Dövlət
miqrasiya siyasəti xalqımızın milli maraqlarına xidmət
edir
“Miqrasiya Xidmətinin
yaranması çox vaxtında atılmış addım idi və
bu illər ərzində Xidmət formalaşdı, gücləndi.
Bu gün Azərbaycanın iqtisadi maraqlarının
qorunmasında Miqrasiya Xidmətinin çox mühüm rolu
vardır. Əminəm ki, bundan sonra da Miqrasiya Xidmətinin
işi yüksək səviyyədə olacaqdır”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
22 il bundan öncə Azərbaycan Respublikası
dövlət müstəqilliyini bərpa etdikdən sonra
bütün sahələrdə olduğu kimi miqrasiya proseslərinin
tənzimlənməsi də yeni ictimai–iqtisadi formasiyanın ən
aktual problemlərindən biri kimi gündəliyə gəlmişdir.
Bir tərəfdən Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində 1 milyondan
çox soydaşımızın öz doğma
yurd–yuvalarından didərgin düşməsi, digər tərədən
isə ölkə daxilində səriştəsiz “siyasətçilərin”
hakimiyyət davası dövlət müstəqilliyinin itirilməsi
təhlükəsini yaratmışdır. Xaos,
özbaşınalıq və anarxiyanın hökm
sürdüyü ölkədə xalqın yeganə ümid
yeri müstəqil Azərbaycanın xilaskarı ümummilli
lider Heydər Əliyev idi. Məhz
1993–cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə gələn ulu öndər ölkədə
siyasi sabitliyin yaradılmasına və Ermənistan tərəfindən
elan olunmamış qanlı müharibənin
dayandırılmasına və atəşkəsə nail oldu.
Bununla da ölkədə quruculuq işlərinə
başlanması və əsaslı islahatların
aparılması üçün geniş imkanlar yarandı.
Ulu öndər Heydər Əliyevin uğurla həyata
keçirdiyi siyasi, iqtisadi, mədəni, hərbi, hüquqi
islahatlar ölkəmizin üzləşdiyi problemlərin həllinə
yol açırdı. Gənc Azərbaycan Respublikasında
miqrasiya sahəsindəki mövcud vəziyyətin və beynəlxalq
təcrübənin öyrənilməsi, yaranmış
problemlərin həlli yollarının axtarılması, bu sahədə
ölkə qanunvericiliyinin hazırlanması və təkmilləşdirilməsi
məqsədilə qüvvələr səfərbər
edildi. Ulu öndərin siyasi
prinsipiallığının nəticəsi kimi 1994–cü ildə
dünyanın nüfuzlu neft şirkətləri ilə “Əsrin
müqaviləsi”nin imzalanmasından sonra
ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminin
artması, müxtəlif sahələrdə infrastruktur və
biznes layihələrinin həyata keçirilməsi əmək
miqrantlarının ölkəyə axını prosesini
sürətləndirdi. Ümummilli lider
bütün sahələrdə olduğu kimi miqrasiya proseslərinin
tənzimlənməsi istiqamətində də çox
mühüm tədbirlər həyata keçirdi. Dahi
şəxsiyyətin cəmiyyət və dövlət
quruculuğu prosesində miqrasiya sahəsinə xüsusi diqqət
yetirməsi Azərbaycanda bu proseslərin müstəqil
dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə
imkan verdi. Onu da qeyd etmək
lazımdır ki, ulu öndər müxtəlif səbəblərdən
miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunmasına, onların üzləşdiyi problemlərin həllinə
həmişə diqqətlə yanaşmışdır.
Belə ki, öz müdrikliyi və uzaqgörənliyi ilə
miqrasiya proseslərinin dəqiq mahiyyətini açıqlayan
ümummilli liderimiz demişdir: “Miqrasiya təbii prosesdir, onun
qarşısını almaq olmaz, almaq da lazım deyil və
ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə,
xalqlara aiddir”.
Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin
uğurlu siyasəti hazırda möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son
illər Azərbaycanda sürətli sosial–iqtisadi
inkişafın təmin edilməsi, enerji–nəqliyyat sahələrində
beynəlxalq kommunikasiyaların genişlənməsi, həmçinin
ölkəmizin geosiyasi mövqeyi miqrasiya proseslərinin daha da
intensivləşməsinə gətirib
çıxarmışdır. Eyni zamanda
Azərbaycanın bir sıra dövlətlərlə
vizasız gediş–gəliş rejiminin mövcudluğu ölkəmizin
ərazisindən tranzit qaydada keçən və ya qısa
müddətə gələn, üçüncü dövlətlərə
getməyə, yaxud qanuni əsaslar olmadan yaşamağa cəhd
göstərən əcnəbilərin sayının
artmasına səbəb olmuşdur. Bütün
bunlar ölkənin inkişafı və təhlükəsizliyinin
təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin
həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi
sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini,
dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini,
eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı
obyektiv zərurətə çevirmişdir. Bu reallıqları
nəzərə alan dövlətimizin
başçısı miqrasiya proseslərinin yeni
dövrün tələblərinə uyğun təkmilləşdirilməsini,
həmçinin daxili və xarici miqrasiyanın mənfi təzahürlərinin
aradan qaldırılmasını, miqrasiya proseslərinin vahid
dövlət siyasəti ilə tənzimlənməsi sahəsində
kompleks tədbirlərin həyata keçirilməsini təmin
etmişdir.
Ötən müddətdə miqrasiya proseslərinin idarə
olunması və tənzimlənməsi məqsədilə həm
qanunvericilik, həm də onun tətbiqi sahəsində bir
sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər
həyata keçirilmişdir. Belə ki, 2004–cü ildə
hökumət qurumları qarşısında əsas məqsədləri
müəyyən edən “Dövlət Miqrasiya Siyasəti
Konsepsiyası” qəbul edilmiş və Konsepsiyanın
gerçəkləşdirilməsi, həmçinin
qarşıya qoyulmuş məqsədlərə nail
olunması üçün 2006–cı ildə “Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq
edilməsi haqqında (2006–2008–ci illər)” Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
imzalanmışdır.
Dövlət
Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət
siyasətini həyata keçirən xüsusi dövlət
orqanının yaradılması da obyektiv zərurət kimi
meydana çıxmış və bunu nəzərə alan Prezident İlham Əliyev 2007–ci il mart
ayının 19–da Dövlət Miqrasiya Xidmətinin
yaradılması haqqında fərman imzalamışdır. Məlumat
üçün bildirim ki, Xidmət öz fəaliyyətini
Azərbaycan Respublikasının Konstitusiyasını və
qanunlarını, ölkə Prezidentinin fərman və sərəncamlarını,
Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
həmçinin Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və miqrasiya proseslərini tənzimləyən digər
normativ–hüquqi aktları rəhbər tutmaqla tərtib olunan
iş planı əsasında həyata keçirir. Eyni zamanda miqrasiya proseslərinin tənzimlənməsi
istiqamətində milli təhlükəsizliyin təşkili,
miqrasiya proseslərinə dövlət nəzarətinin
gücləndirilməsi Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidməti tərəfindən davamlı olaraq təmin
edilir.
Dövlət Miqrasiya Xidməti miqrasiya siyasətinin həyata
keçirilməsində beynəlxalq konvensiyalara və onlann tələblərindən
irəli gələn məsələlərə də
xüsusi önəm verir. Miqrasiya sahəsində beynəlxalq
təcrübənin öyrənilməsi və bu sahədə
ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə
Dövlət Miqrasiya Xidməti Birləşmiş Millətlər
Təşkilatı, adıçəkilən qurumun
Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq
Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı,
Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı
üzrə Beynəlxalq Mərkəz, Müstəqil Dövlətlər
Birliyi və digər aidiyyəti beynəlxalq qurumlarla, həmçinin
ikitərəfli münasibətlər əsasmda Türkiyə
Respublikası, Almaniya Federativ Respublikası, Niderland
Krallığı və bir çox digər ölkələrlə
əməkdaşlıq əlaqələrini genişləndirir,
eyni zamanda, bu ölkələrin miqrasiya sahəsində təcrübələrini
öyrənir.
Hazırda
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti səlahiyyətləri
çərçivəsində miqrasiya proseslərinin təhlili,
proqnozlaşdırılması və monitorinqinin təşkil
edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin
yaradılması və beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi, əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə müvəqqəti və daimi
yaşamaq üçün icazələrin, habelə ölkədə
olma müddətinin uzadılması, həmçinin haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün fərdi icazələrin və
sığınacaq axtaran şəxslərə
qaçqın statusunun verilməsi ilə məşğul
olur, vətəndaşlıq məsələlərinin həllində
iştirak edir.
Uğurla həyata keçirilən islahatlar nəticəsində
davamlı miqrant axınının ölkəmizin milli
maraqları çərçivəsində tənzimlənməsi
və daxili əmək bazarının qanunsuz miqrantlardan
qorunması təmin olunmuşdur. Qeyd etmək
lazımdır ki, ötən qısa zaman ərzində Xidmət
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ümid yerinə və hüquqi təminatçısına
çevrilmişdir.
Ölkə rəhbərliyinin davamlı olaraq həyata
keçirdiyi tədbirlər miqrasiya proseslərinin vahid və
çevik prosedurlar əsasında tənzimlənməsinə,
bu sahədə əngəllərin tamamilə aradan
qaldırılmasına, sənədləşmənin sadələşdirilməsinə
xidmət edir.
Dövlət başçısı cənab İlham Əliyev
bildirmişdir: “İndi biz dünya iqtisadiyyatına inteqrasiya
edirik. Azərbaycana xaricdən gələnlərin
sayı artır. Azərbaycan vətəndaşları
başqa ölkələrdə işləyirlər. Bu, normal prosesdir. Əsas odur ki,
bütün bu işlər qanun çərçivəsində
tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə
təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə
ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur. Ona görə də ilk növbədə sərhədlərimizi
möhkəmləndirməliyik və bunu edirik. O cümlədən
Miqrasiya Xətti ilə görülən tədbirlər həm
iqtisadi maraqlarımızı qoruyacaq, eyni zamanda
insanlarımızın rahat, təhlükəsiz həyatını
təmin edəcəkdir”.
Miqrantların
Azərbaycan Respublikasına inteqrasiyasının sürətləndirilməsi
və miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi
istiqamətində atılan ciddi addımlardan biri də beynəlxalq
təcrübə, xüsusən də ölkənin miqrasiya
sahəsindəki qanunvericiliyinin Avropa İttifaqı
qanunvericiliyinə uyğunlaşdırılması nəzərə
alınmaqla Azərbaycan Respublikasının Prezidenti tərəfindən
imzalanmış “Miqrasiya proseslərinin idarə olunmasında
“bir pəncərə” prinsipinin tətbiqi haqqında” 4 mart
2009–cu il tarixli 69 saylı fərmandır. Fərmana əsasən
2009–cu il iyulun 1–dən miqrasiya proseslərinin
idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiq
edilməsinə başlanmış və bu prinsip üzrə
vahid dövlət orqanının səlahiyyətləri
Dövlət Miqrasiya Xidmətinə həvalə
edilmişdir. Adı çəkilən Fərmanın tətbiqi
ölkədə miqrasiya proseslərinin daha çevik və
işlək mexanizmlər əsasında idarə edilməsinə,
bu sahədə operativliyin təmin olunmasına, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
yaşayış yeri üzrə qeydiyyata alınma prosedurunun
sadələşdirilməsinə və həllini gözləyən
bir sıra problemlərin aradan qaldırılmasına səbəb
olmuş, nəticədə bu sahədə şəffaflığın
tam təmin edilməsinə nail olunmuşdur.
Azərbaycan
Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
uçotunun aparılması, miqrasiya proseslərinin idarə
edilməsində iştirak edən dövlət
orqanlarının zəruri informasiya ilə təmin edilməsi,
miqrasiya ilə bağlı sənədləşmə,
yoxlama, sorğu və təhlil işlərinin
avtomatlaşdırılması və bu sahədə göstərilən
elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə
miqrasiya sahəsində vahid informasiya sistemi —Vahid Miqrasiya Məlumat
Sistemi (VMMS) yaradılmış, əsasnaməsi təsdiq
edilmiş və onun “Giriş–çıxış və
qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat–axtarış sistemi və Azərbaycan
Respublikası Əhalisinin Dövlət Reyestri ilə
inteqrasiyası təmin olunmuşdur. VMMS ölkədə
baş verən miqrasiya proseslərinin dinamikası barədə
tam təsəvvürün yaradılmasına imkan verərək,
qeyri–qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin
təmini sahəsində müvafiq tədbirlərin
görülməsi üçün əlverişli şərait
yaratmışdır.
Ötən
altı il ərzində Dövlət Miqrasiya Xidmətinin
maddi–texniki bazasının və infrastrukturunun inkişaf
etdirilməsi, fəaliyyət dairəsinin genişləndirilməsi
istiqamətində bir sıra tədbirlər həyata
keçirilmiş, o cümlədən 2010–cu il may
ayının 25–də Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin mərkəzi aparatının, eləcə
də Xidmətin Bakı, Şirvan, Yevlax, Lənkəran və
Xaçmaz regional miqrasiya idarələrinin inzibati binaları
tikilərək istifadəyə verilmiş və fəaliyyətləri
tam təmin edilmişdir. Gəncə, Şəki və
Ağsu regional miqrasiya idarələrinin inzibati binaları
üçün tikinti işlərinin davam etdirilməsinə
baxmayaraq, həmin şəhərlərdə, həmçinin
Naxçıvan Muxtar Respublikasında Xidmətin səlahiyyətləri
çərçivəsində əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
xidmət göstərilməsi təmin olunmuşdur.
“Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011–ci il 23
may tarixli fərmanına uyğun olaraq Dövlət Miqrasiya
Xidmətinin rəsmi internet informasiya ehtiyatlarında elektron
xidmət bölməsi yaradılmış, Xidmətdaxili
“elektron sənəd dövriyyəsi” istifadəyə
verilmiş, həmçinin şəxslərin elektron xidmət
bölməsindən maneəsiz, sərbəst istifadəsi,
habelə elektron qaydada qəbul edilən sənədlərə
qanunvericiliklə müəyyən edilmiş qaydada və
müddətdə baxılması təmin edilmişdir.
Dövlət Miqrasiya Xidmətinin əldə etdiyi nailiyyətlər
ildən–ilə artmaqdadır. 2012–ci ildə də
miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi
üzrə işlər xeyli gücləndirilmiş, miqrasiya
sahəsində normativ–hüquqi bazanın təkmilləşdirilməsi
istiqamətində mühüm əhəmiyyət kəsb edən
lazımi tədbirlər həyata keçirilmişdir. Təkcə
onu qeyd etmək kifayətdir ki, ötən il
bu sahədə 30 yeni hüquqi akt qəbul olunmuşdur. Bu
baxımdan “Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının
və dövlət qulluqçusu olmayan mülki işçilərinin
aylıq vəzifə maaşlarının
artırılması haqqında”, Naxçıvan Muxtar
Respublikasının Dövlət Miqrasiya Xidmətinin Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin sisteminə
daxil olan qurum kimi fəaliyyət göstərməsi barədə,
miqrasiya orqanlarının işçilərinə bu orqanlarda
fasiləsiz qulluq illərinə görə Azərbaycan
Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına
fasiləsiz xidmət illərinə görə ödənilən
haqqın məbləğinə bərabər əlavə
haqq ödənilməsi barədə, Xidmətdə daxili nəzarəti
həyata keçirmək məqsədilə Təşkilat–Nəzarət
Baş İdarəsinin, o cümlədən əvvəllər
digər struktur bölmələrin tərkibində fəaliyyət
göstərən bəzi idarələrin fəaliyyətini
genişləndirmək məqsədilə Vətəndaşlıq
Məsələləri və İctimaiyyətlə Əlaqələr
İdarəsinin müstəqil struktur bölmə kimi
yaradılması barədə, miqrasiya orqanlarında ali,
böyük və orta xüsusi rütbələr, nəzərdə
tutulan vəzifələr və xüsusi rütbələrlə
yanaşı, kiçik xüsusi rütbələr və vəzifələrin
müəyyən olunması barədə, “Miqrasiya
orqanları işçilərinin fasiləsiz qulluq illərinin
və bununla əlaqədar onlara verilən əlavələrin
hesablanması Qaydası”nın təsdiq edilməsi barədə,
miqrasiya orqanları işçilərinin xüsusi xidmətlərinə
görə təltif edilməsi üçün “Miqrasiya
orqanlarında qulluqda fərqlənməyə görə”,
“Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa
görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa
görə” Azərbaycan Respublikası medallarının təsis
edilməsi barədə imzalanmış fərman və sərəncamlar,
qəbul edilən qanunları mühüm əhəmiyyət
kəsb edir.
İl ərzində Dövlət Miqrasiya Xidmətinə
daxil olmuş 96634 sənədə baxılmış və
mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq
müvafiq qərarlar qəbul edilmişdir. 2012–ci il
ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin
ölkədə müvəqqəti olma müddətlərinin
uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin
verilməsi ilə bağlı 49822 müraciət daxil
olmuşdur. Bu müraciətlərdən 3667–si
müvəqqəti olma müddətinin uzadılması,
42851–i müvəqqəti yaşamaq icazəsi, 3304–ü daimi
yaşamaq icazəsi ilə bağlı olmuşdur. Azərbaycan
Respublikası vətəndaşlığına qəbul, bərpa
və xitam ilə bağlı əcnəbilərdən və
vətəndaşlığı olmayan şəxslərdən,
həmçinin ölkə vətəndaşlarından daxil
olan 368 müraciət müvafiq qaydada
araşdırılmış, həmin müraciətlərdən
303–ü Azərbaycan Respublikasmın vətəndaşlığma
qəbul, 6–sı Azərbaycan Respublikasının vətəndaşlığına
bərpa, 59–u isə Azərbaycan Respublikasının vətəndaşlığına
xitam məsələləri ilə bağlı olmuşdur. Qaçqın statusu almaq niyyətində olan 52 nəfər
əcnəbi Dövlət Miqrasiya Xidmətinə müraciət
etmişdir.
Dövlət Miqrasiya Xidməti fəaliyyətə
başadığı ilk gündən qanunsuz miqrasiyaya
qarşı mübarizə tədbirlərini uğurla həyata
keçirmişdir. Ötən 6 il ərzində Xidmət
əməkdaşlarının həyata keçirdikləri
müvafiq tədbirlər nəticəsində əcnəbilər
tərəfindən 50000–dən artıq hüquq pozma halları
aşkar edilmişdir. Onların 10000–dən
çoxu əsasları olduğu üçün ölkə
ərazisində yaşamaları
leqallaşdırılmış, 39500–dən artıq əcnəbinin
isə ölkə ərazisindən
çıxarılmaları təmin edilmişdir.
Yalnız 2012–ci il ərzində isə qanunsuz miqrasiyaya
qarşı həyata keçirilən tədbirlər nəticəsində
miqrasiya qanunvericiliyinin tələblərini pozan 20655 əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs
aşkar edilmişdir ki, onlardan da 3409 şəxsin ölkə
ərazisində yaşamaları
leqallaşdırılmış, 17246 əcnəbinin ölkə
hüdudlarından kənara çıxarılması təmin
edilmişdir. Həmçinin, Dövlət Miqrasiya Xidməti
tərəfindən sahibkarlıq subyektlərində 626 yoxlama
həyata keçirilmiş və 322 halda inzibati pozuntu
aşkar edilərək qanunvericiliyin tələblərinə
uyğun qərarlar qəbul edilmişdir. Bundan əlavə, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
əmək fəaliyyətini həyata keçirmələri
üçün fərdi icazələrin verilməsi və
mövcud icazələrin müddətinin uzadılması məsələləri
ilə bağlı xidmətə 16090 müraciət daxil
olmuş, əvvəlki hesabat dövrlərində icraatda olan
1556 müraciət də nəzərə alınmaqla,
qanunvericiliyin tələblərinə uyğun aparılan
araşdırmalardan sonra 11970 nəfərə fərdi icazə
verilmişdir.
Kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi,
tədris proqramlarının keyfiyyətlə işlənib
hazırlanması, işçilərin intensiv olaraq bilik və
bacarıqlarının, peşəkarlıq səviyyələrinin
yüksəldilməsi məqsədilə kompyuterləşdirilən
təlim–tədris mərkəzinin fəaliyyəti təmin
edilmişdir.
Xidmətdə çalışan əməkdaşların
səriştəlilik dərəcəsinin müəyyən
olunması, müxtəlif ixtisas sahiblərinin peşəkarlıq
səviyyəsinin artırılması və karyera yüksəlişinin
sürətləndirilməsi, onların təlim
ehtiyaclarının müəyyən olunması məqsədilə
attestasiya nəticələri statistik və məzmun
baxımından təhlil olunmuşdur. Bu
gün xidmətdə çalışan əməkdaşların
80 faizini gənclər təşkil edir. Təkcə
cari ildə Dövlət Miqrasiya Xidmətinə işə qəbulla
bağlı 825 ərizə daxil olmuşdur. Dövlət
Miqrasiya Xidmətinin Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası ilə birgə şəffaf şəraitdə
təşkil etdiyi test imtahanlarından uğurla keçən
namizədlər də daxil olmaqla 158 şəxs müvafiq vəzifələrə
təyin edilmişdir. Həmçinin xidmətə yeni işə
qəbul olunmuş işçilərin peşə
hazırlığının təmin edilməsi məqsədilə
2012–ci il ərzində xidmətin rəhbər
vəzifəli şəxsləri tərəfindən seminarlar
keçirilmiş, təlim–tədris kursları təşkil
edilmişdir.
Bu il ulu öndər Heydər Əliyevin 90 illik
yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2013–cü il 21 yanvar tarixli 2679 saylı sərəncamına
əsasən ümummilli liderimiz Heydər Əliyevin 90 illik
yubileyinin keçirilməsinə dair sərəncam
imzalanmışdır. Sərəncama uyğun
olaraq Dövlət Miqrasiya Xidmətində xüsusi tədbirlər
planı təsdiq edilmişdir.
Beynəlxalq münasibətlər müstəvisində
böyük nüfuz və etimad qazanan, dünya birliyində
mövqeləri möhkəmlənən Azərbaycan
Respublikası qarşılıqlı əməkdaşlıq
prinsiplərinə sadiqliyi ilə daim fərqlənmişdir. Belə tərəqqinin
nəticəsidir ki, Dövlət Miqrasiya Xidməti də
yaradıldığı gündən beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi və möhkəmləndirilməsi
istiqamətində uğurlu dövlət siyasətini məqsədyönlü
şəkildə həyata keçirməkdədir.
Xidmət tərəfindən miqrasiya sahəsində
hüquq pozmalara qarşı mübarizə sahəsində təkcə
hüquq–mühafizə müstəvisində deyil, eyni zamanda
maarifləndirici tədbirlərə və bu istiqamətdə
beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrinə
də xüsusi önəm verilir. Dövlət Miqrasiya Xidmətində
Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan
Respublikası üçün Fəaliyyət Proqramı
çərçivəsində Avropa Komissiyası tərəfindən
maliyyələşdirilən və Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin benefisiarı olduğu “Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin
kollektivinin peşəkarlığının və
bacarıqlarının artırılmasına, miqrasiya
haqqında cari qanunvericiliyin Avropa İttifaqı standartlarına
uyğunlaşdırılmasına dəstək” adlı
Tvinninq layihəsi miqrasiya sahəsində beynəlxalq təcrübənin
öyrənilməsi, miqrasiya proseslərinin idarəolunması
və kadr hazırlığı səviyyəsinin yüksəldilməsi,
əməkdaşların peşəkarlığının,
nəzəri və praktiki biliklərinin artırılması
baxımdan mühüm əhəmiyyət kəsb edir.
Mütəmadi olaraq beynəlxalq standartlara uyğun ən
müasir tədris planları və tədris texnologiyaları əsasında
təşkil edilən layihələrin, seminarların əsas
məqsədi miqrasiya sahəsində yüksək peşə
hazırlığına malik gənclər yetişdirməkdir. Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rəhbər kadrların ixtisasının
artırılması fakültəsində “Miqrasiya proseslərinin
dövlət tənzimlənməsi” istiqaməti üzrə
qısamüddətli ixtisasartırma kursunun proqramının
da əsas məqsədi bu sahədə həyata keçirilən
islahatlar, beynəlxalq təcrübənin öyrənilməsi
və tətbiqi ilə bağlı dinləyicilərə yeni
biliklərin verilməsi olmuşdur.
Dövlət Miqrasiya Xidməti Avropa
İttifaqının yardım alətlərindən fəal
istifadə edir. Belə ki, Xidmətin Avropa İttifaqı
ilə birgə həyata keçirməyi
planlaşdırdığı “Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin
kollektivinin peşəkar inkişafı və
bacarıqlarının artırılmasına, eləcə də
miqrasiya haqqında cari qanunvericiliyin Avropa İttifaqının
standartlarına uyğunlaşdırılmasına dəstək”
adlı Tvinninq layihəsinin icrasına 2013–cü ilin
yanvarından başlanmışdır. Layihə
üzrə Xidmətin Avropa İttifaqı tərəfindən
tərəfdaşı “Niderland, Latviya və Rumniiya
Konsorsiumu”dur. Həmçinin bu ilin yanvar
ayında Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə
“Cənubi Qafqaz ölkələrində səmərəli
readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi”
layihəsinin icrasına start verilmişdir.
Xidmətin fəaliyyətə başladığı
ilk gündən etibarən miqrasiya sahəsində baş verən
yeniliklərin və mühüm tədbirlərin ictimaiyyətə
çatdırılması işində daim operativlik
nümayiş etdirilmiş, vətəndaşların məlumatlandırılması
və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər
həyata keçirilmişdir. Belə ki, ictimaiyyətin
miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə
Xidmətin vəzifəli şəxslərinin ölkəmizin
müxtəlif regionlarına ezam olunmaları, yerli televiziya
kanallarında Xidmətin fəaliyyətinə dair filmlərin
və maarifləndirici video–çarxların nümayişi təşkil
edilmiş, sərhəd–keçid məntəqələrində
məlumat lövhələri yerləşdirilmişdir.
Ötən il Şirvan, Lənkəran, Yevlax, Gəncə,
Ağsu, Şəki, Xaçmaz, Xırdalan və Sumqayıt
şəhərlərində keçirilən maarifləndirmə
tədbirlərində Dövlət Miqrasiya Xidmətinin
Aparatının vəzifəli şəxsləri, ətraf
şəhər və rayonların icra hakimiyyətlərinin və
yerli özünüidarəetmə orqanlarının səlahiyyətli
nümayəndələri, həmçinin bir sıra müəssisə
və təşkilat rəhbərləri, əcnəbiləri
və vətəndaşlığı olmayan şəxsləri
işə qəbul edən sahibkarlar, KİV nümayəndələri
iştirak etmişlər. Həmin tədbirlər
zamanı ictimaiyyətə miqrasiya sahəsində həyata
keçirilən kompleks tədbirlər barədə geniş
məlumat verilmişdir. Eyni zamanda, xidmətin rəsmi
internet səhifəsinin (www.migration.gov.az) üç dildə
– Azərbaycan, ingilis və rus dillərində fəaliyyət
göstərməsi, o cümlədən əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin bu üç dildən onlara daha
münasib olan birində “Sual–cavab” xidmətinə, həmçinin
qurumun elektron ünvanlarına onları maraqlandıran məsələlərlə
bağlı müraciət etmələri və vaxtında
hüquqi yardım almaları üçün lazımı təşkilati
tədbirlər həyata keçirilmişdir. Dövlət
Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzinin – “Qaynar
xətt”in (919 telefon nömrəsi) Azərbaycan, ingilis və
rus dillərində fəaliyyəti bu sahədə şəffaflığın,
habelə vətəndaşların lazımi informasiyaları əldə
etmək hüququnun təmini baxımmdan vacib əhəmiyyətə
malikdir. Bunlarla bərabər, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərin məsələləri ilə məşğul
olan bir orqan kimi ölkədə və dünyada miqrasiya sahəsi
üzrə baş verən yeniliklərin əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə,
həmçinin Azərbaycan Respublikası vətəndaşlarına
çatdırılması məqsədilə Xidmətin rəsmi
nəşri olan “Miqrasiya” informasiya analitik jurnalı Azərbaycan,
rus və ingilis dillərində nəşr olunur.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidməti öz fəaliyyətində ölkə
başçısının Fərman və sərəncamlarını,
tapşırıq və tövsiyələrini daim rəhbər
tutmuş, işini ən müasir tələblərə
uyğun qurmağa çalışmışdır. Məhz bunun nəticəsidir
ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2010–cu il may ayının 25–də Dövlət
Miqrasiya Xidmətinin inzibati binasının
açılış mərasimində demişdir: “Miqrasiya
Xidmətinin yaranması çox vaxtında atılmış
addım idi və bu illər ərzində Xidmət
formalaşdı, gücləndi. Bu gün Azərbaycanm
iqtisadi maraqlarının qorunmasına Miqrasiya Xidmətinin
çox mühüm rolu vardır. Əminəm
ki, bundan sonra da Miqrasiya Xidmətinin işi yüksək səviyyədə
olacaqdır”. Yeri gəlmişkən, dövlət
başçısı cənab İlham Əliyev tərəfindən
miqrasiya orqanları işçilərinin peşə
bayramı gününün təsis edilməsi, miqrasiya əməkdaşlarına
ali xüsusi rütbələrin verilməsi, həmçinin
xidməti vəzifələrinin yerinə yetirilməsində
fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli
fəaliyyət göstərdiklərinə görə
miqrasiya orqanları işçilərinin bəzilərinin
“Dövlət qulluğunda fərqlənməyə görə”
medalı ilə təltif edilməsi, eləcə də
miqrasiya orqanlarına dair xüsusi medalların təsis
olunması bütövlükdə Dövlət Miqrasiya Xidmətinə
verilən ən yüksək qiymətin parlaq nümunəsidir.
Eyni zamanda, ötən altı il ərzində
miqrasiya orqanlarının fəaliyyətinə diqqət və
qayğı ilə yanaşan ölkəmizin
başçısı Xidmət əməkdaşlarının
sosial təminatının
yaxşılaşdırılması məqsədilə bir
sıra tapşırıqlar vermişdir.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları
öz fəaliyyəti dövründə ölkə Prezidentinin
etimadını yüksək səviyyədə doğrultmaq
üçün səylərini əsirgəməyəcək,
respublikamızın uğurlu inkişafı naminə
qarşıya qoyulmuş tapşırıqların vaxtında
və uğurla yerinə yetirilməsi üçün bundan
sonra da bütün imkanlarını səfərbər edəcəklər.
Firudin NƏBİYEV,
Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi,
III dərəcəli dövlət
miqrasiya xidməti müşaviri.
Respublika.- 2013.- 19 mart.- S. 8.