Aşıq Şəmşir yaradıcılığına həsr olunmuş konfrans

 

Aşıq sənəti və bu sənəti yaşadan insanlara daim xalqımız və dövlətimiz tərəfindən böyük diqqət göstərilmiş, yaradıcılıqları dəyərləndirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aşıq sənəti YUNESKO tərəfindən qorunaraq təbliğ olunur.

Ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətinin yaşadıcısı, öz zəngin şeiriyyəti və ustalığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir də həmişə yüksək qayğı ilə əhatə olunmuş, yaradıcılığı dövlət tərəfindən yüksək adla qiymətləndirilmişdir. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə Dədə adını xalqdan qazanmışdır.

Kəlbəcər–Göyçə, Qarabağ–Gəncəbasar ellərində məşhur olan Aşıq Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan isə xalq şairi Səməd Vurğun olmuşdur. Onların deyişmələri həmin tarixi günlərin poetik ovqatını və təravətini indi də saxlayır.

Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə Kəlbəcər ədəbi mühitinin qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaratmışdır.

Professor Məhərrəm Qasımlı bir mütəxəssis kimi, Aşıq Şəmşirin barmaqlarının saz çalan yüzlərlə aşığın barmaqlarından seçildiyini söyləmişdir. Həmçinin aşığın dastan söyləyərkən teatral ifasının heç də hər sənətkara nəsib olmadığını vurğulamışdır.

Aşıq musiqisinin tədqiqatçılarından musiqişünas Əminə Eldarova Qənbər Şəmşiroğlu ilə birlikdə Dədə Şəmşirin irsinin qorunması və təbliği sahəsində ən böyük işi görmüş, ustad sənətkarın ifasında 75 aşıq havasını lentə köçürmüşlər.

Xalqımızın ümummilli lideri Heydər Əliyev aşıq sənətinə yüksək qiymət verərək 2003– il iyulun 5–də əməkdar incəsənət xadimi, “Şərəf nişanı” ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdır. Həmçinin sərəncama əsasən Göygöl rayonundakı yeddillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmişbüstü ucaldılmışdır.

Bu il Aşıq Şəmşirin anadan olmasının 120 ili tamam olur.

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Müstəqil Azərbaycanın milli sərvəti—”Aşıq sənətilayihəsi çərçivəsində Dədə Şəmşirin 120 illik yubileyi münasibətilə elmi–nəzəri konfrans keçirilmişdir.

Tədbiri aşıq sənətinin mahir bilicisi, professor Məhərrəm Qasımlı açmış demişdir:

Sözü ucaldan sənətkar olmuş Aşıq Şəmşirin yubileyinin Novruz Bayramına təsadüf etməsi bizi çox sevindirir. Çünki Aşıq Ələsgər, Səməd Vurğun neçə–neçə böyük şəxsiyyətlər bu ayda dünyaya gəlib.

M.Qasımlı Ağdabanlı şair Qurbanın ocağında dünyaya göz açmış, Aşıq Şəmşirin çoxşaxəli yaradıcılığından danışmışdır.

AMEA–nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov Aşıq Ələsgər məktəbi keçmiş Aşıq Şəmşir yaradıcılığına yüksək qiymət vermiş ustad sənətkarın şeirlərinin aşıq musiqisinə bağlı olduğunu vurğulamışdır.

Sonra Kəlbəcərdə yaşayıb yaratmış Aşıq Şəmşirlə bağlı film nümayiş etdirilmişdir.

Professor Qəzənfər PaşayevAşıq sənətinin memarı”, professor İsmayıl MəmmədliAşıq Şəmşirin dil sənətkarlığımövzusunda məruzə etmişlər.

Tədbirdə folklorşünas şairlərdən Elxan Məmmədli, Adil Cəmil, şairlərdən İlyas Tapdıq, Dəmir Gədəbəyli, Oqtay Rza, Ramiq Muxtar, Aşıq Şəmşir yaradıcılığından dissertasiya müdafiə etmiş tədqiqatçı, folklorşünas Səbinə İsayeva, həkim Nağdəli Zamanlı 30–a qədər dastan yaratmış Aşıq Şəmşir yaradıcılığından söhbət açmışlar.

Tədbirin sonundaAşıq ŞəmşirMədəniyyət Ocağı İctimai Birliyinin sədri, şair–publisist, Aşıq Şəmşirin oğlu Qənbər Şəmşiroğlu tədbir iştirakçılarına təşəkkürünü bildirmiş atası ilə bağlı kövrək xatirələrini söyləmişdir.

Sonra bir qrup ziyalı ictimai birliyin təsis etdiyi diplomla mükafatlandırılmışdır.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 17 mart.- S. 8.