Rabitə xidmətinin keyfiyyəti yüksəlir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013– iliİnformasiyakommunikasiya texnologiyaları ilielan etməsi bu sahənin də sürətli inkişafına stimul yaradıb. İlk milli rabitə peykimiz olan “Azərspace–1″in orbitə çıxarılması 2013– il fevralın 8–ni tariximizin ən əlamətdar günlərindən birinə çevirdi.

Ölkəmizdə informasiyakommunikasiya texnologiyalarının yüksək inkişaf tempi respublikamızın bu sahədə də dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəyinə möhkəm inam yaradıb. Son illərdə rabitə, kommunikasiya texnologiyaları, internet resursları və digər bölmələrin intensiv inkişafı ilə bağlı genişmiqyaslı layihələrin reallaşdırılması Azərbaycanın rabitə sektorundakı inkişafında sıçrayışa səbəb olub.

Tərtər Telekommunikasiya Qovşağının da İKT sahəsindəki uğurlarda sanballı payları vardır. 2012–ci ildə və 2013– ilin ilk aylarında kollektiv bir sıra nailiyyətlər qazanıb. Qeyd edilməlidir ki, ötən ildə qovşağın gəlirləri 352 min manat təşkil edib ki, bu da 2011–ci illə müqayisədə 10 min manat çoxdur. Şərh olunan dövrdə rayonun Səhləbad kəndində 160 nömrə tutumlu, Dəmirçilər kəndində 256, LOS qəsəbəsində isə 48 nömrəlik elektron avtomat telefon stansiyaları quraşdırılmışdır. Böyük yaşayış məntəqəsi olan Qaradağlı kənd EATS–in tutumu 208 nömrə artırılmışdır. Qaradağlı və Qapanlı kəndlərinin daxili rabitə xətti şəbəkələrinin tikintisi başa çatdırılıb. Aparılan modernləşdirmə tədbirləri nəticəsində EATS–lərin ümumi sayı 24–ə çatdırılmışdır.

Tərtər Telekommunikasiya Qovşağının rəisi Rüfət Qurbanov bildirdi ki, rəhbərlik etdiyi kollektiv rayon əhalisinə 3003 nömrə tutumu olan bir mərkəzi, 4240 nömrə tutumu olan 23 kənd EATS–i, fiziki xətlə telefonlaşdırılması mümkün olmayan 10 kənddə isə ümumi nömrə tutumu 40 olan peyk avadanlıqları vasitəsilə rabitə xidmətləri göstərir. Keçən il ərzində qovşaq üzrə hər 100 nəfərə düşən telefon aparatlarının sayı 6,8 nömrə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 26,4 nömrə təşkil edib ki, bu da 2011–ci illə müqayisədə 1,8 faiz artım deməkdir.

Genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi məqsədilə 2012–ci ilin avqustnoyabr aylarında ümumilikdə 91 kilometrlik fiberoptik kabeli çəkilərək bütün kənd EATS–ini əhatə edib. Eyni zamanda Tərtər–Goranboy və Tərtər–Bərdə istiqamətlərində F0–24 kabelləri çəkilərək hər iki istiqamətdə alternativlik təmin edilib.

Qeyd etmək lazımdır ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun köməkliyi ilə mərkəzi EATS–in daxili xətt şəbəkəsi və eləcə də magistral kabelləri yenisi ilə əvəzlənmiş və artımların aparılması üçün lazımi şərait yaradılmışdır. Keçən il ərzində rayonun Sarov, Seydimli, Hacıqərvənd, Qaradağlı və Xoruzlu kəndlərinin hər birində 48, Qaraqoyunluda 16, Qarağacıda isə 9 portluq DSLAM avadanlıqları quraşdırılıb. Rayon üzrə genişzolaqlı internet xidmətlərindən istifadə edən abonentlərin sayı 600–ə çatıb ki, bu da 2011–ci illə müqayisədə 50 faiz çoxdur.

Telekommunikasiya qovşağının rəisi R.Qurbanov bu il görüləcək işlər barədə dedi ki, ili layiqli nailiyyətlərlə zənginləşdirmək üçün xüsusi plan hazırlanıb və orada nəzərdə tutulan tədbirlər mərhələlərlə həyata keçiriləcəkdir. Cari ilin yekunlaşmaqda olan birinci rübündə bu işlərə başlanmışdır. Meyvə tingliyində 128 nömrəlik EATS–in quraşdırılmasına start verilib. Qaradağlı kəndində 100 və Kəngərlidə 100 evə telefon çəkilməsi üçün hazırlıq işləri başa çatmaqdadır. Rayon mərkəzində yeni internet avadanlıqları alınıb quraşdırılıb və yaxın zamanda genişzolaqlı internet xətlərinə qoşulacaqdır. Hüləbətli, Təzəkənd və Dəmirçilər kəndlərində yeni EATS–lər və daxili xətt şəbəkələri inşa ediləcəkdir. Borsunlu kəndində isə daxili xətt şəbəkəsi genişləndiriləcəkdir.

Bütün bu nailiyyətlər və görüləcək işlər onu təsdiq edir ki, kollektivimiz rayon əhalisinə yüksək keyfiyyətli və dayanıqlı rabitə xidməti göstərmək üçün bütün qüvvəsini səfərbər edib.

 

 

Vəli İLYASOV

 

Respublika.- 2013.- 16 mart.- S. 9.