Təbii fəlakətlərin qarşısının alınması tədbirlərinin həyata keçirilməsi vacibdir

 

2004–2008–ci illəri əhatə edən birinci Dövlət Proqramında Azərbaycanda baş verən təbii fəlakətlərdən, demək olar ki, ölkənin əksər təsərrüfat sahələrinə ən çox zərərlər və dağıntılar yetirən sellərə qarşı mübarizə işlərinə xüsusi diqqət yetirilmiş, bu sahədə görüləcək müdafiə işləri üçün məsul olan dövlət qurumları müəyyən edilmişdir. Əgər nəzərə alsaq ki, dünyada mövcud olan çoxsaylı təbii fəlakətlərdən yalnız dünya okeanı sahillərində baş verən təbii fəlakətlərdən başqa yerdə qalan bütün təbii fəlakətlər Azərbaycanda baş verir və hər dəfə bu kimi təbii proseslər Azərbaycan iqtisadiyyatına külli miqdarda zərərlər yetirir. Yalnız 2010–2012–ci illərdə respublikada baş vermiş daşqın, sel, zəlzələ, sürüşmələr və s. təbii fəlakətlərin vurduğu zərərlər və onlara qarşı mübarizə tədbirlərinə təxminən 2–3 milyard ABŞ dolları məbləğində zərərlər dəymişdir. Bu məbləğ sahəcə dünyada o qədər də böyük olmayan Azərbaycan üçün çox böyük vəsaitdir. 2009–cu ildə Azərbaycanda birinci Dövlət Proqramının yerinə yetirildiyi ərəfədə yeni ikinci Dövlət Proqramının tərtibi ərəfəsində “Respublika” qəzetinin 8 yanvar 2009–cu il tarixli nömrəsində çox böyük həcmli “Yeni Dövlət Proqramında təbii fəlakətlərə qarşı mübarizə işinə xüsusi diqqət yetirilməlidir” məqaləsi çap olundu. Məqalədə birinci Dövlət Proqramında nəzərdə tutulmayan, ancaq Azərbaycanda teztez təkrarlanan və respublika iqtisadiyyatına çox böyük zərərlər vuran bir neçə təbii fəlakət hadisələrinin yeni tərtib edilən Dövlət Proqramında nəzərə alınmasını yeni, ikinci Dövlət Proqramını tərtib edənlərin nəzərlərinə çatdırsaq da, təbii fəlakətlərə dair bizim təkliflərimiz (məqalə gec çap olunduğuna görə) Dövlət Proqramına salınmamışdır.

Məqalə müəllifi Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dediyi: Bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Üçüncü Dövlət Proqramının hazırlanması ilə işlər başlanmışdır” ideyasını əsas tutaraq yeni Dövlət Proqramında bəzi təbii fəlakətlərə dair öz təkliflərimizi vermək qərarına gəldik.

Bu istiqamətdə biz Azərbaycanda çox geniş yayılmış aşağıdakı təbii fəlakətlərin yeni Dövlət Proqramına daxil edilməsini məqsədəuyğun hesab edirik.

Dolu təbii proses olmaqla ərazinin mənimsənilmə və məskunlaşma dərəcəsindən asılı olaraq dolunun vurduğu zərərlər nəticəsində bu proses təbii fəlakətə çevrilə bilər. Dolu əsasən Azərbaycanın dağlıq və dağətəyi ərazilərində əsasən yaz və yayın ilk aylarında baş verir. Dolu ən çox meyvə bağlarına, üzümlüklərə, əkin sahələrinə zərərlər yetirir, bəzən də ev quşlarını, xırdabuynuzlu heyvanları, arı ailələrini öldürür, iri dolu dənələri evlərin dam örtüyünü yararsız hala salır.

Tam inandırıcı olmasa da, Azərbaycan tarixində ən iri dolu 1852–ci ildə rus dilində çap olunmuşQafqaz təqvimi”nə görə 6 avqustda Kür çayı sahilində yerləşən Eymir kəndindən Katoban kəndinədək 40 verstlik (1 verst—1.0668 kilometr) məsafədə 1/4 saat ərzində çəkisi 1–20 funta (05–16 kiloqram) çatan müxtəlif ölçülü, müxtəlif formalı buz parçaları olub, düşdüyü ərazilərdə yerləşən əkin sahələrini, bağları, meşələri kökünə qədər məhv etmiş, çox minlərlə ev quşları və malqara tələf olmuşdur. 1859–1878–ci illərdə rus dilində çap olunanQafqaz haqda məlumatlar məcmuəsi”nin verdiyi məlumata əsasən Azərbaycanda göstərilən müddətdə 49 dəfə dolu düşməsi qeydə alınmış və bunun nəticəsində doludan dəymiş ziyan Yelizavetpol və Bakı quberniyalarına 0,5 milyon rubla bərabər olmuşdur. Tarixən doluvurmadan dəyən zərərlər haqda rus dilində çap olunanQafqaz təqvimi”nin 70 cildlik nəşrinin ayrı–ayrı cildlərində xüsusi olaraq 1912–1916 illərdə nəşr olunan ayrı–ayrı nömrələrinin məlumatına əsasən Azərbaycanda göstərilən 5 il ərzində doluvurmadan dəymiş zərər 2.5 mln. rubla, ən çox zərərlər Yelizavetpol quberniyasında 1876,4 min rubl, Bakı quberniyasında 423,7 min rubl, Naxçıvan uyezdində 178,1 min rubla bərabər olmuşdur.

Göstərilən tarixi məlumatları yeni Dövlət Proqramını hazırlayanların və “Respublika” qəzetinin oxucularının nəzərinə çatdırmaqda məqsədimiz ondan ibarətdir ki, 100 il bundan əvvəl doluvurmadan dəyən zərərlər müasir dövrlə müqayisə etsək, görərik ki, onun baş vermə sayının və vurduğu zərərlərin astronomik bir sürətlə artdığını daha aydın görmək olar.

Müasir dövrdə dolunun baş verməsinin sayı, əhatə dairəsi, onun təkrarlanması, vurduğu zərərləri 100 il bundan əvvəlki dövrlə müqayisə etdikdə görürük ki, onun təkrarlanması və vurduğu zərərlər astronomik bir ölçü ilə artaraq orta hesabla son 10 il ərzində hər il Azərbaycanın 25–30 inzibati rayonu ərazisində hər il 60–80 dəfəyə qədər dolu hadisəsi baş vermişdir. Göstərilən 10 illikdə ayrı–ayrı illərdə Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Tovuz, Ağsu, Lənkəran, Leriks. inzibati rayonları ərazilərinə düşən dolunun vurduğu zərərlər 10 milyon ABŞ dolları ilə ölçülə bilər. Doluvurmadan dəymiş zərərlər haqqında dəqiq məlumatsızlığımız yox, doluvurmadan dəymiş zərərlərin əlaqədar təşkilatlar tərəfindən dəqiq uçotunun aparılmaması və yaxud da bu məlumatların ictimailəşdirilməməsi ilə əlaqədardır.

Halbuki çar Rusiyası və Sovet dövründə əsasən doluvurmadan dəymiş zərərlərin dəqiq uçotu aparılırdı. Göstərilən dövrdə ölkədə mövcud olan bir dövlət sığorta şirkəti ölkədə baş verən dolu hadisələrinin və onların vurduğu zərərlərin dəqiq uçotunu aparırdılar. Ancaq təəssüf ki, indi Azərbaycanda mövcud olan 30–dan çox sığorta şirkətləri nədənsə bu problemlə məşğul olmağa maraq göstərmirlər.

Azərbaycanda doluvurmaya qarşı mübarizə işlərinə 1926–cı ildən başlanılmış, doludan müdafiə üçün raket üsulundan istifadə edilməyə başlanılmışdır. İlk illər bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının olmaması nəticəsində bəzən insan tələfatı ilə nəticələnən bu metodun fəaliyyəti uzun illər dayandırılsa da, sonrakı illərdə Azərbaycanda doluya qarşı artilleriya üsulundanartilleriya qurğuları vasitəsi ilə reagent birbaşa dolu yaradan buludların mərkəzinə daxil edilir. Digər üsul raket üsulu olub— raketlər vasitəsi ilə buludun soyumuş hissələri reagentlərlə aşılanır.

Nəhayət, üçüncü üsul qarışıq üsul olub artilleriya mərmiləri vasitəsi ilə buludun isti hissəsinə hidroskopik maddə, buludun soyumuş hissəsinə isə kristal reagent daxil edilir, yəni əvvəlki iki metodla buludun isti hissəsi aşılanır.

Göstərilən hər üç metoddan keçmiş Sovet respublikalarında, o cümlədən Azərbaycanda belə hərbiləşdirilmiş doludan mühafizə təşkilatlarının sayı 7 olub. Azərbaycanda 1,0 milyon hektara qədər üzüm bağları, əkin sahələrinin 90 faiz artilleriya, 10 faizi isə raket üsulu ilə doludan qorunurdu. Əfsuslar olsun ki, keçən əsrin 80–ci illərinin ikinci yarısından Ermənistan–Azərbaycan müharibəsi ilə əlaqədar göstərilən mühafizə dəstələrinin sərəncamında olan bütün hərbi avadanlıqlar və sursat yığıldı, bu sahədə çalışan yüksək ixtisaslı minlərlə insan işsiz qaldı. Azərbaycan üçün çox vacib olan göstərilən xidmət sahəsi və onun xidmətində olan rabitə, infrastruktur sistemləri, inzibati binaları hərbi texnikas. dağıdıldı, respublikaya bu sahəyə görə külli miqdarda zərərlər dəydi.

Göstərilən hərbiləşdirilmiş doluya qarşı mühafizə dəstələrinin fəaliyyət göstərdiyi illərdə bu qurumun Azərbaycan üçün nə qədər əhəmiyyətli olmasını aşağıdakı rəqəmlərdən görmək olar.

Doluya qarşı hərbiləşdirilmiş mühafizə dəstələrinin səmərəliliyi 1974– ildə 13 mln. rubla, 1975–ci ildə 16 mln. rubla, 1976–cı ildə 14,5 mln. rubla, 1977–ci ildə 15,7 mln. rubla, 1978–ci ildə 16,4 mln. rubla, 1979–cu ildə 18,4 mln. rubla, 1980–ci ildə 19 mln. rubla, 1981–ci ildə 19,5 mln. rubla, 1982–ci ildə 20 mln. rubla bərabər olmuşdur. Bu cür böyük səmərə verən bir qurum keçən əsrin 80–ci illərin sonundan öz fəaliyyətini məlum olmayan səbəblər üzündən dayandırmalı oldu. Bu quruma məxsus olan, dəyəri milyard ABŞ dolları məbləğində olan hərbi texnika, sursat, rabitə, müxtəlif kommunikasiya sistemləri və s. obyektlər dağıdılaraq öz fəaliyyətlərini dayandırmalı oldular. Azərbaycan üçün çox önəmli olan bu qurumun bərpa olunması üçün çoxsaylı məqalələrimdə, televiziyalarda çıxışlarımda bu barədə ölkənin əlaqədar qurumlara müraciətlərimin bir nəticə vermədiyini görüb, bu problemin müsbət həll edilməsi üçün müvafiq rəsmi təşkilatlara doluya qarşı hərbiləşdirilmiş mühafizə dəstələrinin yaradılması üçün məktubla müraciət etsəm də, məktub göndərilən idarələrdən bir ilə yaxındır ki, hər dəfə cavab olaraq deyirlər ki, bu qurumun yaradılması üçün işlər gedir. Nədənsə Azərbaycanda təbii fəlakətlərə qarşı mübarizə işinə təbii fəlakətlər baş verməmişdən əvvəl yox, baş verib dağıntılar, iqtisadi zərərlər baş verəndən sonra bu işlərlə məşğul olmağa başlasalar, səmərə verməz. Əgər son beş ildə Gədəbəy, Daşkəsən, Qax, Şamaxıda baş verən doluvurmanın vurduğu zərərlərin qarşısını alsaydıq bunun hesabına bir neçə hərbiləşdirilmiş doluya qarşı mühafizə dəstələrini yarada bilərdik.

Yuxarıda göstərilənləri doluvurmanın hər il Azərbaycan iqtisadiyyatına vurduğu zərərlərin çox surətlə artması bu sahədə Sovet dövründə mövcud olan hərbiləşdirilmiş doluya qarşı 7 mühafizə dəstələrinin yüksək səmərəliliyi nəzərə alınaraq göstərilən qurumun yenidən bərpa edilməsinin vacibliyi nəzərə alınaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bilavasitə rəhbərliyi ilə bu qurumun yaradılması məsələsi yeni növbəti Dövlət Proqramına salınması hər il doluvurmanın respublikaya vurduğu zərərlərin 90–100 faiz qarşısını almağa imkan verər.

Doluya qarşı mühafizə dəstələrinin işinin yenidən təşkil edilməsi üçün aşağıdakı məsələlərin müsbət həll edilməsini məqsədəuyğun hesab edirik:

Dolunun teztez təkrarlandığı və daha çox zərərlər vurduğu regionlarda fermerlərin, iri təsərrüfat sahiblərinin və ayrı–ayrılıqda doludan qorunması üçün ayrı–ayrı torpaq sahiblərinin maliyyə imkanları bu işləri təkbaşına həllin mümkün olmadığından bu problemin yalnız bir neçə yaxın qonşuluqda yerləşən iri torpaq sahiblərinin birgə maliyyə vəsaitləri hesabına öz müsbət həllini tapa bilər. Bunun üçün bir neçə iri torpaq sahibkarları doluvurmadan mühafizə etmək üçün sığorta şirkətləri ilə öz təsərrüfatlarını sığortalamalıdırlar. Bunun üçün sığorta şirkətləri doludan mühafizə dəstələrinin yaradılmasını maliyyələşdirməlidir.

Ümumiyyətlə, təbii fəlakətlərin geniş yayıldığı ölkələrdə onlara qarşı mübarizə işlərində sığorta şirkətləri çox mühüm rol oynayır. Arzu edərdik ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri doluya qarşı mühafizə işlərində əsas rol oynayan bir quruma çevrilsin. Göstərilən problemlərin müsbət həll edilməsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi aparıcı dövlət qurumu ola bilər.

birinci, nə də ikinci Dövlət Proqramında Azərbaycanda çox geniş əraziləri əhatə edən son 10 il ərzində, demək olar ki, hər il 1, 2 kənd sürüşməyə məruz qalır və belə kəndlər üçün təhlükəsiz ərazilərdə yeni yaşayış məntəqələri salınır.

Sürüşmələr əkin sahələrini, meşələri, yolları, kommunikasiya sistemlərini, müxtəlif təsərrüfat tikililərini, binaları, fərdi yaşayış evlərini, kəndləri və s. sahələri dağıdır. Azərbaycanda çox geniş yayılan digər təbii fəlakətlər: zəlzələlər, vulkanlar, tektonik hadisələr, leysan yağışlar, sellər və s. təbii proseslərdə öz növbəsində sürüşmələrin baş verməsinə və ya fəallaşmasına səbəb olur.

 

(davamı növbəti saylarımızda)

 

 

Neron Babaxanov,

professor.

 

Respublika.- 2013.- 16 mart.- S. 10.