Dahi şəxsiyyət
Çoxəsrlik
dövlətçilik tariximizdə Heydər Əliyev
epoxası müstəsna yer tutur. Dünya səviyyəli
dahi siyasətçi, görkəmli
dövlət başçısı müasir
Azərbaycanın banisidir.
Ulu
öndər xalqımızı başının
üstünü almış bütün çətinliklərdən
qoruyaraq Azərbaycanı inkişaf yoluna çıxardı.
İlk Milli Konstitusiyamızı yaratdı. Azərbaycan
dünyaya geniş inteqrasiya yolunu seçdi. Ölkəmiz
dünya birliyinin ən önəmli üzvlərindən birinə
çevrildi.
Böyük
azərbaycanlı Heydər Əliyev ömrünü
bütövlüklə öz xalqına və Vətəninə
xidmətə həsr etmişdir. Hələ Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizlik Komitəsində
işləyərkən milli kadrların irəli çəkilməsinə
nail olub. Heydər Əliyev 1969–cu ildə Azərbaycan KP
MK–nın 1–ci katibi, 1982–ci ildə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə qədər yüksəlmişdir.
1993–cü ilin oktyabr ayında müstəqil Azərbaycanın
prezidenti seçilmişdir.
Heydər
Əliyevin respublikamıza rəhbərlik illəri iki mərhələni
əhatə edir. Birinci mərhələdə Azərbaycan
keçmiş Sovet İttifaqının tərkibində olsa
da, Heydər Əliyev İttifaqın büdcəsindən
respublikamıza daha çox vəsait ayrılması
üçün, sözün əsl mənasında, qətiyyət
göstərmişdir. Ulu öndərin uzaqgörənliyi bu
gün hər birimizdə dərin heyrət doğurur. O, hələ
Sovet İttifaqının mövcudluğu şəraitində
gələcəyi düşünür, respublikamızın
nə vaxtsa müstəqilliyə qovuşacağına
inanır və bundan ötrü güclü maddi–texniki baza
yaradırdı.
Heydər
Əliyev ikinci dəfə Azərbaycana respublikamız müstəqillik
qazandıqdan sonra—1993–2003–cü illərdə rəhbərlik
etmişdir. Ulu öndər ikinci dəfə Azərbaycanın
ali rəhbərliyinə qayıdanda ölkəmizdə
çox ağır vəziyyət hökm sürürdü.
Ayrı–ayrı qüvvələr, səriştəsiz siyasətçilər
Azərbaycanı vətəndaş
qarşıdurmasının astanasına gətirib
çıxarmışdılar, müstəqilliyimizin itirilməsi,
ölkəmizin parçalanması təhlükəsi
yaranmışdı. Belə ağır vəziyyətdə
xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana
rəhbərliyə dəvət etdi. Xalqımızın səsinə
səs verən və xalqına arxalanan ulu öndər
özünəməxsus müdrikliklə Azərbaycanı bu
ağır vəziyyətdən çıxarmağa nail oldu.
Buna görə də Heydər Əliyevin adı tarixə digər
böyük xidmətlər ilə yanaşı, ilk növbədə
Azərbaycanın qurucusu kimi daxil olmuşdur.
Ü.Çörçillin
fikrincə, “dövlət xadiminin siyasi xadimdən fərqi
bundadır ki, siyasətçi gələcək seçkiləri,
dövlət xadimi isə gələcək nəsilləri
düşünmək üçün fəaliyyət
göstərir”. Böyük azərbaycanlı Heydər Əliyev
də məhz gələcək nəsilləri
düşünən, qüdrətli Azərbaycan yaratmağa
qadir olan müdrik dövlət xadimi olmuşdur.
Heydər
Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin
və iki minilliyin qovuşuğunda Azərbaycan öz milli–mənəvi
dəyərlərini qoruyaraq üçüncü minilliyə
inamla qədəm qoymuşdur.
Hər
kəsin dəyəri onun yaşadığı zaman kəsiyində
göstərdiyi xidmətləri, əməlləri ilə
ölçülür. Ulu öndərin yeganə amalı
taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün
qüvvə və bacarığını, əqli və
fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək
idi. Onun siyasəti gələcəyə istiqamətlənmişdi.
Tarixi şəxsiyyətlər nəsillərin
yaddaşında yaratdıqları və həyatda qoyub getdikləri
tarixi abidələrlə əbədiləşirlər. Tarixi
təkcə hadisələrin müəyyən xronologiya
üzrə düzülməsi deyil, həm də bu hadisələrin
ruhunun, mahiyyətinin açılması, insanların həmin
dövrü öz duyğu və düşüncələrindən
keçirərək yaşatmasıdır. Ulu öndərin
xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət
verməsi, milli məqsədlər naminə ən nüfuzlu
kürsülərdən bacarıq və məharətlə
istifadə etməsi Azərbaycan dövlətçiliyinin
bugünü və gələcəyi baxımından son dərəcə
əhəmiyyətli olmuşdur.
Ulu
öndər Heydər Əliyev haqqında yazmaq, fikir söyləmək
həm şərəflidir, həm də çox çətin
və məsuliyyətli bir işdir. Çünki Heydər Əliyev
elə böyük tarixi şəxsiyyətdir ki, onun
gördüyü bütün işləri sadalamaq belə
çətindir.
Heydər
Əliyev dünya siyasətində öz dəst–xətti olan
nəhəng şəxsiyyətdir və Azərbaycan
yaşadıqca, ulu öndərimizin adı da
yaşayacaqdır.
Həcər Heydərova,
Sumqayıt Şəhər Qeydiyyat
İdarəsinin rəisi, ədliyyə
müşaviri.
Respublika.- 2013.- 19 mart.- S. 9.