Keçmiş döyüşçü, istedadlı jurnalist

 

Ən ağır məqamlarda həyatını onun uğrunda qurban verməyə hazır olan, bir ovuc torpağını dünyanın bütün sərvətlərindən uca tutan, qanı bu torpaqdan göyərən igid oğulların çiynində dayanır Vətən. Xalqımızın dahi şairi Məmməd Araz demişkən:

 

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub, qayasında bitərdim…

 

O kəslər xoşbəxtdirlər ki, Vətənə oğul ola bilirlər və Vətən də onlara oğul deyir… Həyat onu çox sınağa çəkib, əziyyətləri yetərincədir. Bu gün də əvvəlki əzmkarlığını, mübarizliyini qoruyub saxlayır. Yaşayıb–yaratmaq eşqi bu gündavam edir

Baxşeyiş Abbas oğlu Hətəmli 1963– il fevral ayının 15–də Ağdam rayonunun Əliağalı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra rayondakı M.F.Axundov adına sovxozda fəhlə işləyib.

Keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olub. BDU–nun jurnalistika fakültəsində təhsil alıb, uşaqlıqdan sevibseçdiyi jurnalist ixtisasına yiyələnib. 1987–ci ilin sentyabr ayında “Ağdam” qəzetində müxbir kimi fəaliyyətə başlayıb.

Jurnalistlik fəaliyyətinin ən qızğın çağında Vətənimizin başı üstünü qara buludlar aldı. Əzəli düşmənimiz olan ermənilər Dağlıq Qarabağdaona bitişik rayonlarda hərbi təcavüzə başlamışdılar.

 

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən bu gündən!

 

Ölməz şairimiz Səməd Vurğunun bu misralarını tez–tez təkrarlayan Baxşeyiş Hətəmli çoxları kimi, 1991–ci ilin noyabr ayından döyüşən ordunun sıralarına yazılaraq 23 yanvar 1996–cı ilədək müxtəlif hərbi hissələrin tərkibində bölmə, taqım, bölük komandiri, qərargah rəisi, əlahiddə kəşfiyyat bölük komandiri kəşfiyyat rəisi kimi səngərdən–səngərə atılıb. Onun döyüş yolu müharibənin ən qaynar nöqtələrindən keçib. O, II qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan baş leytenantdır.

1998–ci ildənAğdam”, 2004–cü ildən isəQeyrət qalasıqəzetlərinin redaktorudur.

Baxşeyiş Hətəmli öz üzərinə götürdüyü bəzi ictimai vəzifələrin öhdəsindən uğurla gəlir. O, Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının prezidenti, Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyi Ağdam rayon şöbəsinin sədridir.

Kolanı—şəhidlər yurdu”, “Seyidlidə bitən qeyrət”, “Ömrün şöhrət tacı”, “Qisas bu dünyadadı…”, “Ağdam ağrıları sair kitabların müəllifidir.

O, ümummilli lider Heydər Əliyevin sərəncamı iləAzərbaycan Bayrağıordeni ilə təltif olunmasını özünə şərəf bilir. “Qızıl qələm”, “Vətən”, “Peşəkar jurnalistfəxri mükafatlarına layiq görülmüş Baxşeyiş Hətəmli 21 iyul 2010–cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunduğuAzərbaycanın əməkdar jurnalist”i fəxri adını isə həyatının fəaliyyətinin uca zirvəsi hesab edir. Müxtəlif vaxtlarda Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mətbuat Şurası, Ağdam RİH, rayon gənclər idman idarəsi, xidmət etdiyi hərbi hissənin fəxri fərmanlarına layiq görülüb.

Bu il onun 50 yaşı tamam olur. Həmkarımızı bu münasibətlə təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

 

 

Salman Alıoğlu

 

Respublika.- 2013.- 14 mart.- S. 6.