun Uzunmeşə, Kürkün, Alpan, Üçgün, Aşağı Xuc, Çartəpə, Susayqışlaq, Aşağı Atuc, Dağlı və Xucbala kəndlərinə qaz xətti çəkilmiş və 3488 abonentə mavi yanacağın verilməsi təmin edilmişdir. Paralel olaraq rayonun Amsarqışlaq, Bərqov, Susay və Gəray kəndlərinə yeni sistem əsasında qaz xəttinin çəkilişi davam etdirilir. Hazırda rayonun 157 yaşayış məntəqəsindən 45–i mavi yanacaqla təchiz edilmişdir. Mənzillərdə quraşdırılmış məişət qaz sayğaclarından istismar müddəti bitmiş 7216 ədədi yeni tipli qaz sayğacları ilə əvəz olunmuşdur. 2013– ildə daha 19 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur.

Ötən il rayon üzrə istehlakçılara 3 milyon 772 min 846 manat dəyərində 37 milyon 728 min kubmetr təbii qaz verilmiş, bunun müqabilində isə 3 milyon 261 min 911 manat vəsait toplanmışdır ki, bu da satılmış qazın 86,4 faizini təşkil edir, ötən ilin nəticəsindən 11,7 faiz çoxdur.

Rayonun içməli su ilə təminatının yaxşılaşdırılması və Quba şəhərinin sukanalizasiya sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması məqsədilə başlanmış tədbirlər yüksək sürətlə davam etdirilmiş, şəhərdə bu işlərin tamamlanmasına demək olar ki, nail olunmuşdur. Görülən işlər nəticəsində əhalinin daimi və fasiləsiz içməli su ilə təmin olunmasına şərait yaranacaqdır. Qudyalçayı hövzəsindəki su mənbəyində inşa olunan 8 suqəbuledicinin inşası, “Qəçrəş yolu” ərazisində tikilən 5000 kubmetrlik, “Dəvədabanı” yaşayış massivində inşa olunan 2000 kubmetrlik və şəhərin “Nügədi yolu” ərazisindəki 2500 kubmetrlik tutumu olan yeni su anbarlarında tikinti işləri başa çatdırılmışdır. “Qəçrəş yolusu anbarında manevr otağının inşası yekunlaşdırılmış, “Dəvədabanı” su anbarında bu davam etdirilir. “Nügədi yolu” ərazisində tutumu 2500 kubmetr olan ikinci su anbarının qazıntısı və manevr otağının tikintisi işləri aparılır. Şəhərin 29–cu məhəlləsində yeni ayrılmış torpaq sahəsində 2000 kubmetr tutumu olan yeni su anbarında qazıntı işləri başa çatmışdır. Suyun bir anbardan digərinə ötürülməsi məqsədilə yeni magistral su xəttinin çəkilməsi təmin edilmişdir. Ümumilikdə 2012–ci ilin sonunadək Quba şəhərində 136 min 974 poqonmetr uzunluğunda içməli su və 11 min 262 poqonmetr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir, 3850 yaşayış evinin su xəttinə, 4595 yaşayış evinin isə kanalizasiya xətlərinə birləşmələr verilmişdir. 1875 yaşayış evinə “SMART” tipli su sayğacları quraşdırılmışdır.

Quba şəhərinin Heydər Əliyev prospektində və Qırmızı qəsəbədə Fətəli xan küçəsində Kapital bankın daha iki bankomatı quraşdırılaraq vətəndaşların xidmətinə verilmişdir ki, bu da ödənişlər zamanı növbələrin yaranmasının qarşısını alacaq və vətəndaşların rahatlığına xidmət edəcəkdir.

Rayonda yenidənqurma, tikinti və abadlıq işləri geniş vüsət almış, bir neçə irimiqyaslı tikinti layihələrinin həyata keçirilməsinə başlanılmış, bir sıra obyektlərin tikintiləri isə artıq başa çatdırılmışdır. Güləzi kəndinin sürüşməyə məruz qalması nəticəsində evləri qəzalı vəziyyətə düşmüş kənd sakinləri üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Aşağı Atuc kəndinin ərazisində inşa edilmiş 189 fərdi yaşayış evindən ibarət olan yeni yaşayış məntəqəsi istifadəyə verilmişdir. Burada həmçinin 240 şagird yerlik məktəb, tibb məntəqəsi, poçt binası və uşaq bağçası tikilmişdir.

Şəhərin mərkəzindəki “Quba meydanı” mədəniyyət və istirahət parkında və ona bitişik ərazidə əsaslı yenidənqurma işləri aparılaraq 4300 kvadratmetrdən çox sahəyə mərmər, aqlay, tamet plitələri düzülmüş, 4500 kvadratmetrdən çox sahədə yaşıllıqlar salınmışdır. Şəhər mədəniyyət sarayının qarşısında “Ziyalılar parkı ” salınmış, ətrafdakı inzibati, ticarət və xidmət obyektlərinin dam örtükləri dəyişdirilmiş, fasadları yenilənmişdir. Mədəniyyət və istirahət parkında musiqili fontan, uşaqlar üçün əyləncə mərkəzi, xidmət və istirahət obyektləri, müasir işıqlandırma sistemi, piyadalar üçün yerüstü keçid quraşdırılmış, parkın ərazisində 7000 ədəd gül, 4710 ədəd ağackollar əkilmişdir. Özünün qədim tarixi və memarlığı ilə fərqlənən Quba musiqi məktəbinin, Uşaq texniki yaradıcılıq mərkəzinin, Qələbə və Bakıxanov küçələrindəki kommersiya və yaşayış binalarının dam örtükləri əsaslı bərpa olunmuşdur.

Rayonun II Nügədi, Talabı, Möhüc, İspik, Talabıqışlaq və Yeni Güləzi kəndlərində yeni məktəb binaları, Quba şəhərində 1 saylı uşaq bağçası–körpələr evi tikilmiş, Quba şəhər 2 saylı məktəb–lisey əsaslı təmir edilərək cari ilin sentyabr ayında istifadəyə verilmişdir. Qaraçay kəndində 360 şagird yerlik məktəb binasının tikintisi başa çatmaq üzrədir.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində rayon icra hakimiyyətinin 3 mərtəbəli yeni inzibati binasının və “Gənclər mərkəzinin”, bölgədə ən yüksək Azərbaycan bayrağının ucaldılacağı “Bayraq meydanı”, “Fəvvarələr”, “Yaşıl teatrkonsert kompleksinin tikintisi davam etdirilir. Qeyd olunan bu obyektlərin istifadəyə verilməsi ərazidə daha fərqli, əzəmətli bir görünüş yaradacaq. Quba şəhərinə möhtəşəm giriş qapılarının və Quba sukanal idarəsinin yeni inzibati binasının tikintisi də artıq başa çatdırılmaq üzrədir. Heydər Əliyev prospektində rayon mərkəzi poçtamtı, Nizami parkının ərazisində A.A.Bakıxanov adına tarix–diyarşünaslıq muzeyi üçün yeni binalar tikilir, Quba Olimpiya Kompleksinin yaxınlığında YAP rayon təşkilatı üçün yeni, müasir səviyyəli inzibati bina inşa olunur, Heydər Əliyev fondunun vəsaiti hesabına “Soyqırım” abidə kompleksinin, II Nügədi kəndində İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin tədris və istirahət korpuslarının, İqriq kəndində “Aqrolizinq” ASC–nin bazasının inşasında son tamamlama işləri görülür. Qaraçay, Xucbala, Aşağı Tüləkəran, Hacıqayıb, Küpçal, Dağlı kəndlərində Quba Rayon İcra Hakimiyyətinin sifarişi ilə yeni məktəblərin, şəhərdə “Gənclər evikimi bir çox obyektlərin inşası planlaşdırılmış və təməli qoyulmuşdur.

Turizmin inkişafı ilə əlaqədar ray

onda xeyli görülmüş, “Retro” istirahət kompleksi kimi müasir standartlara uyğun onlarca turist xidməti obyekti istifadəyə verilmişdir. Hazırda Əski–İqriq kəndi yaxınlığında dünya standartları səviyyəsində möhtəşəm “Riksos otelturizm kompleksinin tikintisi davam etdirilir. 120 milyon manat özəl sərmayə qoyuluşu olan bu kompleksin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Rayon ərazisində müasir körpülərin inşası ilə bağlı əhəmiyyətli işlər görülmüşdür. Belə ki, Bakı–Quba magistral avtomobil yolunda Qaraçay üzərində, Bakı–Rusiya Federasiyası sərhədi magistral avtomobil yolunda Quruçay üzərində və QubaQusar avtomobil yolunda Quruçay üzərində körpülər tikilərək istifadəyə verilmiş, Bakı–Quba magistral avtomobil yolunda Ağçay üzərində və Qudyalçay üzərində isə yeni müasir körpülərin tikintisi davam etdirilir. Quba şəhərini Qırmızı Qəsəbə ilə birləşdirən qədim “Tağlı körpü”də bərpa işləri yekunlaşmaq üzrədir. Qudyalçayın üzərində, Xınalıq–Qırız yolunda yeni körpü tikilmişdir ki. bu da uzun illər yol problemi ilə üzləşən qırızlıların böyük sevincinə səbəb olmuşdur. Kommunal müəssisələrin madditexniki təchizatının yaxşılaşdırılması və işinin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə şəhərə yeni, müasir texnikamüvafiq avadanlıqlar gətirilmiş və təmizlik, abadlıq və sanitariya birliyinə təhvil verilmişdir.

2012–ci ildə rayonda kənd təsərrüfatının inkişafı sahəsində də müəyyən işlər görülmüşdür. Bu müddət ərzində 49 min 504 ton dənli və dənli paxlalılar istehsal olunmuşdur ki, bunun da 45 min 29 tonunu buğda, 3395 tonunu arpa, 774 tonunu qarğıdalı, 306 tonunu isə paxlalılar təşkil edir. Bu nəticə 2011–ci illə müqayisədə 5898 ton çoxdur. Hesabat ilində 14 min 210 ton tərəvəz (2011–ci illə müqayisədə 450 ton çox), 10 min 176 ton kartof (2011–ci illə müqayisədə 229 ton çox), 118 min 420 ton meyvə və giləmevvə (2011–ci illə müqayisədə 940 ton çox) istehsal olunmuşdur. İl ərzində Bakı şəhərində hər həftə keçirilən kənd təsərrüfatı yarmarkasına rayonumuzun məhsul istehsalçıları tərəfindən 3669 ton məhsul çıxarılmışdır. Rayonda 40 min tona yaxın meyvə–tərəvəz məhsulunu uzun müddət saxlamaq qabiliyyətinə malik 10–dan artıq soyuducu anbar tikilib istifadəyə verilmişbu davam etdirilir.

Ötən il rayonda fəaliyyət göstərən 5 özəl və 1 dövlət toxumçuluq təsərrüfatında əkilən 417 hektar payızlıq toxum sahəsindən 1138 ton təmizlənmiş toxum istehsal olunmuşdur ki, bu da rayonda toxuma olan tələbatın 35 faizi deməkdir. Toxumçuluq təsərrüfatında hektardan məhsuldarlıq buğda üzrə 29, arpa uzrə 25 sentner təşkil etmişdir. 2013– ilin məhsulu üçün 19 min 153 hektar sahədə şum sürülmüş, 18 min 976 hektarda səpin aparılaraq 17 min 716 hektarda buğda, 1260 hektarında isə arpa əkilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə əİaqədar olaraq 2012–ci ildə əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaqmotor yağlarına görə vəsaitin ödənilməsi ilə bağlı müraciət etmiş 10 min 853 nəfər hüquqifiziki şəxsə 1 milyon 237 min 991 manat vəsait ödənilmişdir. Buğda istehsalı ilə məşğul olan 4331 istehsalçıya isə 653 min 186 manat məbləğində yardım verilmişdir.

Meyvəçiliyin inkişafında məhsulun vaxtında yığılması və müasir standartlar səviyyəsində bazara çıxarılması işində çətinliklər mövcuddur. Rayonda bu məqsədlə istifadə olunan tara və digər qablaşdırma materiallarının istehsalının təşkilinə, yeni soyuducu anbarların və emal sexlərinin tikilməsinə və eləcə də yenidən bərpa olunmasına ehtiyac vardır.

Rayon ərazisindən keçən çayların sahillərində yerləşən yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin sel və daşqınlardan qorunması məqsədilə çayların daha təhlükəli hissələrində çay məcralarının təmizlənməsi və qoruyucu bəndlərin qurulması tədbirləri həyata keçirilmişdir.

2012–ci ildə rayonda iribuynuzlu mal–qaranın sayı 66 min 757 baş, xırdabuynuzlu heyvanların sayı 267 min 527 baş, quşların sayı isə 218 min 18 baş olmuşdur. İl ərzində 66 min 558 sentner ət, 370 min 275 sentner süd, 11 milyon 994 ədəd yumurta, 4736 sentner yun istehsal olunmuşdur. 2012–ci ildə epizootiya əleyhinə mübarizə və müalicə tədbirləri gücləndirilmişdir.

“2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan pay torpaqlarında ailə və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalarda birləşməsi istiqamətində maarifçilik işləri davam etdirilir.

Hesabat ilində əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyə müəssisələrinin madditexniki bazasının gücləndirilməsi sahəsində xeyli görülmüş, binaların təmiri və tikintisi ilə bağlı müəyyən tədbirlər həyata keçirilmişdir. Rayonda aparılan əks–epidemik və profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində ötən il ağır yoluxucu xəstəliklər (difteriya, göy öskürək, poliomielit, quduzluqtetanus ) qeydə alınmamışdır.

2012–ci ildə məktəblərin madditexniki bazasının yüksəldilməsi, yeni məktəb binalarının tikintisi, əsaslı təmiri və digər məsələlərlə bağlı xeyli görülmüşdür. Məktəblərin ixtisaslı müəllim kadrları ilə təmin olunması məqsədilə Təhsil Nazirliyində imtahandan keçmiş 71 müəllim təhsil ocaqlarına, xüsusilə dağlıq ərazilərdə yerləşən məktəblərə göndərilmişdir ki, bu da müəllim çatışmazlığını müəyyən qədər aradan qaldırır. 2012–ci il məzunlarından 285 nəfəri ali məktəblərə qəbul olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 100 nəfər çoxdur. 27 məzun 500–dən çox bal toplamaqla (bunlardan 5 nəfəri 600–dən çox bal toplayıb) ali məktəblərə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə texniki təmayüllü liseyİlin ən vaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

2012–ci il rayonumuzda mədəniyyət sahəsində bir sıra möhtəşəm tədbirlərin reallaşdırılması ilə yadda qaldı. Qədim Quba torpağı möhtəşəm, rəngarəng “Alma bayramı”nın şahidi oldu. Tədbirdə 30–dan çox xarici ölkənin səfirliklərinin nümayəndələri, 3 ölkənin səfiri, Milli Məclisin 70–dən çox deputatı və digər yerlixarici qonaqlar iştirak edirdilər. Xarici ölkələrin Azərbaycandakı səfirləri tərəfindən bu el bayramının təşkili çox yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010–2014– illər üçün xalq yaradıcılığı paytaxtları proqramı çərçivəsində Quba 2012–ci ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilmiş, bu münasibətlə B.Səfəroğlu adına rayon mədəniyyət evində böyük tədbir təşkil olunmuşdur. Rayonda xalq sənətkarlığının unudulmuş bir çox sənət növlərinin inkişafı istiqamətində məqsədyönlü aparılmışdır.

2012–ci ildə gənclər siyasəti ilə bağlı işlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmiş, onların asudə vaxtlarının təşkili, vətənpərvərlik ruhunda yetişmələri üçün lazımi tədbirlərin görülməsi təmin edilmişdir. May ayında rayonun ən fəal gənclərinin iştirakı ilə “Gənclər Forumunun keçirilməsi bu yöndə atılan ən vacib addımlardan biri oldu. Bundan əlavə, rayon icra hakimiyyəti başçısının iştirakı ilə gənclərlə bağlı 3 böyük tədbir təşkil olunmuş, müxtəlif tarixi günlər, yubileylər və bayram günləri təntənə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xətti ilə “Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolumövzusunda elmipraktik konfranskonsert proqramı keçirilmiş, Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi rayonda yüksək səviyyədə qeyd olunmuşdur.

Prezident İlham Əliyev tərəfindən 2012–ci ilinİdman ilielan olunması bu müddətdə rayonumuzda idmana olan diqqət və qayğının artırılmasına zəmin yaratmışdır. Rayonumuzun gəncləri idmanın ayrı–ayrı növləri üzrə beynəlxalq və respublika səviyyəli yarışlarda öz qüvvələrini sınamış, qələbələr qazanaraq medallara və fəxri fərmanlara layiq görülmüşlər. Belə ki, il ərzində keçirilən müxtəlif səviyyəli yarışlarda rayon idmançıları 138 medal qazanmışlar ki, bunlardan da 54–ü qızıl, 43–ü gümüş, 41–i isə bürüncdür.

Sevindirici haldır ki, 2012–ci ildə Quba Rayon Uşaq Gənclər İdman Məktəbi göstərdiyi nəticələrə görə respublika üzrə kənd rayonları arasında “İlin məktəbi ” nominasiyasının qalibi olmuşdur.

Möhtərəm Prezidentimiz İlham Əliyev rayonumuzun sosialiqtisadi inkişafına daim böyük diqqət və qayğı göstərir. Son on ildə onun 8 dəfə rayonumuza səfər etməsi, bir neçə gün əvvəl Prezidentin ehtiyat fondundan Quba–Küpçal–Küsnət yolunun yenidən qurulması üçün 5 milyon manat vəsait ayırması barədə sərəncam imzalaması ölkə rəhbərinin qubalılara olan böyük hörmət və qayğısının bariz nümunəsidir”.

Qarşıda mühüm vəzifələr durur. Ümid edirik ki, rayon rəhbərliyi müəssisə və təşkilatların fəaliyyətini düzgün istiqamətləndirməklə vəzifələrin öhdəsindən bacarıqla gələcək, 2013– il daha uğurlu olacaqdır.

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2013.- 13 mart.- S. 8.