GƏNCƏDƏ RESPUBLİKA ENDOKRİNOLOJİ MƏRKƏZİN KONFRANSI MÜTƏŞƏKKİLLİKLƏ BAŞA ÇATMIŞDIR

 

Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyirespublika endokrinoloji mərkəzin birgə təşkil etdikləri “Regionlarda endokrin xidmətin və diabet məktəblərin təkmilləşdirilməsi” mövzusunda regional konfrans mütəşəkkilliklə başa çatmışdır. 2011–2015–ci illərdə şəkərli diabet üzrə Dövlət Proqramı çərçivəsində keçirilmiş konfransda Qərb bölgəsində fəaliyyət göstərən həkim endokrinoloqlar, terapiya şöbələrinin müdirləri, cərrahlar və ginekoloqlar dəvət olunmuşlar.

Konfransın açılışı mərasimdə Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev çıxış edərək qonaqları səmimi salamlamış, regionlarda endokrin xidmətin daha da gücləndirilməsində və diabet məktəblərinin işinin təkmilləşdirilməsində konfransın əhəmiyyətini çox yüksək qiymətləndirmiş və iştirakçılara gərəkli işlərində uğurlar arzulamışdır.

Respublika endokrinoloji mərkəzin direktoru, tibb elmləri doktoru Rauf Cabarov Mərkəzin konfransın işinə cəlb olunmuş həkimləri iştirakçılara təqdim etmişdir.

Konfransın birinci günü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi, Respublika Endokrinoloji Mərkəzin direktor müavini Yeganə Sultanova “Şəkərli diabetlə bağlı Azərbaycan Respublikasında görülən işlər” haqqında ətraflı söhbət açmışdır. O, qeyd etmişdir ki, son illər ölkəmizdə şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların, xüsusilə də uşaqların müalicəsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Şəkərli diabet üzrə Dövlət Proqramının qəbulundan sonra həmin insanların dərmanla təminatı xeyli yaxşılaşmış, şəkərsalıcı dərman preparatları ilə təmin olunmasında mövcud gərginlik aradan qaldırılmışdır.

Y.Sultanova bütün dünyada olduğu kumu respublikamızda da şəkərli diabet xəstələrinin sayının artdığı bir vaxtda ölkəmizdə bu sahəyə göstərilən gündəlik diqqət və qayğını xüsusi vurğulamışdır.

Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabarovunİnsan orqanizmində yoddefisitin və artıqlığının rolu”, Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu S.Ağayevanın “Diabetik neyropatiya zamanı müasir baxış”, Ə.Əliyev adına Azərbaycan Həkimlərinin Təkmilləşdirmə İnstitutu cərrahiyyə kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Vüqar Fəttahovun “Diabetik pəncə sindromu müasir diaqnostika və müalicə üsulları”, Respublika Endokrinoloji Mərkəzin həkim–endokrinoloqu Nərminə Hüseynovanın “Yumurtalıqların polikistoz sindromu zamanı müasir diaqnostika və müalicə” və Hüseyn SultanovunDüzgün qidalanmada şəkərəvəzləyicilərin rolu” mövzularında məruzələri dinlənilmişdir.

Konfransın ilk günü oxunan məruzələrlə bağlı iştirakçıları maraqlandıran məsələlər barədə ətraflı söhbət getmiş, maraqlı və işgüzar fikir mübadiləsi aparılmışdır.

Osteoporoz zamanı müasir diaqnostika və müalicə, şəkərli diabet tip 1 zamanı insulinterapiyası, düzgün qidalanma, ağırlaşmalar və fiziki hərəkət, şəkərli diabet zamanı insulinterapiyanın əsas xüsusiyyətləri, diabetologiyada yeniliklər, hiperprolaktinemiya zamanı müasir diaqnostika və müalicə, hiperparatireoz, klimakterik dövr və digər mövzularda məruzələr də böyük maraqla qarşılanmışdır.

Konfransın işini davam etdirdiyi dövrdə paralel olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlar və onların valideynləri üçün Gəncə Şəhəri Endokrinoloji Xəstəxananın nəzdində fəaliyyət göstərən “Diabet məktəbi”ndə “Şəkərli diabet haqqında ümumi məlumat və özünənəzarət” mövzusunda təlimlər də keçilmişdir. Bu təlimlər zamanı Gəncə şəhərində qeydiyyatda olan 32 uşağa və onların valideynlərinə şəkərli diabet haqqında ümumi məlumatlar verilmiş, şəkərli diabetlə necə yaşamağın yolları, qanda şəkərin səviyyəsinin normada saxlanması qaydaları, düzgün qidalanma, düzgün dərman qəbulu, özünənəzarət mövzularında təlimlər keçilmiş, həyat tərzini necə qurmağın yolları aşılanmışdır. Dispanser qeydiyyatında olan uşaqlara həkim–laborant S.Gəraybəyli tərəfindən qlikozlaşmış hemoqlobin təyin edilmişdir ki, bu da müalicənin düzgün qiymətləndirilməsinə imkan verir.

Diabet məktəbi”ndə keçilən təlimlərin əhəmiyyəti ilə bağlı Gəncə Şəhər Endokrinoloji Xəstəxananın baş həkimi, tibb üzrə fəlsəfə doktoru Süleyman Piriyev müxbirimizlə söhbət zamanı demişdir ki, təcrübə göstərir ki, şəkərli diabetdən əziyyət çəkən uşaqlar arasında bu təlimlərə qoşulanlar arasında ağırlaşma halları xeyli azalır, onlar sanki imtahan verirlər, özünənəzarət güclənir, valideynlər də şəkərli diabet xəstəliyi üzrə ilkin səhiyyə xidməti göstərilməsi yollarını öyrənir, habelə şəkərli diabetə nəzarəti mənimsəyirlər.

Mərkəzin yüksək ixtisaslı mütəxəssisləri pasientlərin ambulator qəbulunu da keçirmişlər.

Respublika Endokrinoloji Mərkəzin bu silsilədən konfransları respublikamızın digər bölgələrində də təşkil olunacaqdır.

 

 

Y.TANRIVERDİYEV

 

Respublika.- 2013.- 16 mart.- S. 8.