1988–ci il. Yerevan
hadisələri
Mənim xatirələrim
keçən yuzilliyin sonlarında Qərbi Azərbaycanda
(indiki Ermənistan Respublikası—Red.) yaşayan azərbaycanlıların
1988–ci il Yerevan hadisələrinin, həmin faciəvi, uzaq
günlərinin sarsıntılarına gedib çıxır.
Mən bütün bunların həqiqətən baş
verdiyi haqda fikirlərimi oxucularla bölüşmək istəyirəm.
1985–ci
ildə M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə
Ermənistan rəhbərliyi tərəfindən
keçmiş Qərbi Azərbaycandan yerli əhalinin–burada
tarixən yaşayan azərbaycanlıların
sıxışdırılması və qovulması məsələsi
sərt şəkildə qoyuldu.
Düşünülmüş plan Rusiya hökumətinin dəstəyilə
həyata keçirilirdi. SSRİ–nin dağılması üzdəniraq
Dağlıq Qarabağ problemilə başladı. Qeyd etmək
lazımdır ki, imperiyanın dağılması ona gətirib
çıxardı ki, keçmiş sosialist bloku
respublikaları müstəqillik əldə etdilər və
BMT birliyinə daxil olan tamhüquqlu dövlətləri
oldular. Bəli, Avropa və Asiya ölkələri kommunist
imperiyasının təsirindən qurtuldular. Ümumi SSRİ
ailəsinin qəti olaraq dağılması 1990–cı ilin
sonunda baş verdi. Lakin Qorbaçovun Azərbaycan
xalqının maraqlarına qarşı getməsi
bağışlanılmazdır. O, ərazilərimizi Azərbaycandan
ayırmaq, sonra isə Ermənistana birləşdirmək
ideyalarına hər cür dəstək verirdi. Mən Yerevan
şəhərinin (qədim adı İrəvandır)
köklü sakini kimi hələ 1965–ci ildən etibarən
burada baş vermiş bütün hadisələrin şahidi
olmuşam. 1965–ci ildə 10 yaşım vardı. Ermənilər
qondarma “soyqırımın” əllinci
ildönümünü qeyd edirdilər.
Onlar
matəmi qara geyinib şəhər boyu addımlamaqla
keçirirdilər. Bu yürüşlər müxtəlif
antiturk çığırtılar və azərbaycanlılar
əleyhinə təhqirlərlə müşayiət olunurdu.
O
zaman hakimiyyətdə olan keçmiş Sov.İKP MK–nın
Baş katibi Leonid Brejnev ermənilərlə kompromisə getmədi.
Sovet dövlət əsasları müttəfiq respublikalar
arasında hər cür milli və ərazi iddialarını
qadağan edirdi. Yerevanın erməni əhalisinin Azərbaycan
məhəllələrini tar–mar etməyə
başladığı gecə Brejnev münaqişənin dərhal
SSRİ DİN–nin xüsusi bölmələrinin qüvvəsilə
qarşısının alınması haqda göstəriş
verdi. Şəhərə xüsusi hücum dəstələri
yeridildi ki, bunlar da öz növbəsində Azərbaycan ailələrinin
yaşadıqları bütün rayonları dövrəyə
aldılar. Aqressiv köklənmiş yarım milyonluq
nümayişçilər kütləsini dağıtmaq və
hücumları dayandırmaq mümkün oldu. Mən
ömrümdə ilk dəfə əsgərlərin əllərində
rezin dəyənək və bu cür hadisələr
üçün xüsusi öyrədilmiş nəhəng
itlər gördüm. Bu hadisə məni öz kökləri
ilə bir neçə əsr əvvələ aparan
münaqişənin tarixini dərindən öyrənməyə
başlamağa vadar etdi. Mən 10 yaşından etibarən
uzun illər məhz kimlərlə yaşamalı, oxumalı və
işləməli olduğuma nəzər yetirməyə
başladım. 1950–ci illərdən sonra İrəvan şəhərinin
siması tədricən dəyişməyə başladı,
yəni şəhərdəki evlərin, binaların,
küçə və meydanların rekonstruksiyası vüsət
aldı. Halbuki 1969–cu ilədək buna qədər şəhərdə
hər şey Şərq üslubuna yaxın idi.
Erməni
xalqının daşnak partiyasının liderlərindən
olan Ohanes Şiraz adlı şair həmin illərdə ev
dustağı idi. Lakin o, son nəfəsinə qədər
türklərə qarşı mübarizə aparmağı,
onları qırmağı təbliğ edirdi. O
yazırdı: “Hər bir erməni yalnız “böyük Ermənistan”,
türk xalqlarına qarşı qisas barədə
düşünməlidir”. Onun ölümündən sonra
daşnak ideyası təbliğatçılarından Silva
Kaputikyan oldu. Bunları hələ məktəb zamanından
xatırlayıram. O vaxtlar Yerevanda hətta rus məktəblərində
antitürk təbliğatı gedirdi. Belə atmosferdə
qeyri–ermənilərin, xüsusən azərbaycanlı
uşaqların normal oxuması çox çətin idi.
Taleyim mənə çoxlu iztirab və çətinliklər
hazırlamışdı. Lakin Ermənistan azərbaycanlıları
bütün bunlara baxmayaraq, heç vaxt
sayıqlıqlarını itirmir və millətimizin şərəfi,
qüruru, ədalət uğrunda hər cür mübarizə
aparırdılar. Biz azərbaycanlıların qədim mədəniyyətə,
böyük tarixə malik olan, yüksək inkişaf
etmiş millət olduğunu və məhz onların, ermənilərin
bizdən çoxlu tarixi və mədəni dəyərləri
mənimsədikləri, oğurladıqlarını sübut
etməyə müyəssər olduq. Sadə erməni
xalqı azərbaycanlılara ağlına, yüksək mədəniyyətinə
görə hörmət edirdilər. Hələ məktəbdə
şagird ikən biz daim millətin şərəfini qoruyur,
dalaşmalı olsaq belə zəiflərin tərəfini
saxlayır, kimliyindən asılı olmayaraq—erməni, rus,
yaxud azərbaycanlı, tikəmizi onunla
bölüşürdük.
Xeyli
sonralar baş vermiş hadisələrə qayıtmaq istəyirəm.
Beləliklə,
Yerevan, 1988–ci il, fevral ayının 21–i səhər saat 11:00.
Üç yüz minə yaxın adam şəhər
küçələrindən axışaraq Opera Teatrı
meydanına yığışdı. Nümayişçilər
əllərində bayraqlar, transparantlar, şovinist mövzulu
şüarlar, antitürk şəkilləri, “Türklərə
ölüm”, “Qarabağa azadlıq”, “Zəngibasar rayonu ikinci
Sumqayıt olacaq” xarakterli yazılar tutmuşdular (Bu yer təsadüfi
seçilməmişdi, əvvəlcə Zəngibasarın
adını dəyişib Masis adlandırmışdılar, həm
də orada yerli azərbaycanlıların sayı 20 mindən
artıq idi. Bu rayon bərəkətli torpağı, təbiətinin
gözəlliyi ilə seçilirdi;
üçüncüsü, bura Türkiyə ilə sərhəd
idi).
Qayıdaq
mitinqə. Yerevan Opera teatrı meydanı, saat 14:00. Mitinqi
“Qarabağ” komitəsi liderlərindən biri, Asala (beynəlxalq
erməni terror təşkilatı) üzvü Muradyan
açdı. Onun çıxışından bəzi hissələr:
“Kifayətdir, boğazacan yığmışıq!!!
Artıq 70 ildir ki, bizim Qarabağ xalqı vətən
üçün həsrət və əzab çəkir.
Biz, erməni xalqı SSRİ Ali Sovetindən doğma
Artsaxımızı, Qarabağın paytaxtını Azərbaycandan
ayırıb, DQMV–nin bu ərazilərinin Ermənistana birləşdirilməsini
tələb edirik”.
Natiqlər
hakimiyyətə itaətsizliyə, dərhal tətillərə
və aclığa çağırırdılar.
Qışın
bu şaxtalı günləri Yerevan azərbaycanlıları
soyuğun hayında deyildilər. Əksinə, hökm sürən
özbaşınalıq, dəhşət və qorxu
ucbatından millətə, Azərbaycana görə hirs və
qəhər boğurdu. Evindən şəhərə
çıxan heç kəs salamat
qayıdıb–qayıtmayacağını bilmirdi. Onsuz da son
illər Yerevanın özündə yerli azərbaycanlılardan
olduqca az qalmışdı.
Gündən–günə
şəhərdə həyəcan artır, ehtiraslar
coşur, şəhər qara rəngə
bürünürdü, Yerevan ölü şəhərə
çevrilirdi.
Məni
tanıyan ermənilər tez–tez deyirdilər: “Oqtaycan, şəxsən
səninlə və yaxınlarınla işimiz yoxdur, amma
Sumqayıta və Qarabağa görə ürəklərdən
qisas alacağıq. Baxmayaraq ki Sumqayıtda terror və
talanları öz ermənilərinə qarşı elə ermənilər
törətmişdilər. Bu xüsusi tapşırıq
terrorçu Zori Balayanın özü tərəfindən
hazırlanmış və sifariş olunmuşdu. “Bizi
öldürüblər, biz də onları öldürəcəyik!”.
Mən susurdum, çünki bu situasiyada bu fanatiklərə nə
isə anlatmaq, bu düşmənçiliyin heç kimə
xeyir gətirməyəcəyini izah etmək çətin
idi. Özlərini məzlum və alçaldılmış
xalq sayaraq onlar hələ Qarabağ hadisələrindən
qabaq ilk qaçqınların məhz 1988–ci ilin yanvarında
Qafan və Mehri rayonlarından Bakıya pənah aparmış
azərbaycanlılar haqda heç vaxt
düşünmürdülər. Həyatım
üçün təhlükəli olduğuna baxmayaraq, mən
bütün mitinq və nümayişlərdə iştirak
edirdim. Xalqın taleyi həll olunan zaman ölümdən
qorxmaq kişilikdən deyildi. Mitinqlərdə antiazərbaycan
hərəkatı liderlərinin çoxu elə Qarabağ erməniləri
idilər, bütün erməniləri intiqama
çağıran xarici ermənilər də çox idi.
O zaman
Yerevana xaricdən, necə deyərlər, ideya dəstəyi
üçün çoxlu “yad” ermənilər də gəlmişdi.
Ümid ancaq Allaha qalmışdı. Ermənilərin
“azadlıq hərəkatı” isə gündən–günə
yeni vüsət götürürdü. Həmin illər mən
Marksizm–Leninizm Universitetinin dinləyicisi idim. Yerevan
Universitetinin professoru, tarixçi, Mkrtıçyan deyilən
birisi mühazirələrin birində görünməmiş
bir nitq söylədi. Bu çıxışın bəzi
fraqmentlərini diqqətinizə təqdim edirəm: “Mənim
gənc həmvətənlərim, qulaq asın və bilin ki,
erməni xalqının illərlə gözlədiyi və
hazırlaşdığı zaman gəlmişdir və nəhayət
ki, hesab vaxtı çatıb. İndi ümidimiz sizsiniz və
bütün erməni dünyası sizə böyük
ümidlər bağlayır”. Sonra xəbər tutdum ki, bu
professor Erməni Millətçiləri Cəmiyyətinin
(EMC) fəal üzvü imiş. Yerevan, 1988–ci il, 4 mart, saat
12:00.
Şəhərdə
saqallı, alınlarında qırmızı hərflərlə
“Artsax” yazılmış sarğıları olan qaraköynək
adamlar peyda oldular. Yaxalıqlarına xalq qəhrəmanı
saydıqları Andranik paşanın şəkli olan
nişanlar taxmışdılar.
Bir aydan
çox vaxt ötsə də, Moskva Yerevan hadisələrinə
heç bir reaksiya vermədi. Bütün bunlar mərkəz tərəfindən
dəqiqliklə düşünülmüşdü.
Qorbaçov ikili oyun oynayırdı. Yerevana SSRİ Daxili
İşlər Nazirliyinin desant qoşunları yeridildi və
bu, vəziyyəti daha da qəlizləşdirdi. Bütün
şəhər əsgərlərlə əhatəyə
alınmışdı. Opera teatrı meydanı mitinqçilər
üçün qapadılmışdı.
Nümayişçilər bütün şəhər boyu
yürüşlər təşkil edirdilər. “Rədd olun,
sovet faşistləri! Sovet əsgəri qatildir!” məzmunlu
şüarlar peyda oldu. Lakin bu o demek deyildi ki, kimsə
öldürülmüşdü, bu, sadəcə, bir
tamaşa, Qorbaçovun özünəməxsus taktikası
idi. Beynəlxalq erməni terror təşkilatı ASALA–nın
üzvü, EMT–nin lideri Muradyan təklif irəli
sürdü—Erməni Azadlıq Hərəkatının qərargahı
yaradılsın və meydanın
yaxınlığındakı Opera teatrının
qarşısındakı binaların birində yerləşdirilsin.
O dəhşətli günlərdə Ermənistan Kommunist
Partiyasının zəmanəti ilə Ali Partiya Məktəbində
təhsilimi davam etdirmək üçün Moskavaya getməliydim,
halbuki bu təhsil ocağının filialı Bakıda var
idi. Artıq sənədlərim hazır idi. Universitetin
prorektoru mənimlə yaxşı münasibətdə idi,
çünki təşkilatçılıq
bacarığını gözəl bilirdi. Bir dəfə o məni
yanına çağırıb dedi: “Siz bərkdən–boşdan
çıxmış adamsınız. Biz sizə partiya
adamı kimi çox məsuliyyətli bir iş
tapşırmaq istəyirik”. Onun dediyi tapşırıq bundan
ibarət idi: Ermənistanın əksəriyyəti azərbaycanlılardan
ibarət olan rayonlarına gedib, onların təxribata
uymaması və öz evlərini tərk etməyə tələsməmələri
üçün təbliğat aparmaq. Bunun bihudəliyini
bildiyimdən bu missiyanı yerinə yetirməkdən imtina
etdim. Şəhərdə söhbətlər gəzirdi ki,
may ayında yaşayan Zəngibasar rayonunda (indiki Masis) azərbaycanlıların
zorla qovulması və məhv edilməsi əməliyyatına
hazırlıq işini aparılır.
Bildiyiniz
kimi, hücumlar oldu və minlərlə insanın
qaçqın düşdüyü, Türkiyə ilə sərhəddəki
çadırlarda yerləşdirilməsi İttifaq
televiziyası ilə göstərildi. Mən həmin gün
gecə saat 2–də Azərbaycan Kommunist Partiyası MK–ya evdəki
telefondan zəng etdim. Dəstəyi cavan bir adam
götürdü və birinci katibin qəbul otağında məsul
növbətçilik etdiyini söylədi. Mən
özümü təqdim edib dedim ki, may ayında azərbaycanlılara
qarşı hücumlar gözlənilir və Azərbaycan
hökuməti qərar çıxarır, buradakı azərbaycanlıların
təhlükəsizliyini təmin etməlidir. Onun
cavabını heç vaxt unutmayacağam: “Biz iki xalqın
arasında körpülər yaradırıq, siz isə
çaxnaşma yaradır, təxribatında məşğulsunuz.
Ermənilərlə azərbaycanlılar arasında heç
bir ədavət yoxdur. Bu düşmən elementlərin
quraşdırmasıdır”. Onun cavabından quruyub qaldım.
Bilmədim, milliyyətcə kim idi.
Qırğınlardan
bir müddət sonra gecə saat 1:00–da yenə Bakıya, Azərbaycan
KP MK–ya zəng vurdum. Lakin həmin adam artıq orada yox idi.
Yerevan,
1988–ci il, 28 may, saat 16:00. Qırğınlar başladı.
Moskva susur. İrəvandakı hərbi hissələr Opera
teatrı meydanından çıxıb, “Dinamo” idman
sarayında yerləşdilər. “Qarabağ” komitəsinin
başçılarından biri, xalq arasında böyük
hörmət sahibi, beynəlxalq erməni terror təşkilatı
ASALA–nın üzvü, Azərbaycan ermənisi Saruxanyan mitinqdə
çıxış edərək həyasızcısına
azərbaycanlıların dinc əhalini zorakılıqla
öldürdüyü barədə yalanlar söyləyərək
silahlanmağa və qısasa çağırdı. Bir qrup
adam Yerevan küçələrinə çıxaraq
“zinvel!!!, zinvel!!!” bağırırdılar, bu, ermənicə
“silahlanın” deməkdir.
Opera
teatrı meydanı. Yerevan, 1988–ci il, iyun, saat 12:00. Mitinq.
Hamı türk xalqlarının qatı düşməni Ermənistanın
SSR–nin I katibi Arutyunyanı gözləyir. O, mitinqdə ilk dəfə
çıxış edirdi. Çox uzun danışdı, mən
onun çıxışının bəzi məqamlarını
qeyd edirəm: “Mənim erməni xalqım! Sizinlə həmrəyəm,
mənim vəzifəm DQMV–nın Ermənistana birləşdirilməsi
tələbəni yerinə yetirməkdir, sizə söz verirəm
ki, mən buna mütləq nail olacağam!”. O, final nöqtəsini
qoydu. Bütün respublika ayağa qalxdı. Hərc–mərclik
başladı. Dinc azərbaycanlıları
yaşadıqları yerlərdən qovur, səbəbsiz
işdən çıxarır, uşaqları məktəblərdən
qovur, insanları ölənəcən döyür, mənzillərini
yandırır, var–yoxunu qarət edirdilər. Bu arada ermənilər
özlərini Bakıda vətənlərində olduğu
kimi tam təhlükəsizlikdə hiss edirdilər.
Keçmiş rəhbərliyimizin səhvləri bizə baha
oturdu.
…Hələ
Yerevanda ikən mən erməni tarixçilərinin
yalançılığına, riyakarlığına dəfələrlə
mat qalmışdım. Misal üçün, hər hansı
bir daşı, yazını, qabı və ya heç nə
ilə fərqlənməyən adi taxtanı lazımi
görkəmə salır, basdırır, 2–3 ildən sonra isə
qazıb çıxarırlar. Sonra bütün dünyaya
çar çəkib ekspertlər dəvət edirlər ki,
guya böyük tapıntı aşkar edilib, ermənilərin
əcdadlarının qalıqları tapılıb, tapıntının
yaşını az qala aparıb 5000 ilə
çıxarırlar. Yalançı xalqın yalan tarixi.
(davamı növbəti
saylarımızda)
Ağa Oqtay Yerevanlı.
Respublika.- 2013.- 14 mart.- S. 6.