İKT sektoru öz inkişaf mərhələsini yaşayır

 

Insol Telecom” şirkəti 20 ildən artıqdır fəaliyyət göstərir. Ötən müddətdə şirkətimiz MDB ölkələrində, Asiya, Afrika, Cənubi Amerika və Yaxın Şərqdə çoxsaylı layihələr həyata keçirmişdir.

 

Şirkətimiz yarandığı gündən addım–addım inkişaf etmiş, öz fəaliyyətində ən qabaqcıl texnologiyaların tətbiqinə çalışmışdır. Şirkətimizin ilk ofisi Rusiyada açılmışdır. Hazırda “Insol Telecom” şirkətlər qrupunda ümumilikdə 420 nəfər çalışır. Bundan başqa, şirkət ən böyükləri Rusiya, Ukrayna və Azərbaycanda olmaqla, MDB–yə üzv olan 8 ölkədə ofis və nümayəndəliklərə malikdir.

Bu gün əminliklə deyə bilərik ki, “Insol Telecom” həm telekommunikasiya, həm də informasiyakommunikasiya texnologiyaları bazarı üçün hərtərəfli xidmətlər təklif edən tam sürətli sistem inteqratorudur. “Insol Telecom” şirkətinin sürətli inkişafı 1997–ci ildən, RusiyadaEricsson” şirkətinin əsas podratçı statusunu qazanmasından sonra başlamışdır. Həmin dövrə qədər isə şirkət Rusiya və MDB ölkələrində telekommunikasiya avadanlığı ilə mühəndis kommunikasiyası xidmətlərin göstərməsini həyata keçirirdi.

2005–ci ildə şirkətimizin İT istiqamətindəki gələcək perspektivləri barəsində qərar qəbul edildiilk olaraq diqqəti proqram təminatının inkişaf etdirilməsinə yönəldildi. Bu günInsol Telecom” şirkəti telekommunikasiya şəbəkələrinin, İT infrastrukturunun planlaşdırılması, genişləndirilməsi və texniki xidmətin göstərilməsi, eləcə də proqram təminatının inkişafı və yerinə yetirilməsi kimi hərtərəfli xidmətlər təklif edən sistem inteqratorudur.

Bir çox tanınmış İT şirkətləri kimi biz də xidmətlərimizi tədricən təkmilləşdirmiş, inkişaf etdirmişik. Apardığımız araşdırmalardan sonra öncə proqram bölgüsünü həyata keçirdik, sonra isə bölgünüOptima Soft” markası adı ilə ayrı–ayrılıqda bazara çıxarmaq qərarına gəldik. Daha sonraInsol Telecom” adı ilə İT xidmətlərimizi genişləndirməyə başladıq. İşimizə məsuliyyətlə yanaşmamız, məqsədimizə nail olmaq üçün bütün qüvvələri səfərbər etməklə, elektrik enerjisi sistemləri, şəbəkə həllərinin planlaşdırılması və genişləndirilməsi, simlisimsiz korporativ sistemlərin təhlükəsizliyi üzrə, eləcə də İT audit sahəsində böyük təcrübə qazandıq və İT avadanlığının aparıcı istehsalçıları ilə tərəfdaşlığa nail olduq. Əldə etdiyimiz uğurlar, telekommunikasiya sektorundakı təcrübəmiz böyük İT layihələrinə nəzarət və rəhbərlik edən şirkət kimi tanınmağımıza, etibarlı tərəfdaşa çevrilməyimizə imkan yaratdı. Hazırda şirkətimiz İKT bazarında dizayn işindən tutmuş istismara vermək mərhələsinə qədər müxtəlif növ xidmətlər təklif edir.

Insol Telecom” yuxarıda qeyd etdiyim kimi, 1997–ci ildən yaradılsa da Azərbaycanda 2006–cı ildən fəaliyyət göstərir. Şirkətin Azərbaycan nümayəndəliyinin İT istiqaməti üzrə inkişafı perspektivləri barədə danışdıqda, ilk növbədə qeyd etməliyəm ki, buna 2012–ci ildən başlamışıq. İndiyədək başlıca olaraq telekommunikasiya sahəsi üzrə əsas satıcılarla, Azərbaycanın mobil operatorları və İnternet xidməti provayderləri ilə əməkdaşlıq edərək bu sektorda ixtisaslaşmışıq. Azərbaycanın telekommunikasiya bazarında 6 illik fəaliyyətdən sonra qərara gəldik ki, İT və sistem inteqrasiyası xidmətlərimizi daha da təkmilləşdirək, çünki Azərbaycanın İKT bazarı bu gün dünyada ən sürətlə inkişaf edən bazarlardan hesab olunur.

Statistik məlumatlara görə, İKT sektoru ölkəmizdə 2004–2013– illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir, 2012–ci ildə isə bu sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə həmin sahədə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. MDB ölkələri sırasında ilk dəfə 2008–ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, 2010–cu ildə isə tam elektronlaşdırılmışdır. Keçən il şəbəkəyə, təxminən 20 min nömrə də əlavə olunaraq, “yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq edilmişdir. Ümumilikdə ötən il İKT sektoruna 400 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur.

Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə liderdir. 2012–ci ildə bu rəqəm 65 faizdən təxminən 70 faizə yaxınlaşmışdır. Keçən ilİnternet xidmətlərinin keyfiyyəti yüksəlmiş, 2011–ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artmış, qiymətlər isə təxminən 35 faiz ucuzlaşmışdır.

Bu günlərdə Azərbaycan üçün daha bir əlamətdar hadisə “Azərspace–1″ peykinin orbitə çıxarılması olmuşdur. Prezident cənab İlham Əliyevin də izlədiyi bu mərasim Azərbaycanın son illər əldə etdiyi iqtisadisiyasi sahədəki uğurları bütün dünyaya bir daha nümayiş etdirdi. İnanırıq ki, peykin tam gücü ilə istismara başlaması ölkəmizdə göstərilən teleradio yayımı və telekommunikasiya xidmətlərinin səviyyəsinin yüksəldilməsinə bilavasitə təsir edəcək. Eləcə də peykin gələcək istismarı korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Ən əsası isə, peykin orbitə buraxılması hər bir azərbaycanlının gündəlik həyatına müsbət təsir göstərəcəkdir.

2012–ci ildə İKT bazarını diqqətlə təhlil etdikdən sonra şirkətimiz tərəfindən Azərbaycandakı ofisdə İT bacarıqlarının inkişaf zəruriliyi barədə qəti qərar qəbul edilmişdir. Hazırda İT layihələri üzrə işlərin müəyyən hissəsi RusiyaUkraynadan olan əməkdaşlarımız tərəfindən yerinə yetirilir. Heyətin biliyi və təcrübəsi Azərbaycanda İT layihələrinin effektiv və keyfiyyətli şəkildə yerinə yetirilməsinə imkan yaradır. 2013– ildə şirkətin Azərbaycandakı nümayəndəliyinin möhkəmləndirilməsini, heyətin təlimləndirilməsini, İKT sahəsində Azərbaycan bazarında müstəqil şəkildə təmin ediləcək İT xidmətlərinin genişləndirilməsini nəzərdə tuturuq.

Hazırda dünyanın hər yerində İKT sahəsi günü–gündən inkişaf edir. Təbii ki, bu sahənin tərəqqisi iqtisadiyyatın da innovativ istiqamətdə inkişafına müsbət təsir göstərir. Tətbiq edilən müasir İT texnologiyaları iqtisadiyyatın rəqabət qabiliyyətliliyini artırır, daha səmərəli və keyfiyyətli məhsul istehsalına, xidmətlər göstərilməsinə səbəb olur. Bu isə ölkənin hərtərəfli inkişafına şərait yaradır. 2012–ci ilin noyabr ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Telekommunikasiyainformasiya texnologiyaları üzrə beynəlxalq sərgi və konfransda şirkətimiz iştirak etdi. Bu, Bakıda keçirilən sərgidə ilk iştirakımız idi. Burada şirkətimiz sistem inteqrasiyası üzrə hərtərəfli xidmətlər göstərən İT qurumu kimi təmsil olunurdu. Əminliklə deyə bilərik ki, sərgidə iştirakımız bizə təcrübələrimizlə bölüşmək, müvafıq qurumlarla əməkdaşlıq etmək, yeni tərəfdaşlar qazanmaq baxımından fayda gətirdi.

Bildiyiniz kimi, 2013– il Azərbaycanda “İnformasiyakommunikasiya texnologiyaları ilielan edilmişdir. Biz əminik ki, dövlət dəstəyi ölkədə bu sahənin sürətlə inkişafına kömək göstərəcəkdir. Həmçinin müştərilərin etibarını qazanmaq üçün bizim şirkətimiz də əlindən gələni əsirgəməyəcək.

Biz başa düşürük ki, bugünkü fəaliyyətimiz telekommunikasiya və İT sektorunda qabaqcıl həllərin olmasını tələb edir. Buna görə də Azərbaycanın özəl və dövlət sektoruna təklif etmək üçün yüksək texnologiyalı həllərin yaradılması üçün yeni proqramlar hazırlayırıq. Bununla da gündən–günə inkişaf edən Azərbaycanın İKT sektoruna bizöz töhfələrimizi vermək niyyətindəyik. Cənab Prezident İlham Əliyevin adamlarına göstərdiyi diqqət və qayğı isə nəzərdə tutduğumuz işlərin uğurla başa çatdırılması istiqamətində ən böyük yardımçımız olacaqdır.

 

 

Emin Huseynov,

Insol Telecom” şirkətinin

Azərbaycan filialının Baş icraçı direktoru.

 

Respublika.- 2013.- 17 mart.- S. 5.